Məhkəmə qərarları › İş №2(102)-441/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-441/2020

10.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-441/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Cavabdeh3, vəkili X11 iştirakı ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4, Qazax Rayon Notariat Kontoruna və maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlakdan payın müəyyən edilərək mülkiyyətə verilməsi” təl əbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Musayev) İddiaçı cavabdehlər X6, Cavabdeh3 Ziyaddın oğluna, Cavabdeh4, Qazax Rayon Notariat Kontoruna və maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlakdan payın müəyyən edilərək mülkiyyətə verilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Qazax Rayon Notariat Kontorunda xx xxxxxx 2012-ci ildə 2V-1-39 reyestr nömrəsi ilə təstiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab e dilməsi, X4 və Cavabdeh3 mülkiyyəti kimi qeydə alınmış, Qazax rayon İkinci Şıxlı kəndində 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, yaşayış sahəsi 104.9 kv.m., yardımçı sahəsi 52.2 kv.m. ümumi sahəsi 157,1 kv.m olan fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsinin verdiyi xx xxxx 2012-ci ii tarixli **********12-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Qazax Rayon Dövlət Notariat Kontorunda xx xxxxxx 2013-cü ildə 4Ə-02-620 reyestr nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanı nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Əräzi İdarəsi tərəfindən X2 adına verilmiş, xx xxxxxx 2013-cü il tarixli **********12-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh4 Aslan oğlundan miras qalmış. Qazax rayonunun İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Muradov, hakimlər Ş.Əliyeva və Ə.Məmmədov) cavabdehlər X12, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli q ətnaməsinin ləğv olunması, X5 xx xxxxxx 2002-ci il tarixdə ölümündən sonra Qazax rayonu İkinci Şıxlı kəndində miras qalmış torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair X12 və Cavabdeh3 adma Qazax rayon dövlət notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2012ci il tarixli, 2V-1-39 reyestr nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh3 və X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X23 Reyestri Xidməti Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və Qazax rayon Dövlət Notariat kontoru tərəfindən təsdiqlənmiş xx xxxxxx 2013-cü il tarixli 4Ə-02-620 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında C avabdeh4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X24 Reyestri Xidməti Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Cavabdeh4 Aslan oğlu ilə Cavabdeh2 birgə mülkiyyətinə verilmiş 0,12 ha torpaqda Cavabdeh4 Aslan oğlunun miras qalmış ½ hissədə payına onun birinci növbə vərəsələr X12, Cavabdeh3 və İddiaçı Ziyaddin oğlunun payları 1/3 hissədə (Cavabdeh3 və İddiaçı Ziyaddin oğlunun hər birinin ümumi torpaqdan payının 1/6, X4 ümumi torpaqdan payının isə 4/6 hissə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh3, X7, X12, Qazax rayon notariat kontoru və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia verərək, xx xxxxxx 2002-ci il tarixdə vəfat etmiş mərhum atası Cavabdeh4 Aslan oğlundan miras qalmış Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair X12 və Cavabdeh3 Ziyaddın oğluna Qazax rayon notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında onların adına qeydə alınmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, həmçinin xx xxxxxx 2013-cü il tarixli bağışlama müqaviləsinin və bunun nəticəsində verilmiş mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, atası Cavabdeh4 Aslan oğlundan miras qalmış, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində digər qanun üzrə vərəsələrin miras əmlaka pay hüququnun itirilmiş hesab edilməsi və həmin miras əmlakı qəbul etmiş yeganə qanun üzrə vərəsə olaraq onun payının 100 faiz hissədə müəyyən edilərək, mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, X 1 Şəfiqə Çingiz qızı ilə xx xxxxxx 1960-cı il tarixdə rəsmi nikaha girmişlər, birgə nikahlarından beş uşaqları, xx xxxx 1958-ci il tarixdə X3, xx xxxxxx 1960-cı il X9, xx xxxxx 1963-cü il tarixdə X14, xx xxxxxx 1965-ci tarixdə Cavabdeh3, xx xxxxx 1968-ci il tarixdə isə İddiaçı anadan olmuşdur. Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli qərarı ilə Cavabdeh4 Aslan oğlu və Cavabdeh2 Qazax rayonu İkinci Şıxlı kəndində 0,12 ha torpaq sahəsi verilmiş və sonuncular həmin torpaq sahəsində iki otaqlı fərdi yaşayış evi tikdirmış, lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eləcədə qeyd olunan torpaq sahəsində Cavabdeh3 öz vəsaiti hesabına 4 otaqlı fərdi yaşayış evi tikdirmışdır. Cavabdeh4 Aslan oğlu xx xxxxxx 2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsi miras qalmışdır. Miras qoyanın birinci növbə vərəsələri, arvadı Şəfiqə Mahmudova və oğlu Cavabdeh3 Qazax rayon Dövlət Notariat kontoruna müraciət edərək miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, həmin orqan tərəfindən sonuncuların adına 0,12 ha torpaq sahəsi, 157.1 kv.m ümumi, 104.9 kv.m yaşayış, 52,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə və həyatyanı tikillərə dair xx xxxxxx 2012-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəfiqə Mahmudova və oğlu Cavabdeh3 öz növbəsində qeyd olunan şəhadətnamə əsasın da daşınmaz əmlakın dövlət reyestrindən miras paylarına uyğun xx xxxx 2012-ci il qeydiyyat tarixli çıxarış almışlar. xx xxxxxx 2014-cü il tarixdə isə hər biri öz payını Cavabdeh4 bağışlamışlar. Müqavilə əsasında Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış əldə etmişdir. Mülki Məcəllənin 1243.1-1243.2. maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3. maddəsinə görə vərəsəmirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o, mirası tamamilə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, X17 rayonu İkinci Şıxlı kəndində yerləşən 0,12 ha. torpaqdan ½ hissədə payı onun ölümündən sonra birinci növbə vərəsələri, yəni arvadı Şəfiqə və oğlu Bəhlul və İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmişdir. Vərəsələrdən Şəfiqə və Cavabdeh3ların mirası qəbul etməsi iş materialları, onların özlərinin izahatları, eləcədə digər vərəsələrin (İddiaçı istisna olmaqla) izahatları ilə təsdiq olunur. Belə ki, sonunculardan Cavabdeh3 mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına dörd otaqlı fərdi yaşayış evi tikdirməsi, anası ilə birlikdə orada qalması, daha sonra isə mütamadi olaraq həmin evə gəlib g etməklə, miras qalmış ½ hissədə torpaqdan istifadə etmələri tam sübut olunur. İddiaçı isə mirası qəbul etməməsini digər vərəsələr etiraf etməsədə, lakin məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 vermiş olduğu ifadəsi, eləcədə işdə olan Qazax rayonu İcra Hakimiyyəti başçısının İkinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2019-cu il tarixli arayışı ilə təsdiq olunur. Bundan əlavə Şəfiqə və Bəlul Mahmudovların mirası qəbul etməsidə şahid qismində dindirilmiş X8 vermiş olduğu ifadə ilə təsdiq olunmuşdur. Digər vərəsələrin isə mirası istər faktiki, istərsədə qanun üzrə qəbul etmələri sübut olunmur. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, Qazax rayon Notariat Kontorunun vermiş olduğu xx xxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbinə uyğun olmamışdır. Həmçinin müəyyən edilir ki, Ziyaddin Mahmudovun ölümündən sonra miras kütləsi yalnız Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Cavabdeh4 Aslan oğlu və Cavabdeh2 birgə mülkiyyətinə verilmiş, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissədən ibarət olmuşdur. 157.1 kv.m ümumi sahə 104.9 kv.m yaşayış sahə, 52,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi və həyatyanı tikillər isə mirasın kütləsinə daxil olmamışdır. Buna baxmayaraq həmin fərdi yaşayış evi də mirasın kütləsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mirasın kütləsinə daxil edilmişdir. Halbu ki bundan əvvəldə qeyd olunduğu kimi 157.1 kv.m ümumi, 104.9 kv.m yaşayış, 52,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi miras qoyanın əmlakı olmamışdır Həmin ev miras qoyanın oğlu Cavabdeh3 şəxsi vəsaiti hesabına tikilmişdir. Miras qoyanın torpaq sahəsində iki otaqlı fərdi yaşayış evi olmuş və həmin evdə yararsız vəziyyətə düşmüşdür. İşin qeyd olunan bu halı miras qoyanın vərəsələrinin vermiş olduğu izahatlarla təsdiq olunur. (İddiaçı istisna olmaqla) Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, X5 xx xxxxxx 2002-ci il tarixdə ölümündən sonra Qazax rayonu İkinci Şıxlı kəndində miras qalmış torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair X12 və Cavabdeh3 adına Qazax rayon dövlət notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli 2V-1-39 reyestr nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Həmin şəhadətnamə əsasında Cavabdeh3 və X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, Qazax rayon Dövlət Notariat kontoru tərəfindən təsdiqlənmiş xx xxxxxx 2013-cü il tarixli 4Ə-02-620 reyestr nömrəli bağışlama müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməli, Qazax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 10 nömrə li qərarı ilə Cavabdeh4 Aslan oğlu ilə Cavabdeh2 birgə mülkiyyətinə verilmiş 0,12 ha torpaqda Cavabdeh4 Aslan oğlunun miras qalmış ½ hissədə payı birinci növbə vərəsələr X12, Cavabdeh3 və İddiaçı Ziyaddin oğlunun hər birinin payları 1/3 hissədə (Cavabdeh3 və İddiaçı Ziyaddin oğlunun hər birinin ümumi torpaqdan payı 1/6, X4 ümumi torpaqdan payı isə 4/6 hissə) müəyyən edilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələri ni rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar