Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4390/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, vicdanlı alıcı, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğ lundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1548/2*23 nömrəli, 16 avqust 2*23-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Gəncə şəhər XDS İK-nin 1*.*6.1975-ci il tarixli qərarı ilə X2 Gəncə şəhərində “Nizami” Kooperati v binasından 3 otaqlı mənzil (bundan sonra – mübahisəli mənzil) ayrılmışdır. Sözügedən qərarda Elxan Əliyevin ailə üzvləri qismində bacıları – hazırki iş üzrə iddiaçılar X5 və X3 qeyd edilmişdir.
2. Cavabdeh1 ilə X6 nikahlarını rəsmiləşdirməsələr də, faktiki nikah münasibətlərində olmuşlar.
3. Elxan Əliyev 2**5-ci ildə vəfat etmişdir.
4. Gəncə İnzibati Məhkəməsinin *4 noyabr 2*2*-ci il tarixli, 2-1(114)-2*56/2*2* nömrəli qərarı ilə iddia təmin edilmiş, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış, DƏDRX tərəfindən icra edilərək, Cavabdeh1 adına Çıxarış verilmişdir.
5. Mübahisəli mənzil Gəncə şəhəri 2 saylı notariat ofisinin 27.*1.2*21-ci il tarixli, 4Ə-46 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən iş üzrə digər Cavabdeh2 satılmışdır, sonuncu isə həmin mənzili 19.*2.2*21-ci il tarixdə adına rəsmiləşdirmişdir.
6. Bundan 4 ay sonra, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(1*4)-576/2*21 nömrəli, *9.*7.2*21-ci il tarixli qərardadı ilə, Gəncə İnzibati Məhkəməsinin yuxarıda qeyd olunan *4.11.2*2*-ci il tarixli qərarından hazırki iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilmişdir.
7. İşə yenidən baxan birinci instansiya məhkəməsi 2-1(114)-1732/2*21 nömrəli, 16.*9.2*21-ci il tarixli qərarı ilə m übahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Həmin qərar apellyasiya instansiyası məhkəməsində İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti əsasında ləğv edilmiş, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(1*2)-1128/2*22 nömrəli, *5.*7.2*22-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin alqı-satqısı müqaviləsinin və onun əsasında 19.*2.2*21-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindəki qeydlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın hüquqi əsası ləğv edilmiş, hüquqi əsası ləğv edildiyi halda həmin mənzil özgəninkiləşdirilmişdir.
12. Cavabdeh2 iddiaya qarşı yazılı etiraz təqdim edərək, əsass ız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, o mübahisəli mənzili alarkən heç bir mübahisə barədə məlumatı olmamışdır. Həmçinin bu halı təkzib edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Digər tərəfdən iddiaçıların bu iddianın qaldırılması üçün subyektiv hüququnun olub-olmaması məhkəmə tərəfindən araşdırılmalıdır. Hazırki iş üzrə Cavabdeh2 vicdanlı alıcı kimi çıxış etmişdir və bu hüquq qanunvericiliklə qorunan bir hüquqdur. İş üzrə cavabdehin vicdanlı alıcı olmaması və onun cavabdehin yaxın adamı olmasına münasibətdə isə qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlılığı prezumpsiyasına uyğun mübahisələndirilən daşınmaz əmlakın alıcısı olan cavabdeh vicdanlı əldə edən olduğundan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, habelə həmin cavabdehin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması əsassızdır.
14. Gəncə Şəhər Məhkəməsinin 2(125)-973/2*23 nömrəli iş üzrə 11 aprel 2*23cü il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzil kooperativ üzvü X2 pay haqqı qismində verilsə də, iddiaçılar həmin mənzilə hüququnun yaranmasını təsdiqləyən - vərəsə qismində kooperativ üzvlüyünə qəbul olunmaları, habelə kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmaması barədə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda kooperativin ölmüş üzvü X2 pay haqqı qismində verilmiş mənzilin dəyərinin vərəsə qismində iddiaçılara ödənilməli olması barədə də hər hansı bir sübut təqdim edilməmişdir.
16. Belə ki, iddiaçılar, Elxan Əliyevin mirasını formal və (ya) faktiki qəbul etmələrini təsdiqləyən sübut təqdim etməmişlər. Kooperativin üzvü olmuş Elxan Əliyevin pay haqqı olan mənzilə vərəsə qismində hüququnun yaranması, bununla da mənzilə dair alqı-satqı müqaviləsinin onların hüquqlarını pozması, nəticə etibarilə iddiaçıların həmin alqı-satqı müqaviləsini mübahisələndirmək hüququ müəyyən olunmamışdır. Bundan başqa, kooperativ üzvünün ölümü ilə mübahisəli mənzilin hüquqi statusunun dəyişməsi zamanı qüvvədə olan qanunvericiliklə xalq deputatları sovetinin icraiyyə komitəsinin iclas protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün ə sas kimi təsbit olunmamışdır.
17. Bundan başqa, iddiaçılar daşınmaz əmlaka dair hüquqlarına toxunulduğuna əsaslanaraq müvafiq tələblə məhkəməyə müraciət etmiş, lakin belə hüquqlarının yaranmasını sübuta edə bilməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, reyestrin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsaslanaraq, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq mübahisəli mənzili vicdanlı əldə edən Cavabdeh2 qeydiyyatla əlaqədar əldə etdiyi hüquqlar qanunvericiliyin tələbinə əsasən, dövlət tərəfindən qorunur. İddiaçılar, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 qohum olduqlarına əsaslanaraq sonuncunun vicdansız əldə edən olduğunu bildirmişlər. Lakin iddiaçı tərəf belə qohumluq faktına və (ya) buna əsaslanaraq Cavabdeh2 vicdanlı alıcı olmasını a radan qaldıran hallara dair sübutlar təqdim etməmişlər. Belə ki, müqavilənin bağlandığı zaman özgəninkiləşdirən Cavabdeh1 mülkiyyətçi olmadığını bilməsini və ya bilməli olmasını təsdiqləyən hər hansı sübut təqdim edilmədiyindən Cavabdeh2 vicdanlı əldə edən, dolayısıyla əşyanın mülkiyyətçisidir.
18. Məhkəmə yekun olaraq qeyd etmişdir ki, iddiaçıların müqaviləni mübahisələndirmək hüququ və Cavabdeh2 vicdanlı alıcı olmasını aradan qaldıran hallar müəyyən edilmədiyindən iddia rədd edilməlidir.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1*9.1, 1*9.4, 1*9.5, 112.4, 139.1, 139-1.1, 146.2, 146.2, 148.2, 149.2, 182.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1, 1246 və 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2*17-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 18.*7.2*18-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *7.*8.2*19- cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1*.*3.2*2*-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın aktlarının Azərbaycan Respublikası Konstit usiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27.1*.2**4-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.*1.2**6-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216- 22* və 357-36*-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qardaşları X1 ölümündən sonra Cavabdeh1 onlara məxsus mübahisəli mən zildə yaşamağa razılıq vermişlər, lakin sonuncu etibarlardan sui-istifadə edərək həmin mənzilə dair mülkiyyət hüququ əldə etsə də, yuxarı instansiya məhkəməsinin qərarı ilə ləğv olunmuşdur. Babayev X4 Vəliyevanın qardaşı nəvəsidir. Cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi uydurma əqdir və Kifayət Babayeva həmin evdə yaşayır. Halbuki, Cavabdeh1 əmlaka dair sərəncam vermək hüququ olmamışdır. Belə ki, Cavabdeh1 adına çıxarış və texniki pasportun verilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(1*2)-1128/2*22 nömrəli qərarı ilə təmin edilməmişdir. Lakin Cavabdeh1 vicdanlı alıcı görüntüsünü yaratmaq məqsədi ilə mənzili Cavabdeh2 satmışdır.
22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1548/2*22 nömrəli iş üzrə 16 avqust 2*23-cü il tarixli qətnaməsinə əsasə n (hakimlər Rəhman Muradovun sədrliyi və məruzəsi ilə, Şamil Rzaquliyev və Ədil Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmuşdur.
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin Cavabdeh1 adına keçməsinə səbəb olan məhkəmə qətnaməsi sonda yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunmuşdur. Cavabdeh1 məhkəmə qətnaməsi əsasında adına qeydə alınmış mənzilə dair mübahisə olduğunu bilə-bilə, eləcə də verilmiş şikayət üzrə yekun məhkəmə aktının çıxarılmasını gözləmədən həmin əmlakı alqı-satqı yolu ilə özgəninkiləşdirmişdir. Belə olan təqdirdə mübahisəli mənzilin alqı-satqısına dair müqavilə etibarlı sayıla bilməz.
24. Əmlakı əldə edən Cava bdeh2 vicdanlı olub-olmamasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır.
25. Cavabdeh2 əmlakı vicdanlı əldə edən kimi sayıla bilməz. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmamışdan əvvəl Cavabdeh1 ilə yanaşı Cavabdeh2 həmin mənzillə bağlı Gəncə İnzibati Məhkəməsində mübahisə olmasından məlumatlı olmuşdur. Belə olan təqdirdə də Cavabdeh2 əmlakı vicdanlı əld ə edən sayılması istisna olunur.
26. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 337.1, 56*, 567 və 646.1-ci maddələrinə, “Ə.İbrahimovun şikayəti üzrə” 12 aprel 2**4-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2*21-ci il 2 aprel tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 7 oktyabr 2**4-cü il tarixli qərarına, Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.1, 384.*.2, 385, 392, 393, 4*2, 4*3, 4*4 və 4*5-4*6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
28. Cavabdeh şikayətini əsaslandırarkən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mübahisəli mənzildə həmin mənzilin mülkiyyətçisi kimi yox, mənzildən köçməsi üçün alıcı tərəfindən ona verilmiş müddət ərzində kirayəçi kimi yaşaması halına düzgün qiymət verməmiş, iddiaçıların hazırki tələ blə bağlı subyektiv hüquqlarının olub-olmamasına dair hüquqi qiymətləndirmə aparmamış, məhkəmə qanunvericiliyin tələblərini pozaraq, iddia predmetini dəyişdirmiş, qətnamənin qət etdi hissəsində işə və tərəflərə aidiyyatı olmayan Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2*22-ci il tarixli, 2(*21)-2339/2*22 nömrəli qətnaməsini ləğv etmişdir.
29. Cavabdeh daha sonra göstərmişdir ki, apellyasiya məhkəməsi “Cavabdeh1 məhkəmə qətnaməsi əsasında adına qeydə alınmış mənzilə dair mübahisə olduğunu biləbilə, eləcə də verilmiş şikayət üzrə yekun məhkəmə aktının çıxarılmasını gözləmədən həmin əmlakı alqı-satqı yolu ilə özgəninkiləşdirmişdir” kimi qənaətə gələrkən, qanunvericiliyin tələblərini pozmuş, alqı-satqı müqaviləsi bağlanarkən mübahisəli ev qanuni qüvvəsini almış və icraya yönəldilmiş məhkəmə qətna məsi ilə Cavabdeh1 adına rəsmiləşdirilməsini, sonra isə ona satmasını nəzərə almamışdır.
30. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı, “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, Mülki Məcəllənin 149.2, 181, 182 və 337.1-ci, Mülki Prosessual Məcəllənin 53-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 14*. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
34. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
35. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
36. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
37. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə nota riusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
39. Maddə 337.2. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
40. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
41. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
42. Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
43. Maddə 34*.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
44. Maddə
567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödə məyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh2 şikayəti əsasında tam yoxlanılır. Kassasiya şikayəti birinci instansiya məhkəməsi mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə verilmiş etirazda və işə birinci aşağı instansiya məhkəmələrində baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi i şə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1548/2*23 nömrəli iş üzrə 16 avqust 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmə