Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4363/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-781/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İŞİN HALLARİ
1. İddiaçı və ailə üzvlərinə Göyçay rayonu Qızılağac kəndi ərazisindən torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi onların mülkiyyətindədir, torpaq sahəsində xurma ağacları əkərək, mövsüm vaxtı meyvələrini satır.
2. Cavabdeh1 Göyçay RPŞ-nin rəisinə yazdığı izahatda göstərmişdir ki, 2020-ci ilin noyabr ayında sinif yoldaşı Cavabdeh2 ona Göyçay rayonu ərazisində xurma tapmasını xahiş etmişdir. O da, Göyçay rayonu Qızılağac kənd sakini İddiaçı oğlu Elvində satılması üçün nəzərdə tutulan xurma məhsulu olduğunu ona dediyinə görə, sinif yoldaşı Sahiblə məhsula baxmaq üçün Göyçay rayonu Qızılağac kəndinə getmişlər. Onlar məhsulun alğısatqısında razılaşmışlar, Sahib Elvinə 200 manat beh vermişdir, həmin gündən bir gün sonra məhs ulu yığmağa başlayacağı ilə bağlı sövdələşmişlər. Mal yığılarkən 3 gün sonra Sahib ona zəng edərək məhsulun qiymətinin endiyi və satmaq mümkün olmadığı üçün məhsulu almaqdan imtina etdiyini bildirmiş, həmçinin onun Elvinə zəng edərək məhsul yığımını dayandırmasını deməsini istəmişdir. Elvin buna narazılıq etsə də, məhsul yığımını dayandırmışdır. O, Elvinə bütün xərci özü çəkəcəyini bildirmiş və həmin məhsulu başqa müştəriyə satmasını istəmişdir. Elvin məhsulu başqa müştəriyə sata bilmədiyi üçün məhsulu onun almalı olduğunu bildirmişdir. O da ziyan ola-ola, məhsulu sonuncudan almışdır. Məhsulu satış dəyərindən xeyli aşağı qiymətə satmışdır. Qazandığı pulu xərclərinə sərf etmişdir. O, Elvindən 1 qutusu 10 manat dəyərində 1149 qutu məhsul almışdır. Həmin məhsulu ziyanına sataraq 7000 manat pu l əldə etmişdir. O, İsayev Elvinə olan borcunu hal-hazırda maddi imkanı zəif olduğuna görə ödəyə bilmir. Ən qısa zamanda özünə məxsus torpaq sahəsini sataraq borcunu ödəyəcək.
3. Cavabdeh2 Göyçay RPŞ-nin rəisinə yazdığı izahatda qeyd etmişdir ki, 2020-ci ilin payız aylarında həmkəndlisi Ayaz Ovçuyevlə şərikli xurma meyvəsini vətəndaşlardan alaraq Rusiya Federasiyasına satılması üçün yığmışlar və ya burada həmin meyvəni satmışlar. O cümlədən İddiaçı sonuncuya 200 manat beh verməklə 1180 qutu, ümumi dəyəri 12500 manat olan xurma meyvəsi almışlar. Lakin Rusiyaya göndərilən meyvə ziyan etdiyi üçün həmin pulu, yəni İddiaçı 12500 manat borcunu verə bilməmişlər. Daha doğrusu İddiaçılə deyil, sonuncunun oğlu Elvinlə danışmışlar və onlara 12500 manat borcları qalmışdır. Həmin puldan yarısı onun bor cu olsa da, Ayazla şərik olduqları üçün digər aralarında olan alverə görə İddiaçı xurma meyvəsinin pulunu Ayaz verməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12295 manat pul vəsaiti və ödənilmiş 189 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, mülkiyyətlərinə verilən torpaq sahəsində xurma ağacı əkərək, mövsüm vaxtı meyvələrini satıb ailəsini dolandırır. 2020-ci ilin təxminən oktyabr ayının əvvəllərində cavabdehlər ona müraciət edərək yetişdirdiyi xurma meyvəsini almaq istədikləri ni, pulunu satıldıqca hissə-hissə ödəyəcəklərini bildirmişlər. Cavabdehlər əvvəlki illərdə də yetişdirdiyi xurma meyvəsini nisyə alaraq, pulunu vəd verdikləri vaxtda qaytarmışlar. Onda inam yaratdıqları üçün bu dəfə də cavabdehlərlə razılaşıb, 12295 manat dəyərində xurma meyvəsini nisyə vermişdir. Cavabdehlər vəd verdikləri vaxtda ona borclu olduqları pulu qaytarmamış, hər dəfə müxtəlif bəhanlər gətirərək, borclu olduqları pulu verməkdən yayınmışlar. Şərik olan cavabdehlər etibarından sui-istifadə etdikləri üçün Göyçay rayon Polis şöbəsinə müraciət etmişdir. Ərizəsini araşdıran polis əməkdaşları cavabdehlərin əməlində cinayət tərkibi olmaması qənaətinə gəlmiş və ona mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
6. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansi ya məhkəməsi) 2(046)- 1191/2022 nömrəli mülki iş üzrə 5 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia qismən təmin edilmiş, 12095 manat borcun və ödənilmiş 126.26 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçıdan şərikli xurma məhsulu alaraq, pulunu məhsul satıldıqca hissə-hissə ödəyəcəklərinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməmişlər. İddiaçı bununla bağlı öncə Göyçay rayon Polis Şöbəsinə şikayət ərizəsi, daha sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdehlərin hər ikisi iddiaçıdan şərikli olaraq xurma mə hsulu aldıqlarını bildirirlər. Belə olduğu təqdirdə, cavabdehlər iddiaçı qarşısında müştərək qaydada pul öhdəliyi daşıyırlar.
9. İddianı qalan hissədə təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər iddiaçıya sonuncunun oğlu vasitəsilə 200 manat beh ödəmişlər. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 72-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445 və 448.1-ci, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6.1 və 13-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 14.2, 77.1, 185.5 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tanımadığı və borclu olmadığı iddiaçı ilə aralarında alğı-satqı münasibətlərinin olması və bu səbəbdən də onun qarşısında borc öhdəliyi yarandığı qənaəti ilə məhkəmə əsassız və qanunsuz olaraq qətnamə çıxarmışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, həm o, həmdə də iş üzrə digər Cavabdeh2 iddiaçını tanımır. Məhkəmə iclasları barədə məlumatsız olduqları üçün rayon məhkəməsində işə baxılmasında iştirak etməmişlər. Cavabdehlərin Göyçay rayonu Qızılağac kənd ərazisində xurma aldıqları şəxsin adı Elvin olmuş, onunla razılaşdırılmaqla borclu olduqları 7000 (yeddi min) manat pulu da hissə-hissə özünə ödəyəcəklərini vəd etmişlər. Hətta bu barə də Göyçay Rayon Polis Şöbəsində izahatları zamanı borcun yaranma səbəbləri və kimə ödəməli olduqlarını xüsusilə qeyd etmişlər.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-781/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədlinin sədrliyi və məruzəsi ilə, Ələddin Məcidov, Elçin Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, 12095 manat borc və ödənilmiş 189 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsinə aid hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi, qətnamənin mübahisələndirilən digər hissədə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən s axlanılması qət edilmişdir.
14. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin Cavabdeh1 aid hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə xurma yeşiyinin Cavabdeh1 verdiyini bildirsə də buna dair hər hansı mötəbər sübut növünü məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının iddia tələbini əsaslandırmaq üçün məhkəməyə təqdim etdiyi yeganə sübut Cavabdeh1 Polis Şöbəsində yazmış olduğu izahatdır. İddiaçının istinad etdiyi həmin yazılı izahat iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi üçün əsas ola bilməz.
16. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, Cavabdeh1 Göyçay RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədovun adına yazdığı izahatda hazırki iş üzrə iddiaçıdan hər hansı məhsul aldığını və ya hər hansı digər formada ona borclu olduğunu etiraf etməmişdir. Həmin izahatda söhbət Elvin adlı şəxsdən gedir ki, hazırki iş üzrə iddiaçı Elvin adlı şəxs deyildir.
17. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 72-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 600.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 372.1, 372.6, 372.7 və 384-cü maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələrinin qətnaməsi iddiaçının mənafeyinin qorunmasına yönəlmiş, Cavabdeh2 məhkəmə iclasında bildirdiyi fikirlər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsindən digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yalnız onun özünə münasibətdə baxmış, əslində qətnamədən cavabdehlərin hər ikisinin narazı olduqlarını və apellyasiya şikayətində qətnamənin tam ləğv edilərək iddia tələbinin tam şəkildə rədd edilməsinin xahiş edilməsinə qiymət verməmiş, həmin xüsusatlar üzrə demək olar ki, heç bir araşdırma aparmamışdır. Halbuki, qətnamədən hansı cavabdehin şikayət verməsindən asılı olmayaraq, Cavabdeh2 tərəfindən ünvanlanmış ərizələrdə onun da qətnamədən narazı o lduğu öz əksini tapmışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsinin Cavabdeh1 münasibətdə istinad etdiyi sübutla razılaşmayan məhkəmə kollegiyası Cavabdeh2 aid hissədə həmin sübutu necə mötəbər qəbul etmişdir. Həmçinin apellyasiya şikayətinə əsasən işə baxılarkən Cavabdeh2 tərəfindən vəsatətlə məhkəmə kollegiyasına müraciət edilərək göstərilmişdir ki, “birinci instansiya məhkəməsinin iddia tələbini təmin edən məhkəmə kollegiyası hazırki qətnaməni qəbul edərkən istinad etdiyi yeganə sübut guya cavabdehlərin Göyçay RPŞ-nin rəisinin adına yazdıqları izahatlar olmuşdur. Cavabdeh qeyd etmişdir ki, qeyd olunan izahatlar hazırki iş üzrə iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməzdi. B elə ki, onun adından Göyçay RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədovun adına yazılmış izahat saxtalaşdırılmışdır. O, polis şöbəsində elə məzmunda heç bir izahat verməmişdir. Həmin ərizədə onun imzası və xətti saxtalaşdırılmışdır. Onun birinci instansiya məhkəməsinə göndərdiyi ərizə ilə polis şöbəsində onun adından yazılmış ərizəyə baxdıqda aşkar şəkildə görünür ki, polis şöbəsində yazılmış ərizədə olan imza onun imzası deyildir. Buna görə də, məhkəmə kollegiyasından onun adından Göyçay RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədovun adına yazılmış izahatda həm xətt nümunələrinin, həm də, imza nümunələrinin cavabdeh tərəfindən icra edilməməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ancaq məhkəmə kolle giyası tərəfindən onun vəsatəti heç bir əsas olmadan təmin edilməmişdir.
20. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin qismən, təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin Göyçay RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədovun adına yazdığı izahatlara istinad edərək qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi səhv, düzgün olmayan, qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etdiyindən həqiqətin təmin olunmasını təmin etməmişdir. Cavabdeh1 bildirsə də ki, iddiaçını tanımır (bu faktı təsdiqləyən heç mötəbər bir sübutu məhkəməyə təqdim etməyib, poisə verdiyi izahat isə özünü müdadiə xarakterlidir) amma digər Ca vabdeh2 izahatında bildirir ki, digər aralarında olan alverə görə iddiaçının meyvəsinin pulunu Ayaz verməlidir. Qutuların sayı, satış ərazisi və qiymətində də cavabdehlər arasında ziddiyyətlər mövcuddur. İki cavabdehin izahatları arasında kifayət qədər ciddi ziddiyyətlər olsa da, apellyasiya instansiya məhkəməsi Cavabdeh1 yalnız mülahizələrə əsaslanan apellyasiya şikayətini mötəbər sübut hesab edərək birinci instansiya məhkəməsinin qanuni qətnaməsini Cavabdeh1 münasibətdə qanunsuz və əsassız olaraq dəyişdirmişdir. Bu isə iddiaçının konstitutsion hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. Apellyasiya instansiya məhkəməsi MPM-nin 9.3-cü maddəsinin tələblərini pozmuş, qərarını qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır. Cavabdehlərin yeganə sübut növü verdiklə ri ifadələr olsa da məhkəmə iki cavabdehin izahatları arasındakı ziddiyyəti araşdırmamış və səhv qiymətləndirmişdir. Bu da öz növbəsində səhv qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə qətnamədə heç bir hüquqi dəlilə istinad edə bilməmişdir. Həmçinin, apellyasiya instansiya məhkəməsi təqdim edilmiş sübutlara qeyri-obyektiv baxmış, iş üzrə sübutlar hərtərəfli və tam araşdırılmamış, habelə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmişdir. Məhkəmə Cavabdeh1 yeganə sübut kimi təqdim etdiyi və polisə verdiyi özünü müdafiə və digər cavabdehlə ziddiyyətli izahatını mötəbər sübut kimi qiymətləndirməklə ciddi pozuntuya yol vermişdir. Bu səbəbdən də tətbiq edilməli hüquq normalarına düzgün qiymət verməmişdir.
22. İddiaçı kassasiya şikayətini Mülki Məcəllənin 442-ci, Mü lki-Prosessual Məcəllənin 9.3, 88 və 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 23. Сavabdeh Cavabdeh1 iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir.
24. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qətnaməsi qəbul edilərkən maddi hüquq normasının pozulması, cavabdehlərin iddiaçıdan şərikli xurma məhsulu alaraq pulunu məhsulu satdıqca hissə-hissə ödəyəcəklərinə dair iddiaçı qarşısında öhdəlik götürdüyünü, lakin ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini müxtəlif bəhanələr gətirərək ümumiyyətlə icra etməmələri ilə əsaslandırmışdır. Həmçinin apellyasiya məhkəməsi qanuni olaraq hesab etmişdir ki, iddiaçının iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi yazılı izahat iddianın C avabdeh1 münasibətdə təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və MPM-nin tələblərini nəzərə almamışdır. Göründüyü kimi, hazırki iş üzrə mövcud olan sübutlar əsasında iddiaçının Cavabdeh1 xurma məhsulu satması sübut olunmur və iddiaçının istinad etdiyi polisə verilmiş izahat Cavabdeh1 məhkəmədə verdiyi izahatla təsdiqini tapmadığından mötəbər hesab oluna bilməz. Qeyd olunanlara əsasən, Cavabdeh1 iddianın kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasın a dair qərar çıxarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
26. Maddə 72, 1-ci və 2-ci hissə. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərək əti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uy ğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA B AXİŞİNİN HƏDLƏRİ
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 40.İşdən görünür ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya şikayətini yalnız digər Cavabdeh1 vermişdir. Apellyasiya məhkəməsi işə cavabbeh Cavabdeh1 şikayətinə əsasən ona münasibətdə i ddianın təmin olunması hissədə baxmış, apellyasiya baxışı yalnız bu həddə olmuşdur. Ona görə iddiaçının və Cavabdeh1 kassasiya şikayətinə əsasən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil etsə də, bu həddin Cavabdeh2 qarşı iddianın rədd olunması hissəsi ilə məhdudlaşdığı qeyd edilməlidir. 41.Kassasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyasının məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Kassasiya şikayətlərinin dəlilləri sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
44. İddiaçı və Cavabdeh2 kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövq eyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. 45.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-781/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tar ixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini.