Məhkəmə qərarları › İş №2(102)-4339/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4339/2022

31.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4339/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X15, Həsənova (Quliyeva) İradə Məzahir qızına, X2 qarşı “tanınmış miras əmlaka vərəsəliyin qəbul edilmə müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi vaxtının uzadılması, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)2141/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. X16 25 fevral 2016-cı il tarixdə ölmüşdür.

2. Miras qoyan X6 birinci növbə vərəsələri olmamışdır.

3. Üçüncü şəxslər X22, X8, Həsənova (Quliyeva) İradə Məzahir qızı miras qoyan X6 müvafiq olaraq qardaş və bacıları, iddiaçılar İddiaçı2 və İddiaçı1, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras qoyanın qardaşı X9 övladları, üçüncü şəxs X7 isə miras qoyanın bacısı qızıdır.

4. X18 10 iyul 1993-cü il tarixdə ölmüşdür.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə X3 2/10, Həsənova (Quliyeva) İradə Məzahir qızının payı 2/10, X11 payı 2/10, Cavabdeh2 payı 1/10, Cavabdeh1 payı 1/10 və X1 payı 2/10 olmaqla, miras qoyan X6 bütün mövcud miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanınması qət edilmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli qətnaməsi ilə ərizəçi X10 maraqlı şəxslər Səbail rayon Qeydiyyat şöbəsinə, X4, X12, Cavabdeh2 və Cavabdeh1 qarşı “övladlığa götürülmə faktının müəyyən olunması” tələbinə dair ərizəsi təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 20 17-ci il tarixli qərardadı ilə geri qaytarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2017-ci il tarixli qərarı ilə isə qeyd olunan qərardad dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi üzrə miras qoyan X6 bütün mövcud miras əmlakı üzərində Cavabdeh2 1/10 hissədə müəyyən olunmuş və Cavabdeh1 1/10 hissədə müəyyən olunmuş paylarından İddiaçı1 1/2 hissədə və İddiaçı2 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddi açılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X4, X12, X15 və Cavabdeh2 qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə miras qoyan X6 bütün mövcud miras əmlakı üzərində 1/10 hissədə Cavabdeh2 və 1/10 hissədə Cavabdeh1 paylarından onların hər birinin 1/4 hissədə paylarının müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X11 Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 492-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsindəki ümumi sahəsi 159,2 kv.metrdən ibarət olan 45 saylı mənzili ilə bağlı sahiblik və istifadə hüquqlarına cavabdehlər X19 və X25 tərəfindən maneə törədilməsi qadağan olunması, cavabdehlər X19 və X17 həmi n mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq, iddiaçı X15 təhvil verilməsinə dair iddianın təmin edilməsi, iddianın maddi zərərin ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X15, Həsənova (Quliyeva) İradə Məzahir qızına, X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə miras qoyan bibisi X6 bütün mövcud mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışd ır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçıların miras payı müəyyən olunmamışdır. Belə ki, mərhum X16 onların bibisidir və ondan qalan miras payı mərhumun qardaşı X13 düşən hissədə onun 4 övladı: İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh2 arasında bərabər şəkildə bölünməlidir. Sözügedən məhkəmə mübahisəsindən, keçirilən proseslərdən və qətnaməsindən hər hansı bir məlumatı olmamış və daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi qanuni qüvvəyə minmiş, icraya yönəldikdən sonra belə bir hal mövcudluğundan yəni, hazırkı iş üzrə cavabdehlərdən olan bacılarının mərhum bibisi qanun üzrə vərəsələri olduqları və dolayısı ilə atalarına çatacaq paya onların da subyektiv hüququnun olduğunu bundan sonra bilmişlər.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2020-ci tarixli, 2(011)637/2020 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimli) iddia təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə miras qoyan X6 bütün mövcud mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum X6 vəfat etmiş atadan bir olan qardaşı X9 birinci nikahdan olmuş övladlarıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X9 digər nikahdan olmuş övladlarıdır. İddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində ərizə ilə notariat orqanına müraciət etmədiyindən bu hal onların vərəsəlik hüquqların rəsmiləşdirilməsi üçün mane olmuşdur.

13. Digər tərəfdən, miras açıldığı vaxtdan sonra mərhum X 6 vərəsələri arasında, o cümlədən, X10 vərəsəlik hüquqlarını təmin etmək üçün müxtəlif məhkəmə çəkişmələri həyata keçirilmişdir. İddiaçılar isə vərəsəlik hüquqlarını təmin etmək üçün məlumat aldığı vaxtdan qanunla müəyyən edilmiş zəruri hüquqi hərəkətlər edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişlər. Lakin iddiaçılar tərəfindən mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyündən, onlar həmin müddətin uzadılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehlərin mirasdan olan payları isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə ölmüş atalarına düşən payının hər birinə 1/2 hissədə müəyyən edilmişdir.

14. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1133, 1243, 1246, 1248-ci maddələrinə, Mülki P rosessual Məcəlləsinin 4.1, 14.2, 88 və 217.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, miras qoyanın övladı kimi təqdim edilən Orxan Nadirovun birinci növbəli vərəsə olması ehtimalı və bu səbəbdən ikinci növbə üzrə vərəsələr olan iddiaçıların mirasın qəbul edilməsi üçün vaxtında mirasın qəbulu ilə bağlı müraciət etməməsi üzrlü səbəbdən olmuşdur. Qeyd edilən halın və hüquqi faktın mövcudluğu iddiaçıların subyektiv hüququnu istisna etdiyinə görə iddiaçıların hərəkətsizliyi üzrlü hesab edilməlidir. Məhkəmə iddiaçıların dəlillərinə inanmaması üçün əsaslar müəyyən etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlarla iddiaçıların mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmələrinin səbəblərinin üzrlü olması öz təsdiqini tapmışdır. b) Apellyasiya instansiyası məhkəməsi ndə icraat

15. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2020-ci tarixli, 2(011)-637/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)2141/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2020-ci tarixli, 2(011)-637/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

18. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)-2141/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1246, 1248-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçılar Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən 6 aylıq müddət ərzində miras qoyan şəxsin mirasını qəbul etmək üçün vərəsə qismində nə notariat ofisinə, nə də ki, vərəsələr arasında gedən məhkəmə mübahisələri zamanı müraciət etməmişlər. Bununla da, onlar qanunvericiliklə müəyyən olunan müddət ərzində mirası qəbul etməmişlər. Məhkəmə iddiaçıların vərəsəliyin qəbulu üçün buraxdıqları müddəti üzrlü saymış, bunu iddiaçıların guya X14 X6 birinci dərəcəli vərəsəsi olduğunu düşündüklərini bildirdikləri ilə əsaslandırmışdır. Məhkəmə nəzərə almamışdır ki, digər vərəsələr məhz miras qoyan şəxs vəfat etdikdən sonra qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət ərzində aidiyyəti qurumlara müraciət etmişlər. Bundan başqa, X10 Bakı şəhəri Səbail Rayon Məhkəməsində qaldırdığı övladlığa götürülmə faktının müəyyən edilməsinə dair iddia 10 avqust 2016-cı il tarixdə, yəni miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş 6 aylıq müddətin başa çatmasına 15 gün qalmış rədd edilsə də, iddiaçılar yenə də miras əmlakın qəbulu üçün müraciət etməmişlər.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 41 4.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessua l qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən və tələb bölünməz olduğundan, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsi n (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin bacıları və qardaşları ikinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın a çıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə m əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərind ən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edi lməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün t ətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

29. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçılar və cavabdehlər miras qoyan X6 miras açıldığı vaxt sağ olmamış qardaşının övladları olmaqla, Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbəli vərəsə hesab olunurlar. Həmin hal mübahisəsizdir.

30. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçılar Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətdə mirasın qəbul edilməsi ilə bağlı nə rəsmi qaydada notariat kontoruna müraciət etməmiş, nə də ki, miras əmlakı faktiki qəbul etməmişlər. Həmin hal qanuni qüvvəyə minmiş Bakı A pellyasiya Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və eyni zamanda hazırki iddianın mahiyyətindən irəli gəlir. Belə ki, hazırki iddia iddiaçılar tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilən müddətin buraxılmasının üzrlü hesab edilməsindən ibarətdir.

31. Mübahisələndirilən məsələ iddiaçıların mirasın qəbulu üçün qanunla müəyyən edilən müddətin gecikdirilməsinin üzrlü olub-olmamasıdır.

32. Qeyd olunduğu kimi, iddianı təmin edən birinci instansiya məhkəməsi və həmin mövqe ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişlər ki, miras açıldığı vaxtdan sonra mərhum X6 vərəsələri arasında, o cümlədən, X10 vərəsəlik hüquqlarını təmin etmək üçün müxtəlif məhkəmə çəkişmələri mövcud olduğundan, iddiaçılar vərəsəlik hüquqlarını təmin etmək üçün məlumat aldı qları vaxtdan qanunla müəyyən edilmiş zəruri hüquqi hərəkətlər edərək, məhkəməyə müraciət etdiklərindən və onların mirası qəbul etmələri üçün müəyyən edilmiş müddət ötürüldüyü məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, mirasın qəbul edilməsi üçün vaxtında müraciət etməmələri üzrlü olmuşdur.

33. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi həmin nəticə ilə razılaşmayaraq ilk olaraq qeyd edir ki, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərin ə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

34. X21 Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların mirasın qəbuluna dair müəyyənləşdirilmiş müddətin uzadılması üçün həmin müddətin baxılmasının üzrlü olmasına dair dəlillərin əsaslılığına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun hüquqi qiymət verməmişdir.

36. Belə ki, məhkəmələr miras qoyanın birinci növbəli vərəsə kimi hesab etdikləri X19 ilə bağlı məhkəmə mübahisələrinin olmasını əsas gətirərək, iddiaçılar tərəfindən mirasın qəbulu üçün buraxılmış müddəti üzrlü olması qənaətinə gəlsələr də, onların hazırki iddia ilə yalnız 06 noyabr 2019-cu il tarixdə məhkəməyə müraciət etmələrini nəzərə almamışlar.

37. Halbuki, X19 miras qoyan X16 tərəfindən övladlığa götürülmə faktının müəyyən olunması tələbinə dair ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə son nəticədə Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

38. Həmçinin iddiaçıların miras əmlaka paylarının müəyyən edilməsinə dair iddiaları Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə rədd olunmuşdur.

39. Yəni müəyyən olunur ki, iddiaçılar məhkəmələrin üzrlü əsas kimi hesab etdikləri mübahisə üzrə (X10 ərizəsi üzər) yekun məhkəmə qətnaməsi qəbul edildiyi tarixdən təxminən 3 il (həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2017ci il tarixli qərarı nəzərə alınsa 2 il 1 ay) sonra, digər məhkəmə mübahisəsi üzrə qəbul edilən apellyasiya məhkəməsinin qətnaməsindən təxminən 1 il 1 ay sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Lakin iddiaçılar kifayət qədər uzun olan bu müddətlərin buraxılmasının üzrlü olmasına dair hər hansı səbəb gətirməmiş və sübut təqdim etməmiş, məhkəmələr özləri də bu müddətlərin buraxılmasının üzrlü olmasını əsaslandırmamışlar.

40. Digər tərəf dən məhkəmələr hazırki iddianın mümkünlüyünə Azərbaycan Respublikası Konstitsusiyasının 129-cu maddəsinə və mülki prosessual qanunvericiliyinə uyğun hüquqi qiymət verməmişlər.

41. Belə ki, iş materiallarından müəyyən olunur ki, X5 qalmış miras əmlakın hansı vərəsələr arasında və hansı paylarla bölünməli olması məsələsinə qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş və həmin qətnamə icra olunmuşdur. İddiaçılar isə həmin qətnaməni qanunla müəyyən olunmuş qaydada mübahisələndirməyərək, hazırki iddia ilə vərəsələrin dairəsində dəyişiklik edilərək, payların başqa qaydada müəyyən edilməsini tələb etmişlər. Halbuki, onlar həmin işdə tərəf kimi cəlb olunmasalar da, qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə t oxunmasını hesab etdikləri hallarda ondan şikayət vermək hüququna malik olmuşlar.

42. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

43. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

44. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

45. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)-2141/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar