Məhkəmə qərarları › İş №2(102)-4377/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-4377/2024

20.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4377/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Ali Məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu və X1 ibarət hakimlərin qarışıq tərkibi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6085/2024 nömrəli iş üzrə 5 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı2 kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Ab şeron rayonu, Zirə TərəvəzçilikSüdçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla, 2 hissədən ibarət onların istifadə və sahibliyində olan torpaq sahəsinə dair **********00000 saylı abonent kodundan 136998,4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 2542/2024 nömrəli iş üzrə 29 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Cavabdeh İB həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın isə rədd olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası 2(103)-6085/2024 nömrəli iş üzrə 5 noyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin m əhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qət edilmişdir.

5. İddiaçı2 həmin qərardaddan kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasi ya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsm i qaydada verildiyi gündən 10 gün müddətində; Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Hakimlərin qarışıq tərkibi şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.

7. İşdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı xx.xx.2024cü il tarixdə İddiaçı2 vəkili və nümayəndəsi Vəkil onun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuş, kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə sözügedən kabinetə yerləşdirilməklə verilmiş və bununla da, qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət buraxılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi də qanunvericiliyin istinad olunan imperativ tələblərini diqqətdən qaçıraraq, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddət buraxılmaqla verilmiş şikayəti qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

9. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

10. Göstərilənlərə əsasən və MPM-in 404-1 və 408.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6085/2024 nömrəli iş üzrə 5 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı2 kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət iddiaçıya qaytarılması üçün iş həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar