Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4401/2023 25.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlu ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı “vərə səlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-14981/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 06 iyun 2000-ci il tarixli vəsiyyətnamənin surətinə əsasən, X14 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mülkünü X30 və X20, 3410/07 nömrəli Əmanət Bankında 27021 hesabdakı əmanətini İddiaçı vəsiyyət etmişdir.
2. X14 14 fevral 2003-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir.
3. İddiaçı mərhum X7 qızıdır.
4. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2-984-2007 nömrəli qətnaməsinə əsasən, X23 adının dəyişdirilib Osman kimi qeyd edilməsi və bu barədə doğum akt qeydində dəyişiklik olunması qət edilmişdir. 5. 24 aprel 2008-ci il tarixli X32 və X10 ərizələrindən görünür ki, onlar mərhum X8 məxsus olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən onlara çatası payı nə faktiki, nə də ərizə əsasında qəbul etməmişlər və bununla əlaqədar məhkəməyə müraciət etməyəcəklər.
6. Cavabdeh2 ərizəsinə əsasən, onun babası X14 14 fevral 2003-cü il tarixdə vəfat etmişdir. O, babasından miras qalmış ünvan 1 saylı fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
7. Gəncə şəhəri, Kəpəz rayonu, Y.Məmmədəliyev küçəsin də mülkiyyətində olan 0,0422 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 52,8 kv metr ümumi yaşayış, 32,9 kv metr köməkçi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 8. 24 aprel 2008-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, 14 fevral 2003-cü il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Cavabdeh2dur. Miras əmlak iki otaq, ümumi sahəsi 85,7 kv metr, yaşayış sahəsi 52,8 kv metr, köməkçi sahə 32,9 kv metr, həyətyanı sahəsi 0,0422 ha olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. 9. 15 iyul 2012-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, 14 fevral 2003 -cü il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır. Miras əmlak Gəncə şəhər 3410/07 saylı ə/kassasında 27021 saylı hesabda olan əmanətdən (faizi ilə birlikdə) ibarətdir.
10. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X13 ərizəsinə əsasən, o, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini satmaq istəmiş və buna görə də, həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir.
11. Gəncə şəhəri, Kəpəz rayonu, Yusif Məhəmmədəliyev küçəsi, 54 ünvanında yerləşən mənzildə 22 yanvar 1954-cü il təvəllüdlü X16, 18 mart 1982-ci il təvəllüdlü X21 və 08 dekabr 1958-ci il təvəllüdlü X19 qeydiyyatdadırlar. 12. **********494, **********495 və **********485 saylı razılıq ərizələrinə əsasən, X21, X19 və X16 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişlər. 13. 06 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X19 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 50000 manat məbləğinə satmış və mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətinə verilmişdir.
14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, ünvan 1 nömrəli evin mülkiyyətçisi Cavabdeh1dur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alı nmışdır.
15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 14 sentyabr 2022-ci il tarixli daşınmaz əmlaka dair arayışın təqdim edilməsi barədə məktuba əsasən, X7 adına ünvan 1 saylı fərdi yaşayış evinə dair (0.0422 ha torpaq sahəsində yerləşən 52.8 kvm, iki yaşayış otaqları, 32.9 kvm köməkçi sahə) 10 aprel 2008-cı il tarixli ********** qeydiyyat çıxarış verilmişdir. Gəncə şəhəri 4 saylı notariat kontorunun 24 aprel 2008-cı il tarixli 2V-1-87 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk Cavabdeh2 adına keçmişdir. Vərəsənin adına 22 avqust 2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin 06 iyun 2022-cı ıl tarixli 4Ə-307 saylı alqı-satqı müqaviləsin ə əsasən bu əmlak Cavabdeh1 satılmışdır. X17 küçəsi, 54 saylı fərdi yaşayış evinə dair 29 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 7diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 06 iyun 2022-ci il tarixli 4Ə-307 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 adına verilmiş 29 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqı nda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
17. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum atası X7 adına olmuşdur. X14 14 fevral 2003-cü ildə vəfat etmişdir. Hələ X1 onun əri yaşadığı evdə qətlə yetirilmiş və bundan sonra o, atasının yanına köçərək, orada yaşamağa başlamışdır. X14 vəfat etdikdən sonra da, o, həmin mülkdə yaşamağa davam etmiş və bununla da, atasından qalmış mirası faktiki qəbul etməklə onu idarə etmişdir. X14 vəfat edən gündən 202 0-ci ilə kimi o, sözügedən miras əmlakda fasiləsiz yaşamışdır. Yəni iddiaçının atası X5 qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktı işin mübahisəsiz halıdır. Lakin o, 2020-ci ildə Qazaxstan Respublikasına qızının yanına qonaq getmiş, sonradan COVİD-19 pandemiyası ilə əlaqədar olaraq sərhədlər bağlanmış və məcburiyyət qarşısında qalaraq 2022-ci ilin iyul ayına kimi orada qalmalı olmuşdur. 2022-ci ilin iyul ayında Azərbaycan Respublikasına qayıdan zaman o, uzun illər yaşadığı sözügedən miras mülkə gedərək, evə daxil olmaq istəsə də, evdən yad adamlar çıxaraq evi aldıqlarını bildirmişlər və onu küçəyə atmışlar. Daha sonra evdə olan əşyalarının taleyini soruşduqda, ona əşyalarının qardaşının evinə yığıldığı bildirilmişdir. Həmin vaxt o, polisə müraciət etsə də, mübahisə mülki xarakterl i olduğuna görə məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Bundan sonra o, sənədləri araşdırmağa başlamış və yalnız araşdırmadan sonra ona məlum olmuşdur ki, Cavabdeh2 hələ 2008-ci ildə onun xəbəri olmadan Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunda təsdiq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bu mülkü öz adına keçirmişdir. Hazırda isə Cavabdeh2 evi Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 06 iyun 2022- ci il tarixli 4Ə-307 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Vərəsəlik zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, o, atası vəfat edən gündən uzun illər ərzində iddiaçı sözügedən miras əmlakda faktiki yaşamaqla onu idar ə etmiş və beləliklə də mirası qəbul etmişdir. Həmin əmlakda onun miras payının olmasına baxmayaraq, ona hər hansı bir pay verilməmişdir. Əksinə Cavabdeh2 hələ atasının sağlığından bu günə kimi Türkiyə Respublikasında yaşayır və mirası hər hansı bir formada qəbul etməmişdir. Hətta vərəsəlik işləri aparılan zaman da özü deyil, miras açıldıqdan 6 il sonra etibarnamə əsasında nümayəndəsi iştirak etmişdir. Bu zaman notariusa başqa vərəsələrin olmaması barədə saxta arayış təqdim edilmişdir. Bununla da, onun mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq, o, miras payından məhrum edilmişdir. Hazırda isə Cavabdeh2 sözügedən mülkü satmaqla, həmin evi tamamilə onun əlindən çıxarmışdır.
18. Birinci instansiya məhkəməsində Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək göstə rmişdir ki, iddiaçı digər tələblərlə yanaşı, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını tələb edir. Digər tələblərin iddiaçının mənafeyinə uyğun həll edilməsinin şərti bu tələbdən keçir. Buna görə də ilk öncə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilib-edilməməsi araşdırılmalıdır. İddia ərizəsinin məzmunu və iddia ərizəsinə əlavə edilmiş notariat işindən açıq-aşkar görünür ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas sənəd 06 iyun 2000-ci il tarixli, 7K-13 nömrəli vəsiyyətnamə olmuşdur. Hazırki vəziyyətdə qeyd olunan vəsiyyətnamə mübahisələndirilmədən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin nə məntiqi, nədəki hüquqi izahı vardır. İddiaçı nın 2022-ci ilin iyul ayında 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən xəbər tutması barədə dəlili tam əsassızdır. Qeyd olunan dəlilin əsassız olmasını sübut etmək üçün 06 iyun 2000-ci il tarixli, 7K-13 nömrəli vəsiyyətnaməyə dönüş etmək lazımdır. Çünki, həmin vəsiyyətnamə məhkəmə tərəfindən həqiqətin müəyyən olunmasında əvəzsiz rol oynayacaqdır. Vəsiyyətnamənin məzmunundan görünür ki, X14 onun vəfat günü ona məxsus olan ünvan 8 ünvanında yerləşən mülkünü X31 və X26, Gəncə şəhəri 3410/07 saylı ə/kassasında 27021 saylı hesabda olan əmanətini isə İddiaçı Mükadim qızına vəsiyyət etmişdir. 15 iyul 2012-ci il tarixdə İddiaçı 06 iyun 2000-ci il tarixli, 7K-13 saylı vəsiyyətnamə əsasında Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kont orundan 2V-1-403 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bu isə o qənaətə gəlməyə əsas verir ki, idiaçının ən azı 2012-ci il tarixdən cavabdehin adına vəsiyyətnamə verilməsindən xəbəri olmuşdur. Əgər vəsiyyətnamədən narazı idisə, həmin vaxt iddia qaldırmalı idi. İddiaçı 10 ildən artıq müddət keçəndən sonra iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. Məhkəmə bu xüsusatı əsas götürməli və iddia müddətini tətbiq etməlidir. İddia tələbində qeyri-müəyyən olan digər hal isə iddiaçının miras payını istəməsi ilə bağlıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, miras əmlakla bağlı hüquqi istinad nöqtəsi vəsiyyətnamədir. Bu isə məcburi pay anlayışını ortaya çıxarır. İddiaçı məcburi payını istəyir və iddia ərizəsində buna dair normalara istinad edir. Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilərkən, hər hansı saxtakarlıq və qanun pozuntusuna yol verilməmişdir. Belə ki, cavabdehin orada pasport qeydiyyatının olması onun miras əmlakını qəbul etməsinin təsdiqidir. İddiaçının isə heç vaxt orada pasport qeydiyyatı olmamışdır.
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, Cavabdeh2 ilə 06 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişdir. Hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. O, evi alarkən, İddiaçı tanımamışdır və hazırda da tanımır. Cavabdeh2 ilə aralarında alqı-satqı müqaviləsi bağlanarkən həmin daşınmaz əmlak üzərində onunla İddiaçı arasında hər hansı mübahisənin olduğundan da xəbərsiz olmuşdur. Yəni iddiaçının qeyd e tdiyi kimi, həqiqətən də Cavabdeh2 adına verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız olsa belə, o vicdanlı sahib kimi heç bir məsuliyyət daşımalı deyil və heç bir qaydada ondan mülk tələb oluna bilməz. Bundan əlavə, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradəsinin və belə iradə ifadəsinin vahidliyi mövcud olmuş, məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Bütün bunlara əsasən mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Buna görə də, etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsi əsasında onun adına alınan mülkiyyət h üququ da qanuni və əsaslıdır. Sonda Cavabdeh1 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
20. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahatında göstərmişdir ki, o, iddiaçının qardaşıdır. 1990-cı ildə o, Türkiyə Respublikasına getmiş, 1995-ci ildə isə Coşqunov Xalis ailəsi və onun atası ilə birlikdə Bursa şəhərinin İnigöl vilayətinə köçmüşlər. Bir il sonra X22 xəstəlikdən vəfat etmişdir. Xalisin vəfatından sonra onun arvadı Coşğunova Mənəmşə X2 onunla birlikdə yaşamaq istəmədiyini bildirərək, onun evdən getməsini tələb etmişdir. Belə olan halda X14 bir müddət onun yanında yaşamışdır. Lakin bir müddət sonra X14 Azərbaycan Respublikasına geri dönmək və vəfat edəcəyi günə qədər orada yaşamaq istədiyini bildirmişdir. Bun a görə də, 1997-ci ildə Mükəddim Azərbaycan Respublikasına geri dönmüşdür. Azərbaycan Respublikasında olduğu müddətdə o, Gəncə şəhəri, Kəpəz rayonu, Yusif Məhəmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin vaxt onunla birlikdə həmin evdə İddiaçı və X18 yaşamışdır. İddiaçı həmin evdə yaşamasının səbəbi 1993-cü ildə onun ərinin öldürülməsi olmuşdur. 14 fevral 2003-cü il tarixdə X14, 2017-ci ildə isə X18 vəfat etmişdir. Onlar vəfat etdikdən sonra Gülfiraz 2020-ci ilə qədər orada yaşamağa davam etmişdir. 2020-ci ildə Gülfiraz Qazaxıstan Respublikasına qızının yanına getmişdir. 2022-ci ildə X11 oğlunun evi satmaq istədiyini bildirmiş və ondan razılıq ərizəsi istəmişdir. O da evin Cavabdeh2 olduğunu hesab edərək, evin satılmasına etiraz etməmişdir. 28 noyabr 2022 -ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinin nümayəndəsi işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 göstərmişdir ki, o, iddiaçının qonşusu olmuşdur. İddiaçı əvvələr Dədə Qorqud küçəsi, ev 40, mənzil 21 ünvanında həyat yoldaşı ilə birlikdə yaşamışdır. Həmin vaxt onlar qonşu olmuşlar və birbirilərinə yaxşı münasibət bəsləmişlər. 1993-cü ildə Gülfirazın həyat yoldaşı naməlum şəxslər tərəfindən həmin mənzildə qətlə yetirilmişdir. Bu hadisədən sonra Gülfiraz psixoloji sarsıntı keçirmiş və həmin mənzildə yaşamağa qorxmuşdur. Ona görə də, o atasına məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. 1997-ci ildə iddiaçının atası X14 Azərb aycan qayıtdıqdan sonra həmin evdə Gülfirazla yanaşı həm atası, həm də bibisi yaşamışdır. İddiaçının atası 2003-cü ildə, bibisi isə 2017-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra da İddiaçı həmin evdə yaşamağa davam etmişdir.
22. X3 göstərmişdir ki, o iddiaçının qonşusudur. İddiaçının əri 1993-cü ildə yaşadığı evdə öldürülmüşdür. Buna görə iddiaçı 1997-ci ildən mübahisəli mənzildə atası və bibisi ilə birlikdə yaşamağa başlamışdır. Onların iddiaçı ilə aralarında yaxşı münasibətlər olmuşdur və mütəmadi olaraq bir-birilərinin evinə qonaq getmişlər. Ona görə də, onun iddiaçının ailəsində baş verən hadisələrdən xəbəri olmuşdur. İddiaçı 2022-ci ildə Qazaxstan Respublikasından qayıtdıqdan sonra ona söyləmişdir ki, Cavabdeh2 qanunsuz şəkildə yaşadıqları evi satmışdır.
23. X9 göstərmişdir ki, o, əvvəllər iddiaçının qonşusu olmuşdur. İddiaçının əri öldürüldükdən sonra, o ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş, bibisi X18 isə onun yanına gələrək, İddiaçı ilə birlikdə yaşamağa başlamışdır. Bir müddət sonra iddiaçının atası da gəlmişdir və artıq onların üçü də bir evdə yaşamışlar.
24. X15 ifadəsində göstərmişdir ki, o, əvvələr iddiaçı Dədə Qorqud küçəsi, ev 40, mənzil 21 ünvanında yaşayarkən onun qonşusu olmuşdur. 1993-cü ildən sonra iddiaçı orada yaşamamışdır. 1997-ci ildən sonra o Şəmkirə köçmüşdür, ona görə də 1997-ci ildən sonra İddiaçı harada yaşadığı ona məlum deyildir.
25. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 mart 2023-cü il tarixli e-2(125)-392/2023 nömrəli qətnaməsi ilə (hakim C.Y.Quliyev) iddia təmin edilməmişdir.
26. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X14 tərəfindən ünvan 1 ünvanında yerləşən mülk X30 və X20, 3410/07 nömrəli Əmanət Bankında 27021 hesabdakı əmanət İddiaçı vəsiyyət edilmiş, İddiaçı 15 iyul 2012-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla həmin pul vəsaitini qəbul etmişdir. Hazırki iddia tələbində isə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X5 qalmış miras kütləsinə daxil olan digər əmlak Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evində payının müəyyən olunmasını xahiş etmişdir. Lakin iddiaçı X5 qalmış mirasın qəbul edilmiş hissəsinə, eləcə də hazırki mübahisə üzrə miras əmlakın (Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinin) dəyəri nə, nəhayət tamamlanmalı olan hissəyə, eləcə də vəsiyyətnamənin etibarsız hesab olunmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, öz iddia tələbinin əsası kimi yalnız qeyd olunan fərdi yaşayış evində yaşamaqla miras əmlakı qəbul etməsinə və Cavabdeh2 2003-2008-ci illərdə Türkiyə Respublikasında yaşaması ilə əlaqədar miras əmlakı qəbul etməməsinə istinad etmişdir. Halbuki, iddianın əsaslılığını sübuta yetirmək və buna dair dəlilləri məhkəməyə təqdim etmək iddiaçının vəzifəsidir.
27. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 2003-2008-ci illərdə Türkiyə Respublikasında yaşasa da Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evini idarə etmək üsulu ilə miras əmlak kimi faktiki qəbul etmişdir. Hətta iddiaçının özü tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan da görünür ki, iddiaçı öz iradəsinə uyğun olaraq, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 adına rəsmiləşdirilməsini təmin etmişdir. Belə ki, iddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində izahat verərkən Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evini atasının və bibisinin ölümündən sonra qardaşı oğlunun (Cavabdeh2) adına keçirtdiyini, 2022-ci ilin may ayında qardaşı oğlunun (Cavabdeh2) həmin evi satmaq istədiyini və bu zaman qardaşı oğluna (Cavabdeh2) evi ona satmasını təklif etdiyini, lakin qardaşı oğlunun (Cavabdeh2) Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evi ni başqa şəxsə satdığını göstərmişdir.
28. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh2 Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən miras əmlakı qəbul etməməsinə dair iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal iddianın təmin olunması üçün əsas deyildir.
29. Məhkəmə hazırkı halda əvvəlcə mirasda məcburi payın mahiyyətinə və məqsədinə, daha sonra isə onun həcminin müəyyənləşdirilməsi qaydasına nəzər salmağı vacib hesab etmişdir. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır. Sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiy i yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fəqli nisbətlərdə paylaşdıra bilməz. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.
30. Məhkəmə qeyd etmişdir ki, məcburi paya dair mübahisəyə baxılarkən əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payını müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulubpozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edibetmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilmə sinə dair» xx.xx.2021-ci il tarixli qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: «Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.» Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun m əcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka «məcburi pay» adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur. Məsələn, qanun üzrə iki vərəsə olan və ******* manat dəyərindəki mirasda 20000 manatlıq avtomobil kənar bir şəxsə vəsiyyət edilmişsə, vərəsələr məcburi payları olan 25000 0 manatdan artıq (490000 manat) dəyərdə əmlak aldıqları halda, onların həmin avtomobilə də şərik olmaları ədalətli olmadığı kimi, miras qoyanın son iradəsinə də ziddir. Bu baxımdan iddiaçı məcburi payının tamamlanmasını tələb etmək üçün ilk növbədə vəsiyyət üzrə ona verilmiş əmlakın ümumi miras kütləsinin 1/10-dən daha az olmasını sübuta yetirməlidir. İddiaçı isə bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində izahat verərkən Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evini atasının və bibisinin ölümündən sonra qardaşı oğlunun (Cavabdeh2) adına keçirtdiyini, 2022-ci ilin may ayında qardaşı oğlunun (Cavabdeh2) həmin evi satmaq istədiyini və bu zaman qardaşı oğluna (X28) evi ona satmasını təklif etdiyini, lakin qardaşı oğlunun (Cavabdeh2) Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evini başqa şəxsə satdığını bildirməsi Cavabdeh2 tərəfindən Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki qəbul edilməsini göstərməklə yanaşı, X5 qalmış mirasın vərəsələr arasında öz iradələrinə uyğun olaraq bölüşdürüldüyünü də göstərir. Digər tərəfdən iddiaçı 15 iyul 2012-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla X14 tərəfindən ona vəsiyyət edilmiş 3410/07 nömrəli Əmanət Bankında 27021 hesabdakı əmanəti qəbul etmişdir. Həmin miras əmlak isə Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2n miras qoyulduğu eyni vəsiyyət namə ilə iddiaçıya vəsiyyət edilmişdir. Buna görə də iddiaçının 15 iyul 2012-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən digər miras əmlak Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 vəsiyyət edilməsindən xəbərdar olmaması ağlabatan deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Beləliklə, məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair əsaslar müəyyən edilmədiyinə görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə bilməz.
31. Məh kəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 34, Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1,1 1166, 1170.1, 1176.1, 1193, 1195, 1201 və 1274-cü, «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli, «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarlarına, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 107, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
34. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1481/2023 nömrəli mülki iş üzrə 20 iyul 2023cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) apellyasiya şikay əti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 7diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissənin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə təmin edilmiş, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 7diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya instansiy ası məhkəməsi müəyyən etmişdir ki, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum atası X7 adına olmuşdur. X14 14 fevral 2003-cü ildə vəfat etmişdir. Hələ X1 iddiaçı atasının yanına köçərək, orada yaşamağa başlamışdır. X14 vəfat etdikdən sonra da, iddiaçı həmin mülkdə yaşamağa davam etmiş və bununla da, atasından qalmış mirası faktiki qəbul etməklə onu idarə etmişdir. X14 vəfat edən gündən 2020-ci ilə kimi iddiaçı sözügedən miras əmlakda fasiləsiz yaşamışdır. Yəni iddiaçının atası X5 qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktı işin mübahisəsiz halıdır. Lakin iddiaçı 2020-ci ildə Qazaxstan Respublikasına qızının yanına qonaq getmiş, sonradan COVİD-19 pandemiyası ilə əlaqədar olaraq sərhədlər bağlanmış və məcburiyyət qarşısında qa laraq 2022-ci ilin iyul ayına kimi orada qalmalı olmuşdur.
36. Həmçinin iş materialları ilə müəyyən edilir ki, X14 tərəfindən ünvan 1 ünvanında yerləşən mülk X30 və X20, 3410/07 nömrəli Əmanət Bankında 27021 hesabdakı əmanət İddiaçı vəsiyyət edilmiş, İddiaçı 15 iyul 2012-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla həmin pul vəsaitini qəbul etmişdir.
37. Məhkəmə hesab etmişdir ki, mərhum X14 xx.xx.2003-cü il tarixdə vəfat etdiyindən, hazırkı iddia tələbinə münasibətdə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
38. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neç əsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, şəxs mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanması əsasında bu hüququnu həyata keçirir.
39. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş fa ktiki hallarından görünür ki, mirasqoyan X7 ölümündən sonra Cavabdeh2 miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (3-6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməməklə, onu idarə etməməklə faktiki olaraq mirası qəbul etməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 mərhumun sağlığında və sonra Türkiyə Respublikasında yaşamışdır.
40. İşin həmin halı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Gəncə şəhər Məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli 33/4912 saylı arayışla da təsdiq edilir. Belə ki, həmin arayışla müəyyən edilir ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2 2003-2008-ci illər ərzində dövlət sərhəddindən hərəkəti barə də İAMAS bazasında xx.xx.2007-ci ildə girişi, xx.xx.2008-ci ildə çıxışı qeydə alınmışdır.
41. İddiaçı isə həmin mülkdə yaşamaqla və miras əmlakı idarə etməklə mirası faktiki olaraq onun qəbul etməsi, işin yuxarıda qeyd edilən halları ilə təsdiq edilmişdir. Göründüyü kimi, cavabdeh miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə rəsmi, nə də faktiki qəbul etmədiyinə görə subyektiv vərəsəlik hüquqlarını itirmişdir. Qanun üzrə vərəsə olan iddiaçı tərəfindən isə miras əmlak faktiki qəbul edilmişdir.
42. Məhkəmə belə olan halda hesab etmişdir ki, iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 7diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tə ləbində haqlı olmuşdur. Ona görə də, həmin şəhadətnamə etibarsız hesab edilməlidir. 06 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X19 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 50.000 manat məbləğinə satmış və mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə Cavabdeh1 daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır.
43. Məhkəmə işin müəyyən olunmuş hallarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, he sab etmişdir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, onunla Gəncə şəhəri 6 saylı notariat ofisində bağlanılmış 06 iyun 2022-ci il tarixli 4Ə-307 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilə və həmin müqavilə əsasında sonuncuya verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız edilə bilməz. Belə ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda isə Cavabdeh1 əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmamış və mənzili əvəzli şəkildə əldə edərək, hüquqlarını q eydə aldırmışdır.
44. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan, iddia tələbinin həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın etibarsızlığı hissəsində də əsassızdır.
45. Məhkəmə iddianın Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi, miras əmlakı alqı-satqı yolu ilə əldə edən Cavabdeh1 əqdə münasibətdə vicdanlı alıcı olduğundan, iddia həmin hissədə təmin edilməməli və iddiaçıya izah edilməlidir ki, cavabdehin etibarsız hesab edilən 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə əldə edib, özgəninkiləşdirdiyi mübahisə edilən mənzillə bağlı, o, vurulmuş ziyanla bağlı Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
46. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
47. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 157 və 337-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinad edilməklə, iddia ərizəsinin və işin hallarına uyğun onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müddəalarını kobud surətdə pozmuş, Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı qeyd edilən məsələlərə hər hansı bir əhəmiyyət verməmiş, iddiaçını mülkiyyətindən məhrum etmişdir. b)
48. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
49. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olm asını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
50. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
51. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
52. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
53. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
54. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
55. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
56. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
57. Maddə 1159.1. Qanu n üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
58. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
59. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
60. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
61. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə et məyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
62. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
63. Maddə 1255. Qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
64. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
65. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnam ə üzrə düşən paya uyğun bölüşdürülür. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı
66. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər ü zrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı
67. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbə bini təşkil etməməlidir.
68. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin 15 sentyabr 2014-cü il tarixli Qərarı
69. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlid ir. Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
75. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
76. Maddə 407.2. Ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən və cavabdehlərin iddianın təmin olunması hissəsindən kassasiya şikayəti verməmələri nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi yalnız iddianın rədd olunması hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
81. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın rədd olunması hissədə hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd olunması hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
82. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasi ya şikayətində də irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Kassasiya instansiya məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, əlavə dəyərləndirməyə zərurət görmür.
83. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd olunmapsı hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Abaşidze Gülfirasz Mukadim qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1481/2023 nömrəli iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsi iddianın rədd olunması hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.