Məhkəmə qərarları › İş №2(102)-4383/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4383/2022

02.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4383/2022 02.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, miras payının bağışlanması müqaviləsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 Cavabdeh, 3-cü şəxslər Tovuz rayonu Notariat Ofisi və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsin in, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-732/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə 2 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 özünə məxsus bütün əmlakını xx.xx.2013-cü ildə Moskva şəhəri, Polbina küçəsi-56/79-da yaşayan oğlu Cavabdeh (bundan sonra –cavabdeh) vəsiyyət etmişdir. X2 xx.xx.2014-cü ildə vəfat etmişdir. 2. xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X1 mülkiyyətində olan Tovuz rayonu, Əsrik-Cırdaxan kəndində mülkiyyətində olan 0,142 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 87,6 kv.m ümumi, 34,6 kv.m yaşayış, 53 kv.m yardımçı sahədən ibarət yaşayış evinin ½ hissəsi miras əmlak kimi Cavabdeh verilmişdir. xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik üzrə hüququ haqqında şəhadətnamə ilə isə Tovuz rayonu, Əsrik-Cırdaxan kəndində mülkiyyətində olan 0,142 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 87,6 kv.m ümumi, 34,6 kv.m yaşayış, 53 kv.m yardımçı sahədən ibarət yaşayış evinin ½ hissəsi qanun üzrə vərəsəlik hüququ əsasında İddiaçı3 (bundan sonra-iddiaçı) verilmişdir. 3. xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi ilə iddiaçı Tovuz rayonu, Əsrik-Cırdaxan kəndində mülkiyyətində olan 0,142 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 87,6 kv.m ümumi, 34,6 kv.m yaşayış, 53 kv.m yardımçı sahədən ibarət ərindən qalmış yaşayış ev inin ½ hissəsindən ibarət miras payını cavabdehə bağışlamışdır.

4. Mübahisə vərəsələr arasında miras əmlaka hüquqlarının olması ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəsiyyətnamə üzrə 14 aprel 2015-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, İddiaçı3 ilə Cavabdeh arasında 14 aprel 2015-ci il tarixdə bağlanmış “miras payın bağışlanmasına dair” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi belə əsaslandırılıb ki, X2 ilə İddiaçı3 1968-ci ildə rəsmi nikaha giriblər. Onların birgə nikahlarından 6 uşaq anadan olmuş, Dadaş Rzayev 2014-cü ildə vəfat etmişdir. X2 29 iyul 2013-cü il tarixli vəsiyyətnamə ilə bütün əmlakını Cavabdeh vəsiyyət edib. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 14 aprel 2015-ci il tarixli şəhadətnamə ilə X1 mülkiyyətində olan Tovuz rayonu, ƏsrikCırdaxan kəndində mülkiyyətində olan 0,142 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 87,6 kv.m ümumi, 34,6 kv.m yaşayış, 53 kv.m yardımçı sahədən ibarət yaşayış evinin ½ hissəsi miras əmlak kimi Cavabdeh verilmişdir. xx.xx.2015ci il tarixli qanun üzrə vərəsəlik üzrə hüququ haqqında şəhadətnamə ilə isə Tovuz rayonu, Əsrik-Cırdaxan kəndində mülkiyyətində olan 0,142 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 87,6 kv.m ümumi, 34,6 kv.m yaşayış, 53 kv.m yardımçı sahədən ibarət yaşayış evinin ½ hissəsi qanun üzrə vərəsəlik hüququ əsasında İddiaçı3 verilmişdir. 14 aprel 20 15-ci il tarixli miras payın bağışlanması haqqında müqavilə ilə İddiaçı3 miras mülkdən ½ hissəni də Cavabdeh bağışlamış və Cavabdeh də qeyd olunan miras əmlaka 16 aprel 2015-ci il tarixdə Seriya RX N: ******* nömrəli çıxarış alaraq mülkü tam payla öz adına rəsmiləşdirmişdir. İddiaçıların vərəsəlik hüquqları pozulmuş, yəni onlar miras mülkdə pay hüququndan məhrum olmuşlar. İddiaçı3 öz payını cavabdehə bağışlamasından xəbərsizdir. Çünki cavabdeh 2015-ci aprel ayında İddiaçı3 yanına gəlib, evi girov qoyub bankdan kredit götürməsini demişdir. İddiaçı3 da cavabdehə inanaraq notariusa gedib cavabdehin kredit götürməsinə kömək etmək üçün hansısa sənədlərə imza edib. İddiaçı3 81 yaşı var, gözləri uzun müddətdir yaxşı görmür, bu səbəbdən hansı sənədə imza etdiyini bilməyib. Sonradan məlum olub ki, İddiaçı3 ərindən miras qalmış və özünə məxsus olan evin ½ hissəsini cavabdehə bağışlayıb. İddiaçı3ın evi heç kimə bağışlamaq fikri yoxdur, cavabdeh ona baxmır, onun qayğısına qalmır.

7. Tovuz rayon Notariat Kontoru və DƏDRX-in 15 saylı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb ediliblər.

8. Tovuz Rayon Məhkəməsinin 2(062)-1772/2020 nömrəli, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi (Q.Baxşıyev) ilə iddia tələbi təmin edilmiş, Tovuz rayon notariat kontorunda verilmiş vəsiyyətnamə üzrə xx.xx.2015-ci il tarixli, 2V-1-173 vərəsəlik şəhadətnaməsi, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli, 2V1-172 saylı şəhadətnamə və Seriya RX ******* saylı çıxarış ləğv olunmuş, İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli miras payın bağışlan ılmasına dair müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Tovuz rayonu Əsrik-Cırdaxan kəndində 0,142 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 87,6 kv metr ümumi, 34.6 kv metr yaşayış, 53 kv metr yardımçı sahədən ibarət yaşayış evi X1 adına qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evini Dadaş Rzayev 29 iyul 2013-ci ildə oğlu Cavabdeh vəsiyyət etmişdir. Dadaş Rzayev 01 may 2014-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra, 14 aprel 2015-ci ildə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi üzrə Tovuz rayonu Əsrik-Cırdaxan kəndindəki yaşayış evinin ½ hissəsi Cavabdeh verilmiş, həmin evin ½ hissəsi isə qanun üzrə vərəsəlik hüququ ilə İddiaçı3 verilmişdir. Həmin hissəni isə İddiaçı3 16 aprel 2015-ci ildə oğlu Cavabdeh bağışlamışdır. Cavabdeh həmin fərdi yaşayış evini ******* nömrəli çıxarışla öz adına qeydiyyata aldırmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bununla da qanun üzrə digər vərəsələrin vərəsəlik hüquqları pozulmuşdur. Çünki mübahisə olunan fərdi yaşayış evi X3 ilə İddiaçı3 birgə nikah dövründə əldə olunmuşdur. Həmçinin onların birgə nikahlarından 6 uşaq anadan olmuşdur. Onların heç biri miras mülkdən mərhum olunmayıblar. Göründüyü kimi, miras mülkün kütləsinə fərdi yaşayış evinin ½ hissəsi daxildir.

11. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.1, 337.4, 1159.1.1 və 1193-cü maddələrinə istinadən qeyd etmişdir ki, X3 sağlığında bütün mülkünü digər vərəsələrini miras mülkdən məhrum etməklə Cavabdeh vəsiyyət etsə də, iş üzrə iddiaçılar birinci dərəcə li vərəsələr olduğundan, qanunla hər birinin məcburi payı var. İddiaçıların məcburi payı olduğundan Cavabdeh adına vəsiyyətnamə olsa da, mirasa dair şəhadətnamə verilərkən mərhumun vərəsələri müəyyən olunmalı və vərəsəliyə çağırılmalı idi. Vərəsəlik hüququ haqqında Cavabdeh adıma şəhadətnamə verildiyindən digər vərəsələrin hüququ pozulmuşdur. Belə olan halda vərəsəlik şəhadətnaməsi ləğv edilməli və onun əsasında verilmiş sənədlər və bağlanmış əqdlər etibarsız hesab edilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.4, 1159.1.1, 1193-cü Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. a. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmə çəkişmə prinsipini pozub, cavabdehin atası Cavabdeh xx.xx.2014-cü ildə vəfat etmiş, vəfatından əvvəl isə, yəni xx.xx.2013-cü il tarixli vəsiyyətnaməsi ilə bütün əmlakını cavabdehə vəsiyyət etmiş, digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir, miras qəbul edilməlidir, notariat orqanına ərizə verməklə və ya faktiki mirasın qəbulu ilə bağlı müddət müəyyən edilib məhkəmə bu halları araşdırmayıb.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1531/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq və Şamil Rzaquliyev ) apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-1772 /2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, Tovuz rayon notariat kontorunda verilmiş xx.xx.2015-ci il tarixli, 2V-1-173 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi, xx.xx.2015-ci il tarixli, 2V-1-172 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı, qeydiyyat tarixi xx.xx.2015-ci il olan çıxarışın ləğv olunması, İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli miras payın bağışlanılmasına dair 3M-345 nömrə ilə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, birinci instansiya məhkəməsi iddia tə ləbinə məhkəmədə baxıb qərar qəbul edərkən, Cavabdeh məhkəmədə iştirakının təmin edilməsi üçün ona işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq etməmiş və işə onun iştirakı olmadan baxılıb nəticə verilmişdir. Bundan başqa, iş üzrə xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi etibarsız olsa da, iddianın həmin hissəsi ilə bağlı heç bir araşdırılma aparılmaması Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin pozuntusu kimi qiymətləndirilir və bu hal həmin Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

16. Apellyasiya instansiyası məhkəməsi işdəki sübutlara qiymət verərək müəyyən etmişdir ki, X2 ona məxsus bütün əmlakını xx.xx.2013-cü ildə Moskva şəhəri, Polbina küçəsi-56/79-da yaşayan oğlu Cava bdeh vəsiyyət etmiş və xx.xx.2014-cü ildə vəfat etmişdir. İddiaçı3 və Cavabdeh mirasın qəbulu ilə bağlı xx.xx.2015-ci ildə Tovuz rayon Notariat kontoruna ərizə vermişlər. 14 aprel 2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X1 mülkiyyətində olan Tovuz rayonu, Əsrik-Cırdaxan kəndində mülkiyyətdə olan 0,142 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 87,6 kv metr ümumi, 34,6 kv metr yaşayış, 53 kv metr yardımçı sahədən ibarət yaşayış evinin ½ hissəsi miras əmlak kimi Cavabdeh, 14 aprel 2015-ci il tarixli qanun üzrə vərəsəlik üzrə hüququ haqqında şəhadətnamə ilə isə Tovuz rayonu Əsrik-Cırdaxan kəndində mülkiyyətdə olan 0,142 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 87,6 kv metr ümumi, 34,6 kv metr yaşayış, 53 kv metr yardımçı sahədən ibarə t yaşayış evinin ½ hissəsi isə qanun üzrə vərəsəlik hüququ əsasında İddiaçı3 verilmişdir. Həmçinin 14 aprel 2015-ci il tarixli bağışlama müqaviləsi ilə, İddiaçı3 ərindən qalmış həmin yaşayış evinin ½ hissəsindən ibarət miras payını Cavabdeh bağışlamış və reyestr nömrəsi ******* olan çıxarışla Tovuz Rayonunun Koxa Nəbi kəndində fərdi yaşayış evi 16 aprel 2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi vəsiyyətnamə üzrə xx.xx.2015-ci il tarixli, 2V-1-173 saylı vərəsəlik şəhadətnaməsi, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli, 2V-1-172 saylı şəhadətnaməsi, Seriya RX ******* saylı Çıxarışın ləğv olunması və İ ddiaçı3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli miras payın bağışlanılmasına dair müqavilənin etibarsız hesab edilməsi ilə bağlıdır. Mübahisəli hüquq münasibətləri 2014-cü ildən yarandığı üçün mübahisə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə uyğun olaraq, 2000-ci ilin sentyabr ayından qüvvəyə minmiş Mülki Məcəlləsinin normalarına uyğun həll edilməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X2 ona məxsus bütün əmlakını xx.xx.2013-cü ildə Moskva şəhəri, Polbina küçəsi, 56/79-da yaşayan oğlu Cavabdeh vəsiyyət etmiş və xx.xx.2014-cü ildə vəfat etməsindən sonra onun Tovuz rayonu, Koxa Nəbi kəndində daşınmaz əmlakı miras qalmışdır. Həmin kənd Tovuz rayonunun Ermənistanla sərhəd bölgəsində yerləşdiyindən, evdə uzun müddət yaşayış olmamış və X2, həm çinin arvadı olan İddiaçı3 və qızı olan İddiaçı1 sərhəd bölgəsində gərginliklə bağlı Dondar Quşçu kəndində mərhumun qızı Leylinin evində yaşamışlar. X3 məhz həmin kənddə vəfat etmiş və dəfn məclisi də həmin kənddə olmuşdur. Cavabdeh isə təxminən 1990-cı ildə Rusiya Federasiyasına getmiş və Moskva şəhərində yaşayaraq, RF vətəndaşlığını qəbul etmişdir. Cavabdeh atası Dadaşın dəfninə gəlib bir neçə gün qaldıqdan sonra, yenidən Rusiyaya qayıtmışdır. Tovuz rayonu, Koxa Nəbi kəndində yerləşən miras evə isə İddiaçı3 və digər qızları Telli ilə Leyli gəlib-getmiş, həyətyanı torpaq sahəsindən istifadə etmiş və kənd təsərrüfatı məhsulları əkib-becərmişlər.

19. Apellyasiya instansiyası məhkəməsinə görə qeyd edilən hallar onu deməyə əsas verir ki, yalnız iddiaçılar qanunda müəyyən edilmiş müddətdə (3-6 ay müddətində) miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq qəbul etmişlər. Cavabdeh isə RF vətəndaşı olmaqla, yalnız mərhumun dəfninə gəlib bir neçə gün qaldıqdan sonra, yenidən Rusiyaya qayıtmış və bununla da miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (3-6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməməklə, onu idarə etməməklə faktiki olaraq mirası qəbul etməmişdir. Belə ki, 2Vİ-172/173 saylı notariat işinə əsasən Cavabdeh mirasın qəbulu ilə bağlı yalnız xx.xx.2015-ci ildə Tovuz rayon notariat kontoruna ərizə vermişdir ki, bununla da yuxarıda qeyd edildiyi kimi, mirasın qəbul müddətini ötürmüş və bu səbəbdən ona verilmiş xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüq uqu haqqında şəhadətnamə qanunsuz olmuşdur.

20. Apellyasiya instansiyası vurğulamışdır ki, qanunvericiliyin tələbinə görə, ər-arvadın birgə nikah müddətində əldə etdiyi əmlak onların birgə mülkiyyəti olduğundan və bu halda yalnız həmin əmlakın ½ hissəsi mirasın kütləsinə daxil edilməsinə baxmayaraq, notariat orqanı tərəfindən əmlak bütöv şəkildə miras kimi qiymətləndirilmiş və xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə yaşayış evinin ½ hissəsi miras əmlak kimi Cavabdeh, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik üzrə hüququ haqqında şəhadətnamə ilə isə həmin yaşayış evinin ½ hissəsi isə qanun üzrə vərəsəlik hüququ əsasında İddiaçı3 verilmiş və bununla da, həm də MM-nin 1151.2-ci maddənin tələbləri pozulmuşdur.

21. Apellyasiya instansiyası miras payın bağışlanması barədə müqavilənin etibarsızlığı ilə bağlı göstərib ki, Cavabdeh təxminən 1990-cı ildə Rusiya Federasiyasına gedərək, RF vətəndaşlığını qəbul etmiş və onun Azərbaycanla sıx bağlılığı olmamışdır. Tovuz rayonu, Koxa Nəbi kəndi Ermənistanla sərhəd bölgəsində yerləşdiyindən, evdə uzun müddət yaşayış olmamış və mərhum X2, həmçinin arvadı olan İddiaçı3 və qızı olan İddiaçı1 sərhəd bölgəsində gərginliklə bağlı Dondar Quşçu kəndində mərhumun qızı Leylinin evində yaşamış və onlar kənd təsərrüfatına bağlı olmaqla, istər mərhumun sağlığında, istərsə də, vəfatından sonra İddiaçı3 və qızları Telli ilə Leyli həmin kəndə gəlib-getmiş, həyətyanı torpaq sahəsindən istifadə etmiş və kənd təsərrüfatı məhsulları əkib-becərmişlər. Belə olan halda, İddiaçı3 öz əmlakını Rusiyada yaşayan oğlu Ə hmədə bağışlaması inandırıcı görünmür və ağlabatan mühakimə əsasında onun belə bir iradə ifadəsinin olması müəyyənləşmir. Həm də eyni tarixdə, yəni xx.xx.2015-ci ildə onların mirasın qəbulu ilə bağlı Tovuz rayon notariat kontoruna ərizə vermələri, xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik üzrə hüququ haqqında şəhadətnamələrin əldə edilməsi və həmin tarixdə, yəni xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi ilə, yaşayış evinin ½ hissəsindən ibarət miras payını Cavabdeh bağışlaması onu göstərir ki, iddiaçı əqd bağlanması məqsədi ilə aldadılmışdır. Belə ki, iddiaçının qeyd etdiyi kimi cavabdeh mərhum ərinin vəfatından təxminən bir il sonra gələrək, onu bir dəfə notariusa aparıb evi girov qoyaraq kredit almaq adı ilə sənədə imza etdirmişdir. O, həmin vaxt 81 yaşında olmuş, nəinki latın qrafikasında bilmir, ümumiyyətlə, savadı olmadığından oxuyub-yaza bilmir və bu səbəbdən imzaladığı sənədi də oxuya bilməmiş və oğluna inanıb imzalamışdır.

22. Apellyasiya instansiyası onu da əlavə edib ki, İddiaçı3 2020-ci ilin iyun ayında oğlunun onu aldadaraq, müxtəlif sənədlərə imza etdirməsini, bağışlama müqaviləsindən isə ümumiyyətlə xəbəri olmamasını, İddiaçı1 da 2020-ci ilin iyun ayında cavabdehin anasını aldadaraq, müxtəlif sənədlərə və bağışlama müqaviləsinə imza etdirməsini bilməsini qeyd etmişlər. Bu isə o deməkdir ki, onlar öz hüquqlarının pozulmasını həmin tarixdən bilmişlər və bununla da iddia müddəti ötürülməmişdir. Buna görə də, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsinə dair dəlili və ərizəsi əsasssız olmaqla, rədd edilməlidir.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.4., 324.5, 339.1, 1133.1, 1151.1, 1243.1, 1243.2, 1246, 1255372.6, 372.7, 1133.1, 1151.1, 1243.1, 1243.2, 1246, 1248.1 və 1255-ci maddələrinə istinad etmişdir. c)Kassasiya instansiya məhkəməsində birinci icraat

24. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsivə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2(102)-5781/2021 nömrəli qərarı ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

26. Kassasiya instansiyasının mövqeyinə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdehə verilmiş vəsiyyətnamə üzrə şəhadətnamənin ləğv edilməsini tələb etmələri üçün, ilk növbədə onların miras əmlakı qəbul etmələri müəyyən edilməlidir. e) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

27. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-732/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov ) apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-1772/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.

28. Apellyasiya instansi ya məhkəməsi qeyd etmişdir ki, aparılmış məhkəmə araşdırmaları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmələri müəyyən edilməmişdir. Mirasın qeyd olunan iddiaçılar tərəfin dən faktiki qəbul edilməsi, mirasa sahiblik edib faktiki idarə etmələri də məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmamış, bununla bağlı sübut təqdim edilməmişdir. Beləliklə, miras iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməmişdir.

29. Apellyasiya məhkəməsi bağışlama müqaviləsi ilə bağlı qeyd edib ki, müqavilə İddiaçı3 və Cavabdeh arasında bağlanmış, İddiaçı3 oğlunun onu aldadaraq müqaviləyə imza etdirdiyi əsası ilə həmin müqavilənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 müqaviləni bağlayarkən məlumatlı olduğunu, cavabdehə əsəbi olduğuna görə müqavilənin etibarsız hesab edilməsini xahiş etdiyini bildirmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən mülki qanunvericilyin tətbiqində səhvə yol vermişdir ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 339.1,666.1, 1243.1, 1243.2, 1246, MPM-nin 14.2, 77.1 -ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı3 (vəkil İsmayılov Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

31. Kassasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

35. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamil ə qəbul etmişdir.

36. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. instansiyası Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki aparılmış məhkəmə araşdırmaları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 mir asın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmələri müəyyən edilməmişdir. Mirasın qeyd olunan iddiaçılar tərəfindən faktik qəbul edilməsi, mirasa sahiblik edib faktiki idarə etmələri də məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmamış, bununla bağlı sübut təqdim edilməmişdir. Beləliklə, miras iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi MPM-in 420-ci maddəsinin tələbləri qaydasında, Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişlər nəzərə almış, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən mirası qəbul etmədiklərini müəyyən edərək, iddia tələbini təmin etməmişdir.

48. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uyğun hesab edir.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. Belə ki, kassator özünün xeyrinə istinad etdiyi qanunvericilik normaları hazırki mübahisənin həllində mövcud məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb, sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı araşdıraraq düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbi qində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.

50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-732/2022 nömrəli iş üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar