Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4359/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-636/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abonent İddiaçı (**********00228 sayla qeydiyyata alınmış abonent koduna) hazırda 6.739,2 manat borcu vardır.
2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktların surətlərindən görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona (abonent kodu **********00228) Cav abdeh tərəfindən əsassız hesablanmış 6.739,2 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında ona məxsus fərdi yaşayış evi mövcuddur. Lakin bildirir ki, həmin evdə yaşayış olmamışdır. Belə ki, həmin evi bağ evi kimi istifadə etmiş, ancaq yay aylarında 1-2 ay qalmışdır. Ailəsi ilə birlikdə isə qeydiyyatda olduğu ünvanda yaşayır. 2020-ci ilin son aylarında qonşular bildirdilər ki, bağ evinin yerləşdiyi küçəyə qaz xətti çəkilmiş və evlərə sayğac yerləşdirilir. Bu məqsədlə həmin dövrdə o da bağ evinə qaz xətti çəkdirmişdir. Qaz xəttini çəkən cavabdeh Birliyin əməkdaşları ondan sayğacın yerləşdirilməsi üçün həmin günü 340 manat alıb bilmişlər ki, o biri g ünü gəlib sayğacı quraşdıracaqlar. Cavabdehin əməkdaşları gedəndən sonra o, müəyyən etmişdir ki, sayğac ünvanlara pulsuz quraşdırılmalı və ondan əsassız olaraq pul almışlar. Səhəri günü həmin əməkdaşlar gəlib sayğacı quraşdıranda o, onlara verdiyi pulu geri tələb eləmişdir. Bundan sonra verdiyi pul ona geri qaytarıldıqdan sonra sayğacın yerləşdirilməsindən imtina etmişlər. O isə həmin evdə yaşayış olmadığına görə sayğacın quraşdırılmasında təkid etməmişdir. Qeyd edir ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən bağ evinə xx.xx.2022-ci il tarixdə sayğac quraşdırılmışdır. Bundan sonra son 3-4 aydır ki, yay mövsümü ilə əlaqədar həmin bağ evindən istifadə edir. Yaşadığı müddətdə də istifadə etdiyi qazın dəyərini ödəmişdir. Lakin etdiyi ödənişlərdən tutulmaları n aparılmasını müəyyən etmişdir. Bu məsələni aydınlaşdıranda müəyyən etmişdir ki, guya tərəfindən dəfələrlə, yəni 2021-ci ilin yanvar ayında, iyun-dekabr aylarında, 2022-ci ilin yanvar-aprel aylarında qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etmiş və buna görə aktlar tərtib edilmiş, həmin aktlar əsasında onun abonent hesabına ümumilikdə 6739.2 manat məbləğində borc hesablanmışdır. Həmin aktlar əsasında hər ay yazılmış məbləğlərə nəzər yetirdikdə görünür ki, o, tək öz bağ evini deyil, həmin bağ evinin yerləşdiyi küçədə olan digər evlərin də qazını təmin eləmişdir. Belə ki, həmin məbləğlərə nəzər yetirdikdə 2021-ci ilin yanvar ayında 885,60 manat, iyun ayında 583,20 manat, iyulavqust aylarında 194,40 manat, sentyabr ayında 295,20 manat, oktyabr ayında 504 manat, noyabr-dekabr aylarında 6 48 manat, 2022-ci ilin yanvar ayında 648 manat, fevral ayında 669,6 manat, mart aprel aylarında 734,40 manat təşkil etmişdir. Qeyd edir ki, bağ evində 2022-ci ilin aprel ayının 29-dək qazdan istifadə edilməmiş, ümumiyyətlə həmin evdə yaşayış olmamışdır. Tərtib edilmiş aktlar barəsində heç vaxt məlumatı olmamış və bağ evinə cavabdeh Birliyinin əməkdaşları tərəfindən baxış keçirilməmişdir. Nə onun, nə də digər şəxslərin iştirakı ilə akt tərtib edilməmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(003)2643/2022 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən 6.739,2 manat ziyanın hesablanmasına əsas olmuş aktlar isə iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilm iş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, y uxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 87,39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddələrinə istinadla əsas landırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı (abonent) təbii qazdan qeydiyyatsız (sayğacsız) istifadə edib, bununla əlaqədar müvafiq aktlar tərtib edilib və həmin aktlara əsasən zərər (istifadə edilmiş təbii qazın dəyəri) hesablanıb. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd edib ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanına malik olsa da, bunu etməyib. Bundan başqa, cavabdeh apellyasiya şikayətinə əlavə verib və qeyd edib ki, iddiaçı məhkəməyə müraciət edərkən onun abonent hesabında 6.004,80 m anat borcu olmuş, lakin məhkəmə borcun məbləğini düzgün müəyyən etmədən 6.739,2 manat borcun silinməsini qət etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-636/2023 nömrəli iş üzrə 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Xəzər rayonu, Binə qəsəbəsi, “Südçülük sovxozu” adlandırılan ərazidə yerləşən, İddiaçı aid olan evdə (abonent kodu: **********00228) təbii qazdan sayğacdankənar istifadəyə görə xx.xx.2021ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt və xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 6.739,2 manat borcun 6.264,2 manat hissəsinin silinməsi, həmin aktalara əsasən İddiaçı Cavabdehnə olan borcunun məbləği 475 (dörd yüz yetmiş beş) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı (abonent) qazdan sayacdankənar istifadə edib. İşin bu halı Cavabdeh İB-nin məhkəməyə təqdim etdiyi fotoşəkillər və aktlarla təsdiq olunur. Belə ki, Cavabdeh İB iddiaçının (abonentin) qazdan qeydiyyatsız (sayğacsız) istifadə etdiyini təsdiq edən 7 ədəd fotoşəkil (iş v. 106112) və 12 ədəd aktı (iş v. 132-155) məhkəməyə təqdim edib. Aktlar və onlara əsasən hesablanmış məbləğlər aşağıdakı kimidir: 1) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 885,60 manat; 2) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 583,20 manat 3) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 194,40 manat; 4) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 194,40 manat; 5) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 295,20 manat; 6) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 504 manat; 7) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 648 manat; 8) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 648 manat; 9) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 648 manat; 10) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 669,60 manat; 11) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 734,40 manat; 12) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 734,40 manat. 13.Bu məbləğlərin cəmi 6.739,2 manat təşkil edir. 14.Cavabdeh İB 12 ayda qazdan sayğacdankənar istifadəyə görə iddiaçıya (abonentə) zərərin (itirilmiş qazın) əvəzi kimi 6.739,2 manat borc hesablayıb. Lakin bu məbləğ ağlabatan deyil. Həmin aylarda sayğacsız istifadə edilmiş qazın dəyəri müəyyən edilərkən təqvim ayları istilik mövsümünə və qeyri-istilik mövsümünə bölünməlidir. Belə ki, yaşayış və qeyri-yaşayış binalarının istiliklə təchizi zamanı təqvim ili istilik və qeyri-istilik mövsüm ünə bölünür. Əhali təbii qazdan istilik mövsümünə aid olan 5 ayda (15 noyabrdan 15 aprelədək) çox istifadə edir, qeyri-istilik mövsümünə aid olan 7 ayda isə az istifadə edir. Ona görə də sayğacsız istifadə edilmiş qazın dəyəri ağlabatan mühakimə əsasında istilik mövsümünə aid olan aylar üçün 50 manat, qeyri-istilik mövsümünə aid olan aylar üçün 25 manat müəyyən edilməlidir. Bu məbləğlər aşağıdakı kimi olacaq: 1) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 2) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 25 manat 3) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 25 manat; 4) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 25 manat; 5) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 25 manat; 6) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 25 manat; 7) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 8) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 9) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 10) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 50 manat; 11) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 50 manat; 12) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 50 manat.
15. Həmin məbləğlərin cəmi 475 manat təşkil edir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin “iddia tələbinin təmin edilən hissəsində” ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 386, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.3. tələblərini nəzərə almamış, iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə qismən düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir.
19. İddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdirdikləri halda, həmçinin də iddiaçı tərəfindən iddia tələbinin əsaslılığı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti qismən təmin etmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq qismən əsassız qətnamə qəbul etmişdir.
20. İş materiallarından da məlum olduğu kimi apellyasiya instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını tanımış, lakin həmin aktlar üzrə cavabdehin mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Apellyasiya instansiya Məhkəməsinin qətnaməsindən o da məl um olur ki, məhkəmə qanunsuz istifadəyə görə cavabdehə vurulmuş maddi zərərin miqdarını müəyyən etmək üçün ekspertiza təyin etmiş, lakin qarşısında qoyulmuş suala ekspert tərəfindən cavab verilmədiyi üçün məhkəmə özü vurulmuş ziyanın məbləğini müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə cavabdehin qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Kassator hesab etmişdir ki, iddiaçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktları apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edildiyi üçün iddiaçıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməli idi. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmiş və qismən qanunsuz qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə
21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Maddə 109
7. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları süb ut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
38. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edi r. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, cavabdehin hesabları həddə borcun olması təsdiq olunmur. Cavabdeh borcun düzgün hesablandığını təsdiq edən sübutlarını məhkəməyə təqdim etdiklərini bildirsə də belə sübutların işə aid olmadığı aşkardır.
39. Kassasiya şikayətinin digər dəlili iş üzrə təkrar ekspertizanın təyin olunması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cərimənin düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün ekspertiza təyin etmiş, ekspert belə rəyin verilməsinin mümkün olmadığını göstərmiş, məhkəmə tərəfindən qiymətləndirilərək nəticəyə gəlinməli olması göstərilmişdir. Bundan sonra isə məhkəmə faktiki olaraq işdə olan sübutlar üzrə qiymətləndirmə apararaq sayğacdan kənar istifadə edilən təbii qazın həcmini müəyyən etmişdir. Bu vəziyyətdə isə təkrar ekspertiza təyin edilməsi üçün hər hansı bir əsasın mövcudluğu müəyyən olunmur.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Azəriqaz ” İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyul 2023-cü il tarixli, 2(103)-636/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.