Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4410/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli 2(107)-17/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı rayon məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Əliyev, iş № 2(037)-58/2017) İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı müqavilənin MMC tərəfindən birtərəfli qaydada pozulmasın ın qanunsuz hesab edilməsi, pulun qaytarılması ilə eyni vaxtda girov qoyulmuş qiymətli əşyaların qaytarılması, eyni zamanda MMC-nin rəhbərliyi barəsində xüsusi qərardad çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, İ.F.Quliyev və M.A.Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilərək İsmayıllı rayon məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə cavabdeh “xxxx” MMC-dən 8 adda qızıl-zinət əşyaların, onlar olmadıqda dəyərini təşkil edən 3900 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: “xxxx” MMC ilə İddiaçı arasında iki kredit müqaviləsi bağlanmışdır. 05 dekabr 20 14-cü il tarixli müqaviləyə əsasən MMC tərəfindən İddiaçı aylıq 10 faiz ödəmək şərti ilə qızıl-zinət əşyaları girov qoyulmaqla 229 manat məbləğində, 07 dekabr 2014-cü il tarixli müqaviləyə əsasən isə qızıl-zinət əşyaları girov qoyulmaqla 10 faizə 175 manat, cəmi 404 manat məbləğində kredit verilmişdir. 2015-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək lombarda 4050 manat məbləğində qızıl-zinət əşyalarını girov qoymaqla 404 manat məbləğində kredit götürüb müqavilənin şərtinə uyğun olaraq hər ay 41 manat məbləğində lombarda faiz ödəməsini, lakin 2015-ci ilin may ayının sonunda lombarda getdikdə qızılzinət əşyalarının satılmasının ona bildirilməsini, səbəbinin isə 24 may 2015-ci il tarixdə göndərilmiş xəbərdarlıq mesajına cavab verilməməsi ilə izah olunmasını əsas g östərməklə müqavilənin birtərəfli qaydada pozulmasına görə ödədiyi pulun və qızıl-zinət əşyalarının qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək iddiaçının 4 ay müddətində faizləri ödədikdən sonra növbəti 5-ci ay üçün faizi ödəməməsini, eləcə də ona verilmiş 10 gün müddətində faizlərin ödənilməsini təmin etməməsini, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həmin halının nəzərə alınmadan iddianın təmin olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə e dərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunduğu kimi mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçı tərəfind ən girov qoyulmaqla kredit götürülmüşdür. Müqavilə ilə müəyyən olunmuş faizlər 4 ay ödənildikdən sonra növbəti 5-ci ay üçün ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtinə görə faizlər vaxtında ödənilmədikdə tərəf xəbərdar edilməklə faizlərin ödənilməsi üçün ona 10 gün vaxt verilir. Həmin müddət ərzində faizlər ödənilməzsə, girov qoyulmuş əmlak hərrac vasitəsi ilə satılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıya faizlərin ödənilməsi barədə xəbərdarlıq edilməsini və ona 10 gün möhlət verilməsini təsdiq edən sübutlar yoxdur. Göstərilən vəziyyətdə müqavilənin birtərəfli qaydada pozulub girov qoyulmuş qızılzinət əşyalarının satılması müqavilənin şərtinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, faizlərin əlavə verilmiş 10 gü n müddət ərzində ödənilməməsinə görə girovun predmetinin lombardın mülkiyyətinə keçməsinə dair müqavilədə müəyyən olunmuş şərt mülki qanunvericiliyin müddəalarına zidd olduğundan həmin şərt də iddianın rədd edilməsi üçün əsas verməmişdir. Belə bir nəticəyə gələrkən məhkəmə kollegiyası Mülki Məcəllənin 269, 270, 273, 302 və 328-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətinə və mülki qanunvericiliyin tələblərinə uyğun olduğundan, kollegiya qətnaməni qanuni və əsaslı sayır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellya siya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 31 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4410/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4410/2019
19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver