Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4377/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3nə və Cavabdeh4nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh1 Sadiq qızının varisi Cavabdeh5 nümayəndəsi və vəkili X oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Ч1 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə x saylı binanın 6-cı mənzili özəlləşdirilən zaman İddiaçı1 və İddiaçı2 adından yazılmış ərizələr və həmin ərizələr arasında rəsmiləşdirilmiş sənədlərin etibarsız hesab edilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 və İddiaçı2 ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, x saylı binanın 6-cı mənzili özəlləşdirilən zaman İddiaçı1 və İddiaçı2 adından yazılmış ərizələr və həmin ərizələr arasında rəsmiləşdirilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddia belə əsaslandırlmışdır ki, Quba şəhəri, Fətəlixan (keçmiş Qızıl-əsgər küçəsi) küçəsi 2A saylı binanın 6-cı mənzili üçün nənəsi (atasının anası) X1 Quba rayon XDS İcrayyə Komitəsinin Mənzil-İstismar Kontoru tərəfindən 13 mart 1979-cu il tarixdə 47 saylı order verilən zaman onun adı həmin orderdəki adların siyahısında 4-cü İddiaçı1 adı ilə yazılmışdır və o vaxtdan o, həmin mənzildə pasport qeydiyyatındadır. 1992-ci ildə o və İddiaçı2 həmin mənzilə gəlin gəlmiş və 1992-ci ildən həmin mənzildə pasport qeydiyyatındadır. Birgə nikahdan olan övladları Əliyeva Fatimə, Əliyeva Günel və Əliyev Hünər həmin mənzildə pasport qeydiyyatındadırlar. 2012-ci ildə mənzilə istifadə hüququ almaq üçün məhkəməyə müraciət edərkən onlara məlum olmuşdur ki, mənzili özəlləşib və özəlləşmədə onların əvəzinə yazılmış və imazalanmış ərizələrdən istifadə olunmuşdur. Ona görə də, onlar Sumqayıt İnzibati-İqtisadi Məhkəməs ində cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı çıxarışın ləğvi barədə iddia qaldırmışlar. O, zaman Sumqayıt İnzibati-İqtisadi məhkəməsi, Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzində özəlləşmədə istifadə olunan ərizələrdəki imzaların yoxlanması üçün göndərmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2014-cü il tarixli 2262 saylı ekspertiza rəyinin təqdiqatın nəticələri hissəsində deyilir. Ekspertizaya təqdim olunmuş X saylı inzibati işin 101 və 104-cü vərəqlərində İddiaçı1 və İddiaçı2 adından olan yaşadıqları mənzilin Cavabdeh1 adına özəlləşdirilməsi barədə 16 sentyabr 1999-cu il tarixli ərizələrdə imza sözü qarşısındakı imzalar İddiaçı1 və İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən 23 sentyabr 1999-cu il tarixdə Cavabdeh1 adına Q xüçün verilmiş 187 reyestr nömrəli qeydiyyat vəsiqəsinin bünövrəsi saxta sənədlərdən ibarətdir.
4. Quba Rayon Məhkəməsinin (hakim İ.Məmmədov) 11 avqust 2020-ci il tarixli, Xnömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 yaşadıqları mənzil onların adından yazılmış ərizələrlə və onların adından imzalanmaqla Cavabdeh1 adına özəlləşdirilmişdir. Belə ki, Quba şəhəri Fətəlixan küçəsi 2A saylı binanın 6-cı mənzilinin Cavabdeh1 adına özəlləşdirilməsi barədə 16 sentyabr 1999-cu il tarixli ərizələrdə imza sözü qarşısındakı imzalar İddiaçı1 və İddiaçı2 tərəfindən icra edilməməsi iş materiallarında olan sənədlərlə öz təsdiqi tapır. b) Apellya siya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov ) 31 mart 2021-ci il tarixli, X nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazıkı tələbə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli, ərizələr və həmin ərizələr əsasında rəsmiləşdirilmiş rəsmi sənədlərin etibarsız hesab edilməsi ilə bağlı reyestri aparan dövlət orqanına qarşı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı1 və İddiaçı2 həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişlər.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni mübahisə üzrə onların bundan əvvəlki iddia tələbinzə inzibati məhkəmə İcraatı qaydasında üç illik müddət ərzində 5 dəfə baxıldıqdan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Xsaylı, 28 oktyabr 2015-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Zakir Quliyev) iddia üzrə işə inzibati məhkəmədə baxılması qeyri-mümkün sayılmışdır, kassasiya şikayəti qismən təmin edilmişdir. Ali Məhkəmənin qərarından sonra mülki mühakimə icra atı qaydasında baxılmalı olduğundan ümumi məhkəməyə müraciət edilmişdir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 23 may 2017-ci il tarixli, X saylı qətnaməsində də (sədrlik edən hakim Səyyad Qafari) özəlləşdirilmiş mənzilə dair verilmiş qeydiyyat vəsiqəsi özəlləşdirmənin nəticəsi olaraq verildiyindən, mənzilin özəlləşdirilməsi etibarsız hesab edildikdən sonra, özəlləşdirmə nəticəsində verilən qeydiyyat vəsiqəsinin də ləğv olunmasının mümkünlüyü” qeyd olunmuşdur. Məhz bundan sonra iddiaçılar Quba rayon Məhkəməsinə müraciət etdikdən rayon məhkəməsində iş tam və hərtərəfli araşdırılaraq iddia əsaslı olaraq təmin edilmişdir. Əfsus ki, həmin qətnamə apellyasiya məhkəməsinin barəsində iddiaçıların şikayət verdikləri qərardadı ilə ləğv edilmişdir. Beləliklə onların imzalarının saxtalaşdırlması nəticəsində mülkiyyət hüquqları pozulmuşdur və iddiaçılar hüquqlarının bərpasına nail ola bilmirlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, X qərardadı qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili X oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçü n Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
14. Maddə 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
15. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
16. Hazırkı kassasiya şikayətində qərard ad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etmişdir.
19. Mübahisələrin məhkəmə aidiyyəti ilə (xüsusil ə də mülki məhkəmə icraatı arasında fərq) bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında məhkəmə aidiyyəti ilə bağlı formalaşmış hüquqi mövqeləri nəzərdən keçirmək lazımdır. Konstitusiya Məhkəməsi məhkəmə aidiyyət ilə bağlı bir sıra qərarlarında bu məsələnin həllinin məhz mübahisənin mahiyyətindən (təbiətindən) asılı olmasını ön plana çəkir. 06 oktyabr 2012-ci il tarixli Qərarda göstərilir ki, “bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir.
20. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair 04 aprel 2012-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır.
21. Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №-li qərarının 2-ci bəndində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onlar ın arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
22. Həmin qərarın 3.1-ci bəndində göstərilir ki, hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
23. Yuxarıda göstərilən qərarlarda olan hüquqi mövqelərini ümumiləşdirsək, münasibətin publik hüquq münasibəti və həmin münasibətdən doğan mübahisənin publik hüquqi mübahisə olmasını iddia etmək üçün bir sıra meyarların mövcud olması tələb edilir: münasibətlərin publik hüqunun nizamasalma predmetinə aid olması; münasibətlərdə hakimiyyət-tabeçilik elementinin olması; hakimiyyət daşıyıcısı olan subyektə həmin funksiyanın qanun əsasında həvalə edilməsi.
24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi mənzilin özəlləşdirilməsi ilə bağlı inzibati orqana yazılmış ərizələrin və həmin ərizələr əsasında rəsmiləşdiri lmiş sənədlərin etibarsız hesab edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mənzilin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinin pozulmamaqla özəlləşdirildiyinə əsaslanmışdır. Qeyd olunan meyarlar baxımından təhlil aparıldıqda müəyyən olunur ki, ilk növbədə münasibətlər publik hüququn nizamasalma predmetinə aiddir. Yəni, iddiaçı mənzilin özəlləşdirilməsinin qanunsuz aparıldığını bildirdiyi üçün mübahisələndirilən hüquq münasibəti məhz dövlət mənzil fondunun özəlləşdirilməsi ilə bağlı yaranan hüquq münasibətidir. Bu münasibətlərin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları əsasında qurulduğu şübhə doğurmur. Həmin qanun isə publik hüququnun nizamasalma predmetinə aid məsələlərin tənzimlənməsinə yönəlmişdir.
25. Digər tərəfdən aydındır ki, mənzilin özəlləşdirilməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları əsasında mənzili özəlləşdirmək istəyən şəxslərlə müvafiq səlahiyyət verilmiş dövlət orqanı (inzibati orqan) arasında yaranan münasibətlərdir. Bu münasibətlərdə özəlləşdirməni həyata keçirən orqan qanunun ona verdiyi səlahiyyət əsasında hərəkət edir, onunla özəlləşməni həyata keçirmək istəyən şəxs arasındakı münasibətlərdə hakimiyyət-tabeçilik elementi mövcuddur.
26. Bu mənada, dövlət mənzil fonduna məxsus olan mənzillərin özəlləşdirilməsi ilə bağlı münasibətlər publik hüququnun nizamasalma predmetinə aid olduğundan bu prosedurun qanunsuz aparıldığını iddia edən şəxslər hüquqlarının məhkəmə müdafiəsini həyata keçirərkən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdırlar. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, özəlləşdirmə prosesinin özü də inzibati icraat qaydasında aparılan prosesdir. İnzibati orqanda aparılmış inzibati icraatın qanuniliyinin və əsaslılığının yoxlanılması isə inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Ona görə də, iddiaçılar hazırkı tələblə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaqla məhkəmə aidiyyəti qaydalarını pozmuş, məhkəmə isə bu hala diqqət yetirmədən işə prosessual qanunvericiliyin tələblərini pozmaqla mahiyyəti üzrə baxmışdır. Əslində isə iddiaçı əgər inzibati orqan tərəfindən aparılmış sənədləşdirmənin qanunsuz aparıldığını güman edirdisə, bu halda o, cavabdeh kimi özəlləşməni aparan orqana və üçüncü şəxs kimi Cavabd eh5 (Cavabdeh1 vərəsəsi) qarşı inzibati məhkəmədə iddia qaldırmalı idi. 27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında (həmin Qərara 20 fevral 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mül ki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
28. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalı dır.
29. Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir.
30. Lakin iddiaçılar ərizələrin və həmin ərizələr əsasında rəsmiləşdirilmiş rəsmi sənədlərin etibarsız hesab edilməsi ilə bağlı hazırki iddianı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmə isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktını qəbul etmişdir.
31. Odur ki, iddiaya mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli, ərizələr və həmin ərizələr əsasında rəsmiləşdirilmiş rəsmi sənədlərin etibarsız hesab edilməsi ilə bağlı reyestri aparan dövlət orqanına qarşı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır.
32. Kollegiya hazırkı tələbə mülki mühakimə icraatında baxılmasının mümkün olmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmədiyindən şikayət rədd edilməli və qərardad dəyişdirilmədən saxlanılma lıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Xnömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.