Məhkəmə qərarları › İş №2(102)-4383/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4383/2023

12.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4383/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı2 Cavabdeh4 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-332/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 2023-cü il 12 dekabr tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakılar ı müəyyən etdi: İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin məktubundan və məktuba əlavə edilmiş sənədlərdə Kirovabad şəhəri, Kollektiv küçəsi, 30 saylı fərdi yaşayış evi 1942-ci ildə aparılmış inventarlaşdırma zamanı X3 istifadəsində olduğu göstərilmişdir. Kirovabad şəhəri Gəncə rayon Xalq məhkəməsinin xx.xx.1983-cü il tarixli 2-275 saylı qətnaməsinə və Gəncə rayon Maliyyə Şöbəsinin xx.xx.1983-cü il tarixli aktına əsasən X4 və İddiaçı2 Məmmədəli oğlunun istifadələrində olan Əlövsət Məmmədov küçəsi, 99 saylı fərdi yaşayış evi Gəncə rayon sovetinin fonduna verilmişdir. Həmin vaxt bu əmlakın 45,2 kv metr yaşayış sahəsindən, 56,5 kv metr ümumi sahədən ibarət yaşayış evi ibarət olduğu göstərilmişdir. Xan lar rayon xalq məhkəməsinin xx.xx.1987-ci il tarixli qərardadı ilə Gəncə rayon XDS İcraiyyə Komitəsinin X5 və qeyrilərindən yaşayış evi və əlavə tikililərin əsassız olaraq Gəncə rayon sovetliyinin fonduna verilməsi barədə mülkü işin icraatına xitam verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Aparatı nəzdində yaradılmış komissiyanın xx.xx.1996-cı il tarixli iclasın 6 nömrəli protokol qərarının 2-ci hissəsinə əsasən Əlövsət Məmmədov küçəsi, 99 saylı fərdi yaşayış evi (16,8 kv metr, 28,4 kv metr yaşayış otaqları, 11,3 kv metr örtülü eyvan) İddiaçı2 mülkiyyətinə qaytarılmışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 505 saylı sərəncamına əsasən Gəncə şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması üzrə” komissiyasının xx.xx.1996-cı il tarixli iclasın protokol qərarının 2-ci hissəsi qüvvədən düşmüş hesab edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020-ci il tarixli qərarına əsasən İddiaçı2 Əlövsət Məmmədov küçəsi, 99 saylı ünvanda yerləşən sahəsi 16,8 kv metr və 28,4 kv metr iki yaşayış otaqları, 11,3 kv metr örtülü eyvandan ibarət olan tikililərə mülkiyyət hüququ tanınmışdır. İddiaçı2 bu əmlaka ( “A” tikilisində 45,2 kv metr iki yaşayış otaqları, 11,3 kv metr köməkçi sahə) xx.xx.2021-ci il tarixli **********4 qeydiyyat nömrəli çıxarış verilmişdir.

2. Kirovabad şəhər Gəncə rayon Xalq məhkəməsinin 04 may 1983-cü il tarixli 2275/1983 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə rayon XDS İ craiyyə Komitəsinin iddiası təmin edilərək Kirovabad şəhəri Ozan küçəsi 61 №-li ünvanda olan, sahəsi 26,2 kv metr yaşayış otağı, 37,3 kv metr açıq eyvan, Ə.Məmmədov küçəsi 99 №-li ünvanda olan sahəsi 16,8 kv metr və 28,4 kv metr yaşayış otaqları 11,3 kv metr eyvan, 9,8 kv metr hamam, Ə.Məmmədov küçəsi 95 b №-li ünvanda olan sahəsi 25,2 kv metr otaq, 10,6 kv metr və 7,0 kv metr şüşəbənd əvəzsiz olaraq alınıb Gəncə rayon sovetinin fonduna verilməsi qət edilmişdir.

3. Xanlar (Göygöl) rayon məhkəməsinin 29 dekabr 1997-ci il tarixli qərardadından görünür ki, Gəncə rayon xalq məhkəməsinin 04 may 1983-cü il tarixli qətnaməsi Azərbaycan SSR Prokurorluğunun nəzarət qaydasında verdiyi protest əsasında işə baxan Azərbaycan SSR Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyası Kirovabad şəhər Gəncə r ayon xalq məhkəməsinin 04 may 1983-cü il tarixli 2-275/1983 saylı qətnaməsini ləğv etmişdir. Xanlar (Göygöl) rayon məhkəməsinin 29 dekabr 1997-ci il tarixli qərardadı ilə Gəncə rayon X12 icraiyyə Komitəsinin X5 və qeyrilərindən yaşayış evi və əlavə tikililərin əvəzsiz olaraq Gəncə rayon Sovetliyinin fonduna verilməsi barədə mülki işin icraatına xitam verilmişdir.

4. Gəncə şəhər icra hakimiyyəti aparatı nəzdində yaradılmış komissiyanın iclasının 6 №-li protokol qərarının 2-ci hissəsində göstərilir ki, Gəncə rayon xalq məhkəməsinin 04 may 1983-cü il tarixli qətnaməsi ilə müsadirə edilmiş Əlövsət Məmmədov küçəsi 99 №-li evin sahəsi 16,8 kv metr, 28,4 kv metr yaşayış otaqları və 11,3 kv metr eyvan əvəzsiz olaraq sahibinə - İddiaçı2 qaytarılsın.

5. Gəncə şəhər İcra Hakimiyyətinin başçısının xx. xx.2000-ci il tarixli 505 saylı sərəncamından görünür ki, Gəncə şəhər icra hakimiyyəti aparatı nəzdində yaradılmış komissiyanın 6 №-li iclas protokolu qərarının 2-ci hissəsi qüvvədən düşmüş hesab edilmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarından görünür ki, İddiaçı2 iddiası təmin edilmiş və İddiaçı2 ünvan 1 ünvanda yerləşən sahəsi 16,8 kv metr və 28,4 kv metr olan yaşayış otaqları və 11,3 kv metr olan eyvan üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alın mışdır. 7. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına qeyd edilmişdir.

8. İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi hal-hazırda İddiaçı2 mülkiyyətində olmaqla, adına xx.xx.2021-ci il tarixli, **********34-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (114)-2115/2021 nömrəli qərardadından görünür ki, Cavabdeh4, X8 və Nümayəndə ərizəsi əsasında Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 535/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-10/2022 nömrəli qərardadından görünür ki, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası mümkün sayılmamışdır.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8-1(114)-5/2023 saylı qərardadı ilə Cavabdeh 4, X8 və Nümayəndə məhkəmə qərarının icrasına dönüş edilməsi barədə ərizəsi təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)535/2020 nömrəli qərarının icrasında dönüş edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əvvəlki vəziyyətinə qaytarılmışdır.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1510/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə qarşı Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi 99 saylı əmlaka xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.

13. Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 7 sahəsi 45,2 kv metr yaşayış sahəsindən ibarət olan 99 №-li yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında 25 may 1987-ci il tarixdə İddiaçı2 adına qeydə alınmışdır. 14. xx.xx.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh4 ünvan 2 ünvanında qeydiyyatda deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı2 (bundan sonra-iddiaçı) Cavabdeh4 (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ona məxsus olan ünvan 4 ünvanında yerləşən yaşayış evindən çıxarılması, onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı2 iddia tələbini dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh4 ona məxsus yaşayış e vindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. İddiaçı iddia ərizəsini işin faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi (əvvəllər Kirovabad şəhəri, Kollektiv küçəsi, ev 30) babası X3 istifadəsində olmuşdur. Babası vəfat etdikdən sonra 1960-cı ildə o, həmin torpaq sahəsində yaşayış evi tikdirməyə başlamış və 2-3 il ərzində evi tikdirib başa çatdırmış, evin tikintisi başa çatdıqdan sonra köçüb orada yaşamışdır. O zamankı Kirovabad şəhəri Gəncə rayon Xalq məhkəməsinin xx.xx.1983-cü il tarixli 2-275 saylı qətnaməsi və Gəncə rayon Maliyyə Şöbəsinin xx.xx.1983-cü il tarixli aktı ilə onun istifadəsində olan Əlövsət Məmmədov küçəsi, ev 99 ünvanında yerləşə n fərdi yaşayış evi Gəncə rayon Sovetinin fonduna verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Aparatı nəzdində yaradılmış komissiyanın xx.xx.1996-cı il tarixli iclasın 6 nömrəli protokolu qərarının 2-ci hissəsinə əsasən fərdi yaşayış evi onun mülkiyyətinə qaytarılmışdır. Lakin Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 505 saylı sərəncamına əsasən Gəncə şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması üzrə” komissiyasının xx.xx.1996-cı il tarixli qərarının 2-ci hissəsi qüvvədən düşmüş hesab edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)535/2020-ci il tarixli qərarı ilə onun ünvan 2 ünvanında yerləşən mülkə mülkiyy ət hüququ tanınmışdır. Cavabdeh4 onun qardaşıdır. Onun qardaşı əvvəllər heç vaxt onun evində yaşamayıb. 1981-ci ildə atası vəfat etdikdən sonra o, anasını öz evinə gətirmiş, bundan istifadə edən bacısı Bağırova Validə gəlib onun evində yaşamağa başlamış, Validə Bağırova evdən çıxanda isə evi qardaşı Nurəddinə verib çıxmışdır. Bundan sonra, yəni təxminən 5 ildir ki, Nurəddin onu öz evinə buraxmır. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı və cavabdeh onun qardaşlarıdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi babası X2 qalmış, həmin evdə onların payı vardır. İddiaçı 1983-cü ildə qanunsuz olaraq onların xəbəri olmadan evdən dövlətin xeyrinə imtina edilmişdir. Bundan xəbərləri olduqdan sonra onlar mülkün dövlətdən geri qayrarılması ilə bağlı aidiyyatı orqanlara müraciət etmiş və 1987-ci ildə həmin ev yenidən əvvəlki vəziyyətə qaytarılmış, iddiaçının payı bərpa olunmamışdır. İddiaçının həmin evə heç bir hüququ olmadan mülkiyyətə dair dövlət reyestrindən qanunsuz olaraq çıxarış almışdır. Bundan başqa iddiaçının Gəncə İnzibati Məhkəməsində mülkiyyət hüququnun tanınması ilə bağlı iddiası mümkünsüz sayılmışdır.

19. Gəncə Şəhər Məhkəməsinin 2(125)-62/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Hüseynov) iddia tələbi təmin edilmiş, Cavabdeh4 İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh4 tutularaq İddiaçı2 ödənilməsi qət edilmişd ir.

20. Məhkəmə hesab etmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış evin xx.xx.2021-ci il tarixli, **********34-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçının mülkiyyətində olduğundan iddia tələbi təmin edilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 140, 152.1, 152.5, 157.2 və 157.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həmin qətnaməni qəbul edərkən maddi hüquq normalarına istinad etməsinə baxmayaraq, toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, qanunun tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, ünvan 6 ünvanda yerləşən yaşayış evi babası Bağırov X1 qalmışdır. İddiaçı2 birgə yaşayış qaydalarını pozduğuna görə onlar 1989-cu ildə İddiaçı2 və arvadının evdən çıxarılması üçün həmin vaxt Kirovabad şəhərində (Gəncə) l Fövqəladə vəziyyət elan edildiyindən şəhərin hərbi komendantı general V.Omelçenkaya şikayət etmişlər və onların nümayəndələri təqdim etdikləri sənədlərə və anasının ağır vəziyyətini görüb iddiaçını və arvadı Dilarəni evdən çıxarmışdır. X16 Nazirliyinə şikayət etmişlər ki, birgə yaşayış qaydalarını pozduqlarına görə iddiaçını və arvadını həmin ünvandan pasport qeydiyyatından çı xartsınlar. Şikayətilə bağlı Kirovabad Milis İdarəsindən evə gəlib baxış keçirtmiş, vəziyyəti hərtərəfli araşdırmış və birgə yaşayış qaydalarına əməl etməyən şəxsin həmin evdə qeydiyyatda olması yol verilməz olduğunu deyib 30 mart 1989-ci ildə İddiaçı2 və arvadı Kirovabad şəhəri Əlövsət Məmmədov küçəsi 99 saylı evdən pasport qeydiyyatından çıxarılmışdır. Bu onlara verilən 20 nömrəli forma ilə də təsdiq olunur. Çox əfsuslar olsun ki, məhkəmə baxışında həmin 20 nömrəli formanı məhkəməyə təqdim etsələr də, hansısa səbəbdən götürüb işə əlavə edilmədi. İddiaçı2 1983-cü ildə qanunsuz olaraq onun və ailə üzvlərinin xəbəri olmadan evdən dövlətin xeyrinə imtina etmişdir. Bundan xəbər tutduqdan sonra onlar mülkün dövlətdən geri qaytarılması ilə bağlı aidiyyəti orqanlara müraciət etmişlər və 1987-ci ildə ev əvvəlki vəziyyətinə qaytarılmış, lakin Vidadinin payı bərpa edilməmişdir, çünki müraciəti onlar etmişlər. Ev onların sayəsində geri qaytarılmışdır. İddiaçının Gəncə İnzibati məhkəməsində mülkiyyət hüququnun tanınması ilə bağlı verdiyi iddia ərizəsi təmin edilsə də, İddiaçı2 çıxarış verilməsi üçün əsas olan Gəncə İnzibati məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 saylı qərarı, üçüncü şəxs kimi prosesə cəlb edilmədiklərinə görə məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(114)-2115/2021 saylı qərardadı ilə ləğv edilmiş mahiyyəti üzrə baxılması üçün təzələnmiş və xx.xx.2022-ci il tarixdə hakim F.Hüseynovun sədrliyi ilə işə baxılıb 2-1(114)10/2022 saylı qərardadı ilə həmin əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası mümkünsüz sayılmışdır. Lakin Gəncə Şəhər Məhkəməsi qətnamə çıxararkən bunları nəzərə almamışdır. Cavabdeh kimi hesab edir ki, çıxarışın verilməsi üçün əsas olan məhkəmə qərarı əgər ləğv olunursa, çıxarışı da DƏDRX-nin 3 saylı Ərazi idarəsı özü ləğv etməlidir. Cavabdeh kimi hesab edir ki, əslində iddiaçı iddia qaldırmaq üçün heç subyekt də deyildir. X14 Məhkəməsi yuxarıda qeyd etdiyi kimi çıxarış üçün əsas olmuş öz qərarını ləğv etmişdir. Bu göstərdiklərinə görə də cavabdeh kimi hesab edir ki, məhkəmə iddianın təmin olunması barədə qanunsuz qərar qəbul etmişdir.

24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(104)-332/23 nömrəli qətnaməsi ilə (hakimlər - Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci insta nsiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi rədd edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, ünvan 4 ünvanda yerləşən yaşayış evinə dair iddiaçının adına xx.xx.2021-ci il tarixli, **********34-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı sonradan ləğv edilmiş, iddiaçının tələbi mümkün sayılmamışdır. İddiaçı2 adına ünvan 4 ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı əsasında verildiyinə görə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8-1(114)-5/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarının icrasında dönüş edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əvvəlki vəziyyətinə qaytarılmışdır. Yəni birinci instansiya məhkəməsinin iddia tələbini təmin etmək üçün istinad etdiyi sübut aradan çıxmışdır.

26. Məhkəmə həmçinin göstərmişdir ki, həmin yaşayış evi isə ilkin olaraq X3 adına qeydiyyata alınmış, 1983-cü ildə həmin evin dövlət fonduna keçirilməsi məsələsi müzakirə edilərkən hazırkı iş üzrə iddiaçı Vudadi Bağırov evin dövlət fonduna keçirilməsinə razı olduğunu bildirmiş, digər cavabdeh (hazırkı iş üzrə iddiaçının qardaşı) Vaqif Bağırov isə evin əvəzsiz olaraq dövlət fonduna keçirilməsinə etiraz etmişdir. Hazırda evin iddia çıya məxsus olduğunu təsdiq edən sübut mövcud deyildir, yəni ev tərəflərin ulu babaları olan mərhum X3 adına qayıtmışdır. İddiaçı isə qohumluq münasibətlərini və mirasın qəbul edildiyini təsdiq edən müvafiq sübutlar təqdim etməmişdir. Digər tərəfdən işin hallarından da görünür ki, iddiaçı uzun illərdir ki, həmin evdə yaşamır. Belə olan halda iddia təmin edilməsi üçün əsaslar yoxdur.

27. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cü maddələrinə, Mülki Məcəllənin 152.1, 157.2 və 157.5-ci və MPM-nin 77.1, 81 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin təkrar araşdır ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəllənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı normalarını pozmuş, sübutlara düzgün qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsinin mövqeyinə görə iddiacıya verilən çıxarış ücün əsas olmuş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı sonradan ləğv edilmiş, iddiaçının tələbi mümkün sayılmamışdır. Sonra isə icraya dönüş edilmişdir, belə olan halda isə artıq mülk iddiaçının mülkiyyətində deyildir. Bununla bağlı qeyd olunmalıdır ki, həqiqətən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il t arixli 2-1(114)-535/2020 nömrəli qərarı ilə İddiaçı2 iddia tələbi təmin edilmiş və İddiaçı2 ünvan 1 ünvanda yerləşən sahəsi 16,8 kv, metr və 28,4 kv metr olan yaşayış otaqları və 11,3 kv metr olan eyvan üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bundan sonra Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2115/2021 nömrəli qərardadı ilə Cavabdeh4, X8 və Nümayəndə ərizəsi əsasında Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 535/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Gəncə İnzibati Məhkəməsini n xx.xx.2022-ci il tarixli2-1(114)- 10/2022 nömrəli qərardadı ilə İddiaçı2 cavabdeh İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə iddianı mümkünsüz sayarkən ona əsaslanmışdı ki, 25 may 1997-ci il tarixli, 11764 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına qeydiyyata alınmışdır və sözügedən qeydiyyat vəsiqəsi qüvvədə olduğu halda, başqa sözlə ev iddiaçının mülkiyyətində olduğu halda yenidən mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə mahiyyəti üzrə baxıla bilməz. Eyni zamanda iş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 7 99 №-li yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında 25 may 1987-ci il tarixdə İddiaçı2 adına qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh4 ünvan 2 ünvanında qeydiyyatda deyildir. Göründüyü kimi, ünvan 7 sahəsi 45,2 kv metr yaşayış sahəsindən ibarət olan 99 №-li yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında iddiacıya məxsusdur, bununla bağlı ona qeydiyyat vəsiqəsi verilib və həmin qeydiyyat vəsiqəsi də hazırda qüvvədədir. Bu baxımdan da qeyd eləmək istərdim ki, apellyasiya məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməyərək, yəni mübahisəli evin iddiaçının mülkiyyətində olmasına baxmayaraq iddianı rədd etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

30. Kassas iya şikayətinə qarşı cavabdehin etirazı təqdim edilmişdir. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 32.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzi ndə onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Qətnamədən kassasiya şikayəti verən iddiaçı tərəfindən məhkəmə qətnaməsi tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmu şdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 38. ünvan 7 99 №-li yaşayış evinin şəxsi mülkiyyət hüququ əsasında 25 may 1997ci il tarixdə İddiaçı2 adına qeydə alınması və bu barədə verilmiş 11764 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin qüvvədə olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlərə görə həmin qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlər də hüquqi qüvvəsini itirmiş, yaşayış evi həmin qeydiyyata qədərki vəziyyətə qaytarılmışdır.

39. Özbaşına tikili olmuş yaşayış evi Gəncə rayon xalq məh kəməsinin 04 may 1983-cü il tarixli qətnaməsi ilə əvəzsiz olaraq Gəncə şəhəri Gəncə rayon Sovetliyinin fonduna verilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Prokurorluğunun protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəmə Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 may 1986-cı il tarixlə qərardadı ilə ləğv edilmiş, iş yenidən məhkəmə baxışına qaytarılmışdır. İşə yenidən baxan Xanlar (Göygöl) rayon məhkəməsinin 29 dekabr 1997-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Gəncə şəhər İcra hakimiyyəti yanında fəaliyyət göstərən “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması üzrə” komissiyasının xx.xx.1996-cı il tarixli iclasın protokol qərarı ilə özbaşına tikili olan yaşayış evi müsadirə edilmiş əmlak kimi hazırkı iş üzrə İddiaçı2 qaytarılmışdır. Bu qərara əsasən yaşayış evi İddiaçı2 adına qeydiyyata alınmışdır. Komissiyanın həmin qərarı da ünvan 7 99 №-li yaşayış evin aid hissədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 505 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi mübahisənin predmeti olan yaşayış evinin iddiaçıya məxsus olduğunu təsdiq edən sübutun olmaması, yəni evin tərəflərin ulu babaları olan mərhum X3 adına qayıtması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

40. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-332/2023 nömrəli mülki iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar