Məhkəmə qərarları › İş №2(102)-4348/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4348/2021

11.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4348/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXXqızının Cavabdeh qarşı (maraqlı şəxs XXX) iddia tələbinə, Cavabdeh İddiaçı XXXqızına, X6, Bakı Şəhəri 10 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı (maraqlı şəxs XXX) qarşılıqlı iddia tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh, X6, İddiaçı XXXqızına və Bakı Şəhəri 10 saylı Notariat Kontoruna qarşı (3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh, X5, İddiaçı XXXqızına və Bakı Şəhəri 10 saylı Notariat Kontoruna qarşı ( 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbulu faktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı XXXqızının, onun vəkili X3, Cavabdeh, onun vəkili Vəkil, müstəqil tələb irəli sürən üçüncü şəxs X2, onun vəkili X15, maraqlı şəxs XXXnın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-781/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xxxxxilə X7 27.01.1960-cı il tarixdə nikaha daxil olmuşlar. Onların 4 övladı anadan olmuşdur – X9, X21, xxx qızı (bundan sonra – iddiaçı) və xxxxxqızı. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze 14 ünvanında yerləşən fərdi yaşayış evi (indiki İsrafil Quliyev küçəsi, ev 18, bundan sonra – mübahisəli ev) xxxxx adına xüsusi mülkiyyət hüququ üzrə 24.06.1992-ci il tarixdə qeydiyyata alınmışdır. xxxxx 24.11.2000-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. X21 ilə xxxxxqızı (bundan sonra – cavabdeh) 01.03.2005-ci il tarixdə nikaha daxil olmuşlar. Onların nikahından 2 övladı anadan olmuşdur - 15.06.2005-ci il təvəllüdlü X25 və 17.12.2006-cı il təvəllüdl ü X22. X21 29.11.2009-cu il tarixində Bakı şəhərində vəfat etmişdir. X9, iddiaçı və X8 10.03.2018-ci il tarixdə ərizə verərək, ataları xxxxx miras qalmış mübahisəli fərdi yaşayış evində vərəsəlik yolu ilə onlara çatan paydan anaları X4 xeyrinə imtina etmişlər. 15.03.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 24.11.2000-ci il tarixdə vəfat etmiş xxxxxxx vərəsələri kimi mübahisəli evdə olan X11 və oğlu X9 qeyd olunmuşlar. Şəhadətnaməyə əsasən, onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. 15.03.2018-ci il tarixli vərəsəlik payının bağışlanması müqaviləsinə əsasən, X9 mübahisəli fərdi yaşayış evində miras yolu ilə ona çatan payı X6 bağışlamışdır. Mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi X4 adına daşınmaz əmlakı n dövlət reyestrində 12.04.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 17.05.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X11 mübahisəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini iddiaçıya bağışlamışdır. Mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 05.07.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5061/2018 nömrəli iş üzrə 17.12.2018-ci il tarixli qətnaməsinə əsasən, hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdehə qarşı mənzildən çıxarılma, cavabdehin isə iddiaçıya və başqalarına qarşı vərəsəlik şəhadətnaməsinin ləğvi və sair tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə mübahisəli evə münasibətdə cavabdehin 1/10 hissədə mirasda payının müəyyən edilməsi, mirasqoyanın həyat yoldaşı X4 isə 4/10 hissədə mirasda payının müəyyən edilməsi, cavabdehin özünə məxsus olan əşyaları ilə birlikdə mübahisəli fərdi yaşayış evindən, 1/10 hissədə payının əvəzi olaraq 5000 manat məbləğində mirasdan pul ödənilməklə çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3608/2019 nömrəli iş üzrə 22.04.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.12.2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı dəyərləndirmə apararkən belə qənaətə gəlmişdir ki, mirasın mirasqoyanın arvadı X4 və X1 qəbul etməsi mübahisəsiz və işin təsdiq olunan hallarıdır. X21 vəfat edənə qədər arvadı Cavabdeh və uşaqları ilə həmin evdə yaşamaqla mirası faktiki qəbul etmişlər. Ona görə X12 miras əmlakdan qəbul etmiş olduğu pay irsi transmissiya yolu ilə onun vərəsələrinə keçmişdir. Cavabdeh və uşaqları mirasdan X16 çatan payı qəbul etdikləri üçün onlar həmin hissənin mülkiyyətçiləridir. Miras evə vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət edərkən, X11 və X9 mərhum X16 çatan payın onun vərəsələrinə çatmaması üçün bilərəkdən vərəsələrin siyahısında onların adını göstərməmişlər. Ona görə həmin vərəsəlik şəhadətnaməsi etibarlı deyil. Hazırkı işdə həmin şəxslərin mirası faktiki qəbul edibetməmələri, mirasdan həqiqətən imtina edib-etməmələrini müəyyən etmək mümkün deyil. Çünki həmin məsələlərin hazırkı iş üzrə irəli sürülmüş tələblər əsasında yoxlanılması mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-6023/2019 nömrəli iş üzrə 20.09.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evdən istifadə hüququna 7000 manat kompensasiya verilməsi və cavabdehin uşaqları və əmlakı ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Hal-hazırda cavabdehin onun evində yaşaması mülkiyyət hüququnu sərbəst şəkildə həyata keçirməyinə mane olur. Cavabdehi n Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində E.Qasımov küçəsi, ev 14 B-də 27 saylı mənzili vardır. O, həmin evi kirayəyə vermiş, onun mülkiyyətində olan evə zorla girmiş, orada qeydiyyatı olmamasına baxmayaraq evi tərk etməmiş, özü və anası mütəmadi olaraq mübahisələr salmış, halhazırda da həmin qalmaqallar davam edir. Cavabdeh dəfələrlə ona və anasına hücum edərək döymüşdür. Cavabdeh, öz növbəsində, qarşılıqlı iddia verərək, mübahisəli ev üzərində uşaqları X25 və X22 ilə birgə onun istifadə hüququnun tanınması, həmin evlə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş 05.07.2018-ci il tarixli çıxarışın və çıxarışın verilməsinə əsas olan vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin və xxxxxx adına olan çıxarışın ləğv edilməsi, mərhum həyat yoldaşı X16 vərəsəliklə atasından miras qalmış mübahisəli ev və həmin evin altında yerləşən torpaq sahəsinin ¼ hissəsi üzərində vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Qarabağ müharibəsi iştirakçısı və əlili olmuş mərhum həyat yoldaşı X21 ilə el adətinə uyğun hələ 2004-cü ildə ailə qurmuş, mübahisəli evə gəlin gəlmişdir. Evə gəlin gəldikdən sonra onlara ayrı otaqlar verilmiş və onlar orada yaşamışlar. Həyat yoldaşı anadan olduğu 1972-ci ildən vəfat etdiyi günə kimi atası evində - mübahisəli evdə qeydiyyatda olmaqla yaşamışdır. Baldızı olan iddiaçı saxta yollarla evi ələ keçirmiş, evə dair çıxarışı alan kimi 07.07.2018-ci il tarixdə onu polisə vermiş, evdən çı xmağını tələb etmişdir. 10 saylı Notariat Kontorunun vərəsəlik işində XXX övladları xxxxxvə iddiaçı mirasdan analarının xeyrinə deyil, kimin xeyrinə imtina etmələrini göstərmədən imtina etmişlər. Bu isə həmin payların digər vərəsələrə keçməsi anlamına gəlir. Digər tərəfdən isə, XXX və iddiaçıya mirasdan ümumiyyətlə pay düşə bilməzdi. Çünki onlar ataları vəfat etdikdən sonra mirası faktiki qəbul etməmiş, müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmiş və bu hüquqlarından məhrum olmuşlar. Belə olan halda, notariusa yalan məlumat verildiyi üçün, vərəsəlik şəhadətnaməsi, çıxarış, daha sonra bağlanmış bağışlama müqaviləsi və sonrakı çıxarış etibarsız hesab edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evlə bağlı anası X6 və ona 10 saylı Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, onunla anası arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, anası XXXla bacısı olan iddiaçı arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi, mirası qəbul etmə faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik payının müəyyənləşdirilərək həmin payla bağlı ona vərəsəlik şəhadətnaməsinin verilməsinin 10 saylı Notariat Kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X9 iddiasını onunla əsaslandırmışdır ki, o, qardaşı X21, bacı ları X13 və X17 mübahisəli evdə dünyaya gəlmiş və orada yaşamışlar. Bacıları ailə qurub ər evinə köçmüşlər. O, atası, anası və qardaşı XXXmübahisəli evdə yaşamışlar. X34 veteranı kimi vəfatından əvvəl mənzil şəraiti pis olduğundan ev növbəsinə durmuş və ölümündən dərhal sonra ona mənzil verilmişdir, lakin mənzili həyat yoldaşı Cavabdeh öz adına rəsmiləşdirmiş və köçüb orada yaşamışdır. Bir müddət sonra yeni aldığı 2 otaqlı mənzili kirayəyə verərək mübahisəli evə gəlmiş və yaşayışlarını cəhənnəmə döndərmişdir. O və anası fasiləsiz olaraq miras əmlakda yaşamış, atasının bütün dəfn mərasimlərini yerinə yetirmiş, miras əmlakı qəbul etmiş və onu yaxşılaşdırmağa çalışmışlar. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evlə bağlı 10 saylı Notariat Kontoru tərəfindən ona və oğlu X5 verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi, X9 ilə aralarında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, onunla qızı XXX arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi, miras əmlakı miras qoyanla birgə nikah dövründə əldə etdiyindən miras əmlakın 50%-nin onun mülkiyyətinə verilməsi, qalan 50%-dən payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X11 iddiasını digər üçüncü şəxsin iddiasında qeyd olunmuş dəlillərlə əsaslandırmışdır. Məhkəmə iclasında şah id qismində dindirilən X36 ifadəsində göstərmişdir ki, o, tərəflərin qonşusudur. Mübahisəli ev mərhum xxxxXXX tərəfindən inşa edilmişdir. Ailə 6 nəfərdən ibarət olmuşdur. Cavabdehin mərhum həyat yoldaşı X10 uşaqlıqdan tanıyır. Cavabdeh mübahisəli evə gəlin köçmüşdür, indiyə kimi orada yaşayır. Evdə hər hansı mübahisənin olduğunu eşitməmişdir. Hal-hazırda mübahisəli evdə xxx, XXX (onlar daim bu evdə yaşamışlar), həmçinin mərhum qardaşı xxxx həyat yoldaşı olan gəlinləri xxxxvə sonuncunun övladları yaşayırlar. xxxxxx 2004-cü ildə evə gəlin köçdükdən sonra, sonuncunun uşaqları isə anadan olduqdan sonra mübahisəli evdə yaşayırlar. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-412/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (ha kim A.İbrahimov) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X4 iddiaları təmin edilmiş, Bakı şəhəri 10 saylı Notariat Kontoru tərəfindən X6 verilmiş 15.09.2012-ci il tarixli, reyestrdə 2V-2-1110 № ilə qeydə alınmış V/971/2012 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X6 və X5 verilmiş 15.03.2018-ci il tarixli, reyestrdə 2V-56 № ilə qeydə alınmış vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, bunun hüquqi nəticələri olaraq X9 ilə X11 arasında Bakı şəhəri 10 saylı Notariat Kontorunda reyestrdə 3M30 № ilə qeydə alınaraq 17.05.2018-ci il tarixdə bağlanmış vərəsəlik payının bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, mübahisəli ev və onun yer ləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət kimi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 426 nömrəli reyestr kitabının 39947 nömrəli vərəqində 12.04.2018-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmiş, X11 ilə iddiaçı arasında Bakı şəhəri 10 saylı Notariat Kontorunda reyestrdə 4Ə-72 № ilə qeydə alınaraq 17.05.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 426 nömrəli reyestr kitabının 39947 nömrəli vərəqində 05.07.2018-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Döv lət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmiş, mübahisəli evin mülkiyyətçisi olan XXX 24.11.2000-ci il tarixdə vəfat etdikdən sonra, onun vərəsələri olan X11, X9 və X21 tərəfindən miras əmlak olaraq qəbul etmələri faktı müəyyən edilmiş, X12 2009-cu ildə vəfat etməsindən sonra onun mübahisəli evdə payının irsi transmissiya qaydasında onun vərəsələri X11, Cavabdeh, X25 və X22 tərəfindən miras əmlak olaraq qəbul etmələri nəzərə alınmaqla, mübahisəli evə və evin yerləşdiyi torpaq sahəsinə dair X4 payı 17/24 hissədə, Cavabdeh payı 1/24 hissədə, X18 payı 1/24 hissədə, X14 payı 1/24 hissədə, X2 payı 4/24 hissədə müəyyən edilmiş və həmin paylarla bağlı onlara qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi 10 saylı Notariat Kontoruna həvalə edilmiş, qarşılıqlı iddia ərizəsi q alan hissədə təmin edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, 24.11.2000-ci il tarixdə vəfat etmiş xxxxx vərəsəsi kimi əsassız olaraq yalnız mərhumun həyat yoldaşı X11 nəzərə alınmışdır, halbuki, xxxxx digər vərəsələri, o, cümlədən, övladları XXX və xxx olmuşlar, onlar mübahisəli evdə yaşayaraq miras əmlakı vərəsə olaraq qəbul etmişlər. Lakin notariat orqanı tərəfindən qanunvericiliyin tələbləri pozularaq vərəsələrin tam dairəsi nəzərə alınmamışdır. XXX 2000-ci ildə vəfat edərkən, onun vərəsəsi olan oğlu X21 miras payından kənarda qalmışdır. Öz növbəsində, 2009-cu ildə vəfat etmiş X12 payı irsi transmissiya qaydasında sonuncunun vərəsələri olan anasına, həmçinin, həyat yoldaşına və iki azyaşlı uşağına çatmalı olduğu halda, vəfat etmiş vərəsənin vərəsələri (arvadı və uşaqları) miras payından kənarda qalmışlar. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında 15.03.2018-ci il tarixli şəhadətnamənin, müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X4 15.09.2012-ci il tarixli və 15.03.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə dair iddia tələbləri əsaslı hesab edilməlidir. Etibarsız hesab olunma halında şəhadətnamələr bağlandığı andan etibarsız hesab edildiyindən, onun bütün hüquqi nəticələri etibarsız hesab olunmaqla, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışlar ləğv edilməli, şəhadətnamələrin hüquqi nəticələri olaraq bağlanmış müqavilələr etibarsız hesab olunmalı, miras əmlak ilkin vəziyyətə gətirilməli, miras ın hansı vərəsələr tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı və miras əmlakdan vərəsəlik payları müəyyənləşdirilməlidir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev XXX ilə xxxx birgə nikahı dövründə əldə edilmişdir. Evin mülkiyyətçisi olan XXX 24.11.2000-ci il tarixdə vəfat etdikdən sonra, onun vərəsələri olaraq həyat yoldaşı xxxx, övladları XXX, xxx XXX və XXX qalmışlar. XXX xxxxx1986-cı ildə, XXX xxxxx isə 1989-cu ildə ailə quraraq, ər evinə köçmüşlər və mirası faktiki olaraq qəbul etməmişlər. Bu zaman mübahisəli evdə mərhumun həyat yoldaşı xxxxx, həmçinin övladları XXX və XXX daimi olaraq yaşamışlar. Göstərilən hallar tərəflərin heç biri tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, XXX vəfat etdikdən sonra, onun vərəsələri olaraq mərhumun həyat yoldaşı xxxx, həmçinin övladl arı XXX və XXXMehdiyevlər miras əmlakı faktiki olaraq qəbul etmişlər, mərhumun digər övladları isə onun vəfatından əvvəl ailə quraraq, daimi olaraq ər evinə köçdüyündən, miras əmlakı vərəsə olaraq qəbul etməmişlər. Mübahisə predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras əmlak olaraq vərəsələr tərəfindən qəbul edilərkən, ev xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx birgə nikahı dövründə əldə edildiyindən, X4 mirasda payı 4/6 (evin ½ hissəsi + evin digər ½ hissəsinin 1/3 hissəsi = 4/6 hissə), müvafiq olaraq XXXXXX 1/6, XX 1/6 hissədə müəyyən olunmuşdur. Bundan başqa, X21 cavabdehlə 2005-ci ildə nikaha daxil olmuş, onların birgə nikahlarından 15.06.2005-ci il tarixdə qızları xxxxxxxx 17.12.2006-cı il tarixdə oğulları xxxxxxxxxxxxanadan olmuşlar. Cavabdeh mübahisəli evə gəlin köçd üyü vaxtdan, uşaqlar isə anadan olduqları vaxtdan hazırkı vaxtadək mübahisəli evdə yaşayırlar. X21 2009-cu ildə vəfat etmişdir. Bu zaman mübahisəli evdə sonuncunun anası xxxxxxxxxxxxxx, qardaşı XXX xxxxxxxxxxxxx həyat yoldaşı Cavabdeh və onun azyaşlı övladları yaşamışlar və hazırkı vaxtadək də yaşayırlar. Göstərilən hallar da tərəflərin heç biri tərəfindən mübahisələndirilməmişdir. X1 qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələri olan həyat yoldaşı Cavabdeh, 2 övladı və anası xxx miras əmlak olan evdə daimi olaraq yaşayaraq, X16 məxsus olan miras payı kimi evin 1/6 hissəsini irsi transmissiya qaydasında bərabər payda qəbul etmişlər. Belə olan halda mübahisə predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras əmlak olaraq vərəsələr tərəfində n qəbul edilərkən, X4 mirasda payı 17/24 (özünə məxsus olan 4/6 hissə + XXX məxsus 1/6 miras payının ¼ hissəsi =17/24), müvafiq olaraq Cavabdeh miras payı 1/24 hissə, uşaqların 15.06.2005-ci il təvəllüdlü X18 və 17.12.2006-cı il təvəllüdlü X14 hər birinin miras payları 1/24 hissədən ibarətdir. Həmçinin, XXXXXX 1/6 və ya 4/24 payı saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, nə qədər ki, mübahisə predmeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras əmlak olaraq yuxarıda adı çəkilən vərəsələr tərəfindən yuxarıda qeyd olunan xronoloji ardıcıllıqla faktiki olaraq qəbul edilmişdir, hazırda mübahisəli evə münasibətdə tərəflərin payları aşağıdakı qaydada müəyyən edilməlidir: X4 evdə və torpaq sahəsində payı 17/24 hissə; Cavabdeh evdə və torpaq sahəsin də payı 1/24 hissə; X18 evdə və torpaq sahəsində payı 1/24 hissə; X14 evdə və torpaq sahəsində payı 1/24 hissə; X2 evdə və torpaq sahəsində payı 4/24 hissə. Məhkəmə, cavabdehin qarşılıqlı iddiasını mübahisəli ev üzərində uşaqları ilə birgə onun istifadə hüququnun tanınması hissəsində təmin etməyərək, mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin miras evə istifadə hüququnun tanınması tələbinin təmin olunmasına zərurət yoxdur. Cavabdeh və uşaqları mirası qəbul etdikləri vaxtdan onun mülkiyyətçisidirlər və istifadə hüququ mülkiyyət hüququnun tərkib ünsürü olduğu üçün, onun məhkəmə qaydasında tanınmasına lüzum yoxdur. Yuxarıda qeyd olunanlara müvafiq olaraq məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı və üçüncü şəxslər tərəfindən iddia müddət inin ötürülməsi, bu səbəbdən iddia müddətinin tətbiq olunması və iddia tələblərinin rədd olunması barədə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatətə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq X6 və X5 verilmiş 15.03.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və X6 verilmiş 15.09.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız olmaları qənaətinə gəlinmişdir. Tərəflər arasında bağlanmış müqavilələr, bu müqavilələr əsasında verilmiş çıxarışlar özü-özlüyündə deyil, qeyd olunan qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsızlığının hüquqi nəticəsi olaraq etibarsız hesab olunmalıdır. Belə olan halda, müqavilələrə dair iddia müddətinin tətbiqi üçün heç bir hüquqi əsas mövcud d eyildir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1134.1, 1145, 1146, 1159.1.1, 1243.2, 1243.3, 1252-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiaçının və 3-cü şəxslərin iddialarının rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır və çoxsaylı prosessual pozuntulara yol verilməklə çıxarılmışdır. Məhkəmə müddətin tətbiq edilməsi barədə ərizəyə əhəmiyyət verməmiş, çağırış sənədini cavabdehin ünvanına göndərməmiş, məhkəmə iclası barədə ona 1 dəfə çağırış sənədi göndərmiş və işi yekunlaşdırmış, işin təxirə salınması ilə bağlı xahişləri təmin edilməmiş, yeni tərəflərin işə qoşulması ilə əlaqədar işə əvvəldən baxılmağa başlanılmamış, XXX övladları XXX, XXX və XXXin mirasdan imtina etmələri və Mülki Məcəllənin 1268.1-ci maddəsi ilə nəzərdə tutulmuş, vərəsənin mirası qəbul etməkdən imtina etməsi barədə ərizəni geri götürə bilməməsi barədə müddəa nəzərə alınmadan, həmin ərizə qüvvədə olduğu halda XXX pay ayrılmış, cavabdehin mərhum həyat yoldaşı xx anası xx da qanunsuz olaraq onun varisi kimi tanınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)- 781/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəki l) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddiaçının və 3-cü şəxslərin iddialarının rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassator əlavə olaraq göstərmişdir ki, XXXXXX və xxx üçüncü şəxs kimi tanınmaları barədə işdə hər hansı qərar, o cümlədən protokol qərarı yoxdur. Onlar 3-cü şəxs kimi işə cəlb edilmədən iddia ərizəsi verə bilməzdilər. Bu, MPM-in 55.1-ci maddəsinə ziddir. Məhkəmə onların iddia ərizələrini icraata qəbul etmədən, bu barədə qərar, o cümlədən protokol qərarı qəbul etmədən ərizələrə mahiyyəti üzrə baxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazı lı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. İddiaçı və vəkili ayrı-ayrılıqda şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Müstəqil tələb irəli sürən üçüncü şəxs və vəkili ayrı-ayrılıqda şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Bakı Şəhəri 10 saylı N otariat Ofisinin xüsusi notariusu məktub göndərərək kassasiya şikayətinə Ofisin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxm aqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktından yalnız cavabdeh kassasiya şikayəti verdiyi üçün apellyasiya instansiyası məhkəməsi aktı müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələblərinin təmin edilmiş hissəsində və cavabdehin qarşılıqlı iddiasının təmin olunmayan hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız s ayılır (maddə 1133.1) Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1). Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar (maddə 1159.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras ın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir( maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır (maddə 1252). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə əsasən birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. İş materiallarında üçüncü şəxslərin tələblərinin icraata qəbulu barədə qərardadın mövcud olmadığı barədə dəlilə münasibətdə nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən həmin tələblər baxılmaq üçün qəbul edilmiş və qətnamədə həmin tələblərə hüquqi qiymət vermişdir. MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının yol verilən pozuntusu düzgün olmayan qətnamənin qəbulu ilə nəticələnmədiyindən qətnamənin mübahisələn dirilən hissədə ləğvi üçün əsas deyil. Xüsusən nəzərə alınmalıdır ki, üçüncü şəxslərin müstəqil tələblərinin predmeti ilə cavabdehin qarşılıqlı iddiasının predmeti əsasən üst-üstə düşür. Birinci instansiya məhkəməsi vərəsəlik hüququ haqqında şəhadətnamələrin və bağışlama əqdlərinin etibarsız hesab edilməsi, onların hüquqi nəticəsi olan çıxarışların ləğvi və mirasın əmlakın yenidən bölünməsi barədə nəticəyə təkcə üçüncü şəxslərin müstəqil tələbləri əsasında deyil, həm də cavabdehin qarşılıqlı iddia tələbini qismən təmin etməklə gəlmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-781/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələblərinin təmin edilmiş hissəsində və cavabdehin qarşılıqlı iddiasının təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar