Məhkəmə qərarları › İş №2(102)-4357/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4357/2021

23.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4357/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhimoğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-851/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 10 yanvar 2018-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə görə Cavabdeh1 tərəfindən İddiaçı 2 il müddətinə qaytarmaq şərti ilə 100.000 manat məbləğində borc verilmişdir. Kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin təminatı kimi X1 və X3 məxsus daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmiş və bu barədə Cavabdeh1la ipoteka qoyanlar arasında 24 yanvar 2018-ci il tarixli ipoteka müqavilələri bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2018-ci ilin yanvar ayında “Sahil Tredinq” şirkətinin direktoru Cavabdeh1 ilə şirkətə məxsus qeyri-ərzaq məhsullarının Bərdə və Bərdə ətrafı rayonlarda satışını həyata keçirmək barədə razılığa gəldikd ən sonra Cavabdeh1 təklifi ilə ona 100.000 manat məbləğində kreditin verilməsi və qohumları Q.Məmmədov və T.Qənbarova ilə ipoteka müqavilələrinin bağlanmasını, həmin müqavilələrin satış məqsədi ilə ona verilmiş malların ödənişinin təminatı olaraq digər əqdi pərdələmək məqsədi ilə bağlanmasını, müqavilə ilə əlaqədar ona heç bir pul məbləğinin verilməməsini əsas göstərməklə kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək kredit və ipoteka müqavilələrinin satış məqsədi ilə ona veriləcək malların təminatı kimi, d igər əqdin pərdələnməsi məqsədi ilə bağlanmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli kredit müqaviləsi, eləcə də X1 və X4 ilə bağlanmış ipoteka müqavilələri etibarsız hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək kredi t müqaviləsinin yalan olması barədə işdə heç bir sübutun olmamasını, müqavilənin onların iradəsinə və həqiqi niyyətlərinə uyğun bağlanmaqla onun etibarsız sayılması üçün əsasların olmamasını, eləcə də müqavilənin etibarsız sayılması barədə iddianın Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş müddətin ötürülməklə verilməsini, məhkəmə kollegiyasının işin həmin halına düzgün qiymət vermədən iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavab dehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasın a təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən e dilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını təmin edib tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrini etibarsız sayarkən kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmasına və kredit müqaviləsi ilə əlaqədar İddiaçı müqavilədə göstərilən pul məbləğinin verilməməsinə və beləliklə də müqavilənin əhəmiyyətsiz əqd olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin qanuni əsası kimi Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması nəticəsinə gələrkən tərəflərin məhz hansı əqdi pərdələmələrini konkret müəyyən etməmiş və bu istiqamətdə lazımi araşdırma aparmamışdır. İddiaçıya görə mübahisəli kredit müqaviləsi Cavabdeh1 direkt oru olduğu “Sahil Tredinq” şirkətindən Bərdə və Bərdə ətrafı rayonlarda satışının təşkili üçün alacağı malların təminatı kimi bağlanmasını və həmin müqaviləyə əsasən ona hər hansı məbləğdə pul verilməməsini iddia etmişdir. Cavabdeh1 isə kredit müqaviləsində müəyyən olunmuş pul məbləğinin iddiaçıya verilməsini və kredit müqaviləsinin işlədiyi şirkətin fəaliyyəti ilə bağlı olmamasını bildirməklə iddia tələbi ilə razılaşmamışdır. İşdə tərəflərin əmək münasibətlərində olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Bərdə rayon polis X5 müstəntiqinin işin 128-131-ci səhifələrində olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 03 iyul 2020-ci il tarixli qərarı isə tərəflər arasında məhz hansı əqdin bağlanmasının nəzərdə tutulması və həmin müqavilənin hansı səbəbdən bağlanmamas ı nəticəsinə gəlmək üçün tam əsas vermir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi (MPM-nin 372.1-ci maddəsi) tərəflərin dəlillərini tam və hərtərəfli araşdırmaqla mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını təmin etməli idi. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həllinin təmin edilməsi məqsədi ilə tərəflərə onların həqiqətən də şirkətin fəaliyyəti ilə bağlı hər hansı münasibətdə olmalarını təsdiq edən sübutların təqdim olunmasına (MPM-nin 14.1-ci mad.) şərait yaratmamış, yalnız İddiaçı iddia ərizəsində göstərdikləri əsasında kredit müqaviləsinin yalan əqd olması barədə nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının işin 137-139-cu səhifələrində olan iclas protokolundan görünür ki, iddiaç ının nümayəndəsi Vəkil2 məhkəmədə verdiyi izahatında tərəflər arasındakı münasibətlər barədə məlumatsız olmasını və “Sahil Trade” şirkətinin Cavabdeh1 işlədiyi şirkət olmasını bildirmişdir. Cavabdehin nümayəndəsi Vəkil1 isə iddiaçıya biznes fəaliyyəti ilə məşğul olmaq üçün borc verilməsini, Cavabdeh1 “Neptun” şirkətinin icraçı direktoru olmasının müqavilənin etibarsızlığı üçün əsas olmamasını bildirmişdir. Tərəflərin həmin izahatları olduqca səthi olmaqla iş üzrə qəti nəticəyə gəlmək üçün əsas verməməsinə baxmayaraq, məhkəmə kollegiyası tərəflərə suallar verməklə işin həmin hallarının aydınlaşdırılmasına səy göstərməmişdir. Halbuki işin həmin halının aydınlaşdırılması tərəflərin hansı əqdi pərdələmələrini müəyyən etmək üçün mühüm əhəmiyyət daşımışdır. Göstərilənlərlə əlaqədar kollegiya hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında tərəflər arasında bağlanmış müqavilələrin əhəmiyyətsiz əqd (yalan əqd) olması barədə nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar