Məhkəmə qərarları › İş №2(102)-4365/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4365/2022

28.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4365/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışların ləğv edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh (üçüncü şəxslər Bakı şəhəri 50 saylı Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Ərazi İdarəsi və X12) qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququ ha qqında şəhadətnamələrin və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-72/2022 nömrəli, 2022-ci il 18 mart tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 2022-ci il sentyabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları 1. 2015-ci il 16 oktyabr tarixli AZ-İ 768434 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 2015-ci il 9 oktyabr tarixində vəfat etmiş, Nizami rayon Qeydiyyat şöbəsinin çıxarışına əsasən X7 ilə Qanuni nümayəndə (bundan sonra – “nümayəndə”) arasındakı nikah pozulmuş və bu barədə 2017-ci il 16 noyabr tarixli, 332 nömrəli akt qeydə alınmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 10ci il 27 avqust tarixli, MA0112824 saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X3 mülkiyyətində olmuş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2018-ci il 31 iyul tarixli, RX ******* saylı çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X3 və X9 (bundan sonra – “3-cü şəxs”) ümumi birgə mülkiyyətindədir, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2018-ci il 9 avqust tarixli, RX ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh (bundan sonra – “cavabdeh”) və 3-cü şəxs A.Qurbanovun ümumi birgə mülkiyyətindədir.

3. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2018-ci il 27 fevral tarixli 2(004)-1148/2018 saylı qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 51 m2 -dən iba rət qeyri-yaşayış sahəsində 4/5 hissədə 3-cü şəxs A.Qurbanovun payı, 1/5 hissədə isə X3 payı müəyyən edilmişdir.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2018ci il 16 avqust tarixli RX ******* saylı çıxarışdan isə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak 1/5 hissədə cavabdehin, 4/5 hissədə 3-cü şəxs A.Qurbanovun mülkiyyətində olduğu görünür.

5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2016-cı il 21 sentyabr tarixli qətnaməsi ilə iddiaçının mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunaraq, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. Apellyasiya məhkəməsinin 2(103)-306/2017 saylı, 2017-ci il 8 fevral tarixli qətnaməs i ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2016-ci il 21 sentyabr tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçının ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılmasına dair ərizəsi təmin edilməmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-ci il 4 iyul tarixli, 2(102)-4294/2017 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-306/2017 saylı, 2017-ci il 8 fevral tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2018-ci il 6 iyun tarixli 2(007)-1630/2018 saylı qətnaməsi ilə nümayəndənin X2 miras qalmış daşınar və daşınmaz əmlakların, torpaq sahələrinin, bank hesabında olan pulların və indiyə qədər qaynanası t ərəfindən ayda 810 manat pulun mənimsənilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci il 19 oktyabr tarixdə vəfat etmiş oğlu X2 miras qalmış əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, bunların əsasında verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 37 saylı evin 5 saylı mənzilinə və ünvan 4 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair Çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının mərhum oğlu X7 2015-ci il 9 oktyabr tarixində vəfat etmişdir. Oğlunun vəfatına qədər ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi olmuş və həmin ünvanda yaşamışdır. Oğlunun Qanuni nümayəndə ilə olan nikahı 2014-cü ildə pozulmuşdur. Oğlunun vəfatından sonra onun mülkiyyətində olmuş ünvan 1 və ünvan 2 ünvanında yerləşən, mərhumun 1/5 hissədə payı müəyyən olunmuş 51 m2-dən ibarət qeyri-yaşayış sahəsi miras qalmışdır. Həmin qeyri-yaşayış sahəsini mərhum oğlu və 3-cü şəxs A.Qurbanov şərikli işlətmişdir. Oğlu vəfat etdikdən sonra həmin qeyri-yaşayış sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsində olmuşdur.

10. Belə ki, hər ay sözügedən sahədən yığılan icarə haqqının 400 manat məbləğində hissəsi 3-cü şəxs A.Qur banov tərəfindən iddiaçıya verilir. Həmin məbləğin 150 manat hissəsi aliment kimi nümayəndəyə ödənilir, 250 manat hissəsi isə iddiaçının özünə qalır. 3cü şəxs A.Qurbanov həmçinin söz vermişdir ki, bundan sonra icarə haqqının yarısını aliment kimi ödəyəcək.

11. İddiaçı imkan daxilində qeyri-yaşayış sahəsinə baş çəkmiş, kommunal xərclərin ödənilməsinə, sahənin saxlanmasına nəzarət etmiş, icarəçilərlə görüşmüşdür. Bununla da, oğlundan miras qalan əmlaka faktiki sahiblik və istifadə etmişdir. Sadalanan faktları 3-cü şəxs A.Qurbanov və sahədəki icarəçilər də təsdiq edə bilərlər. Bununla belə, Qanuni nümayəndə Bakı şəhəri 50 saylı notariat kontorundan mərhum X2 miras qalmış əmlaklara cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə almış, bunun sayəsində ünvan 3 ünvanında yerləşən, mərhumu n 1/5 hissədə payı müəyyən olunmuş 55 m2-dən ibarət qeyri-yaşayış sahəsinə mərhumun oğlunun mülkiyyət hüququnu təsdiq edən çıxarışlar əldə etmiş və bu zaman iddiaçının əmlaka faktiki sahiblik və ondan istifadə etməsi nəzərə alınmamışdır.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2018-ci il 12 noyabr tarixli, 2(007)-3779/2018 saylı qətnaməsi ilə (hakim Mirzəyev Fikrət) iddia tələbi təmin edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan miras əmlaka dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunmalı, eyni zamanda, həmin şəhadətnamənin yaratdığı bütün hüquqi nəticələr aradan qaldırılmalıdır. Cavabdehin vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Mülki Məcəllənin normalarına əsasən i ddiaçının miras əmlakı faktiki olaraq qəbul etməsi nəzərə alınmamış, bununla da, onun vərəsəlik hüququ pozulmuşdur.

14. İddiaçi isə Mülki Məcəllənin tələblərinə əməl etməsə də (qanunla müəyyən olunan müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmişdir), miras əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İşin bu halı tərəflərin məhkəmədə verdiyi izahatlarla, iş üzrə toplanmış digər sübutlarla və işin faktiki halları ilə öz təsdiqini tapır.

15. X3 mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzili və ünvan 2 ünvanında yerləşən 51 m2dən ibarət qeyri-yaşayış sahəsinin 1/5 hissəsi olmuşdur. 2015-ci il 9 oktyabr tarixində vəfat e tdikdən sonra iddiaçı ünvan 2 ünvanında yerləşən 51 m2-dən ibarət qeyri-yaşayış sahəsinin 1/5 hissəsini faktiki olaraq idarə etməyə başlamış, mərhum oğluna çatası 400 manatlıq pulu hər ay almış, həmin məbləğin 150 manatını hər ay digər birinci növbəli vərəsə cavabdehin anası Qanuni nümayəndə vermiş, bununla da, iddiaçı həmin əmlakdan mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1134.1, 1159.1, 1243.1, 1243.2, 1243.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 185.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti v erərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Daha sonra iddiaçı əlavə iddia ərizəsi verərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzilin cavabdehin nümayəndəsi Qanuni nümayəndə ilə X10 arasında 2018-ci il 12 dekabr tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və bu müqavilə əsasında hüquqların qeydiyyatına dair çıxarışının ləğv edilməsinə dair qətnamə çıxarılmasını və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzilinin yenidən özgəninkiləşdirilməməsi üçün həmin mənzilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası tərəfindən iddia tələbinin aylılmasına dair icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyasının 2019-cu il 24 iyun tarixli, 2(103)-5337/2019 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə payların müəyyən olunmasına dair hissədə mülki iş 2(103)-5337/2019 saylı mülki işdən ayrıca icraata ayrılmışdır.

20. Məhkəmənin mövqeyinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul ediləndən sonra, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən mübahisəli Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki ev 37, 5 saylı mənzili 2018-ci il 12 dekabr tarixli alqı-satqı müqaviləsi əsasında X1.

21. Məhkəmə kollegiyasına təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlər Cavabdeh (qanuni nümayəndəsi V.Kərimova), X10, Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi və Bakı şəhəri 50 saylı notariat kontoruna qarşı Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2019-cu il 15 fevral tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin, təqdim edilmiş Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2019-cu il 2 may tarixli, 2(007)-1280/2019 saylı qərardadından görünür ki, həmin mülki iş üzrə icraat, hazırki mülki iş üzə yekun məhkəmə aktı qəbul edilənədək və qəbul edilmiş akt qanuni qüvvəsini alanadək dayandırılmışdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir k i, həmin mülki işlə əlaqədar olaraq miras qalmış mənzil hazırda X6 mülkiyyətində olduğundan və həmin mənzilin alqı-satqısının etibarsız hesab olunmasına dair mülki işə baxılıb yekun qərar qəbul edilmədən, qeyd olunan mənzilə vərəsələrin paylarının müəyyən edilməsi qeyri-mümkündür.

23. Məhkəmə gəldiyi nəticəni MPM-in 169.1-ci maddəsinə istinadla əsaslandırmışdır. c) “Şəhadətnamənin, çıxarışın ləğvi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2019-cu il 24 iyun tarixli, 2(103)5337/2019 saylı qətnaməsi ilə (hakimlər – Etibar Nəbiyev (sədrlik edən və məruzəçi), Raqib Qurbanov və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2015-ci il 9 ok tyabr tarixində vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin, 5 saylı mənzilinə və ünvan 2 saylı qeyri-yaşayış sahəsinin 1/5 hissəsinə dair cavabdehin adına verilmiş vərəsəlik haqqında şəhadətnamələr və onların əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi, iddiaçının mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaqla onun payı ünvan 2 saylı qeyri-yaşayış sahəsindən mərhumun 1/5 hissədə payının ½ hissəsinə tanınmaqla, həmin qeyri-yaşayış sahəsinin digər ½ hissədə payının isə cavabdeh tərəfindən qəbul olunması üçün açıq saxlanılması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həm də digər miras əmlakı - Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev p rospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilini də faktiki olaraq qəbul etmişdir. İddiaçı miras əmlaka faktiki sahiblik və ondan istifadə etdiyi üçün, cavabdeh isə notariat kontoruna müraciət etməklə vərəsəlik haqqında şəhadətnamələr aldığı üçün, hər iki şəxs mərhum X3 birinci növbəli vərəsələri hesab olunmalıdırlar.

26. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla əsaslı və qanuni qətnamə qəbul etmişdir. İddiaçı cavabdeh və 3-cü şəxslərə qarşı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinin alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ə rizəsi ilə 2019-cu il 15 fevral tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki işlə əlaqədar olaraq miras qalmış mübahisəli mənzil hazırda 3-cü şəxs Ə.Şəhriyarın mülkiyyətində olduğundan və həmin mənzilin alğı-satqısının etibarsız hesab olunmasına dair mülki işə baxılıb yekun qərar qəbul edilmədən, qeyd olunan mənzilə vərəsələrin paylarının müəyyən edilməsini qeyrimümkün hesab edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2019-cu il 24 iyun tarixli qərardadına əsasən iddiaçının cavabdehə qarşı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə vərəsələrin paylarının müəyyən olunmasına dair hissədə mülki iş hazırki 2(103)5337/2019 saylı mülki işdən ayrıca icraata ayrılmışdır.

27. Məhkəmə gə ldiyi nəticəni MM-in 1134.1, 1159.1, 1243.1, 1243.2, 1243.3, MPM-in 14.2, 77.1, 372.6, 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. Apellyasiya məhkəməsinin qətnaməsi 2019-cu il 28 iyun tarixində tərəflərə göndərilmişdir.

29. Cavabdeh 2019-cu il 23 avqust tarixində kasasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. d) “Şəhadətnamənin, çıxarışın ləğvi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair kasasiya instansiyası məhkəməsindəki icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 7 noyabr tarixli, 2(102)-6868/2019 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsində qeyri-yaşayış sahəsində payların müəyyən edilməsi hissəsində ləğv edilmiş, ünvan 2 ünvanında yerləş ən 51 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə X3 payı ½ hesab edilmiş və bu paya iddiaçının payı ½ hissə müəyyən edilmiş, cavabdehin ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə ½ hissə payı isə qəbul olunmaq üçün açıq saxlanılmış, apellyasiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – M.Əhmədova, hakimlər – Ə.Rüstəmov və Ə.Nurməmmədov).

31. Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, apellyasiya kollegiyası ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə X3 payının Yasamal Rayon Məhkəməsinin 2018-ci il 27 fevral tarixli 2(004)-1148/2018 saylı qətnaməsi ilə 1/5 hissədə payının müəyyən edilməsinə istinad etməklə mübahisəni həll etmiş və Bəhruz Soltanova məxsus hesab edilən 1/5 hissədə paya iddia çının ½ hissədə payını tanımışdır.

32. Lakin iş materiallarından görünür ki, X3 payının ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə 1/5 hissədə müəyyən edilməsinə dair Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2018-ci il 27 fevral tarixli 2(004)-1148/2018 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2018-ci il 23 noyabr tarixli, 2(103)-11904/2018 saylı qərardadı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-963/19 saylı, 2019cu il 13 fevral tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2018-ci il 23 noyabr tarixli, 2(103)-11904/2018 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. İddiaçı və cavabdeh mərhum X3 birinci dərəcəli vərəsələri olmaqla mirasdan bə rabər pay əldə etməlidirlər. X3 payının ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə 1/5 hissədə müəyyən edilməsinə dair Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2018-ci il 27 fevral tarixli, 2(004)- 1148/2018 saylı qətnaməsinin ləğv edilməsi və bununla bağlı qüvvədə olan məhkəmə qərardadı olması nəzərə alınaraq, ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə mərhum X3 payı ½ hissə hesab edilməlidir. İş materialları ilə də müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X3 və 3-cü şəxs A.Qurbanovun ümumi birgə mülkiyyətində olmuşdur. Odur ki, həmin daşınmaz əmlakla bağlı X4 aid olan ½ hissəyə iddiaçının payı ½ hissədə müəyyən edilməli, cavabdehin qeyd edilən qeyri-yaşayış sahəsi üzrə ½ payı qəbul olunmaq üçün açıq saxlanmalıdır.

33. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 1133.1, 1134.1, MPM-in 15.2, 88, 416, 417.1.2, 418.3-cü maddələrinə istinad etmişdir. c) “Ləyaqətsiz vərəsə hesab olunma, mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi” tələbinə dair birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 2 mart tarixli, 2(103)-2835/2020 saylı qərardadı ilə iddiaçının cavabdehlərə qarşı “ləyaqətsiz vərəsə hesab olunma, mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə yekun qərar çıxarılanadək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır (sədrlik edən hakim – E.Nəbiyev, hakimlər – R.Qur banov və A.Hüseyn).

35. Belə ki, iddiaçı cavabdeh və 3-cü şəxslərə qarşı məhkəməyə müraciət edərək, “ləyaqətsiz vərəsə hesab olunma, mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 23 yanvar tarixli, 2(007)79/2020 saylı qətnaməsi ilə iddiaçının cavabdeh və 3-cü şəxslərə qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik hüququndan məhrum edilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzilin cavabdehlə 3-cü şəxs Ş.Əsədli arasında digər 3-cü şəxslə 52 saylı Notariat kontoru ilə bağlanmış 2018-ci il 12 dekabr tarixli alğısatqı müqaviləsinin etibarsız hesab olunması, bu müqavilə əsasında hüquqların qeydiyyatı çıxarışının l əğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

37. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 4 sentyabr tarixli, 2(103)-5768/2020 saylı qətnaməsi ilə iddiaçının hüquqi varisi İddiaçı2 Təvəkkül oğlunun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2020-ci il 23 yanvar tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

39. Həmin qətnamədən iddiaçı tərəfindən kasasiya şikayəti verilmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 2 avqust tarixli, 2(102)-3245/2021 saylı qərarı ilə iddiaçının hüquqi varisi İddiaçı2 Təvəkkül oğlunun kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 4 sentyabr tarixli, 2(103)-5 768/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 6 dekabr tarixli, 2(103)-288/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – S.Bəktaşi və A.Hüseynov). d) “Mənzilə payların müəyyən edilməsi” tələbinə dair apellyasiya instansiyası məhkəməsindəki icraat

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 18 mart tarixli, 2(103)-72/2022 saylı qətnaməsi ilə cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2018-ci il 12 noyabr tarixli, 2(007)-3779/2018 saylı qətnaməsi – “Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə payların müəyyən olunması”na dair hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir.

43. Məhkəmə hesab etmişdir ki, İddiaçı2 anası, yəni iddiaçının mərhum oğlundan miras qalmış əmlaka ½ hissədə pay hüququ tanınsa da, iddiaçının hüquqi varisi İddiaçı2 ½ hissədə pay hüququ olsa da, cavabdehin nümayəndəsi İddiaçı2 mərhum anasının ½ hissədə pay hüququnun tanınmasına dair çıxarılmış məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış həmin daşınmaz əmlakı alğı-satqı müqaviləsi əsasında 3-cü şəxs Ş.Əsədliyə satmış, sonuncu şəxsin həmin əmlaka münasibətdə vicdanlı alıcı hesab edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi çıxarılmışdır.

44. İddiaçının prosessual hüquqi varisi İddi açı2 mərhum anasından qalmış miras əmlakına münasibətdə ½ hissədə pay hüququnun məhkəmə qaydasında təsdiq olunması, lakin həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi səbəbindən onun satışından əldə olunmuş pul məbləğinə münasibətdə ½ hissədə pay hüququ yaranır.

45. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə İddiaçı2 anası, yəni iddiaçının mərhum oğlundan miras qalmış əmlaka ½ hissədə pay hüququ olsa da, cavabdehin əvəzinə sonuncunun nümayəndəsi ilə alıcı 3-cü şəxs Ş.Əsədli arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən sonuncu şəxsin həmin əmlaka münasibətdə vicdanlı alıcı hesab edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi çıxarıldığından, həmin mənzilə payların müəyyən edilməsi hissəsində iddia tələbi rə dd edilməlidir.

46. Məhkəmə gəldiyi nəticəni MM-in 1292.1, 1293, 1294, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair 2016-cı il 23 fevral tarixli Qərarı, MPM-in 82.3-cü maddələrinə istinad etmişdir.

47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2022-ci il 4 aprel tarixdə iş üzrə tərəflərə göndərilmişdir.

48. İddiaçı 2022-ci il 12 iyun tarixdə kasasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və mərhum X2 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində 37 saylı edin 5 saylı mənzilinə iddiaçının prosessual hüquqi varisi İddiaçı2 ½ hissədə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. II. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA ET İRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri:

49. MM-in 1159, 1274, 1292, 1292, 1294-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, payların müəyyən olunması iddiaçıya həmin paya münasib kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi ilə bağlı iddia tələbinin təminatlığı üçün lazımdır. İddiaçı məhz həmin ½ payının olmasını əsas tutaraq cavabdeh tərəfindən özgəninkiləşdirilmiş mənzilin satışından əldə edilmiş payın ½ hissəsinin cavabdehə verilməsi barədə məhkəmədə iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin 2022-ci il 17 yanvar tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdeh tərəfindən özgəninkiləşdirilmiş mənzilin alğı-satqı müqaviləsində qeyd edilən dəyərinin ½ hissəsinin, yəni 26.500 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edil mişdir. Həmin qətnamə qanuni qüvvəsini almamışdır.

50. Məhkəmə iddiaçının miras əmlakın ½ hissəsinə pay hüququnun olmasını qəbul etsə də, sonda həmin miras kütləsinə daxil olan mənzilin satılması səbəbindən bu barədə iddiasının təmin edilməməsi qənaətinə gəlməsi düzgün olmamışdır. Bunun nəticəsi olaraq məhkəmə miras əmlakdan qanun üzrə vərəsəyə çatası payın bölünməsi barədə iddianı rədd etmişdir.

51. Belə ki, məhkəmə konkret hallara hüquqi qiymət verərkən həmin iddianı verən tərəfin hüququnun olub-olmamasını yoxlamalı və iddia tələbinin bu əsaslarla təmin edilibedilməməsi qənaətinə gəlməlidir. İşdə olan sənədlərlə və məhkəmə aktları ilə iddiaçının miras kütləsinə daxil olan mənzilə vərəsəlik hüququnun olması müəyyən edilmiş və hazırki qətnaməni qəbul etmiş məhkəmə də bu xüsusatlarla razı laşmış, lakin mənzilin satılması və həmin alğı-satqı müqaviləsinin qüvvədə olması səbəbindən iddia tələbini rədd etməsi iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, iddia tələbi miras kütləsinə daxil olan mənzilin naturada bölünməsi barədə yox, həmin mənzildən çatası payların müəyyən edilməsi ilə bağlıdır ki, bu hal da iddiaçının artıq özgəninkiləşdirilməmiş əmlakla bağlı gələcəkdə iddia tələbi qaldırması imkanı şübhə doğurur.

52. Digər tərəfdən qanun qüvvəsini almış məhkəmə qərarları ilə mənzilin özgəninkiləşdirilməsi məsələsinə baxılmış və qiymət verilmişdir. Belə bir qətnamənin qəbul edilməsi isə iddiaçının miras kütləsinə daxil olan mənzildən payının müəyyən edilməsi üçün maneə kimi qəbul edilə bilməz.

53. MPM-in 8.1, 9.1, 77-88, 217-ci maddələrinin tələbləri pozul muşdur. Belə ki, məhkəmə işdə olan sənədlərlə iddiaçının miras əmlakdan vərəsə kimi pay hüququnun olmasını qeyd etsə də sonda iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmişdir. İddia tələbinin əsaslı olmasına dəlalət edən yetərincə sübutların olmasına və iddia tələbinin əsaslı olması ilə bağlı nəticəyə gəlməsinə rəğmən, məhkəmə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Cavabdehin nümayəndəsi kasasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Cavabdeh qarşı “şəhadətnamənin, çıxarışın ləğvi, mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin 2022-ci il 18 mart tarixli, 2(103)-72/2022 saylı qətnaməsinin iddiaçının hüquqi varisi İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş vardır. Buna görə də kasasiya şikayətinin əsassız hesab edilərək təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 18 mart tarixli, 2(103)-72/2022 saylı qətnaməsi qüvvədə saxlanılmasını xahiş etmişdir. III. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası:

55. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

56. Maddə 13.2. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

57. Maddə 13.3. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilm əz.

58. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır.

59. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

60. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

61. Maddə 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

62. Maddə 29.5. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

63. Maddə 29.6. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

64. Maddə 29.7. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllə:

65. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

66. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

67. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

68. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

69. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

70. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

71. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

72. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləya qətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

73. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

74. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

75. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

76. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

77. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

78. Maddə 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir.

79. Maddə 1293. Pay miras şərikinə verildikdən sonra satın almaqda üstünlük hüququna xitam verilir.

80. Maddə 1294. Payın özgəninkiləşdirildiyi halda kreditorun tələbini təmin etmək vəzifəsi payı əldə edənə həmin payın miqdarına uyğun olaraq keçir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2004-cü il 27 oktyabr tarixli Qərarı:

81. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.... Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsi plərinə əməl etmək üçün şərait yaradır. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2008-ci il 8 may tarixli Qərarı:

82. Əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 15 sentyabr tarixli Qərarı:

83. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 15 sentyabr tarixli Qərarı:

84. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında ö zgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı:

85. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən baş qa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Mülki Prosessual Məcəllə:

86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

87. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

88. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

89. Maddə 82.3. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fa ktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

90. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

91. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kasasiya baxışının hədləri

92. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmipş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

93. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

94. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mlüki Kollegiyasının 2022-ci il 18 mart tarixli, 2(103)-72/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

95. İddiaçı kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kasasiya instansiyası məhkəməsi bu pozuntuların özünü konkret olaraq hansı formada göstərdiyi əsaslandırılmadığından, onun bu dəlilləri ilə razılaşmır.

96. İş materiallarına əsasən, İddiaçı2 anası, yəni iddiaçının mərhum oğlundan miras qalmış əmlaka ½ hissədə pay hüququ tanınsa da, iddiaçının hüquqi varisi İddiaçı2 ½ hissədə pay hüququ olsa da, cavabdehin nümayən dəsi İddiaçı2 mərhum anasının ½ hissədə pay hüququnun tanınmasına dair çıxarılmış məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış həmin daşınmaz əmlakı alğı-satqı müqaviləsi əsasında 3-cü şəxs Ş.Əsədliyə satmış, sonuncu şəxsin həmin əmlaka münasibətdə vicdanlı alıcı hesab edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi çıxarılmışdır.

97. Kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, mövcud qanunvericiliyə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə İddiaçı2 anası, yəni iddiaçının mərhum oğlundan miras qalmış əmlaka ½ hissədə pay hüququ olsa da, cavabdehin əvəzinə sonuncunun nümayəndəsi ilə alıcı 3-cü şəxs Ş.Əsədli arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən sonuncu şəxsin həmin əmlaka müna sibətdə vicdanlı alıcı hesab edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi çıxarıldığından, apelyasiya məhkəməsi tərəfindən həmin mənzilə payların müəyyən edilməsi hissəsində iddia tələbi rədd edilmişdir.

98. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının prosessual hüquq varisi İddiaçı2 mərhum anasından miras qalmış əmlaka münasibətdə ½ hissədə pay hüququnun məhkəmə qaydasında təsdiq olunması, lakin həmin daşınmaz əmlakın özgənikiləşdirilməsi səbəbindən onun satışından əldə olunmuş pul məbləğinə münasibətdə ½ hissədə pay hüququ yaranır.

99. İddiaçının kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, hazırkı iş üzrə payların müəyyən olunması, iddiaçıya həmin paya münasib kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi ilə bağlı iddia tələbinin təmin atlığı üçün lazımdır.

100. İş materiallarından da göründüyü kimi iddiaçının prosessual hüquq varisi İddiaçı2 tərəfindən bu hüququn həyata keçirilməsi istiqamətində zəruri addımlar atılmış, mənzilin satılması ilə əlaqədar dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(012)-494/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mübahisəli mənzilin satılmasından əldə olunmuş pul vəsaitinə ½ hissədə - yəni 26.500 manat pul vəsaitinin və 200 manat dövlət rüsumunun cavabdeh Qanuni nümayəndə İddiaçı2 xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

101. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunveric iliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

102. Beləliklə, işə kasasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kasasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: 104.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 18 mart tarixli, 2(103)-72/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar