Məhkəmə qərarları › İş №2(102)-440/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-440/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-440/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Göygöl rayon Toğanalı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bunun əsasında verilmiş çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İd diaçı4 cavabdehlər Cavabdeh1, Göygöl rayon Toğanalı bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bunun əsasında verilmiş çıxarışın ləğvi, tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-36/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə 26 fevral 2024-cü il tar ixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Torpağın mülkiyyət verilməsinə dair JN-212A KOD50810018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə X8, İddiaçı2, İddiaçı1 və İddiaçı4 Xanlar rayonu Toğana kənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsi verilmişdir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 noyabr 2018-ci il tarixli çıxarışın və 01 noyabr 2018-ci il tarixli A seriyalı 326159 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Göygöl rayonu Toğanalı bələdiyyəsinin xüsusi mülkiyyətindədir.

3. Daşınmaz əmlakın 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli aqlı-satqı müqaviləsinin surətindən görünür ki, Göygöl rayon Toğanalı bələdiyyəsi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 500 kv metr hissəsini Cavabdeh1 satmışdır.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın və 11 mart 2019-cu il tarixli A seriyalı 346887 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2019-cu il tarixli 2(104)-1462 nömrəli qətnaməsinin surətindən görünür ki, X4 miras qalmış JN-212A KOD 508100 18 Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,10 ha torpaq sahəsinin ona düşən ¼ hissəsinə hər bir vərəsənin 1/24 hissədə payı müəyyən edilməklə, ümumilikdə Cavabdeh1 1/24 hissə, X2 1/24 hissə, X3 1/24 hissə, İddiaçı2 İsrəfil qızının 7/24 hissə, İddiaçı1 İsrəfil qızının 7/24 hissə və İddiaçı4 İsrəfil oğlunun 7/24 hissədə müəyyən edilmişdir. Goygöl rayonu Toğanalı kəndində yerləşən və X4 miras qalmış fərdi yaşayış evinə Cavabdeh1 1/6 hissə, X5 1/6 hissə, X3 1/6 hissə, İddiaçı2 İsrəfil qızının 1/6 hissə, İddiaçı1 İsrəfil qızının 1/6 hissə və İddiaçı4 İsrəfil oğlunun 1/6 hissədə payları müəyyən edilmişdir.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 noyabr 2020-ci il tarixli çıxarışın və Fərdi yaşayış evinin 05 noyabr 2020ci il tarixli **********93-10302 nömrəli texniki pasportunun surətindən görünür ki, Göygöl rayonu Toğana kəndində yerləşən 62,4 kv metr tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi Cavabdeh1, 62,4 kv metr tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi X2, 62,4 kv metr tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı4 İsrafil oğlunun, 62,4 kv metr tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı1, 62,4 kv metr tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 7/24 hissəsi İddiaçı2 və 62,4 kv metr tikilinin 1/6 hissəsi və 0,10 ha torpaq sahəsinin 1/24 hissəsi X3 xüsusi mülkiyyətindədir.

7. Göygöl rayon İcra Hakimiyyətinin 14 yanvar 2022-ci il tarixli 03 nömrəli sərəncamı ilə X7 qardaşı İddiaçı4 və bacıları İddiaçı3, eləcədə İdd iaçı1 qəyyum təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Toğanalı kənd bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bunun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli qərarı olə onlara verilmiş torpaq sahəsinin zəbt edilmiş 0,05 ha üzərində tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd o lunan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 Göygöl rayonu (keçmiş Xanlar rayonu) Toğana kəndində yerləşən 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində yerləşən köhnə tikilmiş yaşayış evində yaşayırlar, lakin onların xəbəri olmadan torpaq sahəsinə dair Cavabdeh1 ilə Göygöl rayonu Toğanalı bələdiyyəsi arasında 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və çıxarış verilmişdir. Halbuki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmadığından sata bilməzdi. Cavabdeh qanunsuz olaraq mübahisəli torpaq sahəsini zəbt edərək tikinti işlər aparır.

10. Birinci instansiya məhk əməsində Cavabdeh1 iddianı qəbul etməyərək izahtında göstərmişdir ki, 0,05 ha torpaq sahəsini Xanlar rayon Aqrar İslahat Komitəsinin xx.xx.1997-ci il tarixli qərarı ilə iddiaçılara verilmiş 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşmür və həmin torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. İddianın rədd olunmasını xahiş edir.

11. Goygöl Rayon Məhkəməsinin 2(066)-354/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı tərəflərin təqdim etdikləri sübutları sadaldamış, sonda hazırkı işə aidiyyatı olmayan, U.Ağayevanın cavabdehlər X9 və X10 və qeyrilərinə qarşı iddiası üzrə müəyyən edilmiş hallara əsaslanmışdır.

13. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 140, 144.1, 152.1, 337.1, 337.5, 360.1, 389.1 və 567-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə hərtəfli, tam və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Onların adlarına tərtib olunmuş vərəsəlik qaydasında verilən çıxarış ləğv edilmiş və torpaqğın mülkiyyətə verilməsinə dair şəhadətnamə əvvəlki vəziyyətinə qayıtmışdır. Buna baxmayaraq Cavabdeh1 Göygöl rayonu Toğanalı bələdiyyəsindən 0,05 ha torpaq sahəsi almış və həmin torpaq sahəsi əvvəlki hüquqi vəziyyətinə qaytarılmış şəhadətnamənin koordinatları ilə üst-üstə düşür və eynilik təşkil edir. Buna baxmayaraq birinci instansiya məhkəməsinin icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilməmiş və koordinatların üst-üstə düşüb-düşməməsi araşdırılmamışdır.

16. Apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki və torpaqşünaslıqyerquruluşu ekspertizaları təyin olunmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli 10/6819 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfində n tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən cavabdeh tərəfin naturada təqdim etdiyi mübahisəli fərdi yaşayış evi **********09 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur.

17. İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 mart 2023-cü il tarixli məktubunda isə qeyd olunmuşdur ki, **********09 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,05 ha (500,0 kv metr ) torpaq sahəsinin 358 kv metr qədər hissəsi JN-212A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də göstərilən 0,10 ha (1000 kv metr ) torpaq sahəsində yerləşir.

18. Ədliyyə Nazirliyi Məhkəmə Eksp ertizası Mərkəzindən alınmış 09 avqust 2023-cü il tarixli 10/2709 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 23 iyun 2023-cü il tarixli 321-3-33/2-5741/2023 nömrəli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD50810018 nömtəli şəhadətnaməyə əsasən X8, İddiaçı2, İddiaçı1 və İddiaçı4 İsrəfil oğlunun mülkiyyətinə verilmiş Xanlar rayonu Toğana kənd ərazisində yerləşənvə torpaq islahatı əsasında mülkiyyətə verilmiş torpaqlara dair adlı siyahıda və ərazinin kompleks yerquruluşu layihəsində mövcud olan 0,10 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2 019-cu il tarixli RX serialı ******* nömrəli çıxarışa əsasən (Göygöl rayonu Toğanalı kənd bələdiyyəsi tərəfindən 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satılan 500 kv metr torpaq sahəsi) Cavabdeh1 xüsusi mülkiyyətində olan Göygöl rayonu Toğana kənd ərazisində yerləşən 0,05 ha torpaq sahəsi müəyyən hissədə üst-üstə düşür; Rx seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0,05 ha (500 kv metr ) torpaq sahəsinin 358 kv metr qədər hissəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-212A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0,10 ha (1000 kv metr ) torpaq sahəsində yerləşir; Cavabdeh1 İsrafil oğlunun inşa etdirdiyi fərdi yaşayış evi torpaqların üst-üstə düşən hissəsində inşa edilmişdir.

19. Gəncə Apellyasiya Məhkəmə si Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-36/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehdiyev) apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi, Göygöl rayon Toğanalı bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli aqlı-satqı müqaviləsi qismən, yəni 358 kv metr torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh1 İsrafil oğluna verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış qism ən, yəni 358 kv metr aid hissədə ləğv olunması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsasən hesab etmişdir ki, Göygöl rayon Toğanalı bələdiyyəsi tərəfindən cavabdeh X1 0,05 ha torpaq sahəsinin 358 kv metr qədər hissəsi JN-212A KOD50810018 nömtəli şəhadətnaməyə əsasən X8, İddiaçı2, İddiaçı1 və İddiaçı4 İsrəfil oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdüdları daxılində olan torpaq olduğundan Göygöl rayon Toğanalı bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli aqlı-satqı müqaviləsi qismən, yəni 358 kv metr torpaq sahəsinə dair hissədə etibarsız hesab olunmalıdır.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 iddia əriz əsində alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 İsrafil oğlunun adına verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsini qeyd etsələrdə, apellyasiya icraatı zamanı İddiaçı2 və onun vəkili Fuad Əhmədov ərizə verərək çıxarışın etibarsızlığı dedikdə onun ləğvini nəzərdə tuduqlarını bildirmışlər. Alqısatqı müqaviləsi 358 kv metr torpaq sahəsinə aid hissədə etibarsız hesab edildiyindən kollegiya hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh1 İsrafil oğluna verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış qismən, yəni 358 kv metr aid hissədə ləğv olunmalıdır.

22. Apellyasiya məhkəməsi Cavabdeh1ov Həsən İsrafil oğlunun inşa etdirdiyi tikilinin sökülməsinə münasibə tdə isə hesab edib ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2019-cu il tarixli 2(104)-1462 nömrəli qətnaməsi ilə Goygöl rayonu Toğanalı kəndində yerləşən və X4 miras qalmış fərdi yaşayış evinə Cavabdeh1 1/6 hissə, 0,10 ha torpaq sahəsinin ¼ hissəsinə olan miras əmlakda isə isə hər bir vərəsənin payı 1/24 hissə olmaqla, ümumilikdə Cavabdeh1 1/24 hissə, X2 1/24 hissə, X3 1/24 hissə, İddiaçı2 İsrəfil qızının 7/24 hissə, İddiaçı1 İsrəfil qızının 7/24 hissə və İddiaçı4 İsrəfil oğlunun 7/24 hissədə paylar müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı da müəyyən olunmuşdur ki, miras əmlaklarda vərəsələrin payı müəyyən olunsada, naturada bölgü aparılmamışdır.

23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 139.1, 140, 141.1, 141.3, 152.1, 152.5, 157.1, 238.1, 337.1, 337.2, 337.3 və 337.4-cu və MPM-nin 14.1, 77.1, 87.2, 88 və 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 İsrafil oğlu (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni Cavabdeh1 İsrafil oğlu ilə Toğanalı bələdiyyəsi arasında bağlanmış AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsinin qismən, yəni 358 kv metr torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməsi və ona verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı № ******* nömrəli çıxarışın qismən, yəni 358 kv metr aid hissədə ləğv olunm asına dair hissədə ləğv edilməsini, birinci instansiya məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-354/2020 saylı qətnaməsinin qüvvədə saxlanılmasını və 150 manat ekspertiza xərcinin iddiaçılardan tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnaməsi maddə və prosessual hüququ normalarının pozulması ilə qəbul edilmiş, iddianı qismən təmin edərkən iddiaçıların mülkiyyəti kimi göstərdiyiyi 0,10 ha torpaq sahəsinin 1/24 hissəsinin ona məxsus olduğunu nəzərə almamışdır. Həmçinin reyestr xidmətinin nümayəndəsininməhkəmə iclaslarına dəvət olunması, olunması barədə vəsatətləri əsassız olaraq təmin olunmamış, bələdiyyə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və ona satılmış 500 kv metr torpaq sahəsinin iddia çılara məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsinin mümkünsüzlüyünü, bu baxımdan ekspert rəylərinin oby ektiv olmadığını diqqətdən qaçırmışdır.

26. Cavabdeh İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi (vəkili Vəkil2) ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Göygöl rayon Toğanalı bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı 0737648nömrəli aqlı-satqı müqaviləsinin qismən, yəni 358 kv metr torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh1 İsrafil oğluna verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı **** *** nömrəli çıxarışın qismən, yəni 358 kv metr aid hissədə ləğv olunması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Toğana kəndində yerləşən 0,05 ha torpaq sahəsini Cavabdeh1 Göygöl rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-27 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı-müqaviləsi əsasında Toğanalı kənd bələdiyyəsindən əldə edilmişdir və həmin müqavilə əsasında onun adına xx.xx.2019-cu il tarixli, **********09 reyestr nömrəli çıxarış verilmişdir. Müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı bir hal aşkar edilməmişdir, 0,05 ha torpaq sah əsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatı hələ də qüvvədədir. Məhkəmə həmçinin torpaq sahələrinin üst-üstə düşməsi barədə ekspert rəyinə düzgün qiymət verməmiş, nəzərə almamışdır ki, baza məlumatlarına görə 0,05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan sahəyə aiddir. b)

28. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qe ydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

30. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

31. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağ labatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (1, 2 və 5-ci bəndlər).

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. M addə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

41. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə Göygöl rayon Toğanalı bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli aqlı-satqı müqaviləsinin qismən, yəni 358 kv metr torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfində n Cavabdeh1 İsrafil oğluna verilmiş 12 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışın qismən, yəni 358 kv metr aid hissədə ləğv olunması hissəsində mübahisələndirilmişdir, iddianın rədd olunması hissədə məhkəmə aktından kassasiya şikayəti verilməmişdir. İddia tələbinin cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0,05 ha torpaq sahəsi ilə bağlı hüquqi sənədlər ləğv edilməklə 0,10 ha torpaq sahəsin üzərində mülkiyyət hüququnun bərpası olması, 0,05 ha torpaq sahəsinə dair hüquqi sənədlərin qismən ləğv olunması, əsas mübahisənin həmin torpaq sahələrinin naturada üst-üstə düşüb düşməməsi ilə əlaqədar olması nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi bölünməzdir, ona görə kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qətnaməsin in qismən ləğv olunması xahiş edilsə də, məhkəmə aktı bütövlükdə yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdlıraraq hesab edir ki, aşağıdakı əsaslara cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

48. Belə ki, iddianı qismən təmin edən apellyasiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 09 avqust 2023-cü il tarixli 10/2709 nömrəli ekspert rəyinə əsasən hesab etmişdir ki, Göygöl rayon Toğanalı bələdiyyəsi tərəfindən cavabdeh X1 0,05 ha torpaq sahəsinin 358 kv metr qədər hissəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə naturad a üst-üstə düşür, 358 kv metr sahə iddiaçıların mülkiyyətində olan sahənin hüdüdları daxılində olan torpaq olduğundan Göygöl rayon Toğanalı bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli aqlı-satqı müqaviləsi qismən, yəni 358 kv metr torpaq sahəsinə dair hissədə etibarsız hesab olunmalı, müvafiq olaraq cavabdehin adına verilmiş dövlət reyestrindən Çıxarış 358 kv metr aid hissədə ləğv edilməlidir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara, xüsusi ilə iş üzrə təyin yuxarıda göstərilən ekspert rəyinə tam və hərtərəfli baxmamış, düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də yanlış nəticəyə gəlmişdir.

50. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların, (həmçinin cavabdeh də birgə mülkiyyətçidir) ümumi birgə mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin cizgiləri torpaq islahatı ilə əlaqədar 30 yanvar 2006-cı il tarixdə tərtib edilmiş “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnaməyə əsasən müəyyən edilmişdir, sonradan məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsinə və torpaq sahəsində olan yaşayış evinə birgə mülkiyyətçilərdən birindən miras qalmış əmlakın bölgüsü ilə bağlı yenidən paylar müəyyən olunmuş, 05 noyabr 2020-ci il tarixdə yaşayış evinin Texniki pasportu işlənmiş və 0,10 ha həyətyanı torpaq sahəsinin planı da həmin pasportda əks etdirilmişdir.

51. Cavabdehin mülkiyyəti kimi 12 mart 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış 0,05 ha torpaq sahəsi əvvəlcə 02 noyabr 2018-ci il tarixdə Göygöl rayonu Toğa nalı bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, 01 noyabr 2018-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə keçdikdən sonra 11 mart 2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi yenidən sonuncunun adına işlənmişdir.

52. Daşınmaz Əmlakın Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 mart 2023-cü il tarixli məktubunda Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin 358 kv metr qədər hissəsinin iddiaçılara məxsus 0,10 ha torpaq sahəsinin hüdudlarında yerləşməsi göstərilmiş, həmin idarənin mühəndisi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli ekspert rəyində də iddiaçılara və cavabdehə məxsus torpaq sahələrinin 358 kv metr qədər hissəsinin üst-üstə düşməsi göstərilmişdir.

53. Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2023-cü il tarixli rəyinin verilməsi üçün əsas olmuş Daşınmaz Əmlakın Kadastrı publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 11 may 2023-cü il tarixli mütəxəssis rəyinin torpaq sahəsinin yerləşmə mövqeyi müəyyən edildikdən sonra, kameral şəraitdə ƏMDX-nin elektron baza və ortofoto materialları üzərində tədqiqat aparılması nəticəsində tərtib olunması göstərilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanına, həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respubli kasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun o laraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir.

55. Göründüyü kimi həm iddiaçılara məxsus 0,10 ha, həm də cavabdehə məxsus 0,05 ha sahələrə torpaq sahəsinin planı və ölçüsü sənədləri Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasından və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasından sonra işlənmişdir, cavabdehə məxsus torpaq sahəsi həm də ilk əvvəl bələdiyyənin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Torpaq sahələrinin qismən üs t-üstə düşməsi qənaətinə gələn apellyasiya məhkəməsi göstərilən halları, yəni mübahisənin predmeti olan torpaq sahələrinə dair yerquruluşu sənədlərinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanın icrasından sonra işlənməsini, belə olan halda həmin sənədlər üzrə torpaq sahələrinin sərhədlərinin üstüstə düşməsi ehtimalının olmamasını, ekspert rəyinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-da olan məlumatlara əsasən verilmədiyini nəzərə almamışdır.

56. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəmə si Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, Cavabdeh1 məxsus 0,05 ha torpaq sahəsinin iddiaçılara məxsus 0,10 ha torpaq sahəsinin sərhədlərinin daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək üçün torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-da olan məlumatlara əsaslanan ekspert rəyi alınmalı, bundan sonra toplanmış sübutlara Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-36/2023 nömrəli iş üzrə 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar