Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4372/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyanın hakimi Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibi İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-155 6/2023 nömrəli iş üzrə 05 sentyabr 2023-cü il tarixli qərardadından cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 14 ayrı daşınmaz əmlakın cavabdehin qanunsuz sahibliyindən ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şabran Rayon Məhkəməsinin 2(031)-29/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia qismən təmin edilərək, XXX rayonu XXX kəndi ərazisində yerləşən 0.189702 ha torpaq sahəsinin, XXX rayonu XXX kəndi ərazisində yerləşən 2.1386 ha torpaq sahəsinin, XXX rayonu XXX kəndi ərazisində yerləşən 4 ha torpaq sahəsinin, XXX rayonu XXX kəndi ərazisində yerləşən 5.20 ha torpaq sahəsinin, XXX rayonu XXX kəndi ərazisində yerləşən 0.7761 ha torpaq sahəsinin, XXX rayonu XXX kəndi ünvanda yerləşən 3.335 ha torpaq sahəsinin, ünvan 1 torpaq sahəsinin, ünvan 2 ha torpaq sahəsinin, ünvan 3 ha torpaq sahəsinin, ünvan 4 torpaq sahəsinin, ünvan 522 ha torpaq sahəsinin, XXX rayonu XXX kəndi ərazisində yerləşən 0.6161 ha torpaq sahəsinin, XXX rayonu XXX kəndi ərazisində yerləşən 0.547 ha torpaq sahəsinin, XXX rayonu XXX kəndi ərazisində yerləşən 1.631 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən iddiaçıya qaytarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğdə pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi nin hesabına köçürülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
3. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2090/2022 nömrəli iş üzə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova, T.Quliyev,) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1447/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (məruzəçi), E.Şamayev və Ə.Xıdırov) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci nömrəli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
7. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “... iddiadan müəyyən olunur ki, iddiaçı fərdi sahibkar, cavabdeh isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. İddiaçının cavabdehdən geri tələb etdiyi mülkiyyətində olan torpaq sahələri kənd təsərrüfatlı təyinatlı olmaqla hal-hazırda cavabdeh tərəfindən təyinatı üzrə istifadə edilməkdədir. İddiaçı mülkiyyətində olan torpaq sahələrini tələb edir, cavabdeh isə etirazının əsası kimi bildirir ki, həmin torpaq sahələri əslində cavabdehə məxsusdur, iddiaçı Cəmiyyətdə direktor olduğu vaxt alınmışdır, iddiaçı saxtakarlıq edə rək torpaq sahələrini alarkən öz adına sənədləşdirmişdir. Beləliklə, müəyyən olunur ki, hazırki iddia fərdi sahibkarın əşya hüquqi münasibətlərindən irəli gələn tələbdir. Aşağı instansiya məhkəmələri hazırki mübahisəni mülki mübahisə kimi dəyərləndirmiş, mübahisənin məhz hər iki tərəfin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini nəzərə almamış, bununla da aidiyyət qaydalarının pozulması ilə nəticələnən qətnamələr qəbul etmişlər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 14- cü və 25-ci bəndlərində əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, hər iki tərəfin sahibkarlıq fəaliyyətinin obyektini təşkil edir. Bu torpaq sahələri şəxsi istifadə üçün olan həyətyanı torpaq sahəsi olmadığından fərdi sahibkar olan iddiaçının həmin torpaq sahələri ilə bağlı iddiası ümumi məhkəməyə aid deyil. Lakin apellyasiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddiaçının fərdi sahibkar, cavabdehin kommersiya təşkilatı olmasına, həmçi nin, hazırki tələbin məhz hər iki tərəfin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlməsinə hüquqi qiymət verilməmiş və son nəticədə işin məhkəmə aidiyyəti Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmiş meyarlar əsasında müəyyən etməmişdir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1556/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Rəhimli, İ.Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsini n qərardadının əsaslarına görə, “İş materiallarından aydın olur ki, iddiaçı fərdi sahibkar, cavabdeh isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. İddiaçının cavabdehdən geri tələb etdiyi mülkiyyətində olan torpaq sahələri kənd təsərrüfatlı təyinatlı olmaqla hal-hazırda cavabdeh tərəfindən təyinatı üzrə istifadə edilməkdədir. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, hər iki tərəfin sahibkarlıq fəaliyyətinin obyektini təşkil edir. Göründüyü kimi mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir a yrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında göstərilir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fizik i şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ e) Kassasiya şikayətinin dəlilləri
10. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərardadın işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə dair hissədə dəyişdirilib, iddia ərizəsi və ona əlavə ed ilmiş sənədlərin iddiaçıya qaytarılması, ona hazırkı tələb üzrə qanunvericiliklə məhkəməyə qədər nəzərdə tutulmuş qaydalara (pretenziya, mediasiya) riayət etməklə kommersiya məhkəməsinə müraciət edə bilməsinin izah olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmalı olduğundan, hazırkı halda işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə deyil, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması və ona hazırkı tələb üzrə qanunvericiliklə məhkəməyə qədər nəzərdə tutulmuş qaydalara (pretenziya, mediasiya) riayət etməklə kommersiya məhkəməsinə müraciət edə bilməsi izah olunması ba rədə qərardad qəbul edilməli idi. f) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 14. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatında n alınması qadağandır.
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli o lan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 17. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Ma ddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 31.1. Aid iyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa; Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlar ının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ix tisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar: “Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.”
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı: Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyy ətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; Bənd
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM -in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetər li deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; Bənd
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçir ilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; Bənd
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilm əlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır; Bənd
25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün o lacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.
21. İnsan Hüquqları üzr ə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli Qərarı: “Qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
24. Hakimlərin qarışıq tərkibi hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
26. İlk olaraq, Vergi və Mülki məcəllələrin, habelə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun yuxarıda istinad olunan normalarının mənasına görə, sahibkarlıq fəaliyyəti hüquqi şəxslər və fə rdi sahibkarlar tərəfindən müvafiq olaraq mənfəət və gəlir əldə etməyə yönəlmiş fəaliyyətdir, hər iki kateqoriyaya daxil olan subyektlər vergi ödəyicisi kimi vergi orqanında uçota alınırlar.
27. Tərəflərdən iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi sahibkar qismində vergi ödəyicisi kimi vergi orqanında uçota alınması (VÖEN-ə malik olması), cavabdehin isə hüquqi şəs olması işin mübahisəsiz halıdır.
28. Cavabdeh də kassasiya şikayətində işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, habelə tərəflərin mübahisə predmeti ilə bağlı fəaliyyətlərinin sahibkarlıq kimi xarakterizə olunmasına dair hər hansı etiraz irəli sürmür.
29. Belə olan halda, apellyasiya instansiya məhkəməsinin qərardadı MPM-in 24.2-ci maddəsinin (§18) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə a idiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilməli olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə (§16) verilən izahlara uyğun sayılmalıdır.
30. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri işə məhkəmə aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmənin iddia ərizəsini icraata qəbul mərhələsində həll etməli olduğu məsələlərlə bağlı olduğundan, əsassızdır.
31. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiya məhkəməsinin mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması ilə əlaqəd ar gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 24, 31, 403-1, 417 və 419-cu maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1556/2023 nömrəli iş üzrə 05 sentyabr 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.