Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4342/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Bayramzadə Xanlar Əsgər oğlu və cavabdehin vəkili Abbasov Rəfail Arif oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1007/2018 sayl ı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə artıq ödənilmiş pulun ödənilməsi və sair tələblərə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Əliyeva (sədrlik edən, məruzəçi), İ.Şirinov və E.Kazımov, 2(103)-144/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətindən 28207 manat artıq ödənilmiş pulun və müqavilə öhdəşiliyinin yerinə yetirilməməsinə görə 10.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə B02/730 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə görə Bakı şəhəri, X məhəllə ünvanında MTK tərəfindən inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış kompleksində 2-ci bina, 21-ci mərtəbədə yerləşən ümumi sahəsi 98 kv.m. olan 2 otaqdan ibarət 138 saylı mənzili sifarişçiyə-iddiaçıya təhvil verməyi, bunun qarşılığında isə MTK-ya razılaşdırılmış pul vəsaitini ödənilməyi öhdəliyə götürülmüşdür. Həmin müqavilə əsasında 1 kv.m üzrə 1166 manat hesablanmaqla 114277 manat pul ödənilmişdir. Ona təqdim olunan maliyyə arayışında isə göstərilmişdir ki, yaşayış binasının 2-ci girişinin 21-ci mərtəbəsində ümumi sahəsi 73,81 kv.m olan 2 otaqlı 138 saylı mənzil İddiaçı məxsusdur və Cavabdeh MTK-ya borcu yoxdur. Bununla da iddiaçıdan 98 kv.m sahənin pulu alınmış, lakin maliyyə arayışında 73, 81 kv.m göstərilməklə müqavilə şərtlərinin pozulduğu və ondan 24.19 kv.m sahənin pulu-təxminən 28207 manat artıq alınmışdır. Habelə müqavilə üzrə tikinti işləri 2017-ci il tarixdə başa çatdırılmalı və kompleks üzrə mənzillərin təmiri təmin edilməli olmasına baxmayaraq kompleksin təhvil verilməsi gecikməklə müqavilə şərtləri pozulmuş olur. Buna görə iddiaçı hesab edir ki, 28207 manat artıq ödənilmiş pulun və müqavilə üzrə öhdəliyinin yerinə yetirilməməsinə görə 10.000 manat cavabdeh təşkilatdan onun xeyrinə məhkəmə qaydasında tutulmalıdır. Sonradan iddiaçı iki əlavə ilə məhkəməyə müraciət etmiş və tərəflər arasında bağlanılmış müqavilənin 2.2.5 və 2.4.7-ci maddələrinin müqavilədən xaric edilməklə etibarsız sayılmasını və MTK-ya üzv qəbul edilməsi barədə qərarın və həmçinin verilən sahən in təsdiq olunmuş plan cizgisinin ona təqdim edilməsi və binanın qeyri-yaşayış sahəsi olan qarajların yaşayış binasının təkib hissəsi olmaqla MTK-nın ümumi mülkiyyəti hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavələri onunla əsaslandırmışdır ki, cavabdeh şirkətlə bağlanılmış müqavilənin 2.2.5-ci maddəsində icraçının vəziflərindən biri kimi çoxmərtəbəli yaşayış kompleksinin təhvilindən sonra yaşayış kompleksinə (o cümlədən mənzillərə) xidmət göstərəcək şirkəti müəyyən edib sifarişçiyə bildirəcəyi, müqavilənin 2.4.7-ci maddəsində isə sifarişçinin vəzifələrindən biri kimi müqavilənin müvafiq qaydada rəsmiləşdirilməsindən sonra mənzilin yerləşdiyi yaşayış kompleksinə xidmət göstərən (icraçının müəyyən etdiyi və bildirdiyi) şirkətlə dərhal mənzilə dair xidmət müqaviləsinin bağlanılaraq həmin müqavilə üzrə öhdəlikləri lazımi şəkildə icra edəcəyi göstərilmişdir, hansıki həmin şərtlər Mənzil Məcəlləsinin 43-45-ci maddələrinin və 119-cu maddəsinin, ümumiyyətlə Mənzil Məcəlləsinin bütün tələblərinə ziddir. Habelə qeyd edilmişdir ki, MTK tərəfindən iddiaçıya mənzil satılmasına baxmayaraq, onun MTK-ya üzvlülüyə qəbul edilmə haqqında qərar və verilən sahənin təsdiq olunmuş plan cizgisi təqdim edilməmişdir. Həmin iddia ərizəsində əlavədə bildirilmişdir ki, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər-texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, binanın yerləşdiyi tor paq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur, ona görə də binanın qarajları kooperativin ümumi əmlakı hesab olunduğu üçün MTK tərəfindən hədiyyə edilə bilinməz. Ayrıca iddia ərizəsində irəli sürülən 10.000 manat zərər ilə bağlı qeyd olunmuşdur ki, 2017-ci ildə təhvil veriləcəyi təqdirdə mənzil təmir edilib kirayə verilə bilərdi, habelə 2015-ci il tarixdən 3 dəfə devalvasiya olduğundan mənzilin dəyəri banka qoyulub faiz və digər müxtəlif gəlir əldə etmək imkanından məhrum olduğundan əldən çıxmış gəlirlərin əvəzi kimi faizlər hesablanmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassator işin f aktiki halları ilə bağlı iddia tələbində qeyd olunan halları sadalamış, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini qeyd etmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Bayramzadə Xanlar Əsgər oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Abbasov Rəfail Arif oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellya siya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. xx.xx.2015-ci il tarixli B **** saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanılmış, müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən İcraçı (cavabdeh) Bakı şəhəri, X məhəllə ünvanında inşa etdiyi Cavabdeh çoxmərtəbəli yaşayış kompleksində 2-ci bina, 21-ci mərtəbəsindəki yerləşən ümumi sahəsi 98 kv.m olan 2 otaqdan ibarət 138 saylı mənzili sifarişçiyə (iddiaçıya) verməyi, bunun qarşılığında isə İcraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən, mənzilin ümimi sahəsi dedikdə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahələri daxildir. xx xxxxxxx 2015-ci il tarixli 90 saylı arayışa əsasən, yaşayış binasının 2-ci giriş 21ci mərtəbəsində ümumi sahəsi 73.81 olan 2 otaqlı 138 saylı mənzil ona məxsusdur və borcu yoxdur. xx.xx.2018-ci il tarixli məktuba əsasən, yaşayış kompleksində müqavilə şərtlərinə uyğun olaraq müvafiq ardıcıllıqla 10 blok üzrə mənzillərdə təmir işlərinin aparılması üçün təhvil veriləcəyi barədə müvafiq məlumat MTK-nın ictimaiyyətə açıq internet resurslarında məlumat verilmişdir və iddiaçının mənzilinin ye rləşdiyi ikinci blok da 2018-ci ilin mart ayında təmir üçün təhvili planlaşdırılır. O cümlədən 2014 və 2015-ci illərdə bağlanılmış müqavilələrdə yazılmış “bina” ifadəsi ünvanların reyerstri barədə müvafiq kargüzarlıq tələbinə əsasən “blok” ifadəsi ilə dəyişdirilmişdir. xx.xx.2018-ci il tarixli arayışa əsasən, Bakı şəhəri, X məhəllə ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış kompleksində 2-ci blok, 21-ci mərtəbəsindəki yerləşən ümumi sahəsi 99,06 kv.m olan, istifadə üçün faydalı sahə 93.36 kv.m olan 2 otaqdan ibarət 138 saylı mənzilə görə İddiaçı borcu yoxdur. xx.xx.2018-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, X məhəllə ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış kompleksində 2-ci blok, 21-ci mərtəbəsində yerləşən 2 otaqlı 138 saylı mənzilə dair sxemdəki məlumatlar belə izah olunur ki, “brut sahə” dedikdə müqavilənin məzmununa əsasən mənzilin ümumi sahəsi (yaşayış, yardımçı, eyvan/balkon sahələri və sxemə uyğun divaraltı sahələrin məcmusu) və net sahə dedikdə divaraltı sahələrin nəzərə alınmadığı-istifadə üçün faydalı sahə başa düşülür. xx.xx.2018-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, X məhəllə ünvanında yüksəkmərtəbəli yaşayış kompleksinin tikintisinə 2014-cü ilin may ayında başlanılmışdır. Binanın qeyri-adi memari üsluba sahib layihəsinin mürəkkəbliyi və tikinti həcminin həddindən artıq böyük olması əsası ilə tikinti işlərinin yekunlaşdırılma vaxtını müəyyən edilməsi texniki və iqtisadi cəhətdən mümkün olmadığından bu barədə hər hansı məzmunda hüquq müəyyənedici sənəd mövcud deyil. xx.xx.2018-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, X məhəllə ünvanında inş a edilən yüksəkmərtəbəli yaşayış kompleksində müştərilərin stimullaşdırılması üçün qaraj hədiyyəsini ehtiva edən və hazırda da davam edən kampaniyanın keçirilməsinə xx.xx.2016-cı il tarixdə başlanılmışdır, hansıki iddiaçı ilə müqavilə bu kampaniyanın başlanmasından uzun müddət əvvəl qarşılıqlı razılıq ilə bağlanılmışdır. Buna görə də, müqavilə bağlanılarkən qüvvədə olmayan həmin kampaniyanı hazırda iddiaçıya məxsus müqaviləyə tətbiq edilməsi mümkün deyil. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında yuxarıda eyniləşdirici məlumatları qeyd edilmiş mənzilə dair xx.xx.2015-ci il tarixdə müqavilə bağlanılmışdır və həmin müqavilə ümumilikdə mübahisələndirilməmişdir. İddiaçının tikinti şirkətinə artıq pul ödəməsi ilə bağlı hallara Apelyasia Məhkəməsi qiymət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4242 nömrəli xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, X məhəllədə inşa edilən “xxxx” MTK-nın 2-ci binasının 21-ci mərtəbəsində yerləşən 138 saylı mənzilinin tikinti altı sahəsi nəzərə alınmaqla 99,06 kv.m., tikinti altı nəzərə alınmadan 92,36 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, X məhəllədə inşa edilən “xxxx” MTK-nın 2-ci binasının 21-ci mərtəbəsində yerləşən 138 saylı mənzilə aid balkon yardımçı sahə kimi nəzərdə tutulmuş və balkon tikilisinin sahəsi mənzilin ümumi sahəsinə daxildir. Həm in rəydə həmçinin qeyd olunmuşdur ki, X məhəllədə inşa edilən “xxxx” MTKnın 2-ci binasının 21-ci mərtəbəsində yerləşən 138 saylı mənzilə aid müqavilənin 1.2 bəndindən görünür ki, mənzilin ümumi sahəsinə, yaşayış, yardımçı, balkon və sxemə uyğun divar altı sahələr daxil olunduğu göstərilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 2.4.3-cü maddəsindən aydın olur ki, mənzillərin sifarişçilər tərəfindən tam təmir olunması üçün müvafiq vahid müddət 2017-ci il tarixdə müəyyən edilməlidir. Cavabdeh təşkilatın məhkəməyə ünvanladığı məktubla müəyyən olunmuşdur ki, həmin müddət ictimaiyyətə açıq resurslarda açıqlanmışdır, o cümlədən iddiaçının mənzilinin yerləşdiyi blok üzrə təmir üçün təhvil müddəti 2018-ci ilin mart ayı təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şə rait yaratması nəzərə alınmalıdır. İddiaçı ona vurulmuş maddi ziyanın məbləği, bu ziyanın cavabdeh təşkilat tərəfindən vurulmasını təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə, İddiaçı maddi zərərin əvəzini 10.000 manat qiymətləndirsə də, əsaslandığı hal müqavilə üzrə mənzilin təmir üçün təhvilinin gecikməsi halı baş vermədiyindən qeyd edilən məbləğdə maddi ziyanın vurulmasının nə ilə təsdiq edildiyini sübut etməmişdir. Müqavilənin bir sıra bəndlərinin etibarsızlığı ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqd lər ola bilər. Lakin mülki dövriyyənin təmin edilməsi və üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək üçün pozulmuş hüquqların bərpası üçün qanunvericikdə bunun irəli sürülmə müddətləri müəyyən edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsinə əsasən etibarsız əqdlər üzrə 1 illik müddət nəzərdə tutulmuşdur. Həmin müddətlər müvafiq olaraq əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində və ya zərərçəkmişin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində irəli sürülə bilər. Apelyasiya məhkəməsi işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı tərəfindən qanun vericilikdə müəyyən olunmuş həmin müddətdə iddianın verilməməsi həmin əqdlərin (müvafiq maddələrinin) hüquqi nəticələrinin təsdiq edilməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Cavabdeh üzv qəbul olunması” barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, əqdin etibarlılığı üçün vacib sayılan (yuxarıda qeyd olunmuş) elementləri əsas götürməklə iddiaçı ilə cavabdeh təşkilat arasındakı hüquqi qüvvədə olan müqavilədən irəli gələn münasibətin xarakterini müəy yən etmək əhəmiyyət daşıyır. Müqavilənin şərtlərindən aydın olur ki, tərəflər arasındakı müqavilə əsasən mənzilin tikintisi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair şərtləri ehtiva edən podrat müqaviləsinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsi 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bu baxımdan tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanılmış və hazırda ümumilikdə mübahisələndirilməyən müqavilədə iddiaçının MTK-nın üzvlüyünə əsas verən p ay alğı-satqısı barədə hər hansı bir şərt ümumiyyətlə tənzimlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, tərəflər arasında hüquqi qüvvədə olan müqavilədə iddiaçının MTKya üzv olması barəsində hə r hansı bir şərt olmadığından, MTK üzərində belə bir öhdəliyin qoyulması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin yeni redaksiyada təsdiq olunan 178.8-ci maddəsinə əsasən də, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. “Verilən sahənin təsdiq olunmuş plan cizgisinin ona təqdim olunması” barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqavilənin 11.2-ci maddəsinə əsasən “mənzilin” struktur bölmələrinin (otaqlar, mətbəx, sanitar qovşağı, koridor, pəncərələr, köməkçi sahələr və s.) və mərtəbənin təsvir olunduğu sxem-layihə müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Həmin sxem-layihənin cavabdeh təşkilat tərəfindən verilməməsi və ya verilməsindən imtina olunması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. “Binanın qeyri-yaşayış sahəsi olan qarajların yaşayış binasının təkib hissəsi olmaqla MTK-nın ümumi mülkiyyəti hesab edilməsi” barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülkiyyət hüququna və onun müdafiə olunmasına ali insani dəyər kimi həm beynəlxalq konvensiyalarda, həm də milli qanunvericilikdə xüsusi yer verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən m üdafiə olunur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzill ərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləş ən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qanun maddəsindən açıq göründüyü kimi, ümumi paylı mülkiyyətin predmeti “həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan”- yəni, təklikdə heç kəsə məxsus olmayan obyektlər təşkil edir. Halbuki binanın ayrı struktur bölməsi olan və gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüquqi ilə ayrı-ayrı fiziki və hüquqi şəxslərin adına qeydə alına bilən qeyri-yaşayış sahəsi olan avtodayanacaq sahəsinin ümumi paylı mülkiyyətinin obyekti kimi qəbul edilməsi düzgün deyil və MTK ona istədiyi qaydada sərəncam verməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv
Məhkəmə qərarları › İş №2(102)-4342/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4342/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver