Məhkəmə qərarları › İş №2(102)-441/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-441/2021

02.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-441/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-441/21 Açar sözlər: (əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh1 və vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3316/2020 saylı qətnaməsindən İddiaçı verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə və digərlərinə qarşı iddia qaldıraraq, Şəki rayonu, Bideyiz kəndində yerləşən, əvvəllər ona məxsus olmuş 1.292 ha; 1.614 ha; 8.1656 ha; 3.54 ha; 1.615 ha; 4.199 ha; 3.7225 ha; 0.7174 ha əkin təyinatlı torpaq sahələrinin alqısatqısına dair notarial qaydada Cavabdeh1lə bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 4Ə-1046 saylı, 4Ə-1047 saylı, 4Ə-1048 saylı, 4Ə-1049 saylı, 4Ə1050 saylı, 4Ə-1051 saylı, 4Ə-1052 saylı, 4Ə1053 saylı alqı-satqı müqavilələrinin tam etibarsız hesab edilməsi, Şəki rayonu, Bideyiz kəndində yerləşən, əvvəlllər ona və xx paylı mülkiyyət hüququ əsasında məxsus olmuş 1,29 ha 1.61 ha əkin təyinatlı torpaq sahələrinin alqı-satqısına dair not arial qaydada Cavabdeh1lə bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 4Ə-1002 saylı və 4Ə-1003 saylı alqı-satqı müqavilələrinin onun payına aid hissədə qismən etibarsız hesab edilməsi, Şəki rayonu, Çapağan kəndində yerləşən, əvvəllər ona xx məxsus olmuş 0.40 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada Cavabdeh2la bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 4Ə-1009 saylı alqı-satqı müqaviləsinin onun payına aid hissədə qismən etibarsız hesab edilməsi, həmin müqavilələrin ləğv edilməsi, həmin müqavilələrin ona münasibətdə doğurduğu nəticələrin ləğv edilərək əmlakların onun mülkiyyətinə qaytarılması və bu barədə reyestr orqanı tərəfindən müvafiq çıxarışların verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələblərini belə əsaslandırıb ki, Şəki rayonu, Bideyiz və Çapağ an kəndlərində müxtəlif ölçüdə sahələrə malik, əsasən əkin təyinatlı torpaqları vardır. Həmin torpaq sahələrini müxtəlif vaxtlarda əldə etdiyi üçün həmin torpaq sahələrinə olan hüquqları ayrı-ayrı vaxtlarda dövlət qeydiyyatına alınıb. Hər bir torpaq sahəsinin sənədi (çıxarışı və sair) ayrı olub. Bu isə təsərrüfat fəaliyyəti zamanı müəyyən çətinliklər yaradıb. Subsidiya alarkən və ya toxum, texnika və hətta kredit cəlb etmək üçün özünə məxsus torpaqların sənədlərini ayrı-ayrılıqda təqdim etməli olub. Cavabdeh1 onun qardaşıdır və peşəkar hüquqşünasdır. Məhz onun məsləhəti olub ki, qeyd olunan torpaq sahələrinin sənədlərini mümkün qədər ixtisar edib, bir sənəddə cəmləmək lazımdır. Bunun torpaq sahələrinin alqı-satqı müqavilələri üzrə bir şəxsin adına rəsmiləşdirməklə mümkün olacağını bildirib. Elə bu məqsədlə də, xx xxxxxxx 2018-ci ildə notarial qaydada ümumi tanışları olan xx və qardaşı Cavabdeh1 adına bütün torpaq sahələrinə dair bir ay qüvvədə olmaqla etibarnamə verib. Lakin ötən müddət ərzində sözügedən torpaq sahələrinin gözlədiyi kimi sənədləşdirilərək mülkiyyətinə qaytarılmadığını görüncə isə narahatlıqlar keçirməyə başlayıb. Məsələni araşdırmaq üçün müvafiq reyestr xidmətinə sorğu edib və sorğuya verilən cavabla müəyyən olunub ki, torpaq sahələri əsasən qardaşı Cavabdeh1, az bir hissəsi isə digər Cavabdeh2 mülkiyyətinə alqı-satqı yolu ilə keçib. Torpaq sahələrinin satış dəyəri real bazar qiymətindən aşağı, simvolik məbləğdə müəyyən olunaraq alqı-satqı edilib. Bundan başqa, torpaq sahələrinin alqı-satqı müqavilələrində göstərilən alqı-satqı dəyəri ona ödənilməyib. Göstə rilənlər onu təsdiq edir ki, torpaq sahələrinin alqı-satqısına dair bağlanmış müqavilələr etibarsızdır və bu müqavilələrin doğurduğu nəticələr ləğv edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim F.X.Mirzəyev) iddia bütövlükdə təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının qardaşı Cavabdeh1 və xx adına etibarnamələr verməkdə məqsədi özünə məxsus olan torpaq sahələrinin satılması ilə əlaqədar olmayıb. Etibarnamələr eyni ərazidə yerləşən bir neçə torpaq sahələrinin bir sənədlə qeydiyyata alınması məqsəlilə verilib. Etibarnamələrin qısa müddətə, yəni bir ay müddətinə verilməsi də onların məhz bu m əqsədlə verilməsi ehtimalını gücləndirir. Torpaq sahələrinin öz dəyərindən dəfələrlə ucuz qiymətə satılması, əldə olunan pul vəsaitinin torpaq sahəsinin mülkiyyətçisinə verilməməsi də alqı-satqı müqavilələrinin formal olaraq, başqa bir əqdi pərdələmək məqsədilə bağlanmasına dəlalət edir. Bu səbəbdən də torpaq sahələrinə dair alqısatqı müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsız hesab olunmalı və onların hüquqi nəticələri ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 339.1, 340.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən və məruzəçi, M.N.Tağızadə və Ü.A.Mayılov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia rədd olunub. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli torpaq sahələrinin özgəninkiləşdiriməsi zamanı mülki qanunvericiliyin bütün tələblərinə (səlahiyyətli şəxslərin iştirakı, müqavilə tərəfləri arasında iradə və bu iradənin ifadəsi, əqdin forma və məzmunu) tam əməl olunub. Başqa sözlə, həmin torpaq sahələrinin özgəninkişləşdirilməsi barədə alqı-satqı müqavilələri əqdlərin etibarlılığı şərtl ərinə tam cavab verir və bu müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda sözügedən alqı-satqı müqavilələrinin mühüm şərti hesab edilən torpaq sahələrinin razılaşdırılmış dəyəri Cavabdeh1 tərəfindən notariat orqanının depozit hesabına köçürülüb. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1-324.5, 329.1, 647.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasa siya şikayəti belə əsaslandırılıb ki, iddiaçı qardaşı Cavabdeh1 və xx adına etibarnamələr verməkdə məqsədi özünə məxsus olan torpaq sahələrinin satılması ilə əlaqədar olmayıb. Etibarnamələr eyni ərazidə yerləşən bir neçə torpaq sahələrinin bir sənədlə qeydiyyata alınması məqsəlilə verilib. Etibarnamələrin qısa müddətə, yəni bir ay müddətinə verilməsi də onların məhz bu məqsədlə verilməsi ehtimalını gücləndirir. Torpaq sahələrinin öz dəyərindən dəfələrlə ucuz qiymətə satılması, əldə olunan pul vəsaitinin torpaq sahəsinin iddiaçıya verilməməsi də alqı-satqı müqavilələrinin formal olaraq, başqa bir əqdi pərdələmək məqsədilə bağlanmasına dəlalət edir. Bu səbəbdən də torpaq sahələrinə dair alqı-satqı müqavilələri etibarsız hesab olunmalı və onların hüquqi nəticələri ləğv edilməlidir. Kasasiya ş ikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 və vəkili xx məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı, vəkili Vəkil, Cavabdeh2 və xxxxx xx saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Eyni zamanda işdən görünür ki, Covid-19 pandemiya xəstəliyi ilə əlaqədar olaraq işə b axılmasının təxirə salınmasına dair İddiaçı vəkili Vəkil xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəməyə yazılı ərizəsi, İddiaçı isə xx xxxxxx 2021-ci il tarixdə teleqrammı daxil olmuşdur. Qeyd olunan səbəbə görə işə birinci dəfə baxılması xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək təxirə salınmışdır. Bundan sonra işə baxılması xx xxxxxx 2021-ci il tarixə, saat 11:05-ə təyin edilmiş və bu barədə işdə iştirak edən şəxslərə, o cümlədən İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmişdir. Lakin İddiaçı və vəkili Vəkil üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Mülki qanunverciliyə görə, əqd mülki hü quq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı fo rmada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbayc an Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsd iq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəlləni n 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı, öz iddiasının əsasını təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir. Sübuta yetməyən tələb isə əsaslı hesab edilə bilməz. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaç ı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın tam təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.292 ha, 1.614 ha, 8.1656 ha, 3.54 ha, 1.615 ha, 4.199 ha, 3.7225 ha, 0.7174 ha əkin təyinatlı torpaq sahələri iddiaçının; həmin kəndə yerləşən 1.29 ha və 1.61 ha əkin torpaq sahələri iddiaçının və xx, həmin kəndə yerləşən 0.40 ha həyətyanı torpaq sahəsi isə xx mülkiyyətində olub. Notariat orqanı tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli etibarnaməyə əsasən, etibar edən- x x etibar edilən- X5 1 ay müddətində harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus olan əmlakını idarə etmək və onun üzərində sərəncam vermək səlahiyyətlərini etibar edib. Eyni zamanda notariat orqanı tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli etibarnaməyə əsasən, etibar edən- İddiaçı etibar edilən- xx 1 ay müddətində harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus olan əmlakını idarə etmək və onun üzərində sərəncam vermək səlahiyyətlərini etibar edib. Həmçinin notariat orqanı tərəfindən təsdiqlənmiş xx xxxxxx 2018-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus olan əmlakını idarə etmək və onun üzərində sərəncam vermək səlahiyyətlərini qardaşı Cavabdeh1 etibar edib və etibarnamənin qüvvədə olma müddəti 1 ay müəyyən edilib. Bundan sonra İddiaçı mülkiyyətində olan Şəki rayonu, Bideyiz kəndində yerləşən, 1.292 ha, 1.614 ha, 8.1656 ha, 3.54 ha, 1.615 ha, 4.199 ha, 3.7225 ha, 0.7174 ha əkin təyinatlı torpaq sahələri notarial qaydada bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 4Ə-1046 saylı, 4Ə-1047 saylı, 4Ə1048 saylı, 4Ə-1049 saylı, 4Ə1050 saylı, 4Ə-1051 saylı, 4Ə1052 saylı, 4Ə-1053 saylı alqı-satqı müqavilələrinə əsasən reyestr xidmətində xx xxx 2019-cu il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. xx və İddiaçı mülkiyyətində olan Şəki rayonu, Bideyiz kəndində yerləşən, 1.29 ha və 1.61 ha əkin torpaq sahələri notarial qaydada bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 4Ə-1002 saylı və 4Ə-1003 saylı alqı-satqı müqavilələ rinə əsasən, reyestr xidmətində xx xxx 2019-cu il tarixdə Cavabdeh1 adına qeydə alınıb. xx və İddiaçı mülkiyyətində olan Şəki rayonu, Çapağan kəndində yerləşən, 0.40 ha həyətyanı torpaq sahəsi notarial qaydada bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 4Ə-1009 saylı alqı-satqı müqaviləsinə əsasən reyestr xidmətində xx xxxxxxx 2018-ci il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Daha sonra, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı və xx xxxxxxx 2018-ci il tarixli ******* saylı alqı-satqı müqavilələrindən görünür ki, xx in əvəzindən xx, İddiaçı əvəzindən isə Cavabdeh1 Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.29 ha torpaq sahəsini 8.000 manata, həmin kəndində yerləşən 1.61 ha torpaq sahəsini 8.500 manata, həmin kəndində yerləşən 0.4 ha torpaq sahəsini 25.000 manata Cavabdeh2 (İddiaçı əvəzindən xx imzalamaqla) satıb. xx xxxxxxx 2018-ci il tarixli, ******* saylı, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı və xx xxxxxxx 2018-ci il tarixli ******* saylı alqı-satqı müqavilələrindən görünür ki, İddiaçı əvəzinə X6 rayonu, Bideyiz kəndində yerləşən 3.54 ha torpaq sahəsini 7.000 manata, həmin kəndində yerləşən 3.7225 ha torpaq sahəsini 7.500 manata, həmin kəndində yerləşən 8.1656 ha torpaq sahəsini 16.350 manata, həmin kəndində yerləşən 0.7174 ha torpaq sahəsini 1.800 manata, həmin kəndində yerləşən 4.199 ha torpaq sahəsini 8.400 manata, həmin kəndində yerləşən 1.615 ha torpaq sahəsini 8.400 manata, həmin kəndində yerləşən 1.292 ha torpaq sahəsini 2.500 manata, həmin yerləşən 1.614 ha torpaq sahəsini isə 2.500 manata Cavabdeh1 satıb. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini, işə əlavə edilmiş sübutları araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, hər bir əqdin (o, cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu baxımdan işdə olan sənədlərlə müəyyən olunur ki, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.29 ha və 1.61 ha əkin torpaq sahəsi, habelə həmin kənddə yerləşən 0.40 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı və xx ə məxsus olub və notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2015-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı özünə məxsus olan daşınar və daşınmaz əmlakların idarə edilməsi, onların üzərində sərəncam verilməsi və sair səlahiyyətlərin həyata keçirilməsi üçün qardaşı Cavabdeh1 adına 4 il müddətinə, yəni xx xxxxxx 2019-cu il tarixədək qüvvədə olamaqla etibarnamə verib. Bundan başqa, İddiaçı arvadı X2 xx xxxxxxxx 2018-ci il tarixdə notarial qaydada təsdiq edilməklə mübahisəli torpaq sahələrinin satılmasına etir az etməməsinə dair yazılı razılıq verib. Bundan sonra, sözügedən torpaq sahələrinin Cavabdeh2 satılmasına dair xx xxxxxxx 2018ci il və xx xxxxxxx 2018-ci il tarixlərdə notarial qaydada təsdiq edilməklə alqı-satqı müqavilələri bağlanıb və həmin alqı-satqı müqavilələrini İddiaçı adından adından notarial qadada təsdiq edilmiş xx xxxxxx 2015-ci il tarixli etibarnaməyə əsasən qardaşı Cavabdeh1, digər mülkiyyətçi xx adından etibarnaməyə əsasən xx, Cavabdeh2 adından isə xx imzalayıblar. Hər üç alqı-satqı müqaviləsinin mühüm şərti hesab edilən torpaq sahələrinin razılaşdırılmış dəyərini (1.29 ha torpaq sahəsi- 8.000 manat; 1.61 ha torpaq sahəsi- 8.500 manat; 0,40 ha torpaq sahəsi- 25.000 manat) təşkil edən pul vəsaitləri alıcılar tərəfindən notariusun depozit hesabına ödənilmişdir. Apelyasiya inst ansiyası məhkəməsi sadalanan sübutları işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib, İddiaçı kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahələrinin özgəninkiləşdiriməsi zamanı mülki qanunvericiliyin bütün tələblərinə (səlahiyyətli şəxslərin iştirakı, müqavilə tərəfləri arasında iradə və bu iradənin ifadəsi, əqdin forma və məzmunu) tam əməl olunub. Başqa sözlə, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.29 ha və 1.61 ha əkin torpaq sahələrinin, habelə həmin kənddə yerləşən 0.40 ha həyətyanı torpaq sahəsinin özgəninkişləşdirilməsinə dair müqavilələr əqdlərin etibarlılığı şərtlərinə tam cavab verir. Bu müqavilələrin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Apelyasiya instan siyası məhkəməsi eyni zamanda işə əlavə edilmiş digər sübutları arışdırıb, İddiaçı iddia tələbləri ilə razılaşmayıb müəyyən etmişdir ki, Şəki rayonu, Bideyiz kəndində yerləşən 1.292 ha, 1.614 ha, 8.1656 ha, 3.54 ha, 1.615 ha, 4.199 ha və 3.7225 ha əkin, habelə 0.7174 ha torpaq sahələri tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus olub və sonuncu xx xxxxxxx 2018ci il tarixli etibarnaməyə əsasən özünə məxsus olan daşınar və daşınmaz əmlakların idarə edilməsi, onların üzərində sərəncam verilməsi və sair səlahiyyətlərin həyata keçirilməsi üçün xx adına 1 ay müddətinə, yəni xx xxxxxx 2019-cu il tarixədək qüvvədə olmaqla notarial qaydada təsdiq edilmiş etibarnamə verib. Qeyd olunan torpaq sahələrinin Cavabdeh1 satılmasına dair xx xxxxxxx 2018-ci il tarixdə notarial qaydada təsdiq edilməklə alqı- satqı müqavilələri bağlanıb və həmin alqı-satqı müqavilələrini İddiaçı adından notarial qaydada təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli etibarnaməyə əsasən xx imzalayıb. Sözügedən alqı-satqı müqavilələrinin mühüm şərti hesab edilən torpaq sahələrinin razılaşdırılmış dəyəri isə Cavabdeh1 tərəfindən notariat orqanının depozit hesabına köçürülüb. İddiaçı kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsində mülkiyyət hüququ üzrə ona məxsus olan sözügedən torpaq sahələrinin özgəninkiləşdiriməsi zamanı mülki qanunvericiliyin tələblərinə əməl edilməməsini, həmin müqavilələrin onun iradəsini ifadə etməməsini göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsa sən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınm aqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu olan kasasiya şikayətində irəli sürdüyü arqumentlər onun tərəfindən notarial qaydada verilmiş etibarnamələrdə göstərilən səlahiyyətlərlə, eləcə də arvadı xx torpaq sahələrinin satılmasına dair notarial qaydada verdiyi yazılı razılıq ərizəsi ilə istisna olunur. Bundan başqa, İddiaçı sözügedən alqı-satqı müqavilələrinin vacib əhəmiyyətli yanılma təsiri altında bağlandığını iddia edir. Belə ki, həmin müqavilələrin bağlanmasında onun əsl niyyəti ona məxsus olan torpaq sahələrinə vahid sənəd (çıxarış) almaq olub. Qardaşı Cavabdeh1 bunun yalnız torpaq sahələrinin eyni vaxtda alqı-satqı edilərək bir şəxsin adına rəsmilləşdirilməsi, daha sonra isə həmin torpaq sahələrinin yenidə n onun adına keçirilməsi yolu ilə mümkün olacağına dair onu inandırıb. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan İddiaçı bu dəlili ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 347.1-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılma aşağıdakı hallardan ibarətdir: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir (Mülki Məcəllənin 347.2.1-ci maddəsi); şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir (Mülki Məcəllənin 347.2.2-ci maddəsi); tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halla rın mövcud olmaması (Mülki Məcəllənin 347.2.3-ci maddəsi). Həmin Məcəllənin 347.3-cü maddəsinə görə, əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, qeyd olunan maddi hüquq normalarının tələblərindən (İddiaçı dəlilinə münasibətdə) müəyyən edilir ki, torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin bağlanması zamanı İddiaçı münasibətdə vacib əhəmiyyətli yanılma halı baş verməyib. Yəni, İddiaçı mübahisəli torpaq sahələrinə dair alqı-satqı müqavilələri bağlamaq istəyib; bu müqavilələr nəticəsində İddiaçı həmin torpaq sahələrinin mülkiyyətindən çıxac ağını əvvəlcədən bilib; müqavilə tərəflərinin, o cümlədən də İddiaçı əqdlərin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olub. Göründüyü kimi, əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri hazırki işdə mövcud deyil. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, İddiaçı nəzərdə tutduğu məqsədə (motivə), yəni mübahisəli torpaq sahələrinə dair vahid sənədin (çıxarışın) alınması barədə niyyətə çatmaması da “vacib əhəmiyyətli yanılma” hesab edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqa sına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 13.6-cı maddəsinə əsasən, dövlət reyestri hər bir daşınmaz əmlak obyekti barədə məlumat saxlanılan bölmələrdən ibarətdir. Bölmə hər bir daşınmaz əmlak obyekti üzərində hüquq lar dövlət qeydiyyatına alınarkən tərtib olunmağa başlanılır. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Sadalanan maddələrin mənasından da göründüyü kimi, ayrı-ayrı koordinatlara malik, ayrıayrı ünvanlarda yerləşən torpaq sahələrinə dair dövlət reyestri tərəfindən mülkiyyətçinin adına vahid sənədin verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Belə olan halda, İddiaçı bu niyyəti (motivi) məntiqli görünmür. Odur ki, İddiaçı qanunvericiliyin bütün tələblərinə əməl olunmaqla mülkiyyətində olan torpaq sahələrini özgəninkiləşdirdikdən sonra həmin torpaq sahələrini yenidən öz mülkiyyətinə qaytarılmasını məntiqli və ağlabatan mühakimə ilə izah edə bilm əyib. Buna görə də İddiaçı irəli sürdüyü bu dəlili tam əsassızdır. Bundan başqa, birinci instansiya məhkəməsi mübahisələndirilən alqı-satqı müqavilələrini yalan əqdlər hesab etsə də və bu zaman qətnaməni yalan əqdlərə aid olan Mülki Məcəllənin 340.2 və 339.1-ci maddələrinin tələbləri ilə əsaslandırmağa çalışsa da, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq bununla da razılaşmamışdır. Belə ki, əvvəla, Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, əqdin yalan əqd hesab edilməsi üçün iki əqdin mövcudluğu tələb olunur: bunladan biri- yalan əqdin özü, digəri isə- tərəflərin əslində nəzərdə tutduqları əqddir (əsl əqd). Lakin, birinci instansiya məhkəməsi mübahisələndirilən əqdləri yalan əqdlər hesab etsə də, həmin əqdlərin hansı əqdləri pərdələmək məqsədilə bağlanmasını qətnamədə göstərməyib. Halbuki, sözügedən əqlərin yalan əqdlər olması apelyasiya baxşızı zamanı öz təsdiqini tapmamışdır. İddiaçı arvadı xx da torpaq sahələrinin satılmasına yazılı razılıq verilməsi də, onun həmin torpaq sahələrini məhz özgəninkiləşdirmək niyyətində olmasını təsdiq edir. İddiaçı paylı mülkiyyətçi olduğu mübahisəli torpaq sahələrini satmaq, Cavabdeh2 isə həmin torpaq sahələrini satın almaq niyyətinin olması, həmçinin həmin torpaq sahələrinin xx ə məxsus hissəsinin də Cavabdeh2 tərəfindən əldə olunması ilə sübut olunur. Birinci instansiya məhkəməsi hesab e tmişdir ki, İddiaçı təmsil olunması məqsədi ilə xx in adına verilmiş etibarnamənin müddətinin 1 ay müəyyən edilməsi də, etibarnamənin alqı-satqı məqsədi ilə verilmədiyi ehtimalını daha da gücləndirir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi bu halla razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı iddia tələblərini təmin etmək üçün istinad etdiyi bu hal da mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla yalnız ehtimallara əsaslanır. Bundan başqa, birinci instansiya məhkəməsi mübahisələndirilən alqı-satqı müqavilələrini etibarsız hesab etməklə yanaşı, İddiaçı tələbinə uyğun olaraq həm də həmin müqavilələrin ləğv edilməsi qənaətinə gəlib. Halbuki, mülki qanunvericiliyin tələbinə görə, əqdin etibarsızlığı və ləğvi fərqli hüquqi anlayışlar olmaqla yanaşı, fərqli hüquqi nəticələr də yaradır. Əqdin etibarsızlığı əqd tərəflərini əvvəlki vəziyyətə gətirir. Mövcud olmayan, yəni etibarsız hesab edilmiş əqdin sonradan həm də ləğv olunması isə mülki qanunvericilikdə nəzərdə tutulmayıb. Bütün bunlar birinci instansiya məhkəməsi tərəfindən diqqətə alınmayıb. Bundan əlavə, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiy i şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 363-ci maddəsinə əsasən, bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir (Mülki Məcəllənin 363.1-ci maddəsi). Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi etibarnamənin qüvvədə olma müddəti, etibar edənin iradəsindən asılı edilib və bu zaman təmsilçinin təmsil olunan adından hansı əqdin bağlanması əhəmiyyət kəsb etmir. Digər tərəfdən nəzərə alınmalıdır ki,xx adına verilmiş etibarnamədə təmsilçi olana geniş səlahiyyətlərin, o cümlədən daşınmaz əmlaklar üzərində sərəncam vermək səlahiyyətinin verildiyi də öz əksini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, sözügedən etibarnamənin 1 ay müddətinə verilməsinə və bu müddətin xx xxxxxx 2018-ci il tarixdə bitməsinə baxmayaraq, İddiaçı mübahisəli torpaq sahələrinin “onun mülkiyyətinə qaytarılmamasını” 7 ay sonra öyrənməsi də, onun bu barədə dəlillərinin inandırıcı və həqiqətəuyğun olmadığını təsdiq edir. Bundan başqa, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin əsaslı hesab etdiyi İddiaçı digər iki dəlili- mübahisəli torpaq sahələrinin real bazar dəyərindən daha aşağı qiymətə satılması, habelə torpaq sahələrinin satışından əldə olunmuş pul vəsaitinin ona verilməməsi ilə bağlı olub. Bu barədə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hər hansı daşınmaz əmlakın real bazar dəyəri eyni ərazidə yerləşən, eyni ölçülərə malik olan digər daşınmaz əmlakların qiyməti ilə müqayisəli təhlil aparılmaqla müəyyən edilir. İşə baxan birinci instansiya məhkəməsi mülki iş materiallarında olan Şəki rayonu ərazisində yerləşən torpaq sahələrinin satışı barədə internetdən çıxarılmış elanlara əsaslanaraq hesab etmişd ir ki, mübahisəli torpaq sahələri dəyərindən daha aşağı qiymətə satılıb. İddiaçı və birinci instansiya məhkəməsinin bu mövqeyinə etiraz edən cavabdeh tərəf apelyasiya baxışı zamanı mübahisələndirilən alqı-satqı müqavilələrinin predmeti olan torpaq sahələri ilə analoji yerdə yerləşən və müvafiq ölçüdə olan torpaq sahələrinin alqı-satqı müqavilələrini təqdim etmişdir ki, həmin müqavilələrdə olan qiymətlərin də hazırki iş üzrə etibarlılığı mübahisələndirilən müqavilələrdəki qiymətlərlə demək olar ki, eynilik təşkil etdiyi müəyyən olunur. Hətta, İddiaçı özü qeyd olunan alqı-satqı müqaviləsi bağlanmazdan 7 ay əvvəl eyni ərazidə, eyni ölçüdə olan torpaq sahəsini təxminən 3 dəfə aşağı qiymətə əldə edib. Beləliklə, İddiaçı torpaq sahələrinin dəyərindən daha ucuz qiymətə satılması barədə dəlillərin i əsaslandıra və bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməyib. Buna görə də “müqavilə qiymətinin reallığı əks etdirməməsi” halı mülki iş materialları ilə öz təsdiqini tapmadığı üçün mübahisəli torpaq sahələrinin qiymətləndlirilməsi ilə bağlı müvafiq ekspertizanın keçirilməsi barədə İddiaçı verdiyi vəsatəti rədd etməklə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib. İddiaçı “torpaq sahələrinin satışından əldə olunmuş pul vəsaitinin ona verilməməsi” barədə dəlilini də apelyasiya instansiyası məhkəməsi düzgün olaraq inandırıcı hesab etməyib. Belə ki, iddiaçı tərəf bildirir ki, xüsusi notariusun depozit hesabına köçürülmüş pul məbləğlərini İddiaçı təmsil etmiş xx hesabdan çıxarsa da, sonradan həmin pulları onun özünə qaytarılıb. Bununla bağlı apelyasiy a instansiyası məhkəməsi qeyd etmişdir ki, artıq yuxarıda göstərildiyi kimi, hazırda etibarlılığı mübahisələndirilən müqavilələrin predmeti olmuş torpaq sahələrinin müqavilədə göstərilmiş dəyəri “alıcı” qismində çıxış etmiş, iş üzrə cavabdehlər tərəfindən notariusun depozit hesabına köçürülüb. Bununla da cavabdehlər müqavilə üzrə üzərlərinə götürmüş olduqları öhdəlikləri icra etmişlər. Pulun köçürməsindən sonra həmin pulları hesabdan çıxaran İddiaçı təmsilçisi tərəfindən sonradan ona verilib-verilməməsi halları isə sözügedən müqavilələrin etibarlılığına təsir etmir. Digər tərəfdən, xx depozit hesabdan götürdüyü pulları Cavabdeh1 özünə qaytarması mülki iş materialları ilə təsdiq edilmir. İşin apelyasiya baxışı zamanı həmin xüsusatın təsdiq edilməsi məqsədi ilə iddiaçı tərəf xx şahid qismi ndə dindirilməsi barədə vəsatət versə də, apelyasiya instansiyası məhkəməsi həmin vəsatəti də Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbi baxımından düzgün olaraq rədd edib. Belə ki, həmin maddənin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum yoxdur. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təm in edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3316/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar