Məhkəmə qərarları › İş №2(102)-4345/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4345/2022

31.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4345/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əbdülhüseyn qızına, Cavabdeh4, Bakı şəhəri 7 saylı Notariat ofisinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, mirasın qəbul edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)1549/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,01197 ha olan torpaq sahəsindəki fərdi yaşayış evi X11 mülkiyyətində olmuşdur.

2. Cavabdeh1 X11 qızı, İddiaçı isə nəvəsidir (digər qızı X7 övladıdır).

3. X16 18 iyul 2000-ci il tarixdə, X17 06 iyul 2020-ci il tarixdə ölmüşlər.

4. X8 miras qalmış ünvan 2-ə dair Cavabdeh1 Bakı şəhəri 7 saylı Dövlət notariat kontoru tərəfindən 29 oktyabr 2012-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak üzərindən Cavabdeh1 mülkiyyət hüququ 02 n oyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əbdülhüseyn qızına, Cavabdeh4, Bakı şəhəri 7 saylı Notariat ofisinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasını dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7 saylı Dövlət notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş ünvan 1 saylı miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən həmin evə dair Cavabdeh1 adı na olan 02 noyabr 2013-cü il tarixli çıxarışın ləğv edilməsi və iddiaçının ünvan 1 saylı fərdi yaşayış evinin 1/2 hissəsi üzərində iddiaçının vərəsəlik hüququnun tanınaraq, miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia onunla əsaslandırmışdır ki, iddiaçının anası X14 vəfatından qabaq iddiaçıya bildirmişdir ki, mərhum nənəsi X8 qalan yuxarıda qeyd olunan ev nənələrinin vəsiyyətinə görə X14 və Cavabdeh1 arasında bölünməlidir. O, anası sağ ikən inanmış, X14 ilə münasibətləri yaxşı olduğundan hesab etmişdir ki, mərhum nənəsi Suriyə Əliyeva sağlığında 2 övladı arasında miras qalmış mülkü onlara vəsiyyət etmişdir. İddiaçı anası Nailə Əliyevanın vəfatından sonra vərəsə kimi cavabdeh xalasından nənəsinin xüsusi mülkiyyətində olan miras mülklə bağlı vərəsəlik payını istəmiş, lakin cavabdeh və qızları ona bildirmişlər ki, sənə bu miras mülkdən heç bir pay düşmür. Məlum olmuşdur ki, mərhum nənəsinin vəfatından sonra cavabdeh hələ bacısı sağ ikən onlardan xəbərsiz Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və vərəsəlik şəhadətnaməsini aldığı zaman 7 saylı Dövlət Notariat Kontorunda yalan ifadə verməklə mərhum nənəsi X11 yeganə varisi olduğunu qeyd etmişdir. Belə ki, cavabdeh saxta vərəsəlik haqqında şəhadətnaməni əldə etdikdən sonra bunun əsasında nənəsindən qalan miras mülkə çıxarış almışdır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(003)3972/2021 nömrəli qətnaməsi ilə (hakim R.H.Xəzri) iddia tələbi təmin edilmiş, Bakı şəhəri 7 saylı DNK tərəfindən X12 dair verilmiş 29 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanına dair Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 02 noyabr 2013-cü il tarixli çıxarışın ləğv edilməsi, İddiaçı ünvan 1 saylı evə dair vərəsəlik hüququnun tanınaraq, həmin evə 1/2 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 mərhum X11 mülkiyyətində olmuş, sonuncu 2000-ci ildə vəfat etdikdən sonra həmin miras əmlaka dair Cavabdeh1 ərizəsi əsasında notariat işi açılmış, mərhumun yeganə vərəsəsi kimi Cavabdeh1 göstərilməklə, Nailə Əliyeva haqqında məlumat göstərilmədən, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnam ə verilmişdir. İddiaçı anası X7 barəsində isə həmin notariat işində qeyd olunmamış, o, qanun üzrə vərəsə kimi tanınmamışdır. Nailə Əliyeva vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməsə də, miras əmlakı faktiki olaraq qəbul etmişdir.

9. Məhkəmə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 1964-cü il redaksiyalı Mülki Məcəllənin 528, 552-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçının mübahisəli evə münasibətdə vərəsəlik hüquqlarının tanınması onun anası tərəfindən miras əmlakın qəbul edilməsindən asılıdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında iddiaçının anasının mirası faktiki surətdə qəbul etdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar vardır. Belə ki, şahid qismində ifadə verən X3 ifadəsi, iddiaçı tərəfindən təqdim edilən fotoşəkillər və videodiskdə əks olunanlar miras qoyanın vəfatından sonra iddiaçının anası tərəfindən miras əmlakın faktiki qəbul edildiyinə dəlalət edir. İddiaçı tərəfindən təqdim edilmiş 9 ədəd fotoşəkildən görünür ki, onun 6-sı mübahisəli ünvanda 2008-ci ildə iddiaçının toyunun baş tutması və anasının xalası ilə həmin evdə yaşadığı, iddiaçını oradan gəlin köçürüldüyünü təsdiq edir. Cavabdeh tərəfin nümayəndəsi də həmin fotoşəkillərdə olanları təsdiq etməklə iddiaçının mübahisəli evdən gəlin köçdüyünü etiraf etmiş, iddiaçının anası ilə birgə həmin ünvanda gəlin köçənə qədər yaşamadığı müəyyən olunmamışdır. Bundan başqa digər 3 ədəd fotoşəkillərdə iddiaçının anasının və xalasının birgə fotoşəkilləri olmuş, onların həmin evdə mehriban görüntüləri əks olunmuşdur. Bu ndan başqa, iş materiallarına əlavə edilmiş 3 ədəd videodiskdəki görüntülərdə iddiaçının və anasının ünvan 2-də yaşadığı və iddiaçının toy şənliyinin həmin ünvanda keçirildiyi, onun anası və xalasının mehriban görüntüləri əks olunmuşdur.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhəri 7 saylı xüsusi notariat ofisindən alınaraq iş materiallarına əlavə edilmiş notariat işindəki 23 oktyabr 2012-ci il tarixli Cavabdeh1 ərizəsindən görünür ki, notariusa müraciət edərək ondan başqa vərəsənin olmadığını göstərmişdir. Cavabdeh tərəf isə iddiaçının anasının vərəsə olduğu aşkar olduğu halda notariat orqanında onun gizlədilərək başqa vərəsənin olmadığının göstərilməsinə dair ziddiyyəti aradan qaldıra bilməmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə 23 oktyabr 2012-ci il tarixdə mülk ə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, şəhadətnamə almış digər vərəsə həmin evdə faktiki yaşamış və mirası idarə etmişdir. Lakin digər vərəsənin yazdığı 23 oktyabr 2012-ci il tarixli ərizədə iddiaçının mərhum anasının vərəsə olduğu qeyd edilməmiş və notarius digər vərəsələrin olması barədə müvafiq sübutlar (qeydiyyatda olanlar barədə arayış) tələb etmədən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının anası Nailə Əliyeva miras qoyanın vəfatından keçən 6 ay ərzində mübahisəli evdə yaşamaqla onu qəbul etmiş, qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz.

14. Cavabdeh tərəfin iddia müddətinin ötürüldüyünə dair ərizəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə cavabdehin nümayəndəsi tərəfindən deyil, onun vəkili tərəfindən verilmişdir. Bununla belə, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 78-ci maddəsinə, eləcə də qüvvədə olan Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 7 saylı DNK-nın 22 sentyabr 2021-ci il tarixli 782 nömrəli məktubundan görünür ki, İddiaçı həmin tarixdə məlumat verilərək mübahisəli əmlaka dair 29 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadə tnamə verildiyi bildirilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(003)-3972/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-1549/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(003)3972/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin çıxarılaraq, iddiaçının iddia tələbinin rədd edilməsi qət edilmi şdir.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan videodisklərdə və fotoşəkillərdə olan görüntülərdə iddiaçının toy şənliyinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsində yerləşən 12 saylı evdə keçirilməsi əks olunsa da, iddiaçının və anasının həmin ünvanda yaşaması əks olunmamışdır. X1 ifadəsindən görünür ki, Nailə Əliyeva sağlığında evin bacısı Cavabdeh1 adına keçirilməsini istəmişdir. Digər şahid X3 ifadəsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından Elnarə Həmidovanın anası və bacıları ilə qərəzli münasibətdə olması, həmin evdən pay almağa çalışması görünür. Münasibətlərin normal səviyyədə olmamasını Cavabdeh1 X4 qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxa rılma tələbinə dair 2021-ci ildə Bakı İnzibati Məhkəməsində iddia qaldırılması da təsdiq edir. Buna görə də, apellyasiya məhkəməsi Elnarə Həmidovanın ifadəsini iddia tələbinin əsaslılığını təsdiq edən sübut kimi qəbul etməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 23 oktyabr 2012-ci il tarixdə 7 saylı notariat kontoruna müraciət edərkən X11 ondan başqa vərəsəsinin olmadığını bildirməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə digər mötəbər sübutlar olmadığı təqdirdə yeganə dəlil kimi şəhadətnamənin etibarsız hesab edilməsinə əsas ola bilməz. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı müraciətinin təmin olunmasından imtina edən Bakı şəhəri 7 saylı xüsus i notariat ofisinin 22 sentyabr 2021-ci il tarixli məktubunda imtinanın əsası kimi İddiaçı mərhum anası Nailə Əliyevanın mübahisəli evdə qeydiyyatda olmadığı və mirası faktiki qəbul etmədiyi göstərilmişdir.

19. Apellyasiya icraatı zamanı iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X23, X2 və X10 ifadələrində mübahisəli mənzildə həm Cavabdeh1, həm də Nailə Əliyevanın yaşadığını, X15 Feyziyevanın isə 2008-ci ildə ailə həyatı qurandan sonra həmin evdən köçdüyünü göstərmişlər.

20. Apellyasiya məhkəməsində cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Zeynalova Hicran Hüseynağa qızı və Cavabdeh3 Əbdülhüseyn qızı isə ifadələrində mübahisəli mənzildə Cavabdeh1 anası ilə birgə yaşadığını, Nailə Əliyevanın isə arada anasına baş çəkməyə gəldiyini, qızı İddiaçı atasının e vində yaşadığını göstərmişlər.

21. Məhkəmə qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçının anası X5 anasından miras qalmış evi nə formal, nə də qeyri-formal yolla qəbul etməsi, miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki id arə etməsi sübuta yetirilməmişdir.

22. Daha sonra məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan X5 30 yanvar 2007-ci ildə Abşeron RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, N5 RPŞ-də, yəni Abşeron Rayon Polis Şöbəsinin inzibati binasında pasport qeydiyyatında olmuşdur. Ağlabatan mühakimə əsasında belə fikir söyləmək olar ki, Nailə Əliyeva anasından miras qalmış evdə yaşayırdısa, onun həmin evə pasport qeydiyyatına düşməsinə heç bir maneə olmamalı idi. Cavabdeh1 nümayəndəsi (qızı) Cavabdeh4 izahatından görünür ki, xalası Nailə Əliyeva 1977-ci ildə ailə həyatı qurandan sonra həyat yoldaşının yaşadığı Bakı şəhəri, 6-cı mikrorayonda yerləşən evə köçmüş, 2006-cı ildə həmin evi satdıqdan sonra Xırdalan şəhərind ə ev alıb oraya köçmüş, 2008-ci ildə isə Xırdalanda yaşadıqları evi satıb başqa bir ev almışlar. Bundan əlavə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsində yerləşən 12 saylı evə dair Ev kitabından görünür ki, X13 həmin evdə pasport qeydiyyatında olmamışdır. Bakı şəhəri 246 saylı məktəb-lisey tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli 53 saylı arayışdan görünür ki, İddiaçı 1988-ci ildə Bakı şəhəri 246 saylı məktəb-liseyin üçüncü sinfinə qəbul olunmuş, 1996/1997-ci tədris ilində məktəb-liseyin Xİ sinfini müvəffəqiyyətlə bitirmiş və A 193183 nömrəli tam orta təhsil haqqında attestat almışdır. Məktəbdə olan arxiv sənədlərinə əsasən onun yaşayış yeri Bakı şəhəri, 6-cı mikrorayon, Masazır (indiki İlqar Cümşüdov) küçəsi, bina 1/7, mənzil 43 olmuşdur.

23. Apellyasiya baxışı z amanı iddiaçı tərəf X15 Feyziyeva ilə birlikdə əvvəllər mübahisəli evdə yaşamasını, Cavabdeh1 nümayəndələri isə onların həmin evdə yaşamamasını təsdiq edən şəxslərin notarial qaydada təsdiq olunmuş ərizələrini və birgə tərtib olunmuş aktı təqdim etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin ərizələrin və aktların məzmunu bir-birinə zidd olduğundan, habelə ərizədə və aktda adları göstərilən şəxslər məhkəmə iclasında mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə şahid qismində dindirilmədiyindən, həmin akt və ərizələr sübut kimi qəbul olunmamalıdır.

24. Apellyasiya icraatı zamanı hər iki tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu ifadələr bir-birinə ziddir və şahid ifadələri əsasında yekun nəticəyə gəlmək mümkün deyil.

25. Nəhayət apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının anası Nailə Əliyeva miras qoyan Suriyə Əliyevanın 2000-ci ildə ölümündən sonra 20 il müddətində yaşamış və 2020-ci ildə vəfat etmişdir. Nailə Əliyeva anasından miras qalmış əmlak olmasını və özünün birinci dərəcəli vərəsə olmasını bildiyi halda, 20 il müddətində mirasdan payının müəyyən edilməsi ilə bağlı notariat və yaxud məhkəmə qaydasında tələb irəli sürməmişdir. Cavabdeh1 isə anası vəfat etdikdən sonra ailə üzvləri ilə birgə həmin mənzildə yaşamağa davam etmişlər. Mübahisəli evə dair vərəsə kimi Cavabdeh1 2012-ci ildə notariat kontoruna müraciət edərək, miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə almış və 2013-cü ildə həmin evə dair mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrin dən çıxarış əldə etmişdir. Hazırki iş üzrə iddiaçı miras qoyanın ölümündən 21 il keçdikdən sonra, vərəsə Cavabdeh1 mülkiyyət hüququna dair çıxarış almasından 9 il keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçı anasının miras əmlakı faktiki qəbul etməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəfin məhkəmədə verdikləri ifadələr qarşı tərəfin məhkəməyə təqdim etdikləri şahid ifadələri və digər sübutlarla təkzib olunmuş, birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi videodisk və fotoşəkillərdə olan görüntülər isə iddiaçının anasının mübahisəli evdə yaşamasını və miras əmlakı idarə etməklə və ya ona faktiki yiyələnməklə miras əmlakı faktiki qəbul etdiyini təsdiq etmir. Kassasiya şikayətinin və ona etirazın dəlillər i:

26. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-1549/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndi, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 528, 552-ci maddələri, Mülki Prosessual məcəllənin 88, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh özü də qanunla müəyyən olunmuş müddətdə deyil, 12 il sonra notariat orqanına müraciət etmiş, miras qoyanın yeganə vərəsəsi olması barədə məl umat vermişdir. Apellyasiya məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, faktiki olaraq iddiaçını vərəsəlik hüququndan məhrum etmişdir.

28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

29. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

30. Etiraz, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırılmasına uyğun əsaslandırılmış işin hallarını tam araşdırmış, etirazda maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən haz ırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hiss əsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

34. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərini n ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yox lanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına səlahiyyətləri çərçivəsində h üquqi qiymət verilmiş və iddiaçının anasının mirası qanunla nəzərdə tutulmuş müddətdə faktiki qəbul etməsi müəyyən edilməmişdir.

38. Məhkəmə kollegiyası izah edir ki, hazırki mübahisənin həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamışdır. Apellyasiya məhkəməsi hər iki tərəfin təqdim etdiyi sübutları ardıcıl və əlaqəli olaraq qiymətləndirmiş və gəldiyi nəticəni qətnamədə əsaslandırmışdır.

39. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mi rasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

40. Qanunun həmin tələblərini hazırki işə tətbiq etməklə müəyyən edilir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi iddiaçının mərhum anası qanunla müəyyən edilən müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin, sonuncunun mirasın açıldığını bilməsinə baxmayaraq, 20 ilə yaxın müddət ərzində mirasın qəbulu ilə bağlı həmin hərəkətlərin edildiyi apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası nəzərə alır ki, mirasın qəbulu ilə bağlı qanunla müəyyən olunmuş müddətlərdə hərəkətlərin edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı isə miras qoyanın ölümündən sonra miras əmlakı onun anası tərəfindən qanunla müəyyən olunan müddətdə qəbul etdiyini sübut edə bilməmişdir.

41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər işin faktiki hallarının aydınlaşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusion-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarı və s.).

42. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndi rilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-1549/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar