Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4399/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4399/2023 (Açar sözlər: ümumi istifadədə olan torpaq sahələrinə olan maneələrin aradan qaldırılması, tikililərin sökülməsi və zəbt edilmiş yolun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qeyri- qanuni hərəkətlərə son qoyulması, tikililərin sökülməsi və zəbt edilmiş yolun açılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-41/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-168A KOD60913038 nömrəli şəhadətnaməyə əsasən Ağdam rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1999-cu il tarixli 22 nömrəli qərarı ilə Cavabdeh2, X8, X9, X4, Cavabdeh1, X3 və X1 mülkiyyətinə Ağdam rayonu Çullu kəndində yerləşən 0,53 ha torpaq sahəsi verilmişdir.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X6 təşkili üzrə Dövlət Agentliyinin 17 iyun 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 və digərlərinin iştirakı ilə CPS vasitəsi ilə ölçmə işləri aparılan zaman 0,064 ha torpaq sahəsinin zəbt olunması faktı müəyyən edilmişdir.
3. Ölüm haqqında şəhadətnaməyə əsasən, Cavabdeh2 30 avqust 2020-ci il tarixdə Ağdam rayonunun Çullu kəndində ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qeyri-qanuni hərəkətlərə son qoyulması, tikililərin sökülməsi və zəbt edilmiş yolun açılması” tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin qonşuluq hüququnun pozmaların a və qeyri-qanuni hərəkətlərinə son qoyulması, eləcədə qanunsuz tikilin sökülməsi və zəbt edilmiş kəndlər arası yolun açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə qonşuluqda yaşayırlar. Yaşadıqları küçədə kənd arası yol mövcud olmuşdur. Cavabdehlər birgə yaşayış qaydalarını pozaraq yolun bir hissəsini zəbt edərək çəpərləmişlər. X13 evinin arxa tərəfindən çəpər 4 metr yola tərəf çəkilmiş və yol daradılmışdır. Kəndin ümumi istifadəsində olan yolun sağ tərəfindən 6 metr yola tərəf 75 metr uzunluğunda dəmir tor çəkilmiş və yol 6 metr daralmışdır. Həyət darvazalarından yola tərəf 4,5 metr enində 18 metr uzunluğunda tövlə tikilmiş və yol 4,5 metr hissədə zəbt olunmuşdur. Cavabdehlər 15 noyabr 2019-cu il tarixdə yenidən həyət darvazasını tövlənin bərabərliyində quraşdıraraq, hasar çəkməklə bir daha yolu daraltmışlar. Dəfələrlə cavabdehlərdən maneənin aradan qaldırılmasını xahiş etsələr də sonuncular heç bir məhəl qoymamışlar və öz hərəkətlərinə davam etdirmişlər.
6. İddiaçılar iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, əvvəlki su arxının bərpa olunması, eləcədə tikilmiş mal-tövləsi, çəkilmiş barı və setka, qoyulmuş darvazanın sökülməsi və əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz olaraq bildirmişdir ki, o, kənd arası yolu zəbt etməmişdir. Qanunsuz heç bir tikili tikməmiş, yalnız birgə mülkiyyətlərində olan 0,53 ha torpaq sahəsinin hüdudları daxi lində, sözügedən küçədə olan digər qonşuların evləri bir sırada tikililəri tikdirdiyini, həmin tikililərin heç kimə, o cümlədən yönü gediş-gəliş hissəsinə heç bir maneəsi olmadığını, həmin mübahisəli ərazinin isə Ağdam rayonu Quzanlı Bələdiyyəsinin mülkiyyətində olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Ağdam Rayon Məhkəməsinin 2(013)-995/2020 nömrəli, 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılara iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da iddiaçılar tərəf bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddianın qanun i əsası olmadığına görə iddia təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4, 216-220, 227, 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
12. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
13. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, bir inci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış və təqdim olunmuş sübutlara qiymət verməmiş, eləcə də şahidlər dindirməmiş, əraziyə baxış keçirməmiş və iş üzrə ekspertiza təyin etməmişdir.
14. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 08 may 2023-cü il tarixli 10/2085 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 23 fevral 2023-cü il tarixli 2-21-46/2-819/2023 nömrəli mütəxəssis rəyinə əsasən Ağdam rayonu Çullu kəndi ərazisində yerləşən mübahisəli ərazinin sərhədləri “GPS” vasitəsilə ölçülərək “TEKUİS” məlumat bazası ilə müqayisə edilmişdir. Ağdam rayonu Çullu kəndində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 inşa etdikləri mal-tövləsinin 2,5 kv.m. hissəsi, barı və setkanın isə 132 kv.m. hissəsinin ümumi istifadədə olan yolda inşa edildiyi müəyyən edilir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-41/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi) Ədil Məmmədov və Fikrət Mehtiyev) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-995/2020 nömrəli, 26 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçıların cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-qanuni hərəkətlərə son qoyulması, tikililərin sökülməsi və zəbt edilmiş yolun açılması tələbinə dair iddia qismən təmin edilmiş, ümumi istifadədə olan yola və su arxına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneənin aradan qaldırılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ümumi istifadədə olan yolda inşa etdikləri mal-tövləsinin 2,5 kv.m. hissəsi, 132 kv.m. barı və tor setkanın onların vəsaiti hesabına sökülməsi, eləcə də ümumi istifadədə olan su arxının Cavabdeh2 və Cavabdeh1 vəsaiti hesabına bərpa olunması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təy in etmiş və ekspert qarşısında Ağdam rayonu Çullu kəndində yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 inşa etdirdikləri mal-tövləsi, çəkilmiş barı, tor setkanın ümumi istifadədə olan yolda inşa edilibedilməməsi, eləcədə ümumi istifadədə olan su arxının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən tutulub-tutulmaması barədə sual qoyulmuşdur. Ekspert rəyindən (§14) göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi istifadədə olan yolun bir hissəsini zəbt etmişlər. Sonuncuların inşa etdiyi mal-tövləsinin 2,5 kv.m. hissəsi, barı və setkanın isə 132 kv.m. hissəsi ümumi istifadədə olan yolda inşa edilmişdir. Həmçinin müəyyən olunur ki, ümumu istifadədə olan su arxı da cavabdehlər tərəfindən doldurulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlillər i hazırkı işin hallarına münasibətdə qismən əsaslı olduğundan şikayət qismən təmin edilməlidir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.4, 170.1, 170.2, 175-ci maddələri, Torpaq Məcəlləsinin 18.2, 20, 47, 49-cu maddələri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 87.2, 88, 124.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
18. Qətnamədən Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərdən olan Cavabdeh2, yəni onun atası xx.xx.2020-ci il tarixdə vəfat etməsinə və bununla bağlı “vərəsəlik haqqında şəhadətnamə” almamağına baxmayaraq mərhum atasını və cavabdeh olmadığı halda ondan apellyasiya şikayəti verilmiş işə baxan məhkəmə isə bu hallara fikir vermədən qətnamə qəbul etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN168A KOD60913038 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1999-cu il tarixli 22 nömrəli qərarı ilə Cavabdeh2, X8, X9, X4, Cavabdeh1, X3 və X2 Ağdam rayonu Çullu kəndində yerləşən 0,53 ha torpaq sahəsi verilmişdir.
20. O, kənd arası yolu zəbt edilməmiş, qanunsuz heç bir tikili tikilməmiş, yalnız birgə mülkiyyətlərində olan 0,53 ha torpaq sahəsinin hüdudları daxilində, sözügedən küçədə olan digər qonşuların evləri ilə bir sırada tikililər tikdirilmiş, həmin tikililərin heç kimə, o cümlədən yolun gediş-gəliş hissəsinə heç bir maneəsi olmamışdır. Həmin mübahisəli ərazi isə Ağdam rayonu Quzanlı Bələdiyyəsinin mülkiyyətində olmuşdur. İşə baxan Gəncə Apellyasiya Məhkəməsi sadəcə olaraq məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının verdiyi izahatında qeyd etdiklərini əsas gətirərək apellyasiya şikayətini qismən təmin etmişdir.
21. Ağdam Rayonu İmamqulubəylu kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilən arayışa əsasən o, təsərrüfat başına uçot kitabında ayrı təsərrüfat kimi qeydiyyatdadır. Ağdam Rayonu Quzanlı Bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan da göründüyü kimi mərhum atası - Cavabdeh2 həyətyanı torpaq sahəsinin genişləndirilərək yolun darlaşdırılması və su arxının fəaliyyətinə mane olan hallara rast gəlinməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı iddiaçılar yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
23. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növünd ə ola bilər.
24. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunvericilik lə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
28. Maddə 170.1. İkitərəfli təsirl ərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
30. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafel ər nəzərə alınmalıdır.
31. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
32. Maddə 18.2. Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.
33. Maddə
20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.
34. Maddə
47. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydan larının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
35. Maddə 49 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vər əsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
36. Maddə
110. Torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
37. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
38. Maddə
2. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
39. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə mürac iət etdiyi hallarda məhkəmədə iş başlanılır.
40. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
41. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
42. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Hakim. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
51. Maddə 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-c u maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, apellyasiya instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verildiyi, bununla belə işə apellyasiya icraatı qaydasında baxılanadək iş üzrə cavabdeh kimi qeyd olunmuş Cavabdeh2 ölməsinə baxmayaraq, məhkəmə tərəfindən həmin şəxs barəsində icrası məcburi olan yekun məhkəmə aktı qəbul edilərkən prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
60. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iş üzrə cavabdeh kimi qeyd olunmuş Cavabdeh2 apellyasiya instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktının qəbul edildiyi 05 iyun 2023-cü il tarixə qədər, yəni 30 avqust 2020-ci il tarixdə ölmüşdür. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi həmin cavabdehə münasibətdə də iddia tələbinə baxaraq mülki iş üzrə yekun nəticəyə gəlmişdir.
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütü n fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.
62. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında mərhum Cavabdeh2 adına vərəsəlik işinin açılması haqqında hər hansı sübut mövcud deyildir.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası Cavabdeh1 münasibətdə həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndir mək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Cavabdeh1 iddia tələbinə qarşı etirazını əsaslandırmaq üçün sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmişdir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsini n məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 münasibətdə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tə tbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
68. Bu səbəbdən, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilərək, ona münasibətdə iddia tələbi üzrə icraata xitam verilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-41/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin. Cavabdeh2 müna sibətdə iddia tələbi üzrə icraata xitam verilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-41/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.