Məhkəmə qərarları › İş №2(102)-4345/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4345/2020

08.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4345/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X9, Cavabdeh1 vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Əyyubov) iddia tələbi təmi n edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, 2(103)12093/2019 saylı mülki iş) hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər X7, Cavabdeh1, X4, Cavabdeh3, Bakı Şəhəri 14, 24 və 53 saylı Notariat Kontorlarına qarşı Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, X ünvanında 200 kv.m ümumi, 194,8 kv.m əsas və 5,2 kv.m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsi barədə Nümayəndə ilə Cavabdeh2 arasında bağlanılmış 24 saylı DNK-da xx.xx.2011-ci il tarixdə təsdiqlənmiş AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsinin” etibar sız hesab olunması, Bakı şəhəri, X ünvanında 270,6 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi barədə Cavabdeh2 ilə X arasında bağlanmış 53 saylı DNK-da xx.xx.2012-ci il tarixdə təsdiqlənmiş, 4Ə-01/134 nömrəsi ilə reyestrdə qeydə alınmış “Bağışlanma müqaviləsinin”, Bakı şəhəri, X ünvanında 270,6 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi barədə X ilə Cavabdeh1 arasında bağlanılmış 14 saylı DNK-da xx.xx.2013-cü il tarixdə təsdiqlənmiş 4Ə/-608 nömrə ilə reyestrdə qeydə alınmış qeyriyaşayış sahəsinin “Bağışlama müqaviləsinin”, Bakı şəhəri, X ünvanında 270,6 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsi barədə Cavabdeh1 ilə N.Heydərova arasında bağlanmış 14 saylı DNK-da xx.xx.2014-cü il tarixdə təsdiqlənmiş 3-M/-149 nömrə ilə reyestrdə qeyd edilmiş, “İlkin alğı-satqı müqaviləsinin” etibarsı z hesab olunması və Bakı şəhəri, X ünvanında yerləşən 270,6 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsindən, birgə nikah dövründə əldə edilmiş, çıxarış və texniki pasporta uyğun 200 kv.m ümumi, 194,8 kv.m əsas və 5,2 kv.m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə əqdin etibarsız hesab olunmasına bir illik müdəti tətbiq etməklə iddianı rədd etməkdə haqlı olmamışdır. Çünki iddiaçı ərinin daşımaz əmlakla bağlı hərəkətlərindən məlumatsız olmuş, özü yataq xəstəsi olduğu üçün vaxtında məlumat ala bilmiəmiş və məlumat aldıqdan dərhal sonra hazırkı iddianı irəli sürmüşdür. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçının vəkili X8 məhkəmə kollegiyanın iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 vəkili X2 məhkəmə kollegiysının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Cavabdeh X10 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Digər cavabdehlər, üçüncü şəxs və maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Nümayəndə ilə X5 xx xxxxxx 2004-cü il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli vəkil sorğusuna cavabdan görünür ki, Nümayəndə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X nömrəli binanın zirzəmisində 200 kv.m ümumi, 194,8 kv.m əsas, 5.2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin satılmasına səbəb olmuş xx.xx.2008-ci il tarixli ƏN-İ seriyalı 119711 nömrəli etibarnamə Nümayəndə tərəfindən verildiyindən, etibarnamədə olan imzalar ona məxsus olduğundan, həmin xüsusatlarla bağlı hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respu blikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixli qərarla həmin epizod üzrə cinayət təqibinə xitam verilmişdir. ********* nömrəli, xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Nümayəndə məxsus Bakı şəhəri, X ünvanında 200 kv.m ümumi sahədən ibarət olmaqla qeyri-yaşayış sahəsinin satılması epizodu üzrə N.Vəliyevin əməlində cinayət tərkibi olmadığından həmin epizod üzrə N.Vəliyevin barəsində cinayət təqibinə xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlanmış sorğuya cavabından görünür ki, Bakı şəhəri, X ünvanında 200 kv.m qeyri-yaşayış sahəsi ilkin olaraq Nümayəndə adına xx.xx.2008-ci il tarixdə, 24 saylı DNK-nın 4Ə/4-457 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına xx.xx.2012-ci ildə, Bakı şəhərinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə-01/134 reyestr nömrəli xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən Xin adına xx.xx.2012-ci ildə, 14 saylı DNKnın 4Ə-608 reyestr nömrəli xx.xx.2013-cü il tarixli bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 adına xx.xx.2013-cü ildə və 12 saylı DNK-nın 4Ə-244 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən N.Heydərovanın adına xx.xx.2014cü ildə qeydiyyatdan keçmişdir. Bakı Şəhəri 24 saylı Notariat Kontorunun 47/4-457 nömrəli işində olan ******* nömrəli, xx.xx.2001-ci il tarixli “Alğı-satqı müqaviləsindən” görünür ki, satıcı Nümayəndə əvəzindən verilmiş etibarnamə əsasında Cavabdeh3 Bakı şəhəri, X ünvanında yerləşən qeyri-yaşayış sahəsini 60.000 manat məbləğində alıcı Cavabdeh2 satmışdır. Bakı Şəhəri 53 saylı Nota riat Ofisinin 47-01-134 nömrəli notariat işində olan xx.xx.2012-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, X ünvanında yerləşən, ümumi sahəsi 270,6 kv.m olan qeyri-yaşayış sahəsini X-ə bağışlamışdır. Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 4Ə/608 nömrəli notariat işində olan xx.xx.2013-cü il tarixli “Qeyri-yaşayış sahəsinin bağışlama müqaviləsindən” görünür ki, X Bakı şəhəri, X ünvanında yerləşən, ümumi sahəsi 270,6 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. Müqavilə isə N.Vəliyev və X11 tərəfindən imzalanmışdır. Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 4Ə/244 nömrəli notariat işində olan xx.xx.2014-cü il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X ünvanında yerl əşən, ümumi sahəsi 270,6 kv/m olan qeyri-yaşayış sahəsini 1.000.500 manata satmış, alıcı N.Heydərova isə həmin əmlakı almışdır. Müqavilə isə X11 və X4 tərəfindən imzalanmışdır. DƏDRX tərəfindən verilmiş ******* seriyalı “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində istifadədə olan 0,071 ha torpaq sahəsində yerləşən 146 nömrəli binanın zirzəmisində 200.0 kv.m ümumi, 194.9 kv.m əsas, 5.2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 4322 nömrəli vərəqində qeydiyyata alınmışdır. AZ-İİ seriaylı, 160654 nömrəli “Nikah haqqında şəhadətnamədən” görünür ki, XX ilə XXX xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar. İ-S/000417 nömrəli, xx.xx.2019-cu il tarixli “xxxx” MMC-nin sorğuya cavabından və ona əlavə edilmiş xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələrdən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 166 nömrəli mənzil ilə bağlı müqavilə bağlamış, mənzilin dəyəri olaraq 100.080 manat MMC- nin kassasına ödəmişdir. Daha sonra Xa həmin mənzili xx.xx.2016-cı il tarixdə əvəzsiz olaraq İddiaçı vermişdir. Belə olan halda, İddiaçı ilə “xxxx” MMC arasında müqavilə bağlanmış və həmin mənzili xx xxxx 2017-ci il tarixdə X12 adlı şəxsin xeyrinə özgəninkiləşdirmişdir. Həmin fakt onu təsdiq edir ki, əslində tərəflər aralarındakı mübahisəni həll etmək üçün hazırkı iş üzrə iddiaçı olan İddiaçı xx.xx.2016-cı il tarixdə əvəzsiz olaraq daşınmaz əmlak verilmişdir. Deməli iddiaçı həmin mübahi sə ilə bağlı vaxtında məlumatlı olmuş, onun mübahisəli əmlakın satılmasından uzun müddət məlumatszı olması dəlili inandırıcı deyil. İddiaçı əmlakın özgəninkiləşdirilməsinin 2018-ci ilin sentyabrında bildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmiş, iddiasında və iddia ərizəsinə əlavəsində onun xəstə olması və digər problemlərinin olması ilə bağlı həyat yoldaşının əmlakla bağlı əməliyyatları ona deməməsini və son olaraq 2018-ci il sentyabrında bu barədə məlumatının olmasını əsas gətirərək əmlakın birgə nikah dövründə əldə olunmasına və əmlakın özgəninkiləşdirilməsinə dair onun razılığının olmamasını əsas gətirərək müqavilələrin etibarsız hesab edilməsini və etibarsızlığın nəticələrinin tətbiqini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, X ünvanında 200 kv.m qeyri-yaşayış sahəsi Nümayəndə adına xx.xx.2008-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir, alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına, bağışlama müqaviləsinə əsasən Xin adına, digər bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 adına və son olaraq alğı-satqı müqaviləsinə əsasən X-nın adına xx.xx.2014-cü ildə qeydiyyatdan keçmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsi cavabdeh X-nın mülkiyyətindədir və həmin əmlak xx.xx.2014cü il tarixli al ğı-satqı müqaviləsinə əsasən, tam qanuni şəkildə onun mülkiyyətinə keçmişdir. Əqdlərin etibarsızlıq nəticələrinin tətbiqinə 1 illik müddət tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzin də mübahisə edilə bilər. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi üzrə bir illik müddətin keçdiyini nəzərə alaraq iddianı əsassız hesab etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, mübahisəli qeyri-yaşayış sahəsini sonuncu dəfə X xx.xx.2014-cü il tarixli aqlı-satqı müqaviləsi əsasında əldə etmiş və məhkəmə baxışı zamanı həmin əqdin etibarsızlığına dəlalət edən hallar (alıcının həmin əqdə münasibətə vicdansız olmasına dair) müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsas lar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar