Məhkəmə qərarları › İş №2(102)-4384/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4384/2021

11.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4384/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh (üçüncü şəxs Xırdalan şəhəri 1 saylı Dövlət Notariat Kontoru) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: vəsiyyətnamənin və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-802/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə dair işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X7 ilə X8 birgə nikahından İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (bundan sonra – iddiaçılar) anadan olmuşlar. Onların nikahı 19 mart 1982-ci il tarixdə pozulmuşdur. Bundan sonra, 23 noyabr 1983-cü il tarixdə, X1 xxx qızı ilə nikaha daxil olmuşdur. Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsindəki 9 nömrəli yaşayış evi (bundan sonra – mübahisəli ev) Abşeron rayon X25 İcraiyyə Komitəsinin (XDS İK) 29 yanvar 1988-ci il tarixli 08/108 nömrəli qərarı ilə X4 adına qeydə alınmışdır. X7 tərəfindən 06 iyul 1989-cu il tarixdə verilmiş və Ab şeron rayonu Saray qəsəbə XDS İK-in sədri tərəfindən təsdiqlənmiş vəsiyyətnaməyə əsasən o, mübahisəli evi və bütün şəxsi əmlakını arvadı X10 vəsiyyət etmişdir. X7 17 iyul 1989-cu il tarixdə vəfat etmişdir. 19 yanvar 1990-cı il tarixdə X9 adına mübahisəli evə dair Abşeron rayon Dövlət Notariat Kontorunda vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 1/1-86 reyestr nömrəli şəhadətnamə verilmişdir. Abşeron rayon Dövlət Notariat Kontorunun 19 yanvar 1990-cı il tarixli 347 nömrəli məktubu ilə iddiaçılara izah edilmişdir ki, vərəsəlik payı tələb etmək istədikləri halda məhkəməyə müraciət edə bilərlər. Abşeron Rayon Xalq Məhkəməsinin 18 iyun 1990-cı il tarixli, 2-252 nömrəli qətnaməsinə əsasən, mübahisəli yaşayış evinin X10 verilməsi barədə Abşeron rayon Saray qəsəbə XDS İK-nin təsdiq etdiyi vəsiyy ətnamə qismən etibarsız hesab edilmiş, həmin vəsiyyətnamə əsasında Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 19 yanvar 1990-cı il tarixli vərəsəlik şəhadətnaməsi ləğv edilmiş, yaşayış evinin 17 kv.mdən ibarət yaşayış sahəsi, 17,5 kv.m mətbəx və balkondan ibarət yaşayış evi X10 verilmiş, evin 17 kv.m yaşayış sahəsi və 17,5 kvm yardımçı sahəsinə dair hazırkı iş üzrə iddiaçıların hər birinə 1/5 pay müəyyən edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin 17 oktyabr 1990-cı il tarixli, 3d-148 nömrəli qərardadı ilə Abşeron Rayon Xalq Məhkəməsinin 18 iyun 1990-cı il tarixli, 2-252 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən başqa tərkibdə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. X13 11 sentyabr 2004-cü il tarixdə 1 saylı Abşeron rayon Dövlət Notariat Kontorunda 2V/-159 nömrə il ə təsdiqlənmiş vəsiyyətnamə ilə evi qardaşının oğlu X12 (bundan sonra – cavabdeh) vəsiyyət etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(012)-1796/2016 nömrəli qətnaməsinə əsasən, Abşeron Rayon Xalq Məhkəməsinin ləğv edilmiş 18 iyun 1990-cı il tarixli qətnaməsi əsasında 13 noyabr 2013-cü il tarixdə təkrarən verilmiş icra vərəqəsinin hüquqi nəticələri ləğv edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş mübahisəli fərdi yaşayış evinin 1/2 hissəsinə dair hazırkı iş üzrə iddiaçıların hər birinə 1/5 hissədə payların müəyyən edilməsinə dair tərtib edilmiş texniki pasport etibarsız hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli, 2(012)-54/2018 nömrəli qətnaməsi ilə, hazırkı iş üzrə iddiaçıların hazırkı iş üzrə cavabdehə qarşı sonuncunun adına 11 sentyabr 2004-cü il tarixdə verilmiş, Abşeron rayon 1 saylı Notariat Kontorunda təsdiq edilərək reyestrdə 2v/-159 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2-252/1990 nömrəli qərardadı ilə, hazırkı iş üzrə iddiaçıların itirilmiş icraatın bərpa edilməsinə dair ərizələri üzrə icraata xitam verilmiş, mübahisə ilə bağlı iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə (üçüncü şəxs Xırdalan şəhəri 1 saylı Dövlət Notariat Kontoru) qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli yaşayı ş evinin X10 verilməsi barədə Abşeron rayon Saray qəsəbə XDS İK-nin təsdiq etdiyi vəsiyyətnamənin etibarsız edilməsi, həmin vəsiyyətnamə əsasında Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 19 yanvar 1990-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və həmin yaşayış evinə dair payların müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, əvvəlki məhkəmə proseslərində onlara məlum olmuşdur ki, X13 etibarsız hesab edilmiş qeydiyyat vəsiqəsi əsasında mübahisəli fərdi yaşayış evini cavabdehə vəsiyyət etmişdir. Abşeron Rayon Xalq Məhkəməsinin 252 saylı, 18 iyun 1990-cı il tarixli qətnaməsi ləğv olunduqdan sonra həmin Məhkəmədə işə yenidən baxılıb-baxılmaması barədə məhkəmədən heç bir məlumat əldə etmək mümkün olmadığına görə işə yenidən baxılmalı, yaşayış evinin X10 verilməsi barədə Abşeron rayon Saray qəsəbə XDS İK-in təsdiq etdiyi vəsiyyətnamə etibarsız edilməli, həmin vəsiyyətnamə əsasında verilmiş vərəsəlik şəhadətnaməsi ləğv edilməli və mübahisəli evə dair onların payları müəyyən edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili X16 iddianın yolverilməzliyi və ya icraata xitam verilməsi ilə bağlı ərizə verərək qeyd etmişdir ki, iddiaçı tərəf işə Abşeron Rayon Xalq Məhkəməsində yenidən baxılmasında maraqlı olmamışdır və 13 il sonra, yəni 2013-cü ildə qanunsuz yollarla Abşeron Rayon Xalq Məhkəməsinin 19.01.1990-ci il tarixli ləğv olunmuş qətnaməsi əsasında verilmiş təkrar icra vərəqəsi əsasında mübahisəli evin üzərində 1/5 paylarını qeydiyyata aldırmış və texniki pasport almışdır. Həmin texniki pasport sonradan məhkəmə qətnaməsi ilə etibarsız hesab olunmuşdur. Məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli və ya icraata xitam verilməsi haqqında qərardad qəbul etməlidir. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Azərbaycan SSR-nin Ali Məhkəməsinin 17.10.1990-cı il tarixli 3d-148 nömrəli qərardadı qanuni qüvvəyə minmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə vəsatət vermiş, iddia müddətinin keçməsi səbəbi ilə iddianın rədd olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1186/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) i ddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların mübahisələndirdikləri və etibarsız hesab olunmasını istədikləri vəsiyyətnamə 06 iyul 1989cu il tarixdə verilmişdir, iddiaçılar vəsiyyətnaməni verən X4 ilk nikahından olan uşaqları olmuşlar, odur ki, vəsiyyətnamənin verilməsi ilə əlaqədar tərəflər arasında hüquq münasibətləri həmin dövrdə yaranmış hesab olunmalı və mübahisəyə 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Mülki Məcəllənin (bundan sonra - Mülki Məcəllə (1964-cü il redaksiyası)) müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş müddət ötürüldüyündən, cavabdeh tərəfin ərizəsi əsasında iddia müddəti tətbiq edilməklə iddia rədd olunmalıdır. Bu zaman nəzərə alınmalıdır k i, Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən 19 yanvar 1990-cı il tarixli 347 nömrəli məktubla hazırkı iş üzrə iddiaçılara, vərəsəlik payını tələb etmək istədikləri halda məhkəməyə müraciət edə bilmək hüquqları izah edilmişdir. İddiaçılar isə iddia müddətinin keçməsi səbəbinin üzürlü hesab edilməsi ilə bağlı vəsatət və bu üzürlü səbəblərə dair müvafiq sübutlarını təqdim etməmişlər. Məhkəmə, həmçinin qeyd etmişdir ki, X2 hərəkətləri 06 iyul 1989-cu il tarixli vəsiyyətnamə əsasında həyata keçirilmişdir. Nə qədər ki, həmin vəsiyyətnamənin etibarsız sayılması üçün əsaslar müəyyən edilməmişdir, digər tələblər, yəni vəsiyyətnamə əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və yaşayış evinə dair payların müəyyən edilməsi tələbləri də, əsas tələb üzrə iddia müddəti keçdikdə əl avə tələblər üzrə də iddia müddətinin keçməsi prinsipi ilə, iddia müddəti tətbiq edilməklə rədd olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin (1964-cü il redaksiyası) 73, 82-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4, 14.2, 77.1, 88, 217.2, 217.3, 217.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, 71-ci maddələri nin, Mülki Məcəllənin (1964-cü il redaksiyası) 528, 532, 538-ci, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193, 1225.1, 1225.2, 1226.1-cı maddələrinin və MPM-in 4.1, 385.1.2, 384.0.2-ci maddələrinin tələblərini pozmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-802/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı3 birgə kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı3 (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikay ətdə qeyd olunmuşdur ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçılar iddia müddətini ötürməmişlər. Məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etməklə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Onlar 1990-cı ildə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məhkəməyə müraciət etmişlər, bununla bağlı məhkəmə qətnaməsi mövcuddur. Mülki işin itirilməsi onların günahı deyil. Əgər mülki iş itirilibsə, məhkəmə iddia müddətini tətbiq etmədən işi yenidən araşdırmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatland ırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, habelə şikayətin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə (1964-cü il redaksiyası) Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç ildir (maddə 73). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3 73-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarı İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: ● birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ● ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; ● üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, qanunverici tərəfindən iddia müddəti institutunun tətbiq edilməsinin məqsədləri hüquq münasibətləri iştirakçılarını intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməyi aradan qaldırmaqdan ibarətdir. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayon Dövlət Notariat Kontorunun 1 9 yanvar 1990-cı il tarixli məktubu ilə iddiaçılara vərəsəlik payı tələb etmək istədikləri halda məhkəməyə müraciət edə bilmələri izah olunmuş, iddiaçıların müraciəti əsasında Abşeron Rayon Xalq Məhkəməsinin 18 iyun 1990-cı il tarixli qətnaməsi qəbul edilsə də, sonradan Azərbaycan SSR Ali Məhkəməsinin 17 oktyabr 1990-cı il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmiş və iş yenidən başqa tərkibdə baxılması üçün eyni məhkəməyə göndərilmişdir. Buna baxmayaraq sonuncu məhkəmə aktının qəbul edilməsindən ötən 23 il ərzində iddiaçılar tərəfindən pozulmuş hüquqlarının bərpası üçün heç bir hərəkət, o cümlədən məhkəməyə müraciət edilməmişdir. İddiaçılar şikayətdə Azərbaycan SSR Ali Məhkəməsinin 17 oktyabr 1990-cı il tarixli qərardadı əsasında hər hansı icraatın aparılıb-aparılmadığı barədə məlum at əldə etməməyin onların günahı olmadığını bildirsələr də, bu hal iddiaçıların 23 il ərzində öz hüquqlarının müdafiəsi üçün heç bir addım atmamasına və bu müddət keçdikdən sonra ləğv olunmuş məhkəmə aktı əsasında icra vərəqəsi əldə etməsinə haqq qazandıra bilməz. Bu baxımdan hazırkı iş üzrə məhkəmələr tərəfindən mübahisəyə Mülki Məcəllənin (1964-cü il redaksiyası) 73 və 82-ci maddələrinin tətbiq edilməsi və iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd olunması maddi hüquq normalarının pozulması kimi qiymətləndirilə və həmin məhkəmə aktlarının ləğv olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-802/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar