Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4348/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X5 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4107/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2023-c ü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə Cavabdeh1 və X10 və X1.
2. Əzizbəyov rayonu Zirə qəsəbəsi ünvanda yerləşən 2 otaqlı, sahəsi 47,6 kv metr, köməkçi sahəsi 26,6 kv metr fərdli yaşayış evi Abşeron rayonu XDS İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı adına qeydə alınmışdır.
3. X8 xx.xx.2019-cu il tarixdə ölmüşdür. 4. "xxxx" MMC-nin №035/21 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə sovxozunda yerləşən 47,6 kv metretr yaşayış və 26,6 kv metretr köməkçi sahədən ibarət fərdi yaşayış evinin hazırki dövrə olan orta aylıq kirayə qiyməti 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun tərəfindən 20000 (iyirmi min) manat məbləğində pul kompensasiyası ödənilməklə onun ailə üzvləri ilə birlikdə Baki şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh1 onun oğludur. Son vaxtlar cavab deh evdə dava salır. Davalara tab gətirməyən iddiaçının həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda Cavabdeh1 ilə birgə yaşayış qeyri-mümkündür. Ona görə də evdən çıxıb qızının evində yaşayır. Hesab edir ki, onun cavabdehə qarşı kompensasiya ödəməklə evə istifadə hüqüquna xitam verilməsi tələbi ilə iddia irəli sürmək hüqüqu vardır.
7. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 iddiaçı tərəfindən 20000 manat məbləğində pul kompensasiyası ödənilməklə onun Bakı şəhəri Zirə qəsəbəsi Südçülük tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə ailə üzvləri: arvadı Cavabdeh2, yetkinlik yaşına çatmayan övladları X6 və X4 ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 mart 2023-cü il tarixli, 2(003)-36/23 saylı qətnaməsi ilə (hakim Xəzri Ramilə) iddia təmin edilmişdir.
9. Birinci instasniya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehə təklif olunan kompensasiya onun davamlı sürətdə və müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olduğundan, Cavabdeh1 20000 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməli, iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
10. Məhkəmə cavabdehin arvadı Cavabdeh2 mübahisəli mənzildən çıxarılması tələbinə qiymət verərək hesab etmişdir ki, iddia bu hiss ədə də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının gəlini mübahisəli ünvanda qeydiyyatda deyildir. Ailə qurduqdan sonra onlar iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşamışlar. İddiaçı onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. Cavabdeh arvadı və iki uşağı ilə birlikdə iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşayırlar.
11. Məhkəmə, cavabdehlərin azyaşlı uşaqları X3 və X2 həmin yaşayış sahəsindən çıxarılması tələbinə münasibətdə bildirmişdir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələri nin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırkı iş üzrə də uşaqların ev barəsində istifadə hüququ valideynlərinin istifadə hüquqlarından əmələ gələn hüquq olduğundan və ataları olan cavabdehin (Cavabdeh1) istifadə hüquqlarına xitam verildiyindən, onların da həmin evdə yaşamaqları üçün qanuni əsaslar qalmamışdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 228.1 və 228.2-ci, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 s entyabr 2007-ci il Qərarına, Mülki Prosessual Məcəllənin 14.2,77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh1 20000 (iyirmi min) manat miqdarında kompensasiya ödənilməsi hissəsində dəyişdirilərək, kompensasiya 80000 manat məbləğində müəyyən edilməsi, kompensasiya ödənildikdən sonra istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, kompensasiyanın məbləğinin hesablanmasının meyarlarına dair qanunda konkret göstəriş olmasa da, məhkəmə təcrübəsində müxtəlif kompensasiya məbləğlərinin təyin edilməsi ilə rastlaşılır. Məhkəmə təcrübəsinə görə məhkəmələr tərəfindən kompensasiyanın məbləği müəyyən olu narkən kompensasiya ödəyənin maddi vəziyyəti və digər diqqətəlayiq halları ilə yanaşı kompensasiya alanın da maddi vəziyyəti və iş üçün əhəmiyyət kəsb edən digər halları da nəzərə alınmaqdadır. Belə hallarda kompensasiya alan şəxsin ailə üzvlərinin sayı, onların mübahisəli mənzildən çıxarıldıqdan sonra həmin mənzilə uyğun müvəqqəti olaraq digər yaşayış sahəsinin əldə edə bilməsi imkanı, onların maddi vəziyyəti və s. hallar nəzərə alınır. Ona görə də Konstitusiya Məhkəməsinin məlum qərarına görə “kompensasiya ödənilməklə şəxs(lər)in mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddialara baxılarkən bazar qiymətinə uyğun kompensasiya məbləğini müəyyən etmək vəzifəsini qanunverici məhz həmin tələbə baxan məhkəmələrin üzərinə qoymuşdur. Lakin buna baxmayaraq, Xəzər Rayon Məhkəməsi q anunvericinin ona verdiyi bu səlahiyyətdən istifadə etməmiş, yalnız iddiaçının iddia tələbində qeyd etdiyi 20000 manat kompensasiya verilməsini əsas götürərək iddiaçının iddia tələbinin ona münasibətdə təmin olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə kompensasiya məbləğini müəyyən edərkən həmin məbləğin nəinki bazar qiymətinə uyğun olub olmamasını araşdırmamış, bu məbləğin bazar qiymətlərinə uyğunlaşdırılmasına dair heç bir təşəbbüs göstərməmişdir. İddiaçı tərəfindən ödənilən kompensasiyanın məbləği ilə razı deyildir. Bu məbləğ ona davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq və təsərrüfatla məşğul olmaq imkanı vermir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4107/2023 nömrəli iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi Cavabdeh1 kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olmadığına dair bildirdiklərini əsassız hesab etmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, işdə olan "xxxx" MMC-nin №035/21 saylı qiymətləndirmə hesabatından müəyyən edildiyi kimi Bakı şəhəri, Xəzər rayonu, Zirə sovxozunda yerləşən 47,6 kv metretr yaşayış və 26,6 kv metretr köməkçi sahədən ibarət fərdi yaşayış evinin aylıq kirayə qiyməti və ona yaxın ərazidə analoji evlərin orta aylıq kirayə qiyməti 250 manat təşkil edir. Beləliklə, təklif olunan kompensasiya ilə Cavabdeh1 təq ribən 7 ilə yaxın müddətə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində cavabdeh yaşayış sahəsi ilə təminatsız qalmır və məhkəmə istifadəçinin kompensasiya verilməklə hüquqlarına xitam verilməsi zamanı onun davamlı surətdə müəyyən müddət daxilində əvvəlki mənzildə ona məxsus olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
18. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehlər (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr işin faktiki hallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırmadan, faktlara düzgün hüquqi qiymət vermədən, kimin haqlı, kimin haqsız olmasını araşdırmadan qanunsuz və ədalətsiz nəticəyə gəlmişlər.
21. Bütün bu hallar “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri, Pirallahı RPŞ-nin 09 iyun 2020-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur. Qeyd edilən qərardan görünür ki, həmin təhqiqat vətəndaş X7 29 may 2020-ci il tarixdə DİN-nin 102 Xidmətinə zəng etməsi əsasında aparılmışdır. Qərarın məzmunundan aydın olur ki, Ə.Zeynalov 102 Xidmətinə zəng edərək qardaşı, hazırkı iş üzrə Cavabdeh1 tərəfindən guya bacısı Solmazın döyüldüyünü və anası Əcəbin təhqir olunduğunu bildirmişdir. Lakin aparılmış araşdırma nəticəsinə qeyd edilən xüsusatların heç biri öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd olunmuşdur.
22. Beləliklə işin faktiki hallarından görünür ki, hazırkı halda iş üzrə iddiaçı ana ilə cavabdeh oğul (Sahib) arasında deyil, ziddiyyət bacı (Solmaz) və qardaş (Əziz) ilə cavabdeh Sahib arasında mövcud olmuşdur və bu ziddiyyət bu gün də davam edir. Bu fakt ailənin bütün üzvləri tərəfindən təsdiq olunmaqdadır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata ke çirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
27. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
28. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsi
29. Maddə 32.1. N ikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi
30. Maddə 53. icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzv ləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
31. Maddə 54. icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Mə hkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
44. Birinci instansiya məhkəməsinin mövqeyi razılaşan apellyasiya məhkəməsinin qənaətinə görə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ayrıca mülkiyyətidir, cavabbeh Cavabdeh1 həmin evdə yaşayış sahəsindən istifadə hüququ vardır, sonuncunun arvadı olan digər cavabbeh Cavabdeh2 isə yaşayış sahəsindən istifadə hüququ yoxdur, Cavabdeh1 20000 manat miqdarında kompen sasiya ödənilməklə onun yaşayış evindən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayış evindən çıxarılmaları işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslıdır.
45. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini aşağıdakılara əsasən qanuni və əsaslı hesab etmir.
46. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisənin predmeti olan Əzizbəyov rayonu Zirə qəsəbəsində yerləşən, ümumi sahəsi 74,2 kv metr olan fərdi yaşayış evi keçmiş Əzizbəyov rayonu XDS İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı adına qeydiyyyata alınmış, yaşayış evinə dhair 1997-ci ilin avqust ayında tərtib edilmiş Texniki pasporta görə evin 1 hektar həyətyanı torpaq sahəs i vardır. Cavabdehin izahatına görə torpaq sahəsində hazırkı mübahisənin predmeti olan yaşayış evindən başqa bacısına və qardaşına məxsus olan daha iki ev vardır, qardaşı və bacısı öz əiləsi ilə birlikdə həmin evlərdə yaşayırlar.
47. İş materiallarına görə iddiaçı mübahisənin predmeti olan yaşayıış evi İddiaçı adına dövlət qeydiyyatına alınan zaman o, cavabdehin atası X8 ilə rəsmi nikahlı ər-arvad münasibətlərində olmuş, Əli Zeynalov 12 sentyabr 2019-cu il tarixdə ölmüşdür. Əli Zeynalov öləndən sonra da Cavabdeh1 mübahisənin predmeti olan evdə yaşamaqda davam etmiş, hal-hazırda da həmin evdə yaşayır.
48. Cavabbeh Cavabdeh1 həmin evdə yaşayış sahəsindən istifadə hüququnun olması qənaətinə gələn apellyasiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, yaşayüış evinin iddiaçı ilə cav abdehin atası Əli Zeynalovun birgə mülkiyyəti olubolmadığını müəyyən etməmiş, əgər birgə mülkiyyətdirsə evin ikidə bir hissəsinin Əli Zeynalovdan qalmış miras əmlakın kütləsinə aid olması, Cavabdeh1 mərhum atası Əli Zeynalovun birinci növbədə vərəsəsi olması, mübahisəli evdə ailə üzvləri ilə birlikdə yaşamaqla mirası faktiki qəbul etməsi, belə olan halda artıq onun yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun mülkiyyət hüququndan irəli gəldiyini nəzərdən qaçırmış, işin nəticəsi üçün mühüim əhəmiyyət kəsb edən həmin hallara hüquqi qiymət verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qənaəti qanuni və əsaslı hesab edildə bilməz.
49. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cav abdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-4348/2023 nömrəli iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.