Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4375/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Bərdə rayon Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Bərdə rayon Dövlət Notariat Konturuna tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-312/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli qərarı ilə Bərdə rayonun Türkmən kəndində yerləşən 1,41 ha torpaq sahəsi Nümayəndə2, X6, X2, Nümayəndə2, X6, X2, X1 və İddiaçı1 ümumi mülkiyyətinə verilmiş və bu barədə JN-321 KOD 61015028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir.
2. Satıcılar Nümayəndə2, X6, X2, Nümayəndə2, X6, X2, X1 və İddiaçı1 ilə alıcı Cavabdeh2 arasında xx.xx.20006-cı il tarixdə bağlanmış və Bərdə rayon Notariat Kontorunda təsdiqlənmiş ÄN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən, satıcılar JN321 KOD 61015028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 1,41 ha torpaq sahəsini 5000 manata alıcı Cavabdeh2 satmışlar.
3. Həmin müqavilədə qeyd olunmuşdur ki, müqavilənin bağlanmasında İddiaçı1 Bərdə rayon Hərbi Komissarlığında təsdiqlənmiş etibarnamə əsasında atası Nümayəndə2 təmsil etmişdir.
4. Sözügedən torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsi onun tərəfindən xx.xx.2019-cu il tarixdə notariat qaydada təsdiqlənmiş müqavilə əsasında Cavabdeh4 satılmışdır, hal hazırda Cavabdeh4 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Bərdə rayon Dövlət Notariat Konturuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-ci il tarixli, 4Ə-İ1 90 saylı alğı-satqı müqaviləsinin və bunun əsasında verilmiş hüquqmüyyənedici sənədlərin etibarsız hesab olunması, Cavabdeh4 Bərdə rayonun Türkmən kəndində yerləşən paylı mülkiyyətdə olan 1,41 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2006-2007-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu vaxt atası Nümayəndə2 paylı mülkiyyətində olan 1,41 ha torpaq sahəsinə onun əvəzindən sərəncam vermək hüququna dair heç bir etibarnamə verməmiş, həmin torpaq sahəsi ilə bağlı Bərdə rayon Dövlət Notariat Kontoruna getməmiş, hər hansı alğı-satqı müqaviləsinə imza etməmişdir. Paylı mülkiyyətlərində olan torpaq sahəsinin hansı səbəbdən Cavabdeh2, hal-hazırda isə Cavabdeh4 istifadəsində olmasını bilmir. B ununla bağlı Bərdə Rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və məlum olmuşdur ki, həmin torpaq sahəsi Dövlət Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli 4Ə-1-190 saylı müqavilə əsasında Cavabdeh2 satılmış, Cavabdeh2 isə həmin torpaq sahəsini Cavabdeh4 satmışdır.
7. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1421/2020 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 vicdanlı alıcı hesab olunmalıdır. Belə ki, satıcı və alıcı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanan vaxt satıcı həmin torpaq sahəsinin qanuni mülkiyyətiçisi olduğundan və həmin torpaq sahəsinin mülkiyyətində olmasına dair dövlət aktı qüvvədə olduğundan, eyni zamanda həmin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, alğı-satqı müqaviləsinin bağlanmasından on dörd ildən artıq müddət keçmiş, həmçinin maraqlı şəxslər həmin müqavilənin mövcudluğundan son on ildən artıq müddətdə məlumatlı olmuşlar. Yəni maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malik olsa da, bu subyektiv hüququndan istifadə etməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 324, 337, 394, 144, 146, 646, 648, 359 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinc i icraat
11. İddiaçı1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1421/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)-2913/2020 saylı qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsində subyekt tərkibində qüsura yol verildiyindən, yəni İddiaç ı1 1,41 ha torpaq sahəsindəki payının satılmasına dair razılığı və ya başqa şəxsə etibarnamə verilməsi aşkar edilmədiyindən xx.xx.2006-ci il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsi İddiaçı1 münasibətdə etibarsız əqddir.
14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, alğı-satqı müqaviləsi Bərdə rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə 4Ə-1-190 reyestr nömrəsi ilə təsdiq olunmuşdur. Həmin müqavilənin bağlanmasından 14 il keçdikdən sonra - 2020-ci ilin fevral ayında həmin müqavilə hazırkı iddia ilə mübahisələndirilmişdir ki, bununla da iddiaçı Azərbaycan Respublikasının MM-nin 354-cü maddəsinə əsasən həmin əqdi mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, qeyd edilən müddət hüququn itirilməsi ilə bağlı olmaqla, iddia müddətlərinə aid deyildir və kəsici müddətə aiddir. B ununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur və həmin müddətin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda, məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə edilmiş dəyişikliklərdən də müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamışdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 354,140, 148 və 149-cu maddələrinə istinadla əsaslandırmışdır. b)Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmi n olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair xx.xx.2020-ci il tarixli, **********120 nömrəli elektron arayışa görə İddiaçı1 xx.xx.2006-xx.xx.2007-ci, xx.xx.2013xx.xx.2015-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsi tərəfindən Nümayəndə2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 224 nömrəli məktubda göstəilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsinin arxiv sənədlərində 1988-ci il təvəllüdlü İddiaçı1 barəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək hərbi müddətdə olduğu müddət ərzində xidmət etdiyi hərbi hissədən daxil olmuş etibarnamə qeydə alınmamışdır. İş materialında olan bu sübutlar məhkəmə tərəfindən tədqiq edilmədən notariat orqanın saxta etibarnamə əsasında qanunsuz alğı-satqı aparmasına qiymət vermədən əsassız qətnamə qəbul edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-3268/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)-2913/2020 saylı qətnaməsi, iddianın “Cavabdeh2 qarşı xx.xx.2006-ci il tarixli, 4Ə-İ-190 saylı alğı-sat qı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd olunması” barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
19. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi 2006-cı ildə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə Azərbaycan Respublikasının MM-nin 354-cü maddəsində müəyyən olunmuş iddia müddətinin tətbiqi məsələsininin araşdırılmasını zəruri hesab etməkdə haqlı olmuşdur. Çünki verilmiş iddia tələbi Mülki Məcəllənin 354-cü maddəsində müəyyən olunmuş iddia müddətinə bərabər tutulur.
20. Apelyasiya instansiyası məhkəməsi sözügedən müqavilənin bağlanmas ı ilə iddiaçının hüququnun pozulub-pozulmadığını araşdıraraq qeyd etmişdir ki, İddiaçı1 1,41 ha torpaq sahəsindəki payının satılmasına dair razılığı və ya başqa şəxsə etibarnamə verilməsi aşkar edilmədiyindən xx.xx.2006-ci il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsi İddiaçı1 münasibətdə etibarsız əqddir. Lakin işə əlavə olunmuş 20 noyabr 2006-cı il tarixli alğı-satqı müqaviləsinin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, müqavilədə İddiaçı1 əvəzində Bərdə rayon Hərbi Komissarlığının xx.xx.2006-cı ildə təsdiqlədiyi etibarnamə əsasında atası Nümayəndə2 iştirak etdiyi göstərilmişdir.
21. Lakin məhkəmələr iddianın 20 noyabr 2006-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üzrə iddiaçının dəlillərinə qiymət verilməsi üçün həqiqətən də bu cür etibarnamənin ol ub-olmamasını, həmin etibarnamənin kim tərəfindən təqdim edilməsini araşdırmamışdır. Bu halların müəyyən edilməsi üçün notariat işi tələb edilməmişdir. Sözügedən etibarnamənin olub-olmaması ziddiyyətli olaraq qalmışdır. İddiaçının məhkəmə müdafiəsinin təminatı altına düşən hüquqi marağı, onun iddia tələbinin faktik əsası kimi irəli sürdüyü bu faktların araşdırılmasını və hüquqi qiymət verilməsin tələb edir.
22. Bu faktların müəyyən edilməsi eyni zamanda ona görə zəruridir ki, məhkəmənin qətnaməsi özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirməlidir.
23. İşə baxmış birinci instansiya məhkəməsi xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini rədd edərkən alıcı Cavabdeh2 vicdanlı alıcı olmas ına, həmçinin iddia müddətinin buraxılmasına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə, Cavabdeh2la bağlanmış müqavilənin etibarsız olduğunu müəyyən etmiş, həmçinin “İddiaçı1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360-cı maddəsində nəzərdə tutulmuş qaydada əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini Nümayəndə2 tələb etmək hüququnun olduğunu” izah etmişdir. Göründüyü kimi xx.xx.2006-cı il tarixli müqavilənin etibarlılığı ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsindən fərqli maddi hüquq normasına əsaslanmaqla fərqli nəticəyə gəlmiş, lakin bununla bağlı məhkəmə qətnaməsinin həmin hissədə qüvvədə saxlanmasını əsaslandırmamışdır. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin iddianın Cavabdeh4 qarşı iddianın rədd olunması barədə də lilləri ilə isə razılaşmışdır.
24. Ali Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 347.1, 352, 354, 359, 360 və 362-ci və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14, 77, 81, 88 və 417-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-383/2022 nömrəli 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.İsgəndərova və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən daxil olmuş xx.xx.2006-cı il tarixli, 4Ə-190 saylı alqısatqı müqaviləsi üzrə notariat işindən görünür ki, 20 noyabr 2006-ci il tarixdə İddiaçı1 ona məxsus Bərdə rayonu, Türkmən kəndində yerləşən JN 321 saylı Dövlət Aktına əsasən 0,28 ha torpaq sahəsinin atası Nümayəndə2 tərəfindən satılmasına, pulunu almasına dair etibarnamə vermişdir. Həmin etibarnamə Bərdə rayon Hərbi Komissarı tərəfindən təsdiq edilmişdir.
27. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, qeyd olunan torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Cavabdeh2 4Ə-190 saylı alqı-satqı müqaviləsi üzrə satıldığı zaman JN 321 saylı Dövlət aktında adları qeyd edilən bütün ailə üzvləri, o cümlədən İddiaçı1 razılığı olmuşdur. Yəni mübahisələndirilən müqaviləni İddiaçı1 adından Bərdə rayon Hərbi Komissarlığının xx.xx.20106-cı il tarixdə təsdiqlədiyi etibarnamə əsasında onun atası Nümayəndə2 i mzalamışdır.
28. Nümayəndə2 xx.xx.2006-cı il tarixli, 4Ə-190 saylı alqı-satqı müqaviləsini bağlayan zaman oğlu İddiaçı1 da öz iradə ifadəsini nümayiş etdirmiş, müqavilənin məzmunu ona məlum olmuş, müqaviləni imzalaması üçün atasına etibarnamə vermişdir.
29. Həmçinin apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasını alqı-satqı müqaviləsinin etibarsızlığı təşkil edir və həmin hissə üzrə iddia tələbi rədd edildiyindən iddia tələbinin digər hissələrinə münasibət bildirilməsi zəruri deyildir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 6.1.2, 6.1.5, 360.1, 362.1, 362.3.2, 406.1 və 407.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Kassasiya instansiyası məhkəməsində ikinci icraat
31. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və i ddianın tam təmin edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 1528.1.2, 158.4-cü və MPM-nin 14.1, 77, 88-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, mübahisə olunan etibarnamə Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsi tərəfindən möhürlə təsdiq olunmuşdur. Atası buna görə həmin Xidmətə müraciət etmiş və məlum olmuşdur ki, onun adına həmin xidmətə hər hansı bir etibarnamə daxil olmamışdır. Ədalətli qərar qəbul edilməsindən ötrü adından yazılmış etibarnaməni kim tərəfindən yazılıb təsdiq eilməsi, imza və möhürün yoxlanılması üçün məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizasının təyin edilməsi barədə vəsatətlər versə də, əsassız olaraq təmin edilməmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-4041/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2(104)-383/2022 saylı qətnaməsi ləğv edilmiş, iddianın “Cavabdeh2 qarşı xx.xx.2006-ci il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmay araq hesab edib ki, məhkəmə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.
35. İlk növbədə qeyd edib ki, apellyasiya məhkəməsi apellyasiya baxışının hədlərindən kənara çıxaraq, artıq kassasiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılan Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma tələbinin rədd edilməsi hissəsinə də qətnamədə təkrar qiymət verərək, birinci instansiya məhkəməsinin qətnaməsini tam dəyişdirilmədən saxlamışdır. Halbuki təkrar apellyasiya baxışına yalnız iddianın “Cavabdeh2 qarşı xx.xx.2006-ci il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi his səsində göndərilmişdir.
36. Bundan başqa, iddiaçı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaq üçün hər hansı şəxsə etibarnamə vermədiyini, apellyasiya məhkəməsinə təqdim edilmiş notariat işində olan etibarnamənin onun tərəfindən imzalanmadığını bildirmiş, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermiş və həmin vəsatətlər hər hansı əsaslandırma olmadan təmin edilməmişdir.
37. Ali Məhkəmə hesab etmişdir ki, iddiaçının bu dəlilləri alqı-satqı müqaviləsinin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu halda, apellyasiya məhkəməsi tərəfindən bu dəlillər üzrə hər hansı araşdırma aparılmamış, etibarnamədəki imzanın iddiaçıya məxsus olub-olmamasını müəyyən eğməmişdir. Həmçinin verilmiş etibarnamənin hərbi hissə tərəfindən deyil, hərbi komissarlıq tərəfindən təsdiq edilməsinin Mülki Məcəllənin 362.3.2-ci maddəsinə uyğun oub-olmamasına da hüquqi qiymət verilməmişdir.
38. Məhkəmə kollegiyası həmçinin əqdin etibarsız hesab edilməsi üzrə məhkəməyə 14 il sonra müraciət edilməsi və nəticədə əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddətin keçməsi barədə məhkəmənin mövqeyini əsaslı hesab etməmişdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. d) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
39. Apellyasiya icraatı zamanı məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli 4/338 nömrəli ekspert rəyindən görə ekspertizaya t əqdim edilmiş, 4Ə-1-190 nömrəli notariat işinin 6-cı vərəqində (kserosurəti mülki işin 251-ci vərəqində olan) İddiaçı1 adından olan 20 noyabr 2006-cı il tarixli etibarnamədə “İmza:” əlyazması qarşısındakı imza və “/Nümayəndə2/” əlyazmaları – İddiaçı1 tərəfidən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
40. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-312/2023 nömrəli 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.T.Həsənov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
41. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, JN-321 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Nümayəndə2, X6, X2, Nümayəndə2, X6, X2, X1 və İddiaçı1 adlarına Bərdə r ayonu, Türkmən kəndində 1,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 20 noyabr 2006-cı il tarixli, 4-Ə-1-190 saylı Bərdə rayonu 2 saylı Dövlət Notariat konturunda bağlanmış alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi birgə mülkiyyətçilər tərəfindən (İddiaçı1 etibarnamə əsasında digər mülkiyyətçi olan atası Nümayəndə2 təmsil etmişdir) Cavabdeh2 satılmışdır. Alqı-satqı müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsinə dair Cavabdeh2 adına 08 yanvar 2007-ci il tarixdə ********* saylı qeydiyyat nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınma əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Bundan sonra isə torpaq sahəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
42. Hazırda birgə mülkiyyətçilərdən İddiaçı1 2006-cı ilin aprel ayınd an 2007-ci ilin noyabr ayına qədər olan müddət ərzində, yəni 20 noyabr 2006-cı il tarixli, 4-Ə-1-190 saylı alqı-satqı müqaviləsi bağlananan vaxt Cəlilabad rayonunda sərhəd qoşunlarında hərbi xidmətdə olduğunu, hərbi xidmətdə olduğu vaxt atası Nümayəndə2 paylı mülkiyyətlərində olan 1,41 ha torpaq sahəsinə onun əvəzindən sərəncam vermək hüququna dair etibarnamə vermədiyini, həmin torpaq sahəsi ilə bağlı Bərdə rayon Dövlət Notariat Kontoruna getmədiyini, habelə hər hansı alğı-satqı müqaviləsinə imza etmədiyini, paylı mülkiyyətlərində olan torpaq sahəsinin hansı səbəbdən Cavabdeh2, hal-hazırda isə Cavabdeh4 istifadəsində olmasını bilmədiyini, bununla bağlı Bərdə rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdikdə həmin torpaq sahəsinin alqı-satqı müqa viləsinə əsasən Cavabdeh2 satıldığını, sonuncunun da həmin torpaq sahəsini Cavabdeh4 satdığını öyrəndiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı iddia tələbinin 20 noyabr 2006-cı il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissədə yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
43. Apellyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, həqiqətən də Bərdə rayonu Türkmən kəndində yerləşən 1,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 satılmasına dair 20 noyabr 2006-cı il tarixli, 4Ə- İ-190 saylı alğı-satqı müqaviləsində göstərilmiş Bərdə rayon Hərbi Komissarlığı tərəfindən təsdiqlənmiş etibarnamədəki imza İddiaçı1 tərəfindən icra edilməmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi bağlanarkən birgə mülkiyyətçi İddiaçı1 nə özü, nə də səlahiyyətli nüməyəndəsi alqı-satqı müqaviləsini imza etməmişdir.
44. Birinci apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının 05 noyabr 2020-ci il tarixdə keçirilmiş iclasında İddiaçı1 sədrlik edənin sualına cavab olaraq 2009-2010-cu illərdə atasının ona məxsus torpaq sahəsini satdığını bildirmişdir.
45. Göründüyü kimi İddiaçı1 2009-2010-cu illərdə məlumatlı olmuşdur ki, mübahisəli torpaq sahəsinin ona məxsus hissəsi satılmışdır. Buna baxmayaraq, sonuncu ötən 10 il müddət ərzində alqı-satqını mübahisələndirməmişdir. İşin qeyd olunan halı isə o nu deməyə əsas verir ki, mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı1 səlahiyyəti olmayan şəxs tərəfindən təmsil edilsə də, o əqdin mövcudluğu barədə məlumatlı olduğu halda onu mübahisələndirməmiş və beləliklə əqdin onun tərəfindən bəyənildiyini bariz şəkildə nümayiş etdirmişdir.
46. Apellyasiya məhkəməsi iddiaçının hazırkı müqaviləni mübahisələndirməsi üçün əsas verən halları 2020-ci ildə öyrənmiş olması inandırıcı hesab etməyərək qeyd edib ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillərdən biri də ondan ibarət olmuşdur ki, “o, neçə illərdir hərbi xidməti başa vurmuş, lakin paylı mülkiyyətlərində olan torpaq sahəsi başqa şəxslərin sahibliyində və istifadəsində olduğundan öz yaşayışını bərpa edə bilmir.” Göstərdiyi bu dəlili onun, mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasından daha da əvvəldən məlumatlı olmasına dəlalət edir.
47. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2006-cı il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün hər hansı əsas mövcud deyildir. Cavabdeh2 həmin müqavilə üzrə vicdanlı tərəf olmaqla onun müqavilənin etibarsızlığına əsas verə biləcək hər hansı davranışı müəyyən edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi yoxlanılan hissədə tələbini təmin etməməkdə haqlı olmuşdur və belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Birinci instansiya məhkəməsi yoxlanılan hissəd ə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
48. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 462.1, 464.1, 560.2 və 560.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
49. İddiaçı1 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestri obyektinə dair sərəncam verilməsi haqqında notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkət ləri hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfinin sərəncam hüququnu və müqavilənin qanuna uyğunluğunu yoxlamalıdır. Onlar təsdiq etdikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyırlar. Həmin maddənin tələbləri İddiaçı1la bağlı hissədə pozulmuşdur. İddiaçı1 iddia tələbində və məhkəmə aktlarından göründüyü kimi paylı mülkiyyətində olan torpaq sahəsinin satılmasında iştirakı, xəbəri olmamış və notariat orqanında alqı satqı-prosesində iştirak etməmişdir. 2006-2007-ci illərdə hərbi xidmətdə olmuş, paylı torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə heç kimə etibarnmə verməmiş və hər hansı bir sənədə imza etməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/338 saylı ekspert rəy ilə də 20 noyabr 2006-cı il tarixli etibarnamədə “imza” əlyazması q arşısındakı imza və (Nümayəndə2) əlyazmaları- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin ekspert rəyi və işdə olan digər sübutlardan göründüyü kimi İddiaçı1 paylı mülkiyyətində olan torpaq sahəsinin alqısatqısından xəbəri və iştirakı olmamışdır. Lakin həmin sənədin hansı şəraitdə kim tərəfindən notariat orqanına təqdim edilməsi müəyyən edilməmiş, notariusun təsdiq etdiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıması xüsusatı araşdırılmamış və buna qiqmət verilməmişdir. Notariusun qanunsuzluğa yol verməsi səbəbindən paylı mülkiyyətində olan torpaq sahəsi saxta sənəd əsasında alqı-satqı edilmişdir. Bərdə rayonu, Türkmən kəndində yerləşən ümumi sahəsi JN-321 saylı torpağın mülkiyyət.41 ha olan torpaq sahəsi hüququna dair dövlət aktına əsasən Nümayəndə2, X7, X2, M əmmədov X3 və İddiaçı1 Əbüldət oğluna torpaq sahəsi verilmişdir. İddiaçı1 istisna olmaqla dıqər paylı mülkiyyət sahibləri alqı-satqı müqaviləsinə əsasən paylarını satmışlar. İddiaçı1 isə paylı mülkiyyətində olan torpaq sahəsini satmamış və palı mülkiyyətində olan torpaq sahəsi bir neçə ildir cavabdeh X4 qanunsuz istifadəsindədir. İddiaçı paylı mülkiyyətində olan torpaq sahəsnə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqarından məhrum olunmuşdur. Məhkəmə sübutlara obyektiv, qəraəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qətnaməsi qanunun mənafeyinə uyğun əsaslandırmalıdır. Lakin hazırkı qərar qəbul edərkən məhkəmə bu prosesual hüquq normalsrına əməl etməmiş, onun qəbul etdiyi qə rar işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamışdır. İddiaçı tərəfdən təqdim edilmiş sübutlar nəzərə alanmamış, yalnız cavabdehin dəlilləri əsasında qərar qəbul olunmuşdur. Məhkəmənin gəldiyi bu nəticə prosesual baxımdan əsassız olmaqla, işin hallarına tam uyğunsuz olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, işin hallarından da göründüyü kimi Nümayəndə2 adından verilərək atası tərəfindən imzalanmış xx.xx.2006-cı il tarixli etibarnamə iddaçının atası tərəfindən alqı-satqı müqaviləsi bağlanması üçün Notariat Kontoruna təqdim edilmişdir. Belə ki, atası Bərdə rayon Hərbi Komissarlığına gedərək etibarnamə imzalayıb götürmüş və özü notariusa təqdim etmişdir. B u etibarnamənin doğru olmadığını bilə biləcək yeganə insan onun öz atasıdır. Digər tərəfdən etibarnamənin doğruluğunu yoxlamalı olan qurum notariat kontorudur. Hər iki halda Cavabdeh2 verilmiş etibarnaməni tədqiq edə biləcək hüququ və vəzifəsi yoxdur. Etibarnamə iddiaçının iradə ifadəsinin göstəricisidir. Cavabdeh öz üzərinə düşən vəzifəni, yəni 1.41 ha torpaq sahəsinin 2006-cı ilə olan bazar dəyərinin 2 qatını ödəyərək torpağı satın almış və müqavilədən irəli gələn öhdəliyini tam həcmdə yerinə yetirmişdir. Bütün hallarda cavabdeh həmin etibarnamənin yaratdığı nəticələr baxımından günahkar deyildir. Bu məsələ üzrə birbaşa məsuliyyət iddiaçının atası Nümayəndə2, dolayı yolla isə notariat kontoruna aiddir. Bundan başqa 1.41 ha torpaq sahəsinin 2 qat qiyməti həmin vaxt atası Nümayəndə2 ödənil mişdir. Yəni atası oğluna düşən payı da həmin vaxt almışdır. İddaçı iddianı Cavabdeh2 yox, öz atası Nümayəndə2 qarşı qaldırmalıdır. Tətbiq edilən hüquq 57.Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə
352. Əqdin bir hissəsinin etibarsızlığının nəticələri Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə
359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə
360. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin i crasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 58. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixlə qərarı Hhüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələ n, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tə rəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bil ər; Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən ed ilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.
62. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin göstərişləri nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
63. İddiaçı1 Müslüm oğlunun kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəli f qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
64. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-312/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.