Məhkəmə qərarları › İş №2(102)-4375/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4375/2022

22.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4375/2022 22.07.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-49/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehlər X1, X2 və Cavabdeh1 kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdehlər X1, X2 və Cavabdeh1 (Vəkil3) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-49/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv, hər birinə 14 min manat, ümumilikd ə 42 min manat məbləğində kompensasiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, cavabdehlər kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi foma və məzmunda tərtib edilməmişdir. Kassasiya şikayətində ümumi şəkildə Mülki Məcəllənin 228.1, 225.1-ci və Mülki Prosessual Məcəllənin 385.1, 418.3-cü maddələrinə istinad edilməklə, həmin normaların məzmunu qeyd edilib, lakin həmin hüquq normalar ının düzgün tətbiq edilməməsinin nədən ibarət olması şikayətdə göstərilməyib, şərhi verilməyib, işin faktiki halları sadalanıb, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayıb. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Bundan başqa, cavabdehlər şikayətdə hər birinə 14 min manat, ümumilikdə 42 min manat məbləğində kompensasiya təyin edilməsi barədə qərar çıxarılm asını xahiş etməklə, kassasiya instansiyası məhkəməsini səlahiyyətinə aid olmayan faktiki halların müəyyən edilməsinə yönələn dəlillər irəli sürmüşlər. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qa ldırıldıqdan sonra, şikayəti verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X1, X2 və Cavabdeh1 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-49/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar