Məhkəmə qərarları › İş №2(102)-4405/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4405/2022

18.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4405/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Göyçayski X2 cavabdeh "xxxx" ASC-yə qarşı “ödənilməmiş əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixl i, 2(103)1843/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(005)-3281/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 07 dekabr 2020-ci il tarixdən hesablanıb Göyçayski X4 verilməmiş 2020-ci ilin oktyabr, noyabr ayları və dekabrın 07-dək olan əmək haqqının, 2019 və 2020-ci illər üzrə ödənilməmiş məzuniyyət pulunun əvəzinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(103)1843/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(005)-3281/2021 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin adından verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti icraata qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəm ə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərə findən qaytarılır. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmiş və cavabdehin direktoru tərəfindən elektron imza ilə imzalanmışdır. Elektron imzanın qarşısında direktorun adı və soyadı qeyd olunmasa da, şikayətin məzmununda onu imzalayan nümayəndə qismində X1 olması qeyd edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytından çıxarışa əsasən "xxxx" ASC-nin (VOEN **********) qanuni təmsilçisi Ayhan Keskinkılıcdır. Lakin kassasiya şikayətinə vəkil orderi əlavə edilsə də, Mülki Prosessual Məcəllənin 73.4-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş və səlahiyyətli şəxs tərəfindən imzal anmış həmin Məcəllənin 74.2-ci maddəsinə uyğun olaraq X3 məhkəmə aktlarından şikayət vermək səlahiyyətinin verilməsini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(103)1843/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin adından verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar