Məhkəmə qərarları › İş №2(102)-4348/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4348/2022

06.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4348/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat ofisinə, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə, Cavabdeh4 Bəybala qızına, Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin və bununla bağlı çıxarışların etibarsız hesab edilmələri” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkə məsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)2251/2022 nömrəli qətnaməsindən iddiaçının vəkili tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-4130/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat ofisinə, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə, Cavabdeh4 Bəybala qızına, Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX nəzdində Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin və bununla bağlı çıxarışların etibarsız hesab edilmələri” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)2251/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-4130/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının adından vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti vəkil X1 tərəfindən imzalansa da, sonuncuya belə səlahiyyət verilməsini təsdiq edən etibarnamə kassasiya şikayətinə əlavə olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsin in imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki v ə kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən q aytarılır. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Kassasiya şikayəti iddiaçının adından vəkil X1 tərəfindən elektron imza ilə imzalanmışdır. Həmçinin “Elektron məhkəmə” informasiya sisteminə kassasiya şikayətinin skan olunmuş surəti də əlavə olunmuşdur ki, həmin şikayət də vəkil tərəfindən imzalanmışdır. Kassasiya şikayətinin həmin surətində vəkil orderinin və nümayəndəyə verilmiş etibarnamənin əlavə olunması qeyd edilsə də, həmin sənədlərdən yalnız vəkil orderi “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş, etibarnamə nə həmin sistemə, nə də ki, iş materiallarına əlavə olunmamışdır. Beləliklə, müəyyən olunmuşdur ki, kassasiya şikayətinə iddiaçının adından vəkil X1 imzalasa da, sonuncuya belə səlahiyyətin MPM-in 74.2-ci maddəsinə uyğun olaraq verilməsini təsdiq edən əlavə olunmamışdır. Qeyd olunanlara əsasən, kassasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(103)-2251/2022 nömrəli qətnaməsindən İddiaçı adından verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar