Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4396/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4396/2023 (Açar sözlər: qanunsuz inşa edilmiş tikilnin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4314/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Qaz İxrac” İdarəsi Abşeron MQKS tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilən Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının iştirakı ilə tərtib edilən xx.xx.2021-ci il tarixli aktda, Bakı Ərazi Şöbəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli, ********** saylı məktubun icrası ilə əlaqədar olaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində monitorinq aparılmış və SOCAR “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 istismarında olan “Novxanı QPS-Xırdalan QPS” (720 mm, yerüstü) qaz kəmərindən 10 metr aralı məsafədə (39 T 396653,25 4478167,34 saylı koordinatlar) Cavabdeh tərəfindən təxminən 50 kv.m. torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi faktının aşkar edilməsi, tikinti işlərini Cavabdeh Binəqədi rayonu, X1 15 may 2007-ci il tarixli, 674 saylı qərarı əsasında apardığı, həmin ərazinin SOCAR “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 istismarında olan “Novxanı QPS-Xırdalan QPS” (720 mm, yerüstü) kəmərinin mühafizə zonasına yerləşməsinin müəyyən edilməsi qeyd olunmuşdur.
2. X1 xx.xx.2007-ci il tarixli qərarı ilə, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 80 kv.m. torpaq sa həsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Cavabdeh torpağın dəyəri qismində 175 manat ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli “Novxanı QPSXırdalan QPS” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanın dan keçən hissəsində qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evi və yardımçı tikilinin onun hesabına sökülməsi, tikinti malmateriallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” idarəsinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə 39 T 396653.25; 4478167.34 koordinatı üzrə qaz kəmərindən “4.5” metr məsafədə qanunsuz olaraq təyinatı bilinməyən yardımçı tikili ve “10” metr məsafədə fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün xx.xx.2021-ci il tarixli məktubla Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişd ir. Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti öz növbəsində 10 noyabr 2021-ci il tarixli 04/13-xx-xx/2427 nömrəli cavab məktubunda məsələyə dair münasibət bildirərək göstərmişdir ki, qeyd olunan fakt öz təsdiqini tapmışdır. Məktubda qeyd edilir ki, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikiliyə hər hansı bir icazə sənədi verilməmişdir. Qeyri-qanuni aparılmış tikinti işləri ilə əlaqədar vətəndaşa aidiyyəti qurumlardan müvafiq rəyin alınmasının, qaz kəmərinin mühafizə zonasının bərpasının və qanunsuz tikintinin sökülməsinin təmin edilməsi barədə ciddi xəbərdarlıq edilmiş və gələcəkdə bu kimi halların baş verməməsi üçün ərazi nəzarətə götürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyətinin cavab məktubunda qeyd edilir ki, eyni zamanda sözügedən tikili ilə bağlı qanunamü vafiq tədbirlərin görülməsi məqsədilə məhkəməyə və ya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müraciət edilməsi məqsədǝmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22 noyabr 2021-ci il tarixli **********45 saylı cavab məktubunda bildirilir ki, cavabdehə ayrılmış 80 kv.metr torpaq sahəsinin təqribən 50 kv.metr hissəsində fərdi yaşayış evinin inşa edilməsi faktı təstiqini tapmışdır. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının tərtib etdiyi 04 noyabr 2021-ci il tarixli aktda qeyd edilir ki, 39 T 396653.25; 4478167.34 koordinatı üzrə Cavabdeh tərəfindən təqribən 50 kv.metr torpaq sahəsində tikinti işləri Abşeron Magistral X4 balans ve istis marında olan 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında aparılır. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanında, qaz kəmərinin mühafizə zonasında 39 T 396653.25; 4478167.34 koordinatı üzrə qanunsuz olaraq tikinti işləri aparan X3 onun tərəfindən inşa edilən tikilinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də, o xəbərdarlıq məktubunu qəbul etməmişdir. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə küt ləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tiki li onun öz hesabına sökülməlidir.
5. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7724 saylı ekspert rəyinə əsasən, baxış zamanı təqdim olunan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanında cavabdeh tərəfindən inşa olunmuş qaraj tikilisinin və talvar tikilisinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli, “Novxanı QPS-Xırdalan Qps” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərindən müvafiq olaraq 6 metr və 10 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin qaraj və talvar tikililərinin “Qaz Təchizatında mühafizə onaları və təhlükəsilik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarının 2.7-ci bəndinin tələblərinə əsasən yerüstü magistral qaz xəttinin mühafizə onasında inşa edildiyi müəyyən olunmuşdur.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərk izahatında bildirmişdir ki, torpağı 2007-ci il tarixində X1 qərarı əsasında almışdır. Həmin torpaq sahəsində ev və qarj tikmişdir. Ev mühafizə kəmərindən 20-25 metr, qaraj isə 6 metr məsafədə yerləşir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-175/2023 nömrəliı, 04 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia tələbi rədd edilmiş dir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikililər qaz kəmərinin mühafizə zonasının hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olsa da, cavabdehin və ailəsinin uzun müddət yaşayış yeri olduğundan mübahisə predmeti olan tikililərin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Məhkəmə qeyd olunanaları nəzərə alaraq hesab etmişdir ki, iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsi qeyri-mümkündür.
9. Birinci instansiya məhkəməsi mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitu siyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4, 1096.1, 1096.2, 1108.1, 1108.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109, 110, 111-ci maddələrinə, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2-ci maddəsinin 7-ci bəndinə, 2.23-cü bəndinə, “Qaz təchizatı haqqında” AR qanununun 19-cu maddəsinin birinci bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Əhmədovanın Azərbaycana qarşı işi üzrə 18 noyabr 2021-ci il tarixli qərarın eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1. və 217.4-cü maddələrinə istinad etməklə əsas landırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən inşa edilən yardımçı tikili (qaraj) və fərdi yaşayış evi qaz kəmərinin mühafizə zonasının daxilindədir. Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi döngə 9 ünvanında cavabdeh – Cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 istismarında olan 720 mm diametrli yüksək təzyiqli yerüstü “Novxanı QPS-Xırdalan QPS” magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 4.5-10 metr məsafədə tikililər inşa edilmişdir. Həmin tikili m agistral qaz kəmərinin həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd etdikləri bu halların heç birini nəzərə almamışdır. Sözügedən tikililərin magistral qaz kəməri üçün təyin olunmuş mühafizə zonasında inşa edilməsi faktı Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli 10/7724 nömrəli rəyində təsdiq olunsa belə Binəqədi Rayon Məhkəməsi, Binəqədi rayonu, X1 xx.xx.2007-ci il tarixli 674 saylı, Cavabdeh yaşayış evi inşa etməsi üçün verdiyi Bələdiyyə Qərarını əsas gətirərək iddia tələbi təmin etməmişdir. Birinci instansiya məhkəməsinin 04 may 2023-cü il tarixli Qətnaməsinin 7-ci hissəsində yazılır ki, X1 xx.xx.2007-ci il tarixli 674 saylı qərarın a əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisində istifadəsində olan 80 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Lakin, qeyd edilən 80 kv.metr torpaq sahəsinin Binəqədi rayonu Binəqədi qəsəbəsinin hüdudları ərazisində hansı koordinatda yerləşməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Eyni zamanda sonuncu məhkəmə iclası zamanı cavabdeh tərəfindən yaşayış evinin tikintisi ilə əlaqədar torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı təqdim edilsə də qaraj tikilisinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən inşa etdiyi nə yaşayış evinə nə də qaraj tikilisinə dair mülkiyyət sənədi əldə edilməmişdir. Cavabdeh tərəfindən inşa edilmiş qaraj tikilisi ilə əlaqədar məhkəmə tə rəfindən iddianın qismən təmin edilməsi məsələsinə də baxılmamışdır. Qətnamədə qeyd edilmişdir ki, Binəqədi rayon, X1 xx.xx.2007-ci il tarixli 674 saylı qərarı ilə Cavabdeh ayrılmış 80 kv.metr torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmiş və alğı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. Lakin, nəzərə alınmamışdır ki, həmin magistral qaz kəməri ilə yüksək təzyiqlə təbii qaz nəql edilir. Qeyd edilən magistral qaz kəmərinin təhlükəli mühafizə zonasında yaşayış evi inşa edərək həmin evdə yaşamaq insan həyatı üçün çox təhlükəlidir. Belə ki, qaz sızması, partlayış və yanğın baş verərsə insan tələfatı qaçınılmazdır.
12. Apellyasiya instansiya məhkəməsində məhkəmə kollegiyasının sorğusuna cavab olaraq “Socar” “Qaz İxrac” İdarəsi X6 Kəmərləri Sahəsi tərəfindən g öndərilmiş xx.xx.2023cü il tarixli 14-2-12-7/2-13/2023 saylı məktubunda qeyd olunmuşdur ki, Abşeron Magistral X4 balans və istismarında olan D 720 mm-lik “Digah-Qaradağ” magistral qaz kəmərinin (Novxanı-Xırdalan hissəsi) 1965-1966-cı il tarixindən istismar olunur. Kəmərin uzunluğu 40159 p/m, layihə təzyiqi 25 atm, işçi təzyiqi 12 atm.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4314/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 bala ns və istismarında olan 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanından keçən hissəsində qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş yardımçı tikili – qaraj və talvarın cavabdehin hesabına sökülməsi və tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
14. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi sözügedən evin cavabdehin mənzil sahəsinə ehtiyacını təmin edən vasitə olmaqla onun başqa yaşayış yerinin olması işin halları ilə müəyyən edilməməsi, cavabdeh torpaq sahəsini aldıqdan sonra evin tikintisi üçün v əsait xərcləyərək buna dövlət orqanları da onun hərəkətlərinə göz yummaqla faktiki olaraq razılıq verməsi əsası ilə deyil, rəydə göstərildiyi kimi həmin evin magistral qaz kəmərinin mühafizə zonasında yerləşməməsi əsası ilə hüquqi qiymət verməli idi. Qeyd olunaları nəzrə alaraq məhkəmə hesab etmişdir ki, iddia Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin sökülməsi hissəsinə dair hissədə rədd olunmalıdır.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi qaraj və talvarın sökülməsi hissəsində əsaslıdır. Məhkəmə kollegiyasının “Socar” “Qaz İxrac” İdarəsi Abşeron Magistral X5 ünvanlandığı sorğusuna cavab məktubundan aydın görünür ki, cavabdehin inşa etdiyi talvar və qaraj qaz xəttinin çəkilməsindən sonra tikilmişdir.
16. Məhkəmə kollegiyası yaşayış evindən başqa, birbaşa kəməri n mühafizə zonasında yerləşməsi təsdiq olunan cavabdeh tərəfindən inşa olunmuş qaraj və talvar tikililərinin həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlıqlarına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilməsi kimi iddia dəlilləri ilə razılaşır. Bu dəlillərə əsasən həmçinin sözügedən tikililər həm cavabdehin, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür.
17. Apellyasiya şikayətinin dəlill ərindən biri də odur ki, yaşayış evinin tikintisi ilə əlaqədar torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarları təqdim edilsə də, qaraj və talvar tikilisinə dair heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmiş, həmçinin cavabdeh tərəfindən inşa edilmiş qaraj və talvar tikilisi ilə əlaqədar məhkəmə tərəfindən mülki iddianın qismən təmin edilməsi məsələsinə də baxılmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, göstərilən əsaslardan cavabdeh tərəfindən inşa olunmuş qaraj tikilisinin və talvar tikilisinə onlar özbaşına tikili statusuna malik olmaqla mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsində olduğundan müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti no rmalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməsinə dair iddia tələbləri də əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi - qaraj və talvarın sökülməsi hissəsində əsaslı olmuşdur.
18. Apellyasiya instansiya məhkəməsi mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsi, 43-cu maddəsinin İ hissəsi, 71-ci maddəsinin İİ hissələrinə, Mülki Məcəllənin 139.1, 139.3, 1391.1, 159, 180.1, 180.2, 180.3, 1804-cü maddələri, Torpaq Məcəlləsinin 109, 110, 111.1-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 103.1, 106.1, 206.1, 217.3, 218.1, 218.3, 384.0.2 və 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
19. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tamamilə təmin edilməsi barədə yeni qərar qəbul olunmasınıi xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsinin dəliillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna sə lahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmə iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər.
21. Hazırkı işdə, cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, yəni, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi döngə 9 ünvanında cavabdeh – Cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 istismarında olan 720 mm diametrli yüksək təzyiqli yerüstü “Novxanı QPS-Xırdalan QPS” magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 4.5-10 metr məsafədə inşa edilmişdir. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi döngə 9 ünvanında yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikililər qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni magistral qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yüksək təzyiqli, yerüstü magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, cavabdehi n öz ailəsi və ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir.
22. İşin mübahisəli halı bundan ibarətdir ki, həmin tikili qaz kəmərinin mühafizə zonasının daxilindədir. Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi döngə 9 ünvanında cavabdeh – Cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 istismarında olan 720 mm diametrli yüksək təzyiqli yerüstü “Novxanı QPS-Xırdalan QPS” magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 4.5-10 metr məsafədə tikililər inşa edilmişdir. Həmin tikili magistral qaz kəmərinin həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır.
23. Mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
24. Maddə
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdi r.
25. Maddə
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
26. Maddə
71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərd ə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
29. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
30. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan tor paq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
33. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanın a bilməz.
34. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
35. Maddə
109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir.
36. Maddə
110. Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasın ın Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
37. Maddə 111. 1-ci bənd. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İkinci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Üçüncü bəndinə əsasən Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 7 7.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaq cadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kolleguyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, b u barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəli lləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
56. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac ” İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4314/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.