Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4366/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, yolverilənliyi) 17.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “çekin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-302/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları
1. Masallı Rayon Məhkəməsinin 2(050)-579/2019 saylı, 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair ilk iddiası təmin edilmiş, İddiaçı 140000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikasının manatına məzənnəsi ilə) və dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq Cavabdeh verilməsi, qarşılıqlı İddiaçı Cavabdeh qarşı 195000 ABŞ dolları maddi və 500000 ABŞ dolları mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli, 2(106)-3117/2019 saylı qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 2(050)-579/2019 saylı, 05 iyul 2019-cu il tarixli qətnaməsi qismən, yəni İddiaçı ödəniş günü milli manata məzənnədə 140000 ABŞ dollarının tutulub Cavabdeh verilməsi hissəsində ləğv edilib, ilk iddia ərizəsi rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2764/2020 saylı qərarı ilə, iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli, 2(106)- 3117/2019 saylı qətnaməsi qismən – iddiaçı Cavabdeh İddiaçı qarşı “140.000 ABŞ dolları pul tələbinə dair” ilk iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
4. İddiaçı yuxarıda göstərilən mülki işdə Cavabdeh sübut kimi istinad etdiyi çekin etibarsızlığı barədə Abşer on Rayon Məhkəməsində iddia (hazırki iddianı) qaldırmışdır.
5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(106)-1961/2020 saylı qərardadı ilə, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair ilkin, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası üzrə icraat İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Abşeron Rayon Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) 140000 ABŞ dolları məbləğində borcunun olduğunu göstərən 0001 nömrəli çekin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir.
7. İddia tələbibelə əsaslandırılıb ki, cavabdehə iddiaçıya qarşı 140000 ABŞ dolları məbləğində pul tələbi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə iddiaçı da cavabdehə qarşı 195000 ABŞ dolları məbləğində borc pulun və 500000 ABŞ dolları məbləğində mənəvi ziyanın tutulmasını xahiş etmişdir. Hazırda həmin mülki iş Şirvan Apelyasiya Məhkəməsinin icraatındadır.
8. İddiaçının hazırki müraciəti birbaşa olaraq cavabdehin ona qarşı qaldırdığı iddiada istinad etdiyi saxta bono-çeklə bağlıdır. Belə ki, iddiaçı 2005-ci ildən Türkiyə Cümhuriyyəti vətəndaşı olan cavabdehlə qarşılıqlı ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin İstanbul şəhərində ayaqqabı fabriki vardır və iddiaçı da cavabdehdən topdan ayaqqabılar alaraq Bakı şəhərində satmaqla məşğul olmuşdur. Uzun illər cavabdehlə ilə aralarında ticarət münasibətləri olmuş və ayaqqabılar sifariş əsasında hazırlanaraq Bakı şəhərinə göndərilmişdir. Lakin ayaqqabılar göndərilərkən müəyyən qismdə keyfiyyətsiz mallar olmuş, həmin malların qaytarılması mümkün olmadığı üçün anbarda saxlanmış və iddiaçıya külli miqdarda ziyan dəymişdir. Buna baxmayaraq, bir müddət sonra cavabdeh heç bir əsas olmadan iddiaçıya qarşı borc tələbi ilə məhkəməyə müraciət edərək heç bir hüquqi əhəmiyyəti olmayan guya çek hesab edilən kağız parçasına əsasən iddiaçıdan 140000 (yüz qırx min) ABŞ dolları məbləğində pulu tələb etməkdədir. Halbuki həmin sənəd birbaşa olaraq şər və böhtandan ibarətdir. İddiaçı heç bir vaxt həmin sənədi imzalamamışdır.
9. İddiaçı isə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edərək ona qarşı qaldırılm ış iddia ərizəsində əsaslandırıcı fakt kimi təqdim edilmiş həmin “çek” adlandırılan kağız parçasını tələb etmişdir. Məhkəmə tərəfindən həmin sənəd verildikdən sonra isə iddiaçı onun etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, həmin qəbzin kim tərəfindən hansı məqsəd üçün tərtib edilməsi, rekvizitlərin nədən ibarət olması qeyd edilməmiş, heç bir iki tərəfli rəsmi sənədlə əks olunmamış və notarius tərəfindən təsdiq edilməmişdir. Bundan başqa, qəbz kimi təqdim edilmiş kağız parçasının kserosurət və ya üz köçürülməklə həyata keçirilib-keçirilməməsi də aydın deyildir. Həmçinin həmin kağızın üzərində fərqli dillərdə fərqli valyutalar göstərilmişdir. Eyni zamanda qəbzin üzərində istər yazı, istərsə də rəqəmlərə dair dəyişiklik edilməsi çox aydın hi ss olunur. Məhkəməyə əsaslandırıcı və sübut xarakterli fakt kimi təqdim edilmiş sənəd əslində tamamilə saxtadır. Belə olan halda isə mütləq olaraq həmin sənədin etibarsız hesab edilməsi zərurəti vardır. Əks halda, Cavabdeh davamlı olaraq həmin “bono çek” adlandırdığı kağız parçasına əsaslanaraq iddiaçıdan pul tələb etməyə davam edəcəkdir. Əslində, ümumiyyətlə, həmin kağız parçasının hər hansı bir öhdəlik yaradan tərəfi mövcud deyildir. Buna baxmayaraq cavabdeh davamlı olaraq iddiaçıya qarşı iddia ərizələri ilə məhkəmələrə müraciət edir və bununla da imzalamadığı sənədə dair iddiaçıya öhdəliklər yaradır. Bu isə iddiaçının hüquqlarını kobud surətdə pozmaqdadır. Çünki həmin qaldırılmış iddialar əsassız olsa belə, nəticədə iddiaçının əmlakları üzərinə ya həbs qoyulur, ya da iddiaçı məhkəmə pro seslərində iştirak etmək üçün xeyli miqdarda xərc çəkir. Bu isə mübahisələndirdiyi sənədin etibarsız hesab edilməsi zərurətini daha da artırmaqdadır.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 340.1 və 351.1-ci maddələrinə istinad etmişdir.
11. İddiaçı tərəfindən təqdim edilmiş 0001 nömrəli, 11 mart 2017-ci il tarixdə İstanbul şəhərində tərtib edilib İddiaçı tərəfindən imzalanmış yazılı qəbzə əsasən, İddiaçı hazırki borc kağızının müqabilində 01 may 2017-ci il tarixdə cənab Mehmet Aslana və yaxud Cavabdeh və yaxud onun etibar etdiyi şəxsə yuxarıda yazılmış 140000 ABŞ dolları pul ödəməyi öz öhdəsinə götürmüşdür, ona bu pulun əvəzinə mal verilmişdir, hazırki borc kağızı vaxtında ödənilməzsə, sonrakı kağızların da tələb olunması ilə bərabər Azərbaycan məhkəmələri və ya icra idarələri səlahiyyətlidir.
12. Cavabdehin vəkili-nümayəndəsi iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - hazırda Şirvan Apelyasiya Məhkəməsində cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddiası icraatdadır. Hazırkı işlə bağlı Şirvan Apelyasiya Məhkəməsi həmin iş üzrə icraatı dayandırmışdır. Bununla da iddiaçı mülki və cinayət məsuliyyətindən yayınmaq üçün imkan əldə etmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi cavabdehTürkiyə Respublikasının vətəndaşıdır, həmin ölkənin İstanbul şəhərində, Laləli adlanan səmtdə biznes fəaliyyəti ilə məşğul olan sahibkardır. Bu fəaliyyəti ilə əlaqədar olaraq 2005-ci ildən iddiaçı ilə tanış olmuşdur. İddiaçı özünü Bakıda mağazaları olan sahibkar kimi təqdim etmiş və cavabdehin satdığı kişi və qadın ayaqqabılarını topdan alaraq öz mağazalarında satma q istədiyini bildirmişdir. Cavabdeh iddiaçının bu təklifini müsbət qarşılamışdır; - ilkin olaraq tərəflər nağd hesablaşma qaydasında işləmiş, iddiaçı hər il iki-üç dəfə, çox vaxt da mövsümün əvvəllərində sifarişlər vermiş, aldığı malın pulunu ödəmişdir. Bir müddətdən sonra iddiaçı özünə etimad yaratdığına görə tərəflər nisyə qaydasında işləmişlər, yəni artıq iddiaçı malları təhvil alandan sonra həftədən hərftəyə ödəniş etmişdir. Xeyli müddət tərəflər bu şəkildə işləmişlər, yəni cavabdeh təxminən 100-200 min ABŞ dolları məbləğində malı nisyə vermiş, sonra isə iddiaçı malların pulunu hissə-hissə ödəmişdir. Lakin iddiaçı son dövrdə aldığı malların pulunu ödəməmiş, iddiaçının cavabdehə 140000 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı həmin borcu ödəyəcəyini bildirmiş və bu barədə yazıl ı sənəd tərtib etməyi təklif etmişdir; - iş materiallarına əlavə edilən sənəddən gorulur ki, həqiqətən də iddiaçı 140000 ABŞ dolları mal aldığını və əvəzində həmin malın dəyərini 2017-ci ilin may ayının 1-də ödəyəcəyini imzasıyla təsdiq etmişdir. İddiaçı bu günədək öz borcunu ödəməmişdir. Buna gorə də cavabdeh iddiaçının qeydiyyat ünvanı olan Masallı rayon Məhkəməsinə yuxarıda qeyd edilən iddia ilə müraciət etməyə məcbur olmuşdur. Masallı Rayon Məhkəməsinin Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin iddia tələbi təmin edilmişdir. Daha sonra iddiaçının apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsi, xx.xx.2019-cu il tarixli və 2(106)-3117/2019 saylı qətnaməsi ilə həmin qətnaməni ləğv etmişdir. Cavabdehin həmin iş üzrə kassasiya şikayətinə əsasən Azərbay can Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli və 2(102)-2764/2020 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli və 2(106)3117/2020 saylı qətnaməsinin qismən, ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş və yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda mülki iş Şirvan Apellyasiya Məhkəməsində bu iddia tələbinin icraata götürülməsinə görə dayandırılmışdır; - Abşeron Rayon Məhkəməsində hazırkı iddia tələbinin icraata götürülməsi, iddiaçıya Şirvan Apellyasiya Məhkəməsində mülki işin süni uzadılmasına köməklik edir, buna görə də iddiaçının iddia ərizəsi icraata götürülməməli idi; - Masallı rayon Məhkəməsində Cavabdeh vermiş olduğu iddia tələbi üzrə işə baxılarkən, bu iş üzrə iddiaçı həm qarşılıqlı iddia ərizəs ində, həm də məhkəmədə verdiyi izahatında ümumilikdə cavabdehlə aralarında olan alver münasibətində milyonlarla dollar həcmində dövriyyənin olduğunu, cavabdehdən sonuncu dəfə 195000 ABŞ dolları məbləğində mal aldığını etiraf etmişdir; - həmçinin, iddiaçı məhkəmə baxışında etirazlar vermiş, mübahisəli sənəddəki imzanın ona aid olmadığını bildirmiş, belə bir sənədi imzalamadığını qeyd etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyun 2019-cu il tarixli, 13236 saylı rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli sənəd iddiaçı tərəfindən imzalanmışdır.
13. Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(012)-840/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Elman Məmmədov)
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əqdin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində müəyyən olunmuşdur. Lakin hazırki iş üzrə sözügedən 0001 saylı çekin etibarsız hesab edilməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyun 2019-cu il tarixli, 13236 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan 11 mart 2017-ci il tarixli 140000 ABŞ dolları məbləğində pula dair qəbzin yuxarı hissəsində “Türk Lirası” qrafasındakı imza və həmin qəbzin aşağı hissəsində 2 ədəd “İmza” qrafalarındakı imzalar İddiaçı tərəfindən icra olunmuşdur.
15. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, 0001 saylı çekdə olan imzanın iddiaçıya məxsus olması ekspert rəyi ilə öz təsdiqini tapdığından iddia tələbi təmin edilə bilməz.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyun 2019-cu il tarixli, 13236 saylı rəy tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin ekspertiza rəyi hazırki iş üzrə qəbul edilməmişdir və məhkəmənin həmin rəyə istinad etməsi qanunsuz və əsassızdır. Rəyə görə onun adından olan 11 mart 2017-ci il tarixli, 140000 ABŞ dolları məbləğində pula dair qəbzin yuxarı hissəsində “Türk Lirası” qrafasındakı imza və həmin qəbzin aşağı hissəsində 2 ədəd “İmza” qrafalarındakı imzalar guya onun tərəfindən icra olunmuşdur. Bu isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin qanunsuz və əsassız rəy qəbul edilməsinin əsas sübutudur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin notariusda təsdiq olunmamış sənədi qanuni hesab etməsi işin qaranlıq tərəfidir. Məhkəmənin Ekspertizası Mərkəzinin rəyinə əsaslanması isə heç bir məntiqə sığmır.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-302/2022 nömrəli iş üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abbasov, Səyyad Qafari)
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddiaçı xx.xx.2017-ci il tarixli, 0001 nömrəli çekin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı bir sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. İş üzrə araşdırılmış sübutlarla xx.xx.2017-ci il tarixli, 0001 nömrəli çekin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar olması müəyyən edilməmişdir. Cavabdehin iddiaçıya qarşı pul tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı maddi və mənəvi ziyan tələbinə dai r qarşılıqlı iddiası üzrə mülki işə baxılarkən keçirilmiş ekspertizanın 11 iyun 2019-cu il tarixli, 13236 saylı rəyinə əsasən iddiaçının adından olan 11 mart 2017-ci il tarixli 140000 ABŞ dolları məbləğində pula dair qəbzin yuxarı hissəsində “Türk Lirası” qrafasındakı imza və həmin qəbzin aşağı hissəsində 2 ədəd “İmza” qrafalarındakı imzalar-iddiaçının özü tərəfindən icra olunmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 324.1, və 329.1-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Məzmunu apellyasiya şikayətinin məz munu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
24. Mübahisə predimeti kimi xx.xx.2017-ci il tarixli, 0001 nömrəli bono (çek) əqd kimi qiymətləndirilmişdir. Hansı ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində qeyd edilən bono çek anlayışları mövcud olmamışdır. Mülki Məcəllədə bono adlı anlayış (ifadə) öz əksini tapmamışdır. Həmçinin mülki qanunvericilikdə çek anlayışı, əqd və ya müqavilə mənasını da ifadə etməməkdədir. Habelə qeyd edilən “bono”nun (“çek”in) etibarlılıq şərtləri də araşdırılmamışdır. X1vericiliyində qeyd edilən (“ bono” “çek” və.s) anlayış varsa, həmin mövcud sənəd həmin anlayışın tələblərini əhatə etməsi və qanunvericiliyin tələblərinə cavab verməsi də araşdırma predmeti olmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyində əks olunmamış bir anlayışın əqd kimi qəbul edilməsi və etibarsızlığına dair heç bir etibarlılıq şərtlərinin araşdırılmadan etibarlı sənəd kimi qəbul edilməsi yolverilməzdir. Məhkəmələr həmin “bono”nun (“çek”in) tərtib edilmə əsaslarını, hansı hallarda tərtib edilib-edilməməli olduğunu, belə sənədlərin tərtib edilməsinin əsasında hər hansı bir yazılı əqdin olub-olmamasını da araşdırmayıblar. Bundan başqa, bu tip sənədlərin həqiqiliyini ehtiva edən məlumatlar araşdırılmamış, hər hansı bir reyestrinın olub-olmaması, (ümumiyyətlə, reyestrdə qeydə alınıb-alınmaması), ümumiyyətl ə, həqiqiliyi üçün hansısa qurumda reyestrinin aparılıb-aparılmaması kimi hallar müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.5. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəll ənin 259.0.1259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.
30. İddiaçı 0001 nömrəli çekin etibarsız hesasb edilməsi barədə tələbinin əsası kimi ona istinad edib ki, məhkəmə icraatında olan başqa bir mülki işdə hazırda cavabdeh olan şəxs ona qaldırdığı pul tələbi iddiasında həmin çekə istinad etmişdir.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavadehin hazırki işdə iddiaçı olan şəxsə qarşı Masallı Rayon Məhkəməsində olan pul tələbinə dair iddiası olmiş, cavabdeh həmin tələbinin əsas kimi hazırda mübahisələndirlən çekə sübut kimi istinad etmişdir. Həmin mülki iş üzrə qeyd edilən çek sübut kimi məhkəmə araşdırmasının predmeti olmuş, iddiaçı cavabdehin istinad etdiyi çeki sübut kimi mübahisələndirmiş, üstəlik, çekdəki imzanın ona məxsus olmamasını bildiriyi üçün ekspertiza keçirilimişdir.
32. Hazırki iddiasında da iddiaçı əvvəlki iş üzrə iddiaya etirazının əsası kimi istinad etdiyi halları göstərərək, mübahisələndirilən çekin əhəmiyyətsiz olmasını, həm də özü tərəfindən imzalanmadığını göstərir.
33. Birinci və apellyasiya instansiyası məhkəmələri isə iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışlar ki, əvvəlki iş üzrə (cavabdehin iddiaçıya qarşı icraatı dayandırılmış iş üzrə) keçirlimiş xətşünaslıq ekspertizası ilə iddiaçının mübahisələndirlən çeki imzalması təsdiq edilib.
34. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr qeyd edilən çekin müstəqil qaydada, ayrıca məhkəmə mübahisəsi çərçivəsində müb ahisələndirilə bilməsinə hüquqi qiymət verməmişlər.
35. Belə ki, Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.Həmin Məcəllənin 151.1-ci maddəsinə görə isə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
36. Posessual qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmədə iş hallarda başlanır ki, hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi zəruri olur. Bu baxımdan, şəxs istənilən sənədin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan sənədin etiba rsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər.
37. Hazırki iş üzrə etibarsızlığı tələb edilən çek Masallı Rayon Məhkəməsinin icraatında olmuş (hazırda Şirvan Apellyasiya Məhkəməsində icraatı dayandırılmış) iddiaçı Cavabdeh İddiaçı “pul tələbi”nə dair mülki iş üzrə iddiaçının öz tələbini təsdiq edən sübutlar qismində birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı sənəddir. Həmin mülki işin icraatı zamanı da qeyd edilən çekə sübut kimi qiymət verilməsi prosessual qanunvericiliyin tələbidir. (MPM, maddə 218.1) Bir iş üzrə sübut kimi istinad edilən sənəd özü-özlüyündə (baxılan iş üzrə məhkəmənin qiymətləndirməsindən kənar) iddiaçı üçün hüquq və vəzifələr doğurmur, onun qanuni mənafelərinə xələl gətirmir.
38. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman cavabdeh tərəfin (hazırki halda bu iş üzrə iddiaçının) həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququ vardır.
39. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, başqa bir iş üzrə iddiaçının öz tələbini təsdiq edən sübutlar qismində istinad etdiyi istənilən sənədin, o cümlədən özüözlüyündə hüquqi nəticələrə səbəb olmayan, şəxsin hüquqlarına və ya qanunla qorunan mənafelərinə təsir etməyən (ziyan vurmayan) sənədin, başqa sözlə, başqa bir işdə istinad edilən yazılı sübutun etibarsızlığı barədə tələb müstəqil iddianın predmeti olan və məhkəmədə baxılmalı olan ayrıca tələb kimi qəbul edilə b ilməz.
40. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
41. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
42. Bu baxımdan, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir.
43. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-302/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraat xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.