Məhkəmə qərarları › İş №2(102)-4370/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4370/2019

24.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4370/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X23 oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 vəkili X2nun, Cavabdeh5, Cavabdeh5 Vəkil1, cavabdehlər Cavabdeh6 və Cavabdeh2 vəkili X1nun və cavabdeh ləğv prosesində olan “xxxx“ ASC-nin vəkili Xnun iştirakları ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və X6 qarşı əqdlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli 2(103)-7279/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh7, Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və X6 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 iddia ərizəsi, daha sonra İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 nümayəndəsi və vəkili X1 iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabde h4 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək yekun olaraq məhkəmədən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı evin ipoteka ilə yüklü edilməsinə dair İddiaçı adından razılıq verilməsi barədə Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X9 tərəfindən 7E 168540 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq olunmuş “07 sentyabr” tarixli ərizəsinin və həmin evə dair Cavabdeh6 adına olan Bakı şəhər 43 saylı notariat kontorunda 7E 05/3803 reyestr nömrəsi ilə qeydə alınmış 11 avqust 2011-ci il tarixli etibarnamənin; ipoteka ilə yüklü edilməsinə dair Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontorunda 3M/1195 reyestr nömrəsi ilə qeydə alınmış 08.09.2011-ci il tarixli, 582/01 F1 №-li ipoteka müqaviləsinin; Cavabdeh 3 satılmasına dair Bakı şəhər notariat kontorunun notariusu Xəlilov İ.M. tərəfindən 4Ə-01-30 reyestr nömrəsi ilə qeydə alınmış 05.02.2012-ci il tarixli, AN-1 seriyalı ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Cavabdeh5 satılmasına dair Bakı şəhər 38 saylı notariat kontorunda 4Ə/01-123 reyestr nömrəsi ilə qeydə alınmış 17 aprel 2014-cü il tarixli, AN-1 seriyalı ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı evin Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair DƏDRX-in Bakı Ərazi İdarəsində aparılmış Daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 3415 nömrəli vərəqəsində 07.03.2012-ci il tarixli, ********** №-li qeydiyyatın və bunun əsası nda verilmiş MA seriyalı, ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Cavabdeh5 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair DƏDRX-in Bakı Ərazi İdarəsində aparılmış Daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 3415 nömrəli vərəqəsində 10.05.2014-cü il tarixli, ********** №-li qeydiyyatın və bunun əsasında verilmiş RX seriyalı, ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması; cavabdehlər - Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada 383.000 manatın alınaraq ona və İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 14 noyabr 2017-ci il tarixli, 2(103)-7279/2018 saylı qətnaməsi il ə iddia tələbləri təmin edilməklə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı evin ipoteka ilə yüklü edilməsinə dair İddiaçı adından razılıq verilməsi barədə Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən 7E 168540 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq olunmuş “07 sentyabr” tarixli ərizəsi və Cavabdeh6 adına olan Bakı şəhər 43 saylı notariat kontorunda 7E 05/3803 reyestr nömrəsi ilə qeydə alınmış 11 avqust 2011-ci il tarixli etibarnamə; ipoteka ilə yüklü edilməsinə dair Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontorunda 3M/1195 reyestr nömrəsi ilə qeydə alınmış 08.09.2011-ci il tarixli, 582/01 F1 №-li ipoteka müqaviləsi; Cavabdeh3 satılmasına dair Bakı şəhər notariat kontorunun notariusu Xəlilov İ.M. tərəfindən 4Ə-01-30 reyestr nömrəsi ilə qeydə alınmış 05.02.2012-ci il tarixli, AN-1 seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və Cavabdeh5 satılmasına dair Bakı şəhər 38 saylı notariat kontorunda 4Ə/01-123 reyestr nömrəsi ilə qeydə alınmış 17 aprel 2014-cü il tarixli, AN-1 seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı evin Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində aparılmış Daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 3415 nömrəli vərəqəsində 07.03.2012-ci il tarixli, ********** №-li qeydiyyatı və bunun əsasında verilmiş MA seriyalı, ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dö vlət reyestrindən Çıxarış, həmçinin Cavabdeh5 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair DƏDRX-in Bakı Ərazi İdarəsində aparılmış Daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 3415 nömrəli vərəqəsində 10.05.2014-cü il tarixli, ********** №-li qeydiyyatı və bunun əsasında verilmiş RX seriyalı, ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunması, cavabdehlər Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada 383.000 manat məbləğində pul alınaraq İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada tutulub VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X10- sədrlik edən və məruzəçi, hakimlər X17 və X18) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(006)-6016/2017 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 apellyasiya şikayətlərinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli 2(103)-7279/2018 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh 5 və Vəkil1 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinin, qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 417, 567-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında deyil, sübutları qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırmadan, məhkəmə iclasın vaxtı və yeri barədə tərəf olaraq onlara məlumat vermədən, dəlillərini təqdim etmək, vəsatət və sübutlar vermək hüququndan onları məhrum etməklə, məhkəmə baxışını qısa müddətdə baxaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası tərəfindən həm işin halları, həm də iştirakçıların prosessual vəziyyəti və məhkəmə iclaslarında iştirakları yanlış şərh edilmişdir. Məhkəmə uydurma hallara istinad etməklə, iş materialları ilə uzlaşmayan, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmayan öz qulluq mövqeyindən sui-istifadə etmək və yarınmaq üçün verilmiş sifarişi tələm-tələsik icra etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qanunsuz və maraqlı münasibətinin qarşısını almaq əvəzinə, özü də bu cür yanaşma təzahür etdirmişdir. Xüsusilə məhkəmə aidiyyəti üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələblərinin kobud pozuntusuna əhəmiyyət verilməmişdir. Mübahisəsi aparılan daşınmaz əmlakın Bakı Şəhəri, Nərimanov rayonu ərazisində yerləşməsinə baxmayaraq, müstəsna aidiyyət qaydal arı pozularaq şəxsi əlaqələr hesabına işə Nəsimi Rayon Məhkəməsində baxılmışdır. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, S.Hacıbəyli küçəsində yerləşən 119 saylı ev Cavabdeh4 məxsus olmuş, onunla iddiaçı arasındakı birgə nikah dövründə əldə edilmişdir. “Emil-1” firması ilə “xxxx” ASC-nin 1 saylı filialı arasında bağlanmış ******* manat kreditin verilməsinin təminatı kimi mübahisəli ev 08.09.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinin bağlanılmasından və iddiaçının, nə də onun həyat yoldaşının məlumatları olmamışdır. Müqavilə iddiaçının razılıq ərizəsi və həyat yoldaşının X11 verdiyi etibarnamə əsasında sonuncunun Cavabdeh6 verdiyi etibarnaməyə əsasən bağlanmışdır. Sonradan ev, Cavabdeh3 adına, daha sonra isə Cavabdeh5 adına sənədləşdirilmiş v ə qeydiyyata alınmışdır. İddiaçının evin ipotekaya qoyulmasına razılıq ərizəsi onun tərəfindən imzalanmamış, imzası oxşadılmışdır. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.3 və 337.4-cü maddələrinə istinad olunmaqla Mülki Məcəllədə müəyyən edilmiş şərtlər pozmaqla bağlanmış əqdin etibarsız olduğu göstərilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.3 və 337.4-cü maddələrinə əsasən Mülki Məcəllədə müəyyən edilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsız olduğu göstərilsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi etibarsız əqdə Mülki Məcəllədə müəyyən olunduğundan fərqli izah etmiş və əsassız olaraq bu izahı ilə iddia tələblərinin əsaslılığına çalışmışdır. Həmçinin məhkəmə aydınlıq gətirməmişdir ki, mübahisələndirilən əqd Mülki Məcəllədə müəyyən edilmiş hansı şərtləri pozmaqla bağlanmışdır, belə bir normaya məhkəmə müraciət etməmişdir. Mülki Məcəllə ilə müəyyən edilmiş şərtləri pozmaqla bağlanmış əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasmdan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir və etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır. Lakin qeyd edilməlidir ki, hansısa əqd etibarsız əqd kimi hesab edilərsə, burada əsas kimi Mülki Məcəllənin müddəaları rəhbər tutulmalıdır. Şikayət olunan qətnamədə belə maddi bir normaya istinad edilməmişdir. Belə olan halda, mübahisələndirilən əqd necə etibarsız əqddir ki, bu əqdlərin imzalanması üçün tərtib edilmiş sənədləri, etibarnaməni, razılıq ə rizələrini Cavabdeh4 və onun həyat yoldaşı X xanım özləri vermişlər. Nəzərə almaq lazımdır ki, etibarsız əqd üzrə tərəflər, həmin əqddən irəli gələn hərəkətləri etmirlər və onu yalnız görünüş üçün bağlayırlar. Lakin, əgər tərəflər həmin əqddən irəli gələn hüquq və öhdəlikləri icra etmişlərsə, bu halda onun uydurma əqd hesab edilməsi mümkün deyil. Göstərilənlər iddiaçıların bağladıqları əqdlərin etibarsız hesab edilməsini, Azərbaycan Respublikası Mülki Məcəlləsində sadalanan müvafiq maddələrin təsiri altina düşməsini və bu əsasda da onların etibarsızlığı üçün heç bir hüquqi zəmin yaratmır. İşə baxan apellyasiya instansiyası məhkəməsi, əsassız və məntiqə sığmayan “dəlillər” gətirərək, qanuni və əsaslı alqı-satqı müqavilələrini, etibarnamə və razılıq ərizələrini şübhə altına almışdır. İddiaçı müqavilələrin tərəfi kimi subyektiv hüququnun 1-ci elementinə (öz hərəkətlərinə hüquqi ixtiyar) malik olsalar da, istinad edilən hallar onların hər hansı hüququnu pozmadığından subyektiv hüququn digər elementlərinə, yəni başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququna malik deyillər. Bu isə onların istinad edilən hallar baxımından onlara heç cür aidiyyəti olmayan hüquqi nəticələrdən müdafiə üçün zəruri olan subyektiv hüquqa malik olmaması anlamına gəlir. Tələbkarlar hazırkı tələblərlə çıxış etmələri üçün zəruri olan subyektiv hüquqa malik olmadıqlarından iddia təmin edilə bilməzdi. Məhkəmələr isə qeyd edilənləri nəzərə almayaraq, iddianın təmin edilməsi ilə bağlı səhv qənaətə gəlmişdir. Hətta iddiaçıların hazırkı iddia ilə müraciət etmələri üçün subyektiv hüquqları olduğu halda belə iddia əsassız olduğundan təmin edilə bilməzdi. Həm iddia ərizəsinin məzmunundan, izahatlardan görünür ki, müqavilələr iddiaçıların iradə ifadəsi məhz mülkiyyətlərində olan evin satılmasına yönəlmişdir. Nümayiş etdirilmiş bu iradə ifadəsinə uyğun olaraq da notarial qaydada alqı-satqı həyata keçirilmiş, habelə alqı-satqı müqavilələri üzrə də öhdəliklər müvafiq qaydada icra edilmişdir. Həmçinin müəyyən edilir ki, müqavilə üzrə tərəfin kim olması da iddiaçılara əvvəlcədən bəlli olmuşdur. Müqavilələrin tərəflərin özləri deyil, buna müvafiq qaydada səlahiyyətlənmiş nümayəndələri tərəfindən imzalanması, habelə pulun onlar tərəfindən alınması da qanunvericiliyin nümayəndəlik institutunun tələblərinə uyğun olmuşdur. Məhkəmə həmçinin, apellyasiya baxışı zamanı tərəflərin verdikləri vəsatətlərin və müraciətlərin həll olunmasını tələb edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 377-ci maddəsinin, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə baxılmasını təxirə salmalı olması vəzifəsini kobud surətdə və qəsdən pozmuşdur. Həmin maddənin digər tələbinə görə, işə baxılması barədə xəbərdar olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salmağa borcludur. Qanunun mənasına görə, əgər işdə iştirak edən şəxs xəbərdar olmayıbsa, onda işə baxılmasının təxirə salınması qəti tələbdir və hər hansı istisnaya yol verilmir. Buna baxmayaraq, məhkəmə həmçinin digər iştirakçıların da hüquqlarını pozaraq iddia müddətinin tətbiqində səhvə yol verərək, işin baxılma yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada rəsmi məlumat almamış şəxsin ərizəsini uydurma əsaslarla rədd etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi X6un və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30.10.2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması barədə Konstitusiya Məhkəməsi Plenumunun 15.07.2015-ci il tarixli qərarına istinad etməklə, əslində hazırkı mübahisə ilə uzlaşmayan, mübahisənin mahiyyətinə aid olmayan və bu mübahisə üzrə alqı-satqının tamamilə Mülki Məcəllənin müvafiq maddələrinə uyğunluğunu nəzərə almadan, heç bir əsas olmadığı halda qeyd olunan qərara istinad etmiş və bu qərarın hazırkı mübahisəyə uyğunluğunu əsaslandırm ağa çalışmışdır. Başqa sözlə, məhkəmə əsassız olaraq bu qənaətə gəlmişdir ki, guya Cavabdeh4 və həyat yoldaşı İddiaçı mübahisəli evə dair alqı-satqı müqaviləsi bağlamamışlar. Əslində isə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, ər-arvadın ümumi əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsi Ailə Məcəlləsi ilə tənzimlənir. Hazırkı mübahisədə isə həm ər, həm də arvad evi gələcəkdə satmaq məqsədi ilə almış və iradə ifadələri evin satılmasına yönəlmişdir, bununla bağlı qanunla müəyyən edilmiş qaydada razılıqları olmuşdur və işə baxan məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 364.2ci maddəsinə əsasən alqı-satqı müqaviləsi X1in özü və ya X2 tərəfindən bağlanmasından asılı olmayaraq X1 X 3 qarşısında məsuliyyət daşıyır. Yəni hər hansı ziyan çəkdiyi halda X3 X1dən həmin ziyanın ödənilməsini tələb edə bilər. Qanunda alıcı olaraq onun təmsilçi olan X1in və ya X2in hərəkətləri ilə bağlı X3 qarşısında məsuliyyət daşımağı təsbit edilməmişdir. X3 məhkəmədə verdiyi izahatda göstərmişdir ki, guya X1in X2ə etibarnamə verməsindən xəbəri olmamışdır. Bu halda X1ə qarşı iddia qaldırılmaması X1in X3in tapşırıq və göstərişlərini yerinə yetirdiyini və X2ə etibarnamə verdiyini bildiyini göstərir. Ən azından mübahisəli evin uzun illər, 2011-ci ildən X3 və X X4da olmaması, evdə X5un yaşaması, yüz minlərlə xərc çəkib təmir etməsi, açarların onda olması, evə sahibliyin onun tərəfindən həyata keçirilməsi sübut edir ki, X3 və X X4 evin satılmasından məlumatları olmuş, uzun illər susmaqla həmin əq di bəyənmişlər. X3 MTN əməkdaşlarının təzyiqi ilə evin ucuz qiymətə ona satmaq barədə onunla müqavilə bağlaması, yəni onun mülkiyyətçi olaraq tanımasıdır. Faktiki olaraq 23.07.2015-ci il tarixli müqaviləni bağlamaqla X3 əvvəlki müqavilələri bəyəndiyini nümayiş etdirmişdir. Halbuki o, müqaviləni etibarsız hesab etməmiş, bu barədə tələb irəli sürməmiş, əvvəlki müqavilələri tam bəyənmişdir. Məhkəmə qətnaməsində qanun müddəalarına anlaşılmaz istinadlar verilmiş, sübutlar şərh olunmamış, müqavilələrin məzmunu açılmamış, tərəflərin iradə ifadəsinin və iradə azadlığının formalaşması və ifadəsinin necə baş verdiyi, ümumiyyətlə belə halların olmaması diqqətdən yayındırılmışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli 2(103)-7279/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh7 və Vəkil1 kassasiya şikayəti onunla əsaslandırılmışdir ki, 2011-ci ildə “xxxx” ASC-nin 1 saylı filialının müdiri vəzifəsində işlədiyi dövrdə “Emil-1” firması banka müraciət edərək “xxxx” ASC-nin 1 saylı filialına müraciət edərək kredit götürmək istədiklərini bununla bağlı Bakı şəhəri C.Hacıbəyli küçəsi 119 saylı evi girov qoyacaqlarını bildirdi. Banka təqdim edilmiş sənədlərdən evi mülkiyyətçisinin Cavabdeh4 oİduğu müəyyən edilirdi. Təqdim edilmiş sənədlərə Cavabdeh4 həyat yoldaşı İddiaçı evin ipotekaya qoyulmasına notarial qaydada razılıq verilməsi barədə ərizəsi də əlavə edilmişdi. Götürülən kreditin təminatı kimi bağlanan 08.09.2011-ci il tarixli ipoteka müqaviləsini mülkiyyətçinin adından əvvəlki nümayəndə X11 verdiyi etibarnamə əsasında Cavabdeh6 bağladı. Daha sonra mülkiyyətçi Cavabdeh4 həyat yoldaşı İddiaçı Notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinə və ipotekasaxlayan olaraq razılıqlarına əsasən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 30.1, 30.2-ci maddələrinə uyğun olaraq ev girovda qalmaqla X7ə satıldı. Evin alqı-satqısında Cavabdeh4 adından əvvəlki nümayəndə Cavabdeh6 iştirak edirdi. Bundan sonra bankın razılığına əsasən ev X7 tərəfindən Cavabdeh5 satılmışdır. Daha sonra 2015ci ilin yay aylarında Milli Təhlükəsizlik Naziri X8un yaxın qohumu Bakı Telefon İstehsalat Birliyinin rəhbəri X10 onu otağına çağırıb bildirmişdir ki, mübahisəli ev ona məxsusdur, ev ona qaytarılmalıdır, qaytarılmasa, pis olacaq. Beytulla müəllimin bu sözlərindən bir neçə gün keçəndən sonra onu Milli Təhlükəsizlik Nazirliyinin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi polkovnik X9 otağına çağırıb bildirmişdir ki, bu ev Milli Təhlükəsizlik Naziri X8un yaxın qohumu olan X10undur, ona görə evin kredit borcu təcili ödənilib, boşaldılmalıdır, əks təqdirdə aqibəti pis olacaqdır. Milli Təhlükəsizlik Nazirliyində qanunsuz olaraq 10 gün saxlandıqdan sonra buraxılmış və ona tapşırıqları təcili yerinə yetirməsini bildirmişlər. Evin qalan kredit borcunu X5 300.000 manat və 50.000 ABŞ dolları verməklə məcbur olub ödəmişdir. 23.07.2015-ci il tarixdə ev Cavabdeh4 adına rəsmiləşdirildi və müqavilədə formal olaraq 10.000 manat qiymət göstərildi. Müqavilədə göstərilən 10.000 manatı isə Cavabdeh7 ödə mişdir ki, əməliyyat baş tuta bilsin. X4ın iradə ifadəsi məhz mülkiyyətlərində olan satılmasına yönəlmişdir. Qabaqcadan bəyan edilmiş bu iradə ifadəsinə uyğun olaraq notarial qaydada alqı-satqı həyata keçirilmiş, habelə alqı-satqı müqavilələri də öhdəliklər müvafiq qaydada icra edilmişdir. Həmçinin müəyyən edilir ki, müqavilə üzrə tərəfin kim olması da X4a əvvəlcədən bəlli olmuşdur, müqavilələr qanunvericiliyin nümayəndəlik institutunun tələblərinə uyğun bağlanmışdır. Cavabdeh4 istintaqda həqiqəti etiraf edib, göstərsə də ki, evi satmaq məqsədi ilə X1ə etibarnamə vermiş, evin satılmasına razılığı həyat yoldaşı onun iştirakı ilə vermiş, banka olan 383.000 manat borcu o ödəməmişdir, iddia tələbinin dəlilləri kimi göstərmişdir ki, evin satılması ilə əlaqədar sənədlərin toplanması üçün X1ə eti barnamə vermiş, həyat yoldaşının evin satılmasına razılığı olmamış, banka olan 383.000 manat borc özü tərəfindən ödənilmişdir. Məhkəmə Cavabdeh4 və həyat yoldaşı İddiaçı qondarma dəlillərini həqiqət kimi qəbul edib, guya ki, evin satılmasına X xanımın razılığının olmadığını, 383.000 manat vəsaitin isə X3 tərəfindən ödənildiyini göstərmişdir. Əslində Cavabdeh4 istintaqdakı ifadələrinin bir hissəsi elə həqiqətdir, o yalnız Notariusun nömrəsini yanlış qeyd etmişdir. Əsas məqam ondan ibarətdir ki, İddiaçı evin satılmasına razılığı olmuş və bununla bağlı o, Notariusa getmişdir. Bu hallar hazırkı işə baxılarkən gizlədilmişdir. Təbii ki, bununla bağlı ekspert tərəfindən verilmiş rəylər obyektivliyi əks etdirmir, mübahisəli evin satılmasına və girov qoyulmasına razılıq ərizələri məhz İddiaçı tərəf indən imzalanmış və ərizələrdə onun özü ad və soyadını yazmışdır. Xüsusi biliyə malik olmadan adi gözlə də görünür ki, həmin ərizələrdəki imzalar, ad və soyad məhz İddiaçı tərəfindən icra edilmişdir. X3in X1ə verdiyi 29.06.2011-ci il tarixli etibarnamə üzrə səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi göstərilmişdir və X1 də həmin səlahiyyətlərdən çıxış edərək etibarnamə üzrə səlahiyyətləri Cavabdeh6 vermişdir. Məhkəmə isə bütün diqqəti yuxarıda qeyd edilənlərə yönəltməklə X3in X1ə etibarnamə verməsini diqqətdən kənara çəkmiş, dəfələrlə vurğulamışdır ki, X3 X2ə etibarnamə verməmişdir. Belə isə, X1ə verilmiş etibarnamədə niyə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi göstərilmişdi məsələsi açıq qalmış olur. Mülki Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə bunu etibarn aməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu məsuliyyət qoyur. Bu isə o deməkdir ki, alqısatqı müqaviləsi X1in özü və X2 tərəfindən bağlanmasından asılı olmayaraq X1 X3 qarşısında məsuliyyət daşıyır. Yəni hər hansı ziyan çəkdiyi halda X3 X1dən həmin ziyanın ödənilməsini tələb edə bilər. Qanunda alıcı olaraq onun təmsilçi olan X1in və ya X2in hərəkətləri ilə bağlı X3 qarşısında məsuliyyət daşımağı təsbit edilməmişdir. X3 məhkəmədə verdiyi izahatda göstərmişdir ki, guya X1in X2ə etibarnamə verməsindən xəbəri olmamışdır. Bu halda X1ə qarşı iddia qaldırılmaması X1in X3in tapşırıq və göstərişlərini yerinə yetirdiyini və X2ə etibarnamə verdiyini bildiyini göstərir. Ən azından mübahisəli evin uzun 2011-ci ildən X3 və X xanımda olmaması, evdə X5un yaşaması, yüz minlərlə xərc çəkib təmir etməsi, açarların onda olması, evə sahibliyin onun tərəfindən edilməsi sübut edir ki, X3 və X evin satılmasından məlumatları olmuş, uzun illər susmaqla həmin əqdi bəyənmişlər. X3in evə dair bağlanmış həm ipoteka, həm də alqı satqı müqavilələrini bəyənməsinin, bundan xəbərdar olmasının daha bir göstəricisi onun X7 ilə 24.05.2012-ci il tarixli müqavilə bağlamasıdır. Həmin müqavilədə göstərilmişdir ki, X1 1.100.000 manat borc almışdır və 1 ay müddətində həmin borcu ödəyəcək. X3 bu müqaviləni bağlamaqla nümayəndələri tərəfindən ona verilməli pulu əvəzləşdirmiş, əvvəl bağlanmış müqavilələri, o cümlədən evə dair alqı-satqı müqavil əsini tanımış və onun evə hər hansı hüququ qalmamışdır. 2012-ci ildə X4a məlum olmasa belə ki, ev nümayəndələri tərəfindən girova qoyulmuş, satılmış onda onlar məhkəməyə müraciət edə bilərdi ki, bunu etməmiş, başqa bir təminatla 1.100.000 manat borc vermələri barədə müqavilə bağlamışlar. X4 məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər və iddia müddətinin tətbiq edilməsi barədə ərizə nəzərə alınmamış, müddət tətbiq edilməmişdir. Bundan başqa mübahisəli Bakı şəhəri C.Hacıbəyli küçəsi 119 saylı evin Nərimanov rayonunun ərazisində yerləşdiyi və X4ın tələbinin mülkiyyət hüququnun tanınması, evin başqasının sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum edilməsi barədə hüquqlarının pozulmasının aradan qaldırılması haqqında olduğu halda Nəsimi rayon məhkəm əsinin öz ərazi yurisdiksiyasına aid olmayan işi icraata qəbul edərək baxmışdır. İşin aidiyyəti üzrə göndərilməsi barədə ərizəni təmin edilməmişdir. Belə bir iddiaya Nəsimi rayon Məhkəməsində baxılması qəti şəkildə yolverilməzdir və Bakı Apellyasiya Məhkəməsi bununla bağlı dəlilləri kənarda saxlamışdır. Tərəflər arasında bağlanmış ipoteka və alqı-satqı müqavilələri Azərbaycan Respublikası Mülki Qanunvericiliyini tələblərinə uyğun bağlanmış müqavilələrin etibarsızlığı üçün heç bir qanunsuzluğa yol verilməmişdir. Lakin işə baxan məhkəmə sübutlara düzgün qiymət verməmiş və qüvvədə olan maddi və prosessual hüquq normalarını pozmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli 2(103)7279/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməs i barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. Cavabdehlər Cavabdeh6, Cavabdeh2 və onların vəkili Xnun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutların pulun ödənilməsinə dair hissəsini düzgün qiymətləndirməmiş, belə nəticəyə gəlmişdir ki, guya cavabdehlərin əməlləri nəticəsində iddiaçının ailəsinə maddi ziyan vurulmuşdur. Bu iş üzrə Nəsimi rayon məhkəməsi qətnamə ilə birlikdə tərəflərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararaq bu barədə xüsusi qərardad çıxarmaqla prokurora göndərmişdir. Halbuki, qərardadda göstərilən və məhkəmənin cinayət hesab etdiyi halların heç biri qərardadda qeyd edildiyi kimi İddiaçı və həyat yoldaşı Cavabdeh4 əmlakını ələ keçirmək niyyəti ilə deyil, onun özünün razılığı ilə həyata keçirilmişdir. Sadəcə bankın tələb i ilə qeyd edilən ev banka yaxın olan şəxslərin mülkiyyətinə alqı-satqı yolu ilə ona görə keçirilmişdir ki, “xxxx” firmasının bankdan götürmüş olduğu krediti vaxtında geri qaytara bilməmişlər. Ev ipoteka ilə yüklü olduğu üçün bankın razılığı ilə formal alqı-satqı edilmişdir. Yəni burda iddiaçıların mülkiyyətlərinin hər hansı şəkildə mənimsənilməsindən söhbət gedə bilməz. Ev həm ipoteka ilə yüklü edilərkən, həm də sonrakı “alqı-satqı” əməliyyatları aparılarkən iddiaçı və onun həyat yoldaşı məlumatlı olmuş, hətta bank həmin evə dair ipoteka müqaviləsi bağlayarkən evdə yaşayan şəxslərin iştirakı ilə evə baxış da keçirilmişdir. Sadəcə 2015-ci ilin iyul ayına kimi banka olan “xxxx” firmasının borcu tam ödənilmədiyindən və 383.000 manat kredit borcu qaldığından iddiaçılarla cavabdehlər arasında narazılıq yaranmış və onlar müxtəlif təşkilatlara şikayətlər etmişlər. Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinin sabiq vəzifəli şəxsləri barəsində olan cinayət işinin materiallarında da məlumatlar vardır. Həmin vaxt iddiaçının həyat yoldaşı - bu iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 “xxxx” firmasının cavabdehlərlə şərikli olan X12 383000 manat pul vermişdir ki, həmin pulu banka ödəməklə evini ipotekadan çıxarsın. “xxxx” firmasının kredit borcu kimi ödənilmiş 383000 manat həmin puldur. Qeyd edilən evin bütün sənədləri X8 olmuş və ipoteka müqaviləsi bağlanılarkən onun tərəfindən həmin sənədlər bizə təqdim edilmişdir. X11 bizə vermiş olduğu etibarnamə də X12 tərəfindən təqdim edilmişdir. Ötən müddət ərzində evin mülkiyyətçiləri hesab olunan Cavabdeh4 və hazırki iş üzrə İddiaçı tərəfindən evin ipoteka ilə yüklü edilməsinə hər hansı narazılıqları olmamış, götürülmüş kredit 05.01.2012-ci ildən başlayaraq mütəmadi olaraq banka faizlə qaytarılmışdır. Sonuncu ödəniş isə X12 tərəfindən evin mülkiyyətçisi hesab olunan Cavabdeh4 383000 manat məbləğində verilmişdir ki, həmin pulu banka ödəməklə evini bankın ipotekasından çıxarsın. Bununla bağlı Nəsimi rayon məhkəməsinin xüsusi qərardadı əsasında Korrupsiya Qarşı Mübarizə İdarəsində dindirilərkən bunu Cavabdeh4 özü də etiraf etmişdir.Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli 2(103)7279/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Cavabdeh5, Cavabdeh5 Vəkil1, cavabdehlər Cavabdeh6 və Cavabdeh2 vəkili X1 kassasiya şikayətlərini müdafiə edərək, onların təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 vəkili X2 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan “xxxx" ASC-nin vəkili X3 kassasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Resp ublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş mate riallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci, 157.2-ci, 157.4, 157.8, 337.1-ci, 337.3 və 337.4, Ailə Məcəlləsinin 32 və 33cü maddələrinə əsasən gəldiyi qənaətinə görə Cavabdeh4 mülkiyyətində olan, onunla İddiaçı ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı ev onların xəbərləri və razılıqları olmadan bir qrup şəxsi n qanunsuz əməlləri nəticəsində ipoteka ilə yüklü edilmiş, sonra isə alqı-satqı müqavilələri ilə ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmişdir. Borcalan “xxxx” firmasının direktoru qismində çıxış edən Cavabdeh2 ilə borcverən “xxxx” ASC-nin 1 saylı filialının rəhbəri Cavabdeh7 arasında 1.500.000 manat məbləğində kredit verilməsinə dair 08.09.2011-ci il tarixli, 582/01 F1 №-li kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə öhdəliyin təminatı kimi Cavabdeh4 məxsus olan fərdi yaşayış evinin bank qarşısında ipoteka ilə yüklü edilməsi barədə Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontorunda 3M/1195 reyestr nömrəsi ilə qeydə alınmış 08.09.2011-ci il tarixli, 582/01 F1 №-li ipoteka müqaviləsi bağlanmışdır. Nə Cavabdeh4, nə də onun arvadı - İddiaçı göstərilən müqavilənin bağlanmasından xəbərləri olmamış və İddiaçı adından verilmiş razılıq ərizəsi də saxtalaşdırılmışdır. Mübahisəli mənzilə dair ipoteka müqaviləsi Cavabdeh4 adından Bakı şəhəri 43 saylı notariat kontorunda 7E 05/3803 reyestr nömrəsi ilə qeydə alınmış 11 avqust 2011-ci il tarixli etibarnamə əsasında nümayəndə qismində Cavabdeh6 imzalamışdır. Halbuki, Cavabdeh4 ona etibarnamə verməmiş, əvvəllər evin satılması üçün zəruri olan sənədlərin toplanması üçün X20 adlı şəxsə etibarnamə vermiş, sonradan isə həmin şəxs harasa çıxıb getmiş, etibarnaməni qaytarmamışdır. O, etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə, yəni Cavabdeh6 verməsi barədə Cavabdeh4 məlumat verməmiş və İddiaçı ilə Cavabdeh4 bundan xəbərləri olmamışdır. X1 göstərilən qaydalara əməl etmədən səlahiyyətləri Cavabdeh6 vermiş və Cavabdeh6 bağladığı əqdipoteka müqa viləsi faktiki olaraq Cavabdeh4 iradə və iradə ifadəsini əks etdirməmişdir. Səlahiyyətlərin Cavabdeh6 verilməsi qanuni sayılsa belə, yenə də işin halları göstərir ki, o, öz maraqları naminə həmin etibarnamədən pis niyyətlə istifadə edərək kredit və ipoteka müqaviləsinin digər tərəfləri ilə razılaşmaya girmişdir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, “xxxx” firmasına 1.500.000 manat kredit verilməsinə dair kredit müqaviləsi ilə birlikdə həmin müqavilə üzrə öhdəliklərin təminat üsulu kimi Cavabdeh6la borcverən Bankın 1 saylı filialının rəhbəri Cavabdeh7 arasında 08 sentyabr 2011-ci il tarixli, 582/01F1 saylı Zaminlik müqaviləsi bağlanmış və Cavabdeh6 kredit alan “xxxx” firmasının öhdəlikləri üzrə zamin qismində birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Başqa sözlə, kredit müqavi ləsi üzrə borcalan tərəfindən maraqlı şəxsə çevrilmişdir. Bundan əlavə, işin materiallarında olan Cavabdeh6 Azərbaycan Respublikası Baş Prokuroruna ünvanladığı yazılı izahatın surətindən görünür ki, o “xxxx” firmasının faktiki sahibi və rəhbəri olmasını etiraf etmişdir. Belə olan halda Cavabdeh6 həm firmanın faktiki sahibi, həm də zamin kimi kredit müqaviləsi üzrə şəxsən öhdəlik daşıdığı halda, eyni zamanda etibarnamə üzrə təmsilçi kimi çıxış edərək Cavabdeh4 adından həmin öhdəliyin təminatı olaraq ipoteka müqaviləsi bağlaması təmsilçinin təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlaması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Cavabdeh6 tərəfi olduğu kredit və zaminlik müqavilələrinin digər tərəfləri ilə pis niyyətlə razılığa gələrək etibarnamədən öz maraqları naminə istifadə etmişdir. Araşdırma zamanı əldə olunmuş, “xxxx” Firmasına 1.500.000 AZN məbləğində kreditin verilməsi haqqında Bankın 02.09.2011-ci il tarixli Qərarının “müraciəti hazırlayan əməkdaşın adı” qrafasından məlum olur ki, kredit ayrılmasına dair sənədləri həmin bankın əməkdaşı, hazırki iş üzrə Cavabdeh5 hazırlamışdır. Kredit müqaviləsini və ipoteka müqaviləsini “xxxx” firmasının direktoru qismində Cavabdeh2 adlı şəxs imzalamışdır. Cavabdeh2 guya, 13.03.2009-cu il tarixdən “xxxx” firmasının direktoru təyin edilməsinə və kredit müqaviləsi bağlanarkən həmin firmanın direktoru olmasına dair banka təqdim edilmiş əmrin həqiqi olmaması (saxta olması) aşkar surətdə görünür. Belə ki, həmin əmrin surətindən məlum olur ki, əmrin surəti X11 tərəfindən təsdiq edilmişdir. Bundan başqa, kredit verilməsi üçün sənədlər Cavabdeh5 tərəfindən hazırlanarkən bank qaydalarına əsasən, firmanın hüquqi sənədləri də banka təqdim edilmişdir. Həmin firmaya aid olan 07.09.2011-ci il tarixli (kredit müqaviləsinin bağlanmasından bir gün əvvəl) Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, kredit və ipoteka müqaviləsi bağlanarkən “xxxx” firmasının qanuni təmsilçisi, yəni direktoru Cavabdeh2 deyil, X19 olmuşdur. Bundan başqa, işin materiallarında olan Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin 19.09.2017-ci il tarixli məktubundan görünür ki, 9 saylı Ərazi Vergilər İdarəsinə Cavabdeh2 Məmmədhüseyn oğlunun “xxxx” Firmasının rəhbəri təyin olunması barədə məlumat daxil olmamışdır. Cavabdeh2 “xxxx” firmasına rəsmi qaydada heç bir aidiyyəti olmadığını, təqdim edilmiş ə mrin saxta olduğunu, səlahiyyəti olmayan şəxsin kredit və ipoteka müqaviləsini imzaladığını və 1.500.000 AZN məbləğində kreditin saxta sənəd əsasında verildiyini qabaqcadan bilmişdir. Şərh olunanlardan göründüyü kimi mübahisələndirilən ipoteka müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Daha sonra, mübahisəli ev 03 fevral 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına keçirilmişdir. Yenə də, müqaviləni Cavabdeh4 deyil, onun adından Cavabdeh6 imzalamışdır. Həmin müqavilədə evin qiyməti 40.000 AZN göstərilmişdir. Sonradan isə ev 17 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 adına keçirilmiş, həmin müqavilədə isə evin qiyməti 15.000 manat göstərilmişdir. Halbuki, ipoteka müqaviləsində evin likvid qiyməti 1.000.000 manat göstərilmişd ir. İşdə olan 21643 №-li, 05 sentyabr 2017-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 3M/1195 saylı notariat işinin 18-ci vərəqəsində İddiaçı adından olan 07 sentyabr.... tarixli evin ipotekaya qoyulmasına razılıq ərizəsində “İmza” qrafasındakı imza və “İddiaçı” yazıları - İddiaçı tərəfindən yox, onun həqiqi xətt və imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 3M/1195 saylı notariat işinin 18-ci vərəqəsində İddiaçı adından olan 07 sentyabr.... tarixli evin ipotekaya qoyulmasına razılıq ərizəsinin qeydiyyatdan keçdiyi Notariat hərəkətlərinin qeyd edilməsi üçün 00487 nömrəli reyestr kitabının 97-ci vərəqəsində “8540” sıra say qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslə rin imzaları qrafasındakı imza və “Zamanova” soyadı - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrdən görünür ki, cavabdehlər iddia tələbinə etirazının əsası kimi, istinad etdikləri hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Mübahisəli evin İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 birgə nikahı dövründə və ümumi gəlirləri hesabına əvəzli əqd əsasında əldə olunduğundan ümumi əmlak hesab edilir və həmin ev üzərində sərəncam vermək üçün İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığı alınmamışdır. İddiaçının razılığı olmadan mübahisəli evin ipoteka qoyulması, sonradan isə etibarsız alqı-satqı müqavilələri əsasında əvvəlcə Cavabdeh3, daha sonra isə Cavabdeh5 satılması onun mübahisəli evin üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etmişdir. Bu hallar isə iddiaçının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrində təsbit olunmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticələrdən görünür ki, iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi qanunun imperativ tələbidir. Cavabdehlər iddia müddətinin keçməsindən istifadə etmək istəməmiş və mübahisə ilə bağlı birinci instansiya məhkəməsində ərizə verməmişlər. Buna görə də, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmış və iddiaçı və cavabdehlər arasında olan maddi-hüquqi mübahisə üzrə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrdən həmçinin görünür ki, cavabdehlər 383000 manat məbləğin məhz onların hesabına banka ödənildiyini bildirsələr də, bu dəlillər onların izahatından başqa iş materiallarında olan hər hansı bir sübutla öz təsdiqini tapmır. Əksinə, qeyd olunan məbləğin məhz X12 tərəfindən banka ödənildiyi təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsinin iş materiaları üzrə gəldiyi nəticələrdən daha sonra görünür ki, Cavabdeh5 müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 qarşı mübahisəli evə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasına baxılaraq onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qanuni qü vvəyə minmiş məhkəmə aktının olması da hazırki iş üzrə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, hazırki iddianın predmeti və faktiki əsası, eləcə də, tələbin qanuni əsası tamamilə fərqlidir. Ona görə də, qeyd olunan məhkəmə aktları ilə müəyyən edilənlər hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım ki mi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3 və 206. 1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakı lar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə birgə nikah dövründə əldə edilmiş mübahisəli evin üzərində sərəncam vermək üçün İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığı alınmamasına istinad edərək iddiaçının razılığı olmadan mübahisəli evin ipoteka qoyulması, sonradan isə etibarsız alqı-satqı müqavilələri əsasında əvvəlcə Cavabdeh3, daha sonra isə Cavabdeh5 satılmasının onun mübahisəli evin üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüquq unu əhəmiyyətsiz etməsi qənaətinə gələrkən alqı-satqı müqavilələrinin mülki qanunvericiliyin tələblərinə uyğun, qanunun tələbləri pozulmadan bağlanmasının hüquqi əsaslarına diqqət yetirməmiş, ekspert rəyinə digər sübutlarla bərabər qiymət verməmişdir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli evin İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 birgə nikahı dövründə və ümumi gəlirləri hesabına əvəzli əqd əsasında əldə etməsi işin mübahisəsiz halı olsa da, apellyasiya instansiyası məhkəməsi həmin evin ipoteka qoyulması və sonradan Cavabdeh3, daha sonra isə Cavabdeh5 satılması ilə bağlı hadisələrin ardıcıllığı baxımından iş materiallarında olan mühüm və diqqətəlayiq məqamları nəzərə almamış, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 mübahisəli evin i poteka qoyulması halından xəbərləri olmadıqları qəbul edilsə belə, həmin evin satılması ilə bağlı etdikləri hərəkətlərin qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi nəticələrə səbəb olmasına hüquqi qiymət verməmişdir. Belə ki, 03.02.2012-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına dair notariat işində İddiaçı 06.11.2011-ci il tarixli notarial qaydada verilmiş evin satılmasına razılıq ərizəsi, onun nikah şəhadətnaməsi mövcuddur. Həmin ərizədəki imza iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi müqavilələrin sözügedən şəxslərin iradə ifadələrinin məhz mülkiyyətlərində olan evin satılmasına yönəldilməsi halının mövcudluğuna, həmçinin müqavilələrin onların özlərinin deyil, buna müvafiq qaydada səlahiyyət verilmiş nümayəndələri t ərəfindən imzalanmasının qanunvericiliyin nümayəndəlik institutunun tələblərinə uyğun olmasına da düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçı Cavabdeh5 cavabdeh X3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək onların arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 119-da yerləşən ümumi sahəsi 391 kv.metr olan fərdi yaşayış evinə dair 23 iyul 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh5 10.000 manatın alınaraq X3 verilməsinə dair Bakı şəhəri Xətai rayon məhkəməsinin 13 aprel 2016-cı il tarixli qətnaməsinin (hakim F.Ə.Məmmədov, iş 2(011)-1067/2016) qəbulundan sonra İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 hazırki iddia ilə Nəsimi rayon məhkəməsinə 14.06.2017-ci il tarixdə müraciət etməsinə diqqət yetirməmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-62/2018 saylı 17.01.2018-ci il tarixli qərarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 119-da yerləşən ümumi sahəsi 391 kv.metr olan 7 otaqlı fərdi yaşayış evi X4 məxsus olmuş və Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 18 yanvar 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən G.B.Hacıyeva həmin evi Cavabdeh4 satmışdır. 06 mart 2007-ci il tarixdə Cavabdeh4 adına evə mülkiyyət hüququnu bildirən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Cavabdeh4 29 iyun 2011-ci il tarixdə X13 ona məxsus evə dair sərəncam hüququ verən (o cümlədən satmaq, bağışlamaq, ipoteka qoymaq) etibarnamə verm iş, sonuncu isə həmin evə dair bütün səlahiyyətləri 11 avqust 2011-ci il tarixli etibarnamə ilə Cavabdeh6 vermişdir. 08 sentyabr 2011-ci il tarixdə Cavabdeh6 kredit müqaviləsinin təminatı kimi həmin evə dair “xxxx” ASC ilə ipoteka müqaviləsi bağlamışdır. 03 fevral 2012-ci il tarixdə Cavabdeh6 tərəfindən ev Cavabdeh3 40.000 manata satılmışdır. 17 aprel 2014-cü il tarixdə Cavabdeh3 həmin evi Cavabdeh5 15.000 manata satmışdır. 23 iyul 2015-ci il tarixdə isə Cavabdeh5 evi onun əvvəlki mülkiyyətçisi Cavabdeh4 10.000 manata satmış və ev hazırda onun mülkiyyətindədir. 2016-cı ilin yanvar ayında Cavabdeh5 cavabdehlər Cavabdeh4, maraqlı şəxslər “xxxx” ASC-nə, “Emil-1” firmasının direktoru Cavabdeh2 Məmməd oğluna və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli evi Azərbayca n Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəhbər vəzifəli şəxslərinin təzyiqi altında kredit borcunu qeyrisi ilə birlikdə ödəməklə evi ipoteka yüklülüyündən azad edərək Cavabdeh4 adına rəsmiləşdirilməsini əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən 23 iyul 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən qərarında kollegiya həmçinin qeyd etmişdir ki, Milli Təhlükəsizlik Nazirliyinin müvafiq vəzifəli şəxslərinin barəsində olan işə həmin ərəfədə Bakı Hərbi Məhkəməsində baxılması, eləcə də İddiaçı tərəfindən evə dair bağlanmış ipoteka və s. müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə ayrıca icraatda iddia qaldırması işə baxılmasına mane olmamış və iş üz rə icraatın dayandırılması üçün əsas verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məhkəmə aktları ilə müəyyən edilənlər hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilməsə də apellyasiya instansiyası məhkəməsi ən azından onların məzmununda göstərilən mühüm və diqqətəlayiq məqamlara hazırki iddia tələblərinin əsaslı olub-olmaması baxımından nəzərə almalı idi. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən nəzərə almamışdır ki, iddia ərizəsində X4 qeyd etmişlər ki, evi sonradan öz adlarına yenidən qaytarmağa nail olmuşlar, lakin, bu əvvəlki MTN əməkdaşlarının təzyiqi və məcburiyyəti ilə baş vermişdi. Kollegiya hesab edir ki, Xətai rayon məhkəməsində Cavabdeh5 iddiası təmin olunaraq ev sonuncunun m ülkiyyətinə qaytarılmasına, yəni X4ın Cavabdeh5 iddiasından sonra mənzilləri ilə bağlı həyata keçirilən bütün əməliyyatlardan (ipoteka, etibarnamə, alqı-satqı və s.) tam məlumatlı olduqları halda yenidən Nəsimi rayon Məhkəməsində ən birinci ipoteka müqaviləsini mübahisələndirmək hüququndan istifadə edilməsinin səbəblərinə apellyasiya instansiyası məhkəməsi qiymət verməmişdir. Belə ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. “Məhkəmələr və hakimlər haqqında” qanunun 8-ci maddəsinə görəədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. İşin materiallarından görünür ki, Cavabdeh5 iddiasına baxılan zam an da həmin ipoteka müqaviləsi X4 tərəfindən mübahisələndirilməmişdir, buna baxmayaraq Cavabdeh5 iddiası təmin olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən biri olan X3 və X X4ın hazırki iddianı ipoteka müqaviləsinin bağlanmasından 5-6 il sonra qaldırmaqla, həmçinin, Xətai rayon məhkəməsində Cavabdeh5 iddiasına baxılan zaman qarşılıqlı iddia verməməklə iddia müddətini ötürməsi kimi dəlillərinə də düzgün hüquqi qiymət verməyərək iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməli olmasının qanunun imperativ tələbi olmasını, cavabdehlərin iddia müddətinin keçməsindən istifadə etmək istəməyərək mübahisə ilə bağlı birinci instansiya məhkəməsində ərizə vermədiklərini göstə rmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apellyasiya instansiyası məhkəməsi X4ın qeyd etdiklərinə əsasən, sonuncuların ən gec halda 2015-ci ildə evi yenidən öz adlarına qaytarmağa nail olduqda bankın “saxtakarlığını” bilmələrinə, həmin ipoteka müqaviləsini mübahisələndirmək üçün imkan əldə etmələrinə istinad etməklərinə diqqət yetirməmiş, onların bu hüquqlarından bir il ərzində istifadə etməyərək, (hətta Cavabdeh5 iddiası ilə Xətai rayon məhkəməsində başlanmış işin icraatı zamanı da qarşılıqlı iddia da vermək hüququndan istifadə etməmişlər), nəticədə, əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən olunan 1 illik müddəti bilərəkdən ötürmələrinə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Halbuki, kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həm in müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Lakin iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. İddiaçının məhkəməyə deyil, hüquq-mühafizə orqanlarına müraciət etməsi onun hüququnun pozulduğunu bilməməsi anlamına gəlmir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mü bahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi halda apellyasiya instansiyası məhkəməsi bu halları araşdırmadan və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermədən gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilinməz. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlə rə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka ilə yüklü edilməsinə dair Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontorunda 3M/1195 reyestr nömrəsi ilə qeydə alınmış 08.09.2011-ci il tarixli, 582/01 F1 №-li ipoteka müqaviləsini etibarsız saysa da, həmin müqavilənin işə baxılan dövrdə faktiki olaraq artıq xitam olunmasına diqqət yetirməmişdir, yəni, kollegiyanın qənaətinə görə hazırda mövcud olmayan ipoteka müqaviləsinin etibarsız sayılması özü-özlüyündə əhəmiyyətsiz olmuşdur. Kollegiya kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin fikrincə mübahisəli evin ipoteka qoyulması zamanı İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığı alınmaması faktı mövcud olsa da belə, Cavabdeh6 adına olan Bakı şəhər 43 saylı notariat kontorunda 7E 05/3803 reyestr nömrəsi ilə qeydə alınmış 11 avqust 2011-ci il tarixli etibarnamənin qanuni əsaslarla verilməsinə də düzgün hüquqi qiymət verməmişdir. Belə ki, baş vermiş alqı-satqı müqavilələri də məhz verilməsi qanunvericiliyin pozulması ilə müşayiət olunmayan həmin etibarnamənin əsasında baş vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şə xsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu məsuliyyət qoyur. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, bu normanın tələbi belə etibarnamə əsasında bağlanmış əqdin etibarsız hesab edilməsinə deyil, vurulmuş ziyana görə hər iki nümayəndənin məsuliyyət daşımasına əsas verir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada 383.000 manat məbləğində pul alınaraq İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 verilməsi ilə bağlı iddia tələbinin əsaslılığına və bununla bağlı verilən apellyasiya şikayətinin dəlillərinə qətnamədə demək olar ki, heç bir hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsinin qanuni və əsaslı olmasını qeyd etməklə kifayətlənmiş, bununla da cavabdehlərin 383000 manat məbləğin məhz onların hesabına banka ödənildiyini bildirsələr də, bu dəlillərin onların izahatından başqa iş materiallarında olan hər hansı bir sübutla öz təsdiqini tapmaması kimi səhv qənaətə gəlmişdir. Belə ki, qeyd olunan məbləğin məhz Cavabdeh4 adından banka ödənildiyi iş materialları ilə təsdiq olunsa da, apellyasiya instansiyası məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, Cavabdeh6 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə əsasən X12 adlı şəxs tərəfindən evin mülkiyyətçisi hesab olunan Cavabdeh4 383000 manat məbləğində verilmişdir ki, həmin pulu banka ödəməklə evini bankın ipotekasından çıxarsın. 2015-ci ilin iyul ayına kimi banka olan “xxxx” firmasının borcu tam ödənilmədiyindən və 383000 manat kredit borcu qaldığından iddiaçılarla onlar arasında narazılıq yaranmış və onlar müxtəlif təşkilatlara şikayətlər etmişlər. Bununla bağlı, Milli Təhlükəsizlik Nazirliyinin sabiq vəzifəli şəxsləri barəsində olan cinayət işinin materiallarında da məlumatlar vardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edilən cinayət işinin materiallarını araşdırmadan cavabdehlər Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada 383.000 manat məbləğində pul alınaraq İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 verilməsi qənaətinə gələrkən həmin pulun sonunculara məxsus olub-olmamasını aydınlaşdırmadan cavabdehlər iddia tələbinə etirazının əsası kimi, istinad etdikləri hallara dair məhkəməyə h ər hansı bir mötəbər sübut təqdim etməmələri, eləcə də məhkəmə tədqiqi zamanı istinad etdikləri halları sübuta yetirə bilməməsi kimi əsaslandırılmamış nəticələrə gəlmişdir. Halbuki iddiaçı və 3-cü şəxsin nümayəndəsinin apellyasiya şikayətləri üzrə qətnamədə verdiyi izahatında bu fakt qismən də olsa etiraf edilmiş və qətnamənin 6-cı vərəqinin sonuncu abzasında qeyd edilmişdir ki: “2015-ci ildə bankın rəhbərliyi evi Cavabdeh4 qaytarmaq qərarına gəlir. Murad adlı şəxs evin girovluqdan çıxarılması üçün Cavabdeh4 müəyyən məbləğdə pul verir və 383000 manat ödənildikdən sonra ev girovdan çıxarılaraq Cavabdeh4 adına keçir.” Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğin məhz Cavabdeh4 adından və onun tərəfindən banka ödənilməsi faktı həmin məbləğin də cavabdehlər Cav abdeh6 və Cavabdeh2 müştərək qaydada 383.000 manat məbləğində pul alınaraq İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 verilməsi nəticəsinə gəlməsi üçün hüquqi əsas yaratmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Digər tərəfdən, əsassız varlanma əsası ilə də Cavabdeh6 və Cavabdeh2 qarşı tələb hüququ yaranmır. Çünki həmin məbləğ “xxxx” firmasının kredit borcu ilə bağlı “xxxx” ASC-nin hesabına köçürülmüşdür. Düməli, əgər əsassız varlanma halı varsa, əsassız varlanan “xxxx” firmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Cavabdeh4 mülkiyyətində olan, onunla İddiaçı ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı ev onların xəbərləri və razılıqları olmadan bir qrup şəxsin qanunsuz əməlləri nəticəsində ipoteka ilə yüklü edilmiş, sonra isə alqı-satqı müqavilələri ilə ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilməsi ilə bağlı xüsusi qərardad çıxarılmasına baxmayaraq işin faktiki halları bunun əksini təsdiq etsə də, hər bir halda apellyasiya instansiyası məhkəməsi yalnız mötəbər və tutarlı sübutların mövcudluğu təqdirdə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 hüquqlarını pozan şəxsə və ya şəxslərə qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmaq hüquqlarının olmasını izah etməli idi. Belə ki, işin materiallarından görünür ki, həmin evin ipotekaya qoyulmasına İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığının mötəbərliyi şübhə altına alınsa da, hadisələrin sonrakı gedişatı və illər ərzində baş ver ənlər onların evlə bağlı aparılan əməliyyatlardan məlumatlı olmasına birbaşa dəlalət edir. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin hərəkətlərində hüquqdan sui-istifadə hallarının olubolmamasına hüquqi qiymət verməli idi. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və müba hisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnaməd ə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonr a məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mülki qanunvericilik müddəalarının tətbiqi (təfsiri) zaman hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipl əri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmamasını nəzərə almamışdır. Belə ki, məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ənvacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan a rqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul o lunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi halları na uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, cavabdehlər Cavabdeh6, Cavabdeh2 kassasiya şikayətləri tam, Cavabdeh5 ilə Cavabdeh7 kassasiya şikayətləri isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nai l olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh6, Cavabdeh2 kassasiya şikayətləri tam, Cavabdeh5 ilə Cavabdeh7 kassasiya şikayətləri isə qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli 2(103)7279/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar