Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-437/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “Baku Electronics” MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-437/22 (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli, 2(103)4380/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 01 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etd i: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh MMC qarşı iddia qaldıraraq, 19 fevral 2020-ci il tarixli müqavilənin ləğv olunması, məhkəmə gedişində işə baxılması ilə əlaqədar yaranacaq bütün məsrəflərin cavabdehdən tutulması, yekun məhkəmə aktı qərarının çıxarılacağı gün ödəmiş olduğu 300 manat pulun faiz nisbətiylə geri qaytarılması və həmçinin müvafiq marka, modelli yeni telefonun qiyməti arasındakı fərqin ödənilməsi, malın satışı qiymətinin bir faizi məbləğində dəbbə pulunun ödənilməsi, vurulmuş mənəvi zərər üçün 500 manat, vurulmuş maddi zərər üçün (köhnə telefonun təmiri üçün çəkilən xərc, məhkəməyə qədər poçta və nəqliyyata çəkilmiş xərclər) 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin bir istehlakçı kimi ona yaşatdığı gərəksiz stress və gərginli k hallarına, ödəniş etdiyi halda aylardır ya telefonu, ya da pulu geri qaytarmadığına görə ondan rəsmi şəkildə və ya mağaza müdiri vasitəsi ilə üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.Ə.Rüstəmli) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış 19 fevral 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh, dəyəri 3.239 manat olan avadanlığı- telefon “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” alıcıya verməyi, alıcı isə onu qəbul edib, müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürüb. İddiaç ı tərəfindən cavabdehə 300 manat ödəniş edilib və “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” telefonu zəmanət talonu ilə birlikdə cavabdeh tərəfindən iddiaçıya verilib. Eyni zamanda müəyyən edilmişdir ki, həmin telefon vitrində satışda olan telefon olub və iddiaçının bundan məlumatı olub, buna baxmayaraq telefonu qəbul edib. Hazırda iddiaçı həmin telefonun qüsurlu olduğunu bildirərək, müqavilənin ləğvini, ödədiyi 300 manat pulun qaytarılmasını, ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini və sair xahiş edir, cavabdeh isə mübahisəli avadanlıqda heç bir qüsur olmadığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı tərəfindən “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” markalı telefonun qüsurlu olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməyib və m əhkəmə araşdırması zamanı da belə halın mövcudluğu öz təsdiqini tapmayıb. İş materiallarında olan “Alma Store” şirkəti tərəfindən verilmiş aktdan görünür ki, qeyd edilən telefonda qüsurlar aşkar edilməyib, ekspert rəyinə əsasən isə telefonun üzərində, kənarlarında və digər hissələrində cızılma izləri aşkar edilməyib. Qanunvericiliyin yuxarıda istinad edilən normalarından da göründüyü kimi, istehlakçı olaraq iddiaçı müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini aldığı malda qüsur və ya saxtalaşdırma aşkar etdiyi təqdirdə cavabdehdən tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “19 fevral 2020-ci il tarixli müqavilənin ləğv edilməsi” hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. İddia tələbinin qalan hissələri törəmə tələblər olduğundan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. K assasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Mə cəllənin 339.1-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 19 fevral 2020-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən, cavabdeh, dəyəri 3.239 manat olan avadanlığı- telefon “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” alıcıya verməyi, alıcı isə onu qəbul edib, müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürüb. İddiaçı tərəfindən cavabdehə 300 manat ödəniş edilib və “İPHONE 11 PRO MAX 256 GB GOLD Single” telefonu zəmanət talonu ilə birlikdə cavabdeh tərəfindən iddiaçıya verilib. Eyni zamanda müəyyən edilmişdir ki, həmin telefon vitrində satışda olan telefon olub və iddiaçının bundan məlumatı olub, buna baxmayaraq telefonu qəbul edib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəl diyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və işə əlavə edilmiş sübutları, o cümlədən məhkəmə kompüter-texniki ekspertizasının 18 noyabr 2020ci il tarixli rəyini araşdırıb müəyyən etmişdir ki, təqdim edilmiş sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone11 PRO max” markalı “A2218” modelli, “**********65105” imei kodu 256 GB yaddaş tutumlu və G6TZQF0WN710 seriya nömrəli mobil smartfondur. Eyni zamanda, məhkəmə trasoloji ekspertizasının 13 noyabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd mobil telefonun üzərində, kənarlarında və digər hissələrində cızılma izləri aşkar edilməyib. Həmçinin, "xxxx" MMC 27 may 2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan telefonla bağlı mütəxəssis qarşısında qoyulmuş suallarla bağlı qeyd edilmişdir ki, batareyanın həcmi 100 faizdir; cihaz 2 dəfə şarj olunub; telefonun aktivasiya tarixi 19 fevral 2020-ci il, telefonun korpusunda gözlə görünən zədələr yoxdur, cihaz açılıb yoxlanıldı, zədə və maye izi aşkar olunmadı. Bundan başqa, işə əlavə edilmiş "xxxx" MMC 05 iyul 2021-ci il tarixli aktı ilə müəyyən olunub ki, “İphone 11 Pro Max, 256 GB, Gold” mobil telefonunda yoxlama zamanı “whatsapp proqramı vasitəsilə şəkil çəkərkən rəng parametrlərinin qarışması halına rast gəlinmədi. “İphone 11 Pro Max, 256 GB, Gold” markalı mobil telefonun istifadə müddəti 19 fevral 2020-ci il tarixindən başlamışdır. “iPhone 11 Pro Max, 256 GB, Gold” markalı mobil telefon daha öncə sökülməyib, təmir olunmayıb, daxilində hər hansı kənar müdaxiləyə rast gəlinməyib. “İh one 11 Pro Max, 256 GB, Gold” markalı mobil telefonun xarici səthində cızıqlar aşkar edilməyib. “İhone 11 Pro Max, 256 GB, Gold” markalı mobil telefon cəmi iki dəfə enerji ilə doldurulub. Apellyasiya instansiya məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırki iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli ol araq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti, yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilmir. İddiaçı, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində cavabdehin ona maddi və mənəvi zərər ödəməli olduğunu, eləcə də digər tələblərini iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyil. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi, işin həqiqi hallarını nəzərə alıb, iddiaçının izahatını işə əlavə edilmiş digər sübutlarla yanaşı yoxlayıb qeyd etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı ğı üçün birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarınının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Əksinə, iddiaçının istinad etdiyi hallar birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza rəyləri, eləcə də apellyasiya baxışı zamanı iddiaçı tərəfin vəsatəti təmin edilməklə bu sahədə ixtisaslaşdırılmış servislərdən alınmış mütəxəssis (mühəndis) rəyləri ilə tam təkzib edilib. Bu cür vəziyyətdə iddiaçı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin cavabdeh tərəfindən pozulması öz təsdiqini tapmamışdır. Başa sölə mübahisə predmeti olan telefon mütəxəssislər tərəfindən açılıb yoxlanılıb, içərisində zədə və maye izi aşkar edilməy ib. Habelə, telefonda yoxlama zamanı “whatsapp” proqramı vasitəsi ilə şəkil çəkərkən rəng parametrlərinin qarışması halına rast gəlinməyib və telefonun istifadə müddəti 19 fevral 2020-ci il tarixdən müəyyən edilib. Eyni zamanda, daha öncə telefonla şəkil çəkilmədiyi, təmir olunmadığı, daxilində hər hansı kənar müdaxiləyə rast gəlinmədiyi, xarici səthində cızıqlar aşkar olunmadığı və cəmi iki dəfə enerji ilə doldurulduğu təsdiq olunub. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olm adan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yux arıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli, 2(103)-4380/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-437/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-437/2022
01.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver