Məhkəmə qərarları › İş №2(102)-4377/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4377/2023

12.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4377/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1076/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərə findən verilmiş kassasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ əsasında X13, X7 və İddiaçı, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 66,3 kv metr olan torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 16 noyabr 2016-cı il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, sat ıcılar X14, İddiaçı və X2 rayonu, Ərçivan kəndi ünvanında 0,15 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcı Cavabdeh1 mülkiyyətinə verirlər: satıcı X14 0,05 ha torpaq sahəsini və satıcı İddiaçı 0,05 ha torpaq sahəsini alıcı Cavabdeh1 mülkiyyətinə verir. Qalan 0,05 ha torpaq sahəsi və 66,3 kv metr fərdi yaşayış evi X13 mülkiyyətində qalır. Alıcı daşınmaz əmlakı 1000 manat qiymətinə aldı (500 manat – X11, 500 manat İddiaçı). Müqaviləni satıcı qismində X14, İddiaçı və X20, alıcı qismində isə X8 (Cavabdeh1 əvəzinə) imzalamışlar.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0,10 ha to rpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 22 noyabr 2016-cı il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Cavabdeh2 xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 01 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 Astara rayonu, Ərçivan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0,1 ha hissəsini anası olan hədiyyə alan X4 bağışlamışdır. Müqavilə hədiyyə verən qismində X8 (Cavabdeh1 əvəzinə), hədiyyə alan qismində isə Cavabdeh3 tərəfindən imzalanmışdır.

5. Astara rayon İHB-nin Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat başına kitabında n xx.xx.2022-ci il tarixli, 2387 nömrəli Çıxarışın surətindən görünür ki, İddiaçı icra nümayəndəliyinin 24 nömrəli təsərrüfat başına kitabının 2209-cu səhifəsində qeydiyyatda olmaqla Ərçivan qəsəbəsində avqust 2017-ci ildə inşa edilmiş 2 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 90 kv metr, yaşayış sahəsi 32 kv metr olan fərdi yaşayış evində əri Cavabdeh1 və qızı X9 ilə birlikdə qeydiyyatdadır.

6. Astara rayon Qeydiyyat şöbəsinin 02 fevral 2022-ci il tarixli, 83-05/70 saylı arayışından görünür ki, Cavabdeh1 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2017-ci ilədək olan dövrə dair “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında mövcud olan məlumata görə Cavabdeh1 qeyd edilən dövrədək nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Cavabdeh1 xx.xx.2017-ci ildə (akt qeydi 130 nömrəli) Astara rayon Qeydiyyat şöbəsində İddiaçı ilə nikaha daxil olmuşdur.

7. Astara Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(018)- 368/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X12 ilə Cavabdeh1 arasında 28 iyul 2017-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində 130 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 06 sentyabr 2018-ci il təvəllüdlü X9 anası X5 yanında və himayəsində saxlanılmış, Cavabdeh1 hər ay qazancının ¼ hissəsində alimentin tutularaq 06 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X10 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Ərçivan qəsəbəsində ümumi birgə mülkiyyətində olan 0,10 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilən 2 mərtəbəli fərdi yaşayış evinin Cavabdeh3 adına özgəninkiləşdirilməsi ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun əri, Cavabdeh3 isə keçmiş qaynanasıdır. Cavabdeh1 ilə 2016-cı ilin iyun ayında faktiki olaraq ailə həyatı qurmuş, nikahlarını isə 28 iyul 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 06 sentyabr 2018-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə iddiaçının atası X20 onun, anası X7 və iddia çının mülkiyyətində olan 0,15 hektar torpaq sahəsinin 0,10 hektar hissəsini fərdi yaşayış evi tikməkdən ötrü onlara vermişdir. Torpaq sahəsini sənədləşdirmək üçün 10 noyabr 2016-cı il tarixdə alğı-satqı müqaviləsi notariat ofisində yazılmışdır. Alğı-satqı müqaviləsində yazılmışdır ki, guya əri Cavabdeh1 0,05 hektar torpaq sahəsinə görə iddiaçıya 500 manat və X24ya da 500 manat pul vermişdir. Əslində nə iddiaçıya, nə də ki anasına pul verilməmişdir. Sadəcə formal olaraq alğı-satqı müqaviləsi tərtib olunmuşdur. Həyətyanı torpaq sahəsinin 0,10 hektar hissəsinin hazırkı dövrdə 1000 manata satılması ağlabatan deyil. 2017-ci ildə valideynlərinin köməyi ilə həmin torpaq sahəsində 2 mərtəbəli ev tikmişlər. Evin 2-ci mərtəbəsində ümumi sahəsi 90 kv metr olan otaqlar, 1-ci mərtəbəsində isə mətbəx, h amam və tualet tikmişlər. Fərdi yaşayış evi tam hazır deyil, pilləkən quraşdırılmamışdır. Keçmiş əri Cavabdeh1 hərbçidir. Onun təqsiri üzündən ailə münasibətləri pozulmuşdur. Ailənin saxlanılması üçün iddiaçı cəhd etsə də, nəticəsi olmamışdır. Həm də Cavabdeh1 uşağın saxlanılması üçün könüllü maddi köməklik etmədiyi üçün məcbur olub nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-368/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və uşağın saxlanılması üçün aliment qət edilmişdir. Keçmiş əri Cavabdeh1 iddiaçının xəbəri və razılığı olmadan ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini və orada inşa edilmiş fərdi yaşayış evini anası Cavabdeh3 adına sənədləşdirmişdir. Cavabdeh1 bu hərəkəti ilə iddiaçının m ülkiyyət hüququnu pozmuşdur. Hazırda iddiaçı uşaqla birlikdə evindən qovulmuşdur. Yaşamağa başqa yeri olmadığı üçün valideynlərinə məxsus olan evdə yaşayır. Beləliklə, iddiaçı keçmiş ərinin qanunsuz əməlləri nəticəsində evsiz və torpaqsız qalmışdır. Odur ki, birgə hüquqları olan əmlakları barədə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. O, bağlanmış əqdin surətini Cavabdeh2ndən rəsmi qaydada tələb etsə də, notarius həmin sənədlərin iddiaçıya verilməsindən 30 noyabr 2022-ci il tarixli, 786 nömrəli məktubla imtina edilmişdir.

10. Cavabdeh1 iddia tələbinə etiraz edərək göstərmişdir ki, o, İddiaçı və onun valideyinlərinin mülkiyyətində olan Astara rayon Ərcivan qəsəbəsində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin 0,10 hektar hissəsini 10 noyabr 2016-cı il tarixli AN-İ ******* sayl ı alqı-satqı müqaviləsinə əsasən 1000 (bir min) manat pul verməklə almışdır. Bu barədə reyestr nömrəsi **********59, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 noyabr 2016-cı il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda almışdır. Bundan sonra isə 2017-ci ilin mart ayında həmin 0,10 hektar həyətyanı torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikmişdir. Həmin evin tikintisi 2017-ci ilin may ayında başa çatmışdır. O, İddiaçı ilə 28 iyul 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların arasında olan nikah isə Astara Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(018)-368/2022 saylı qətnaməsi ilə pozulmuşdur. O, Astara rayon Ərcivan qəsəbəsində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsini əldə edərkən və həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa edərkən İddiaçı ilə rəsmi nikah münasibətlərində olmamışlar.

11. Astara Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(018)-179/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia rədd edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasınını Konstitusiyasının 13, 29, 43, Mülki Məcəlləsinin 152.1, 139.1, 157.2 və 178.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Ailə Məcəlləsinin 23.1, 32.1 və 32.2.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 124.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilər ək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1lə xx.xx.2016-cı il tarixdə faktiki olaraq ailə həyatı qurmuşdur. Aralarında olan ər-arvad münasibətlərini xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə X9 anadan olmuşdur. Cavabdeh1 ilə birgə yaşadıqları dövrdə iddiaçının anası X14 mülkiyyətində olan 0,15 hektar həyətyanı torpaq sahəsindən əvəzsiz olaraq 0,10 hektar torpaq sahəsini ev tikməkdən ötrü Cavabdeh1 vermişdir. Torpaq sahəsini sənədləşdirmək üçün (ailə başçısı keçmiş əri Cavabdeh1 olduğundan onun adına sənədləşdirilib) formal olaraq xx.xx.2016-cı il tarixdə alğı-satqı müqaviləsi tərtib edilmişdir. Alğı-satqı müqaviləsində qeyd edilmişdir ki, g uya torpağa görə 1000 manat pul ödənilmişdir. Həqiqətdə isə pul verilməmişdir. Yaşadıqları qəsəbədə isə həyətyanı torpaq sahəsinin hər bir sotu 1000-1500 manat civarındadır. Bu isə sübut edir ki, cavabdehin dediyi söz ağlabatan deyil. Beləliklə, Cavabdeh1 saxtakarlıq edərək aldatma yolu ilə torpaq sahəsini ələ keçirmiş, sonradan isə iddiaçının razılığı olmadan xx.xx.2022-ci il tarixdə Cavabdeh3 bağışlamışdır. Mübahisə edilən torpaq sahəsini iddiaçının anası cavabdehə alğı-satqı yolu ilə verərkən onlar faktiki nikah münasibətində olmuşdur. Cavabdeh1 torpaq sahəsini ələ keçirəndən sonra iddiaçını uşaqla birlikdə evdən qovmuşdur. Ümumi birgə mülkiyyətində olan torpaq sahəsi iddiaçının razılığı olmadan bağışlandığından hazırkı tələblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə isə iş üzrə səhv nəticəyə gəlmiş və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən iddiaçının hüquqlarının müdafiəsi üçün hər hansı hüquqi köməklik göstərilməmiş və buna şərait yaradılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. İddiaçının X24 tərəfindən ev tikilməsindən ötrü onlara verilməsinə baxmayaraq, Cavabdeh1 tərəfindən iddiaçının razılığı olmadan anasına bağışlanılmışdır. Bu qanun pozuntusuna məhkəmə əhəmiyyət verməmişdir. İddiaçı Cavabdeh1lə faktiki olaraq 2016-cı ilin aprel ayından evlidir, belə olan halda anası tərəfindən əvəzsiz verilən 0,10 hektar torpaq sahəsi onların ümumi birgə əmlakı hesab edilməlidir.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1076/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixl i qətnaməsi ilə (S.Mayılov (sədrliyi və məruzəsi ilə), hakimlər İ.Əsədov və Z.Allahyarov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən aşağıdakıları qeyd etmişdir:

17. İş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən 01 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə anası (cavabdeh) Cavabdeh3 bağışlanmış 0,10 ha torpaq sahəsi 16 noyabr 2016-cı il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında, 0,05 ha hissəsi X6 və 0,05 ha hissəsi isə İddiaçı ümumilikdə 1000 manat müqabilində əldə edilmişdir. İddiaçı həmin alğı-satqı müqaviləsinin formal olaraq bağlandığını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübutları təqdim etməməklə yanaşı, həmin müqaviləni və həmin müqavilə əsasında Cavabdeh1 mübahisəli 0,10 ha torpaq sahəsinin üzərində xx.xx.2016-cı il tarixində xüsusi mülkiyyət hüququnun qeydə alınmasını ümumiyyətlə mübahisələndirməmişdir. Göründüyü kimi, Cavabdeh1 mübahisəli 0,10 ha torpaq sahəsini 16 noyabr 2016-cı il tarixində əldə etmiş, onun həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ 22 noyabr 2016-cı il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 isə 28 iyul 2017-ci il tarixində nikaha daxil olmuşlar. İddiaçı apellyasiya şikayətində Cavabdeh1lə xx.xx.2016-cı il tarixində faktiki nikaha daxil olduğunu qeyd etsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Əksinə, iş materiallarının 53-cü vərəqində olan fot oşəkillərdən görünür ki, iddiaçı ilə Cavabdeh1 toyu xx.xx.2017-ci ildə baş tutmuş, iddiaçı həmin tarixdə gəlin köçmüş, toy baş tutan zaman isə mübahisəli torpaq sahəsində artıq 2 mərtəbəli fərdi yaşayış evi də qismən hazır olmuşdur. Beləliklə, müəyyən edilir ki, mübahisəli 0,10 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl əldə edilmişdir. Bu isə o deməkdir, mübahisəli 0,10 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən iddiaçı ilə nikaha daxil olanadək əldə edildiyindən, Cavabdeh1 ayrıca mülkiyyəti olmuş, iddiaçının həmin torpaq sahəsi ilə bağlı hüququ yaranmamışdır. Həmin 0,10 ha torpaq sahəsinin Cavabdeh1lə İddiaçı ümumi birgə mülkiyyətdə olmasına dair iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri isə göründüyü kimi əsassızdır.

18. Mübahisəli 0,10 ha tor paq sahəsi birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyət olmadığından, həmin torpaq sahəsi ilə bağlı hər hansı sərəncam verilərkən Ailə Məcəlləsinin 33.4-cü maddəsi və Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydada iddiaçının razılığı tələb olunmur. Göründüyü kimi, iddiaçının bağışlama müqaviləsi bağlanarkən onun razılığının alınmaması səbəbindən etibarsız hesab edilməli olduğu ilə bağlı bildirdikləri əsaslı deyil.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, 01 aprel 2022-ci il tarixdə Cavabdeh2ndə 4Ə-206 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi Mülki Məcəllədə bağışlama müqaviləsi ilə bağlı müəyyənləşdirilmiş şərtlərə uyğun bağlanılmış, müqavilə Cavabdeh2 xüsusi notariusu tərəfindən təsdiq edilmiş, tərəflərə müqavilədən irəli gələ n hüquq və vəzifələri izah olunmuş, onun nəticələri barədə tərəflər xəbərdar edilmişdir. Həmin müqavilə bağlanarkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən torpaq sahəsinin Cavabdeh1 məxsus olması yoxlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətçi hüququndan istifadə edərək özünə məxsus Astara rayonu Ərçivan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsini anası Cavabdeh3 bağışlamışdır. Göründüyü kimi, bağışlama müqaviləsinin predmeti kimi sadəcə torpaq sahəsi nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinin dəlilləri MM-də nəzərdə tutulmuş tələblərə uyğun şəkildə bağlanmış və təsdiqlənmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

20. Apellyasiya məhkəməsi həmçinin onu da qeyd etməyi zəruri hes ab etmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi mübahisələndirilən bağışlama müqaviləsinin predmeti olmamışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası bildirir ki, həmin fərdi yaşayış evi bağışlama müqaviləsinin predmeti olmadığından, eləcə də, həmin fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanmasına dair hər hansı başqa bağışlama müqaviləsinin mövcudluğu iş materialları ilə müəyyən edilmədiyindən, 2 mərtəbəli fərdi yaşayış evi ilə bağlı hissədə də apellyasiya şikayətinin dəlilləri əsassızdır.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2, 225.6, 152.1, 152.5, 666.1, 668.1.1 və 337.1-ci, Ailə Məcəlləsinin 32.1, 33.1, 33.3, 33.4 və 34.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 saxtakarlıq edərək aldatma yolu ilə torpaq sahəsini ələ keçirmiş, sonradan isə onun razılığı olmadan xx.xx.2022-ci il tarixdə Cavabdeh3 bağışlamışdır. Mübahisə edilən torpaq sahəsini onun anası cavabdehə alğı-satqı yolu ilə verərkən onlar faktiki nikah münasibətində olmuşlar. Cavabdeh1 torpaq sahəsini ələ keçirəndən sonra onu uşaqla birlikdə evdən qovmuşdur. Ümumi birgə mülkiyyətində olan torpaq sahəsi onun razılığı olmadan bağışlandığından hazırkı tələb lə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə isə iş üzrə səhv nəticəyə gəlmiş və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən onun hüquqlarının müdafiəsi üçün hər hansı hüquqi köməklik göstərilməmiş və buna şərait yaradılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. X24 tərəfindən ev tikilməsindən ötrü onlara verilməsinə baxmayaraq, Cavabdeh1 tərəfindən onun razılığı olmadan anasına bağışlanılmışdır. Bu qanun pozuntusuna məhkəmə əhəmiyyət verməmişdir. O, Cavabdeh1lə faktiki olaraq 2016-cı ilin aprel ayından evlidir, belə olan halda anası tərəfindən əvəzsiz verilən 0,10 hektar torpaq sahəsi onların ümumi birgə əmlakı hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdehlər Cavabdeh1 və C avabdeh3 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətdə göstərilmiş dəlillərin əsassız, həqiqətə uyğun olmadığını qeyd etmiş, şikayətin rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. İddiaçı kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

28. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

29. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olma dan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-isti fadə olmasın.

32. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

33. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, etibarlıdır.

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respub likasının Ailə Məcəlləsi:

35. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

36. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

37. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

38. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

39. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edər kən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqey

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

49. İddiaçı kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkə məsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qi ymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1076/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar