Məhkəmə qərarları › İş №2(102)-4354/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4354/2021

23.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4354/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhimoğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2898/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 19 oktyabr 2019-cu il tarixdə Cavabdeh ilə Türkiyə Cümhuriyyətinin vətəndaşı X2 arasında əmək müqaviləsi bağlanmış və sonuncu böyük mexanika-istismar texniki vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 30 aprel 2020-ci il tarixədək bağlanmışdır. İşəgötürənin 20 aprel 2020-ci il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin 30 aprel 2020-ci il tarixdə bitməsi, həmçinin işçinin iş fəaliyyətinin qeyri-qənaətbəxş olması ilə bağlı təqdimatın araşdırılması və koronovirus pandemiyasının yayılması ilə əlaqədar tətbiq edilmiş karantin şəraitinin yaratdığı çətinliklər nəzərə alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 1 ay uzadılmışdır. İşəgötürənin 30 may 2020-ci il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin 31 may 2020ci il tarixdə bitməsi, ölkədə xüsusi karant in rejiminin 15 iyun 2020-ci il tarixədək uzadılması nəzərə alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti daha 15 gün - 15 iyun 2020-ci il tarixədək uzadılmışdır. İşəgötürənin 16 iyun 2020-ci il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin 15 iyun 2020ci il tarixdə başa çatması nəzərə alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin avqust ayında X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinin başa düşdüyü türk dilində ona verilməməsini, müqavilənin cavabdeh tərəfindən vəd edilmiş 1 il müddətinə bağlanmamasını, onunla əmək müqaviləsinə xitam veriləcəyi barədə bildirişin ona verilməm əsini və bununla əlaqədar onunla əmək müqaviləsinin davam etdiriləcəyini güman etməsini, müqaviləyə ondan xəbərsiz xitam verilməsi nəticəsində maddi ziyana məruz qalmasını və s. əsas göstərməklə onunla bağlanmış əmək müqaviləsinin 6 ay 11 gün müddətinə uzadılaraq əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı kimi 6200 manat məbləğində kompensasiyanın ödənilməsi, hüquqi yardım üçün ödədiyi 509 manatın, etibarnamə üçün ödədiyi 16.50 manatın, X5 ilə biletin alınmasına görə ödədiyi 1451 manatın, tibbi yoxlanışa görə ödədiyi (Covid 19 virusuna görə) 400 manatın, icarə haqqına görə ödədiyi 1700 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hak im A.A.Qasımov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Məhərrəmova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərə k qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 73 Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzind ə tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədə n saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti 16 iyun 2020-ci il tarixdə bitmişdir. Müddətin bitməsi ilə əlaqədar işəgötürənin 16 iyun 2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin əmrin surəti 18 iyun 2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qanunun göstərilən normaları iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas verdiyindən və bu zaman əmək qanunvericiliyinin pozulmasına yol verilmədiyindən, kollegiya apellyasiya instansiyası məhkəm əsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanunun tələblərinə və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar