Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4376/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, mirasın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il t arixli, 2(105)798/2022 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Şamaxı Rayon XDS İcraiyyə Komitəsinin Şamaxı şəhər sakinlərinə fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında 25 fevral 1989-cu il tarixli, 4 №-li iclas protokolu ilə X3 şəhərin 56 №-li məhəlləsində 400 kv.m torpaq sahəsi təhkim edilmiş və ona həmin sahədə fərdi ev tikməyə icazə verilmişdir. Mülkiyyət hüququ ilə fərdi yaşayış evinin tikilm əsi üçün torpaq sahəsinin müddətsiz istifadəyə verilməsi haqqında 48 №-li müqavilə ilə 10 mart 1989-cu il tarixdə Şamaxı Rayon XDS İcraiyyə Komitəsinin Kommunal Təsərrüfatı Şöbəsi tərəfindən X3 ikimərtəbəli evin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşə fərdi yaşayış evi X3 məxsusdur.
2. X5 08 sentyabr 2020-ci il tarixdə ölmüşdür. Onun birinci növbə vərəsələri olmamışdır.
3. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 X2 qardaşlarıdırlar.
4. Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun notariat əməliyyatı apamaqdan imtina haqqında 17 iyun 2021-ci il tarixli qərarına əsasən İddiaçı 08 sentyabr 2020-ci ildə vəfat etmiş bacısı X3 məxsus olan Şamaxı şəhər i, S.Ə.Şirvani küçəsində yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı X1 miras qalmış Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, bacısı X5 ailə qurmamış, ömür boyu iddiaçı ilə bir evdə yaşamışdır. Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsindəki evi demək olar ki, iddia çı tikmiş, bacısı X2 adına sənədləşdirmişdir. Bacısının ölümündən sonra mirası faktiki qəbul edərək, vərəsəsi olmuşdur. Lakin mirası qəbul etmə müddətini ötürdüyündən vərəsəlik hüquqlarının rəsmiləşdirilməsindən imtina edilmişdir.
7. Birinci instansiya məhkəməsində verdiyi izahatda Cavabdeh2 göstərmişdir ki, bacısı mübahisəli evdə yaşayarkən ona hərdən baş çəkmiş, evin tikilməsində onun da köməkliyi olmuşdur. Bacısı rəhmətə gedəndən sonra isə həmin evə getməmişdir. Belə ki, bacısı rəhmətə gedəndən sonra həmin evdə İddiaçı yaşamış və evin açarları onda olmuşdur. Bacısının evindən ona heç bir əmlak verilməmişdir. Bacısından miras qalmış əmlakı qəbul etmək üçün notariusa müraciət etmiş, lakin ona heç bir sənəd verilməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını xahiş etm işdir.
8. Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, evdən pay istəmədiyini və ona çatası bütün əmlakdan qardaşı İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir.
9. Şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusu olmuşdur. Şahmar 1985-ci ildə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yer almış, ev tikməyə başlamışdır. Evin birinci mərtəbəsi hazır olan kimi iki bacısını gətirib orda yerləşdirmişdir. Bacıları öləndən sonra orada İddiaçı yaşamışdır. Sabiri isə bacıları öləndən sonra orada görməmişdir.
10. Şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehlər olan qardaşları tanımışdır. Onların bacıları İddiaçı Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən evində yaşamışlar. 1990-cı ildə evin ikinci mərtəbəsi düzəldilmiş dir. Bacılar vəfat etdikdən sonra evdə İddiaçı yaşamışdır.
11. Şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, 1985-ci ildən İddiaçı tanımış, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsindəki evi tikdirən Şahmar olmuş, Sabir də köməklik göstərmişdir. Ev tikilib hazır olandan sonra bacıları həmin evdə yaşamışlar. Bacıları vəfat etdikdən sonra evdə ancaq İddiaçı yaşamışdır.
12. Şamaxı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(074)-935/2021 nömrəli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) iddia təmin edilmiş, İddiaçı bacısı X1 miras qalmış Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evini faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1151.1, 1159.1.1, 1243.1, 1243. 2, 1243.3, 1255, 1262-ci maddələrinə istinad edərək hesab etmişdir ki, X2 vəfatından sonra onun qanun üzrə vərəsələrindən heç kim miras qalmış əmlakının qəbul etməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmişdir. Miras qalmış Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evi faktiki olaraq qardaşı İddiaçı tərəfindən qəbul edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(074)-935/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(105)-798/2022 nömrəli qətnaməsi ilə (hakim Z.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Məmmədovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(074)935/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi X3 məxsus olmuş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "xxxx" MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 fevral 2022-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi müəyyən ed ilmişdir. Xüsusilə vurğulanmalıdır ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə hüquq müəyyənedici sənəd kimi texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir (Siyahının 2.4-cü bəndi). Beləliklə, Azərbaycan SSR-in qanunvericiliyinə əsasən Azərbaycan SSR-in ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar ilə müəyyən edildiyi halda, mülkiyyət hüquqları qeydiyyata alınmış həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə isə bu sən əd kimi (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) texniki pasport çıxış edir. Texniki pasport mülkiyyət hüququnu təsdiq edən sənəd olduğundan, cavabdehin istinad olunan dəlili əsassız olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 14 saylı Ərazi İdarəsi kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(105)-798/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfin dən Azərbaycan Respublikası MPM-in 50.3, 153.2.1, 206.0.1, 307.2.9, 309.1-ci maddələri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi iddiaçının kassatora qarşı heç bir tələb irəli sürməməsini, icraat növünü düzgün seçməməsini, kassatorun inzibati orqan olmasını nəzərə almamış, iş üzrə icraata xitam verməli olduğu halda bunu etməmişdir.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquq i qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölm üş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci mad dəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. 307.2.9-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, hazırki iş üzrə iddiaçının bacısının miras qoyanın ikinci növbədə vərəsəsi olması və mərhumun birinc i növbə vərəsələri olmaması işin mübahisəsiz hallarıdır. Odur ki, iddiaçının bacısından miras qalmış əmlakın rəsmiləşdirilməsi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ olmuşdur.
28. Məhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
29. İş in faktiki hallarını araşdıran məhkəmələr tərəfindən səlahiyyətləri çərçıvəsində təqdim olunmuş sübutları qiymətləndirərək iddiaçının Mülki Məcəllənin 1243.2-ci maddəsində nəzərdə tutulmuş qaydada mirası faktiki qəbul etməsini müəyyən etmiş və həmin hal kassatorla mübahisələndirilmir.
30. Kassasiya şikayətinin dəlilləri yalnız prosessual hüquq normalarının pozulmasından ibarətdir və həmin dəlillər Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə əsasən apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Həmin normadan belə nəticə çıxarmaq olar ki, xüsusi icraat qaydasında işlərə baxılarkən hüquq haqqında mübahisənin olması müəyyən edilməsi həmin məsələyə iddia icraatı qaydasında baxılmasını şərtləndirir. Hazırki işin hallarından isə müəyyən olunur ki, mübahisəli miras əmlak üzərində vərəsəlik hüquqları ilə bağlı iddiaçı və onun qardaşı olan Cavabdeh2 arasında mübahisə mövcud olmuşdur. Həmin cavabdeh məhkəmə aktlarından şikayətlər verməsə də, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlarında iddiaçının miras əmlaka hüquqlarının tam olmasını mübahisələndirmişdir. Belə olan halda, məhkəmələr əsaslı olaraq hazırki tələbə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxmışlar.
32. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə koll egiyası qeyd edir ki, iddiaçının tələbləri kassatorla yanaşı qardaşları olan cavabdehlərə qarşı yönəldiyindən, vərəsəlik hüququndan irəli gəldiyindən və hazırki mərhələdə kassatorun inzibati orqan kimi inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina və s. fəaliyyəti ilə bağlı əlaqəli olmadığından işə əsaslı olaraq mülki mühakimə icraatı qaydasında baxılmışdır.
33. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında izah olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə müna sibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.... İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz ) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
34. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(105)-798/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.