Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4404/2022 07.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, uydurma əqd, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-800/2021 nömrəli iş üzrə 21 yanvar 2021-ci il tarixli qətnaməsin dən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 7 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) 1983-cü ildə rəsmi nikaha daxil olmuşlar.
2. İddiaçı 5 iyun 2018-ci ildə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin satılması, bağışlanmasına etirazının olmaması ilə bağlı notarial qaydada ərizə vermişdir. 3. 16 oktyabr 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. 4. 24 fevral 2019-cu ildə Bakı şəhəri, Pirallahı rayonu,Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsini Cavabdeh2 qardaşı Cavabdeh1 bağışlamışdır.
5. Nikah pozulduqdan sonra iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 25 fevral 2019-cu il tarixli qətnaməyə əsasən iddia tələbi təmin olunmuş, birgə nikah dövründə əldə olunmuş mənzilin və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin ½ hissəsinə onun, ½ hissəsinə isə Cavabdeh2 payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
6. Sonradan iddiaçının keçmiş qaynı və cavabdehin qardaşı olan Cavabdeh1 Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəs i “Avtomobilçi” b/y-nın 275 saylı bağ sahəsinin (bundan sonra – mübahisəli bağ sahəsi) 24 fevral 2019-cu il tarixli müqaviləyə əsasən ona bağışlandığını və bununla da həmin daşınmaz əmlakla bağlı əmlak maraqları yarandığını bildirərək işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktları ilə maraqlarına toxunan şəxs kimi Ali Məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin sədri Mülki Prosessual Məcəllənin 403-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən təqdimat vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi qismən – mübahisəli bağ sahəsində payların müəyyən edilməsi hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışı na göndərilmişdir. Apellyasiya baxışında olan həmin işin icraatı hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli bağ sahəsinə dair cavabdeh ilə Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
8. İddia tələbi onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsinin bağışlanması müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış olsa da, həmin müqavilə tərəflərin iradə ifadəsini əks etdirm əmiş və görünüş üçün bağlanmış, müqavilənin bağlanmasında məqsəd sözügedən əmlakı Cavabdeh1 mülkiyyətinə keçirmək, bununla həmin əmlakı birgə nikah dövründə əldə edilmiş əmlak siyahısından çıxarmaq olmuşdur. Əgər cavabdeh mübahisə predmeti olan bağ sahəsini bağışlamaq niyyətində olsa idi, bunu daha əvvəl edə bilərdi. Beləliklə, onun mübahisəli əmlakın bölünməsi ilə bağlı məhkəmənin icraatında işin olduğunu bildiyi və şəxsən məhkəmə iclasında iştirak etdiyi halda, məhkəmə iclasından bir gün əvvəl həmin əmlakı bağışlamaqda əsl niyyəti hədiyyə alan – Cavabdeh1 zənginləşdirmək olmamışdır. Bundan başqa, Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(011)-2287/2019 №-li qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin məzmunundan görünür ki, o, mübahisəli əmla kın bağışlanmasını şikayətində qeyd etməmiş, şikayətinin dəlillərini bölünmüş əmlakın artıq bağışlanması ilə deyil, iddia ərizəsində göstərilən əmlakların onun şəxsi vəsaiti hesabına alınması ilə əsaslandırmış, apellyasiya şikayətinin qoşmasına bağışlama müqaviləsini əlavə etməmişdir. Eyni zamanda, bağ sahəsinin bağışlanmasına dair məhkəməyə sənəd təqdim etməmiş, bu hal məhkəmə baxışı zamanı müəyyən edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(103)-6155/2019 nömrəli qətnaməsində öz əksini tapmamışdır. 2020-ci ilin iyul ayında isə Cavabdeh1 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmiş və apellyasiya şikayətində göstərmişdir k i, iddiaya baxılan zaman işdə iştirak etməyə cəlb edilməmiş, mülkiyyətində olan mübahisəli bağ sahəsi onun xəbəri və məlumatı olmadan bölünmüşdür. Bağışlama müqaviləsi məhkəmə qətnaməsinin çıxarılmasından bir gün əvvəl bağlanmış, növbəti gün – 25 fevral 2019-cu il tarixdə cavabdeh məhkəməyə ərizə ünvanlayaraq yataq vəziyyətində olduğundan, həmin tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, mübahisəli əmlakın bağışlanması ilə bağlı məhkəməyə məlumat verməmişdir. Bununla da, Cavabdeh2 məqsədi əmlakın bağışlanmasını məhkəmədən gizlətmək olmuşdur. Eyni zamanda, Cavabdeh1 müqavilə bağlanan anda bağışlanan əmlakla bağlı məhkəmə mübahisəsindən xəbərsiz olması inandırıcı deyildir və onun hazırda həmin qətnaməni mübahisələndirməsi əsassızdır.
9. Məhkəmə iclasında cava bdehlərin nümayəndəsi-vəkili iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək bildirmişdir ki, sözügedən bağışlama müqaviləsi 24 fevral 2019-cu il tarixdə bağlanmış, iddiaçı isə iddia ərizəsini 2021-ci ildə təqdim etmişdir. Bununla da, 1 illik iddia müddəti ötmüşdür.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3867/2021 nömrəli iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim:Ramilə Xəzri) iddia tələbi təmin edilmişdir.
11. Məhkəmə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mübahisəli bağ sahəsi tərəflərin birgə nikahda olduqları müddətdə ər-arvadın ümumi vəsaiti hesabına əvəzli əqd əsasında əldə edildiyinə görə ər-arvadın, yəni iddiaçının və cavabdehin ümumi birgə mülkiyyəti hesab olunur. Lakin, sözügedən əmlakın ar vad tərəfindən ərin razılıq ərizəsi əsasında öz qardaşına – Cavabdeh1 bağışlanması barədə müqavilə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığına görə uydurma əqddir.
12. Belə ki, bağışlama müqaviləsi əvəzsiz bağlanan müqavilə olmaqla, mənəvi dəyərlərə malik müqavilədir. Ona görə ki, müqavilə tərəfi kimi hədiyyə verən öz əmlakını digər şəxsə - hədiyyə alana verməklə onu zənginləşdirir, bunun müqabilində isə özü üçün heç bir əvəz almır. Lakin, məhkəmə araşdırması zamanı cavabdehlər arasında bağışlama müqaviləsi bağlanan zaman onların arasında mənəvi dəyərlərə əsaslanan münasibətin olmadığı müəyyən edilmişdir. Belə ki, işin hallarından görünür ki iddiaçı cavabdeh ilə aralarındakı nikah pozulduqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi, eyni zamanda, iddianı təmin etmə tədbiri kimi həmin əmlakların üzərinə həbs qoyulması barədə ərizə ilə məhkəmə müraciət etmiş, bu hərəkətləri ilə də mübahisəli bağ sahəsinə dair vermiş olduğu razılıq ərizəsinin artıq onun iradə ifadəsinə zidd olduğunu nümayiş etdirmişdir. Cavabdeh isə məhkəmə iclasında mübahisəli bağ sahəsinin onun öz vəsaiti hesabına alındığını, iddiaçının həmin bağ sahəsində payının olmadığını, yaşlı vaxtında qardaşı ona baxsın deyə məcbur olub bağ sahəsini sonuncuya bağışladığını bildirmişdir. Cavabdehin qardaşı Cavabdeh1 isə izahatında bacısı ilə münasibətlərinin həmişə yaxşı olduğunu, mübahisəli bağ sahəsinin onun vəsaiti hesabına alındığını, lakin öz adına rəsmiləşdirə bilmədiyindən bac ısı İradənin adına aldığını, bağışlama müqaviləsi bağlamaqla faktiki olaraq öz əmlakını geri qaytardığını bildirmişdir.
13. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh1 bağ sahəsinin onun tərəfindən alınmasına, əgər onun tərəfindən alınmışdırsa öz adına rəsmiləşdirilməsinə mane olan halların nədən ibarət olmasına, bağ sahəsi alınan zaman ailəli olduğu halda, niyə bağ sahəsini öz ailə üzvlərindən birinin adına deyil, bacısının adına almasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda, iddiaçının mübahisəli bağ sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmasından xəbərdar olduğunu bildirmişdir. Cavabdeh mübahisəli bağ sahəsini öz vəsati hesabına aldığını, Cavabdeh1 isə bağ sahəsini öz şəxsi vəsaiti hesabına aldığını və bacısının bağ sahəsini ona bağışlamaqla faktiki olaraq əmlakını özünə geri qaytardığını bildirməklə bir-birinə zidd izahatlar vermiş, bununla da müqaviləni vahid niyyətlə bağlamadıqlarını nümayiş etdirmişlər. Belə olan halda, Cavabdeh2 mübahisəli daşınmaz əmlakı heç bir əvəz almadan qardaşına – Cavabdeh1 bağışlamaq istəyində olması ağlabatan deyil.
14. Məhkəmə qətnaməsində onu da qeyd etmişdir ki, bağışlama müqaviləsi bağlanan zaman Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında mübahisəli bağ sahəsinin və Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən iki otaqlı, 101 saylı mənzilin bölünməsi ilə bağlı mülki iş olmuş, iş üzrə məhkəmə baxış iclasları 05 fevral və 25 fevral 2019-cu il tarixlərə təyin edilmiş, Cavabdeh2 05 fevral 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və 25 fevral 2019-cu il tarixə təyin edilmiş məhkəmə iclası nın vaxtı barədə xəbərdar olunmuşdur. 25 fevral 2019-cu il tarixdə isə məhkəməyə ərizə ünvanlayaraq yataq vəziyyətində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Bir gün əvvəl isə 24 fevral 2019-cu il tarixdə mübahisəli bağ sahəsini qardaşı – Cavabdeh1a bağışlamışdır. Cavabdeh1 də bağışlama müqaviləsi bağlanan zaman bağ sahəsinə dair məhkəmənin icraatında məhkəmə mübahisəsinin olduğunu bilmişdir. Göründüyü kimi bağışlamanın motivi hədiyyə verən – Cavabdeh2 tərəfindən hədiyyə alanın – Cavabdeh1 zənginləşdirilməsi deyil, mübahisəli bağ sahəsindən iddiaçıya düşəcək paydan sonuncunu məhrum etmək olmuşdur.
15. Məhkəmə bu qənaətə gəlmişdir ki, Cavabdeh2 bağışlamanın ağlabatan motivini izah etmədiyinə görə, bu barədə iddiaçının məhkəməyə bildirdiyi məlumat doğrudur. Belə ki, Cavabdeh2 bağ sahəsi iddiaçı ilə aralarında bölünməsin deyə bağ sahəsini öz adından çıxararaq, digər Cavabdeh1 adına keçirmişdir.
16. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə dair məsələyə münasibət bildirərkən qeyd etmişdir ki, apellyasiya məhkəməsinin icraatında işə baxılan zaman -17 may 2019-cu il tarixdə həmin ərizəni ləğv etdirmişdir. Ərizəni ləğv etdirməkdə məqsəd məhkəmə prosesi gedişində və gələcəkdə Cavabdeh2 həmin bağ sahəsi ilə bağlı hər hansı əqd bağlamasının qarşısını almaq olmuşdur. Apellyasiya baxışı zamanı Cavabdeh2 bağ sahəsinin bağışlanması müqaviləsini məhkəməyə təqdim etməmiş, beləliklə iddiaçının bundan xəbəri olmamışdır. Yalnız 2020-ci ilin sentyabr ayının 30-da Cavabdeh1 mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və apellyasiya şikayətinin i craata qəbul edilməsi barədə ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan zaman Cavabdeh1 nümayəndəsi-vəkili bağışlama müqaviləsini və çıxarışı məhkəməyə təqdim etmiş, həmin vaxt iddiaçının nümayəndəsi-vəkili bağ sahəsinin Cavabdeh1 bağışlandığını bilmişdir. İddia ərizəsi isə məhkəməyə 10 sentyabr 2021-ci il tarixdə təqdim edilmiş, 13 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir
17. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 340.1, 354-cü, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) Apelly asiya instansiyası məhkəməsində icraat
18. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyatorlar şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə iddiaçı tərəfindən 1 illik kəsici müddətin buraxıldığını nəzərə almamışdır. Belə ki, bağışlama müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlansa da, hazırkı iş üzrə iddia 2021-ci ildə qaldırılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1849/2022 nömrəli iş üzrə, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər:Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.
21. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmişdir.
22. Apellyasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası, iddia müddətinin (kəsici müddətin) buraxılmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəyə düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticəni maddi hüquq normalarına istinad etməklə düzgün əsaslandırmışdır.
23. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 06 sentyabr 2021-ci il tarixli qərarı ilə Ali Məhkəmə sədrinin təqdimatı təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi qismən – mübahisəli bağ sahəsində payların müəyyən edilməsi hissəsi ndə ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Ali Məhkəmənin həmin qərarından cəmi 7 gün sonra İddiaçı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Qeyd olunan hal da iddiaçının müddəti buraxmadığını bir daha təsdiq edir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdehlər öz etirazlarının əsası kimi istinad etdikləri faktları sübut edə bilməmişlər
25. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassator şikayətini onunla əsaslandırmışdır ki, bağışlanma müqaviləsi 24 fevral 2019-cu ildə bağlanılsa da, İddiaçı iddia ərizəsini 2021-ci ildə təqdim etmişdir. Bununla da, qanunvericilikdə müəyyən olunmuş əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia müddəti ötürülmüşdür.
28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qıbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
30. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
31. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
32. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etmək lə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
33. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
34. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
37. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 82.3. Bir mülki iş üzrə qanun i qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, xx.xx.2020-ci ildə Cavabdeh1 mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə ərizəsinə məhkəmədə baxılan zaman sonuncunun nümayəndəsi - vəkili bağışlama müqav iləsini və çıxarışı məhkəməyə təqdim etmiş, yalnız həmin vaxt iddiaçı mübahisəli bağ sahəsinin Cavabdeh1 bağışlandığını bilmişdir. İddia ərizəsi isə məhkəməyə 10 sentyabr 2021-ci il tarixdə təqdim edilmiş, 13 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. 51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutla rla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
52. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tə tbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-800/2021 nömrəli iş üzrə 21 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.