Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4401/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1tariat ofisinə, Cavabdeh2 və Həsənova (Yusibova) Sevinc Oqtay qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlaka vərəsəlik hüququ) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil Babaəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-372/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Miras qoyan X2r, o, 04 oktyabr 2008-ci ildə ölmüşdür. Miras kütləsi Salyan rayonu, Qızılağac kəndində yerləşən 0,35 ha torpaq sahəsi 10.12.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Ə.Quliyevanın adına qeydə alınmışdır. Miras qoyanın vərəsələri İddiaçı, Cavabdeh2 və Həsənova (Yusibova) Sevinc Oqtay qızıdır.
2. İddiaçı bildirir ki, 2010-2011-ci illərdə həmin torpaq sahəsində əri Oqtay Həsənovla birgə ev tikmişlər, sonuncu 22 fevral 2015-ci ildə ölmüşdür.
3. Cavabdeh Sevinc Həsənova, Əfruzə Quliyevanın yeganə vərəsəsi kimi torpaq sahəsinə dair notariat orqanından vərəsəlik şəhadətnaməsi əldə etmiş və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır. Salyan Rayon Məh kəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Salyan RİHB-nın Qızılağac kənd İƏÜN-nın vermiş olduğu 22.01.2017-ci il tarixli arayışı, Salyan rayonu 2 saylı Xüsusi notariat kontorunda 27.01.2016-cı il tarixdə reyestrdə 2-v29 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və DƏDRX tərəfindən 26.10.2016-cı il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarış ləğv edilmişdir.
4. Hazırkı işdə İddiaçı miras əmlakla bağlı aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1tariat ofisi, Cavabdeh2 və Həsənova (Yusibova) Sevinc Oqtay qızına qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət ed ərək, Salyan rayonu, Qızılağac kəndində 0,35 ha torpaq sahəsinə mirasın qəbul edilməsi ilə əlaqədar şəhadətnamənin verilməsi, torpağın naturada bölünməsi və özü tərəfindən tikilinin ona aid torpaq sahəsinə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən 0,35 ha torpaq sahəsi anası X3 mülkiyyətində olmuşdur. Anası 04 oktyabr 2008-ci ildə vəfat etmişdir. Mübahisəli torpaq sahəsində özü və əri 2010-2011-ci illərdə ev tikdirmişlər. Onunla heç bir qohumluq əlaqəsi olmayan Tünzalə və Sevinc ona məxsus olan torpaq sahəsini və torpaq sahəsində inşa olunmuş evi əlindən almaq istəyirlər. Sevinc icra nümayəndəsindən Ə.Quliyevanın yeganə vərəsəsi olması barədə arayış almış və həmin arayış əsasında notari atdan qanun üzrə vərəsəlik şəhadətnaməsi almış və daha sonra isə reyestrdən həmin torpaq sahəsini öz mülkiyyətinə keçirilməsi barədə çıxarış almışdır. Bundan məlumat aldıqdan sonra Salyan Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 14.02.2017-ci il tarixli qətnaməsi ilə çıxarış ləğv olunmuşdur. Özü 1953-cü ilə anadan olmuş 16 yaşında ərə getmiş, 1968-cı ildən Bakı şəhərinə köçərək orada yaşamışdır. Anası 2008-ci ildə vəfat edənə qədər tək yaşamışdır. Tünzalə Salyan şəhərində stansiyada yaşamış, Sevinc isə 1989-cu ildən Rusiyaya getmiş və orada yaşamışdır. Anası vəfat edəndə Sevinc hətta yas mərasiminə gəlməmişdir. 2012-ci ildə əri Oktay Həsənovdan boşanmışdır. Torpaq və evə görə vergiləri 2017-ci ildən özü vermişdir.
7. Cavabdeh Sevinc Həsənova birinci instansiya məhkəməsinin iclasında bi ldirmişdir ki, 2008-ci ildə anası vəfat etmiş, 2015-ci ildə anasının əmlakına dair sənədləşmə aparmış və daha sonra isə mübahisəli torpaq sahəsini öz adına keçirmişdir. Özü 1989-cu ildə Rusiyaya getmiş, 1994-cü ildə qayıdaraq Bakı şəhərində yaşamışdır. Anası tək yaşamış, öləndə yanında heç kim olmamış və öləndən sonra iddiaçı onun yaşadığı evdə yaşamamışdır. İddiaçının anasından miras qalmış əmlakda heç bir payı yoxdur, o mirası qəbul etməmiş və həmin səbəbdən verdiyi iddia rədd olunmalıdır.
8. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, özü Salyan şəhərində yaşayır, anası vəfat edənə qədər onunla iddiaçı yaşamamış, ölümündən sonra da iddiaçı həmin evdə yaşamamışdır. İddiaçı miras əmlakı qəbul etməmiş, bu barədə şəhdətnamə almamış və mirasa faktiki sahiblik etməm işdir. Odur ki, həmin səbəbdən verdiyi iddia rədd olunmalıdır.
9. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) 12 avqust 2020-ci il tarixli, 2(057)1005/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ərizədə Salyan rayonu, Qızılağac kəndində 0,35 ha torpaq sahəsinin kimdən miras qaldığını və torpaq sahəsinin kimin mülkiyyətində olmasını qeyd etməmişdir. İddianın həmin hissəsi mücərrəd olmaqla, tələbdə konkret olaraq hansı torpaq sahəsinə dair şəhadətnamənin verilməsi qeyd olunmamışdır. Miras əmlaka dair şəhadətnamənin verilməsi məhkəmənin səlahiyyətinə aid olan məsələ olmadığından həmin tələbin təmin olunması barədə qərar qəbul etmək mümkün deyil. Torpaq sahəsində mülkiyyətçilərin payı məlum olmadığından, həmin payın naturada müəyyən ləşdirilməsi mümkün deyil. İddiaçının özü tərəfindən tikilinin ona aid torpaq sahəsinə aid edilməsi tələbi əsassızdır, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı miras əmlakı qəbul etməmiş, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, təqdim etdiyi sübutlar isə miras əmlakın qəbul olunmasını sübut olunması üçün kifayət etmir. Qarşı tərəf də iddiaçının dedikləri ilə razılaşmamışdır. İddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahidlərin ifadələri məhkəmədə araşıdrılımış digər sübutlarla təsdiq olunmadığından və həmin şəxslər ifadələrində birtərəfli qaydada iddiaçının xeyrinə ifadə vermək istəsələr belə, onların dedikləri iddianın təmin olunması üçün kifayət etməmişdir. Şahidlərdən biri icra nümayəndəsi işləyən X6 verdiyi arayışı qeydiyyata almamış, iddiaçının xeyrinə ifadə vermək istədiyi halda, arayışdı hətta iddiaçı ilə ər-arvad kimi yaşamış X7 ölüm tarixini düzgün qeyd etməmişdir. İddiaçı ilə birgə yaşamış O.Həsənovun ölməsi barədə düzgün olmayan arayış verdiyi halda, iddiaçı barəsində digər halların düzgün bildirməsi şübhə doğurur. Ona görə də məhkəmə iddiaçının təqdim etdiyi sübutlara tənqidi yanaşaraq, iddiaçının tələbinin təmin olunmamasını daha əsaslı hesab etmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün notariat orqanına qanunla müəyyən olunmuş müddətdə müraciət etməmiş, miras əmlakın faktiki idarəçiliyinə görə isə məhkəməyə heç bir sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Mirzəyev (sədrlik edən v ə məruzəçi), Q.Kərimov və Z.Babayev) 18 fevral 2021-ci il tarixli, 2(106)-372/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı miras əmlakı qəbul etməsinə istinad etməklə ona vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Cavabdeh1tariat ofisinə ərizə ilə müraciət etmişdir. Cavabdeh1tariat ofisinin xüsusi notariusu 02 iyul 2020-ci il tarixli 02 saylı qərarı ilə mərhum X1 Salyan rayonu, Qızılağac kəndində 0,35 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbulu ilə bağlı vərəsələr arasında mübahisə olması, mirasqoyan X1 04.10.2008-ci ildə ölməsi il ə mirasın açılması, lakin vərəsə İddiaçı mirasın qəbulu ilə bağlı heç bir sübut təqdim etməməsinə istinad etməklə notariat hərəkətinin aparılmasından imtina etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MM-nin 1243-cü maddəsində göstərilir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı vərəsə kimi miras əmlakı faktiki olaraq qəbul edərək, anası Əfruzə vəfat edəndə onun yanında olmuş dəfn etdikdən sonra dəfn mərasimini yola vermiş və mütəmadi olaraq miras əmlakı sahiblik etmiş və əmlakı idarə etmişdir. Lakin Salyan Rayon Məhkəməsi 2(057)-1005/2019 saylı, 12 avqust 2020-ci il tarixli qətnamə ilə bu hallara düzgün qiymət verməmiş qanunsuz qətnamə çıxartmışdır. Cavabdehlər X8 və Cavabdeh2 ifadələrində bildirmişdirlər ki, anaları Əfruzə xanım vəfat edəndə İddiaçı onun yanında olub və onlar analarının Tə hminə tərəfindən guya öldürməsini qeyd etdilər. Göründüyü kimi, İddiaçı anası Əfruzə vəfat etdikdə də onun yanında olmuşdur və sonradan da həmin miras əmlakı istifadə edərək ona sahiblik etmişdir. Lakin məhkəmə qətnaməsində cavabdehlərin bu ifadələri öz əksini tapmamışdır. Məhkəmə araşdırması zamanı şahidlər X5, X6 ifadələrində göstərmişdirlər ki, Əfruzə xanım vəfat edəndən sonra İddiaçı mütəmadi olaraq Salyan rayonu Qızılağac kəndindəki miras əmlaka sahiblik etmiş, əmlakı idarə etmiş, torpaq vergisini ödəmiş, işıq pulu ödəmiş və orda ev tikmişdir və hal-hazırda da İddiaçı mütəmadi olaraq öz evinə gəlir-gedir. Lakin, Salyan Rayon Məhkəməsinin 2(057)-1005/2019 saylı, 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə bu hallara düzgün qiymət verilməmişdir. İddiaçı Salyan rayon 2 saylı xüsusi notari at ofisinə rəsmi müraciət etmiş və ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi xahiş olunmuşdur. Lakin, 2 iyul 2020-ci il tarixli, 02 saylı qərarla notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə qərar çıxartmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
19. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
20. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
21. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
22. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
23. Maddə1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onlar ın prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna ol araq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı anası Əfruzə Quliyevadan miras qalmış Salyan rayonu, Qızılağac kəndində yerləşən 0,35 ha torpaq sahəsinə vərəsəlik hüququnun tanınmasını və payının müəyyən edilməklə ayrılmasını, bu zaman sahədə olan tikilinin ona aid edilməsini istəyir.
33. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, iddiaçı mirası qəbul etdiyini sübuta yetirə bilməmişdir.
34. Halbuki, Salyan Rayon Məhkəməsinin 14.02.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı vərəsə kimi qaldırdığı iddia təmin edildiyi təqdirdə, bu iş üzrə eyni iddiaçının eyni mirası qəbul etmədiyi barədə məhkəmələrin gəldikləri nəticə ziddiyyətli görünür.
35. Kollegiya bildirir ki, məhkəmələr v ərəsəlik mübahisəsinə baxarkən miras əmlak və vərəsələrin hüquqi vəziyyətini dəqiqliklə müəyyən etməli, iş üzrə çıxarılan qətnamə hüquq münasibətlərinə aydınlıq gətirməli və mübahisənin yekun həlli başa düşülən olmalıdır.
36. Hazırkı işdə isə çıxarılmış qətnamədən miras açıldığı andan torpaq sahəsinin kim(lər)in faktiki idarəçilyində olması, hazırda torpaq sahəsinə və üzərindəki tikiliyə kim(lər)in sahiblik etməsi, mirası vərəsələrdən kim(lər)in qəbul etdiyi, həmin əmlakın vərəsəlik hüququ ilə kim(lər)ə keçdiyi, iddia bu əsasla təmin edilmədiyi təqdirdə mübahisənin hansı yekun nəticə ilə həll olunduğu və miras əmlakın hüquqi taleyi aydın olmur.
37. Kollegiya onu da qeyd edir ki, məhkəmələr mirasın qəbulu ilə bağlı müəyyən edilməsi zəruri olan halları tam və hərtərəfli yoxlamamış, işdəki sü butları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişlər.
38. Belə ki, mirasın açıldığı 2008-ci ilin oktyabr ayından etibarən torpaq sahəsinin sahibsiz qaldığı, yoxsa kim(lər)insə faktiki idarəçilyində olması, o cümlədən miras qoyanın vərəsələrinin miras əmlaka hər hansı formada sahiblik edib-etməmələri lazımi qaydada araşdırılmamışdır.
39. İş materiallarında olan, Salyan Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsindən görünür ki, Salyan rayon Qızılağac Bələdiyyəsinin 28.12.2016-cı il tarixli, 152 saylı və Salyan RİHB-nın Qızılağac kənd İDÜN-nin 28.12.2016-cı il tarixli, 117 saylı cavablarına əsasən, 10.04.2008-ci il tarixdən 26.02.2015-ci il tarixədək X4 məxsus əmlakla əlaqədar İddiaçı savayı başqa övladları tərəfindən müvafiq olaraq Qızılağac Bələdiyyəsinə və Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə heç bir müraciət edilməmişdir.
40. Göründüyü kimi, dövlət orqanlarının məlumatlarında mirasın açıldığı 10.04.2008-ci il tarixdən etibarən İddiaçı miras qoyan Əfruzə Quliyevaya məxsus əmlakla əlaqədar müraciət etdiyi bildirilsə də, işə mahiyyəti üzrə baxan məhkəmələr bu müraciətin nədən ibarət olması, İddiaçı müraciətlərinin mirasa faktiki sahibliyi ifadə edib-etməməsi və xüsusatla bağlı digər mühüm hallar araşdırılmamış, həmin məlumatlara müvafiq hüquqi qiymət verilməmişdir.
41. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qə tnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 24, 26, 28). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
42. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-372/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına gö ndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov