Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-435/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:vərəsəlik hüququ üzrə mübahisələr) 24.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundandan ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxs Gəncə şəhər 1 saylı Notariat Ofisi) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2022-ci il tarixli 2(104)-1830/202 2 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Həsənov Zahid Abdulla oğlunun adına qeydə alınmışdır.
2. Həsənov Zahid Abdulla oğlu xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, Azərbaycan Respublikaı ƏMDK-nin yanında DƏDRX-nin Seriya MA ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışın ləğv edi lməsi, onun mərhum atası Həsənov Zahid Abdulla oğlundan miraq qalmış Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 nömrəli mülkdə birinci növbə vərəsə kimi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 nömrəli mülk Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Seriya MA ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarış əsasında Cavabdeh adına qeydə alınmışdır. Mülkiyyət hüquqları qeydə alınmış cavabdeh doğma qardaşıdır. Onun bu hüquqları qeydə alınanadək Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 nömrəli mülk 14 fevral 2009-cu ildə vəfat etmiş mərhum atası Həsənov Zahid Abdulla oğlunun adına olmuşdur. Atası vəfa t etdiyində o, Rusiya Federasiyasında həbsdə (cəzaçəkmə müddətinin başlaması xx.xx.2008-ci il cəzaçəkmə müddətinin bitməsi xx.xx.2020-ci il; 065833 nömrəli arayış) olmuşdur. Bu müddət ərzində o, Azərbaycan Respublikasının ərazisində məlum səbəbdən olmamışdır. Bundan istifadə etmiş cavabdeh atasından miras qalmış mübahisəli mülki vərəsəlik şəhadətnaməsi əsasında öz adına rəsmiləşdirmişdir. Gəncə şəhəri 1 saylı Notariat Ofisindən rəsmi qaydada əldə olunmuş qanun üzrə vərəsəlik işinin materiallarından görünür ki, cavabdeh tərəfindən notariusa xx.xx.2011-ci il tarixli arayış təqdim olunmuşdur. Həmin arayışla müəyyən olunur ki, rəhmətlik atasının vəfatından sonra guya cəmi iki vərəsəsi Cavabdeh və anası X1 qalmışlar. Halbuki, o, qanun üzrə vərəsə olduğu halda, notariat orqanı həmin arayışa əsas lanmış və xx.xx.2011-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sözü gedən əməliyyatların baş verməsindən 2021-ci ilin sonunda məlumat əldə etmişdir. Belə ki, cavabdeh arvadı və uşaqlarına qarşı evdən çıxarılma tələbi ilə məhkəməyə ərizə vermiş və onların Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 nömrəli mülkdən çıxarılmasını xahiş etmişdir. Cavabdehin bu hərəkətləri onun və ailə üzvlərinin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hesab edir ki, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2011-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab olunmalı, onun əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Seriya MA ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tar ixli çıxarış ləğv edilməli və onun mərhum atasından miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 nömrəli mülkdə birinci növbə vərəsə kimi payını müəyyən olunmalıdır
5. İşdə olan X1 tərəfindən verilmiş ərizədən görünür ki, o, mərhum əri Həsənov Zahid Abdulla oğlunun xx.xx.2009-cu il tarixdə vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olsa da orada yaşamamışdır, vərəsəliyini qəbul etməmiş, mülkdən imtina etmişdir.
6. İşdə olan Gəncə şəhəri 1 saylı notariat kontorunda 2V-1-312 reyestr nömrəli notariat işi üzrə xx.xx.2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, Həsənov Zahid Abdulla oğlundan qalmış miras əmlak - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vərəsə Cavabdeh tərəfindən qəbul edilmişdir. Ona xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli seriya MA № ******* çıxarış verilmişdir.
7. İşdə olan X6 Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Cənub- X5 üzrə Daxili İşlər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı Moskva şəhər məhkəməsinin 29 iyul 2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a, e,j,z” bəndləri ilə 12 il müddətinə ağır rejimli islah koloniyasında azadlıqdan məhrum olma cəzası ilə məhkum edilib. Sverdlovsk vilayətinin Tavdinski rayon məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə o, 11 ay 27 gün müddətinə həbsxanaya köçürülüb. O, cəzasını Rusiyanın Çelyabinsk vilayətindəki FKU T GUFSİN-də çəkib. O, cəzasını çəkdikdən sonra 2020-ci il mart ayının 11-də azadlığa buraxılıb.
8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(043)533/2022 saylı qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddianın təmin edilməməsi ödənilmiş, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras qoyan Zahid Həsənov xx.xx.2009-cu il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. İddiaçı mirasın açıldığı vaxt başqa ölkədə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, bu səbəbdən mirası qəbul edə bilmədiyini bildirsə də bununla bağlı məhkəmə qeyd etmişdir ki, bu hal iddiaçının mirası qəbul etməməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının a zadlıqdan məhrum edilməsi onu digər hüquqlarından məhrum etməmişdir, o həbsdə olduğu vaxt mirası qəbul etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən hərəkətlər edə, yəni notariat orqanına yazılı ərizə ünvanlayaraq mirası qəbul etdiyini bildirə bilərdi. Bundan başqa məhkəmə onun həbsdə olduğu müddəti üzürü hesab etsə belə, işin mübahisələndirilməyən halından görünür ki, iddiaçı həbsdən 2020-ci ilin mart ayının 11-də azadlığa buraxılmış, lakin məhkəməyə mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçı azadlığa buraxıldığı vaxtdan keçən 2 ilə yaxın müddət ərzində hazırkı tələblə çıxış etməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli evə dair Cavabdeh adına verilmiş hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli mənzilə dair cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1248.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun 8.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək birinci inst ansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən miras qoyan mərhum Həsənov Zahid Abdulla oğlunun vəfat etdiyi vaxt iddiaçının Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində olduğunu nəzərə almamış, bundan başqa iş materiallarına əlavə edilmiş notariat sənədlərinin sırasında vərəsələrin dairəsini müəyyən edən saxta arayış olmasına əhəmiyyət verməmiş, həmçinin cavabdehin eləcə də iddiaçının ailə üzvləri olan anası və qardasını şahid qismində dindirməklə kifayətlənmiş, həmin ifadələrin həqiqiliyini dəqiq araşdırmamışdır. Bununla da işə birtərəfli yanaşmaqla cavabdehin hüquq və mənafelərinə üstünlük vermiş və nətic ədə sözügedən qətnaməni qəbul etmişdir. Məhkəmə Gəncə şəhəri 1 saylı Notariat Ofisini işə cəlb etməmişdir. Notariat əməliyyatının aparılması zamanı miras qoyanın faktiki olaraq digər vərəslərinin olduğu halda, hansı səbəbdən onların vərəsəlik işinə cəlb edilməməsi məsələsinə aydınlıq gətirilməmişdir. Miras qoyan Həsənov Zahid Abdulla xx.xx.2019-cu il tarixdə vəfat etsə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hansı səbəbdən xx.xx.2011-ci il tarixdə alınması aydınlaşdırılmamışdır. xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri 1 saylı Notariat Ofisinə təqdim olunmuş vərəsələrin dairəsini müəyyən edən arayışın saxta olub-olmaması məsələsi araşdırılmamışdır. X6 Nazirliyinin Moskva üzrə Baş İdarəsinin X2 üzrə Daxili İşlər İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışla İddia çı Moskva şəhər Məhkəməsinin 29 iyul 2009-cu il tarixli hökmü ilə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi müəyyən edilmişdir. Həmin arayışla dəqiq müəyyən edilmişdir ki, iddiaçı mərhum atası vəfat edən zaman həbsdə olmuşdur. Məhz buna görə də onun miras əmlakıın qəbul edilməsi ilə bağlı hər hansı hərəkət imkanın olmamışdır.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 13 iyul 2022-ci il tarixli 2(104)-1830/2022 nömrəli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqe yi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. İddiaçı mirasın açıldığı vaxt başqa ölkədə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, bu səbəbdən mirası qəbul edə bilmədiyinə istinad etmiş, iddianı təmin etməyən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu hal iddiaçının mirası qəbul etməməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının azadlıqdan məhrum edilməsi onu digər hüquqlarından məhrum etməmişdir, o həbsdə olduğu vaxt mirası qəbul etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən hərəkətlər edə, yəni notariat orqanına yazılı ərizə ünvanlayaraq mirası qəbul etdiyini bildirə bilərdi. Bundan başqa, məhkəmə onun həbsdə olduğu müddəti üzürlü hesab etsə belə, işin mübahisələndirilməy ən halından görünür ki, iddiaçı həbsdən 2020-ci ilin mart ayının 11-də azadlığa buraxılmış, lakin məhkəməyə mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı azadlığa buraxıldığı vaxtdan keçən 2 ilə yaxın müddət ərzində də hazırki tələbini mübahisələndirməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd olunan miras əmlaka dair cavabdehin mirası qəbul etdiyi, yəni miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi alan zaman onun həbsdə olduğu üçün məlumatı olmadığını qeyd etmişdir. Lakin, məhkəmə iclasında şahid qismində dindirilmiş onun anası Adilə Həsənova və qardaşı Arzu Həsənov ifadələrində İddiaçı həbsdə olduğu müddət ərzində onunla mütəmadi danışdıqlarını və mülkün Cavabdeh adına keçməsindən xəbərdar olduğunu qeyd etmişlər.
16. Apellyasi ya şikayətinin dəlillərində iddiaçı qeyd edilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün başqa heç bir əsas gətirməmiş, şəhadətnamənin etibarsız hesab edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1248.1-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun 8.0.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilərək, işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar q əbul edilməsini xahiş etmişdir.
19. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı mərhum atası Həsənov Zahid Abdulla oğlunun vəfat etdiyi zaman həbsdə olduğunu təsdiq edən arayışlar, eləcə də vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə sübut kimi təqdim etsə də, məhkəmə kollegiyası həmin sənədləri sübut kimi qəbul etməmişdir. İddiaçının məhkəməyə qeyd olunan halları əks etdirən sübutları təqdim etdiyi halda, məhkəmə şahid ifadələrinə əsaslanmış və qətnamə qəbul etmişdir.
20. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134, 1159, 1203, 1318-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14cü maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şik ayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti formal olduğu üçün təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 29.7. Dövlət vərəsəlik hüququna təminat verir.
23. Maddə 72.3. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
25. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi i lə açılır.
26. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.
27. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
28. Maddə 1321. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidi r. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
29. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətna mə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir.
34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
37. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Kassasiya şikayətinin əsas dəlilləri apellayasiya şikayətinin dəlilləri ilə eynidir, digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, sonunclar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Digər dəlillərlə bağlı isə apell yasiya məhkəməsi işin faktiki hallarını araşdırmaq səlahiyyətindən istifadə edərək iddiaçının mirasın açılmasından məlumatlı olmasını, bununla bağlı qanunla müəyyən edilmiş qaydada rəsmi olaraq mirası qəbul edilməsi üçün müraciət etmədiyini, həbsdən azad olunduqdan sonra isə mirasın cavabdeh tərəfindən qəbul edilməsinə dair hüquqmüəyyənedici sənədləri mübahisələndirmək imkanı əldə etsə də müəyyən olunmuş müddətdə bu huququndan istifadə etmədiyini göstərmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsa s təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1830/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.