Məhkəmə qərarları › İş №2(102)-4414/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4414/2023

06.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4414/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qəhrəman qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs kimi X8 cəlb olunmaqla) qarşı QƏRARİ (Açar sözlər: miras əmlakının vərəsələr arasında paylara uyğun bölünməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X7 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Qəhrəman qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs kimi X8 cəlb olunmaqla) miras əmlakın vərəsələr arasında paylara uyğun bölünməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)696 /2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İsmayılov Arif Tahir oğlu ilə İddiaçı Qəhrəman qızının nikahları xx.xx.1978-ci ildə Tovuz rayonu Əlibəyli kənd İcra nümayəndəliyində qeydiyyata alınmışdır.

2. Doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərinə əsasən, İsmayılov Arif Tahir oğlunun xx xxxxxx 1991-ci ildə İddiaçı Qəhrəman qızından Cavabdeh2, X1 01 avqust 1997-ci ildə Cavabdeh1 və xx xxxxxxx 1999-cu ildə Cavabdeh3, xx.xx.1996-cı ildə X3 X8 adlı uşaqları olmuşdur.

3. Ölüm haqqında arayışa əsasən, İsmayılov Arif Tahir oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafıə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi fılialının mərhum İsmayılov Arif Tahir oğlunun alınmamış pensiya məbləği barədə verdiyi arayışa əsasən, mərhum Arif İsmayılovun 2795,87 manat məbləğində alınmamış qalıq pensiya vəsaiti vardır.

5. AB № 241159 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi-G6B88A213833, BanKMHEU41FP9A606933, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobii və 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi-40620D63044224, Ban-311***-*******0, Şassi X96311***-*******4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ31105-120” minik markalı avtomobil İsmayılov Arif Tahir oğlunun adına qeydiyyata almmışdır. 6. 10 dekabr 2008-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC ilə İsmayılov Arif Tahir oğlu arasında müqavilə bağlanmış, Arif İsmayılov mənzilə ehtiyacı olduğunu bildirmiş, müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu 3153-3152-ci məhəllədə yerləşən 4-cü mərtəbə, 11 nömrəli mənzilin tikintisinə çəkiləcək xərcin Arif İsmayılov tərəfındən ödənilməsi öhdəliyi götürülmüşdür. 7. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışa əsasən, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzili İsmayılov Arif Tahir oğlu alğı-satqı müqaviləsi əsasında almışdır. Mərhum İsmayılov Arif Tahir oğlu tərəfindən yuxarıda qeyd edilən mənzilin dəyəri tam ödənilmişdir. 8. 16 may 2021-ci il tarixli Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərara əsasən, İddiaçı Qəhr əman qızı 02 noyabr 2020-ci ildə vəfat etmiş əri İsmayılov Arif Tahir oğlundan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə 17 noyabr 2020-ci il tarixdə notariusa müraciət etmiş, vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Qəhrəman qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə inşa edilən yaşayış sahəsində 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı (ümumi sahəsi 93,35 kv.metr olan) 11 saylı mənzilin (bundan sonra – mübahisəli mənzi l), 2795,87 manat məbləğində alınmamış pensiya məbləğinin, 2008-ci il buraxılışlı, qara rəngli, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobilin, 2008-ci il buraxılışlı, qara metal rəngli, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobilin vərəsələr arasında paylarına uyğun bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum Arif İsmayılovun ölümündən sonra vərəsələrindən İddiaçı Qəhrəman qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 notariusa müraciət ediblər. Vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilib. Mirasın kütləsinə daxil olan əmlaklar İddiaçı Qəhrəman qızı və İsmayılov Arif Tahir oğlunun birgə nikah dövründə əldə edilib.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı Qəhrəman qızının etibarnamə üzrə nümayəndəsi Vəkil1 iddia tələbində qeyd edilənlərlə eyni məzmunda izahat vermişdir.

12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki,iddiaçı tərəfin təqdim etdiyi əmlaklar arasında mərhumun mülkiyyət hüququnun təsdiq olunmayan əmlak da var. Belə ki, mübahisəli mənzil DƏDRX-nin müvafiq şöbəsində dövlət reyestrində qeydə alınmamışdır.Hal-hazırda həmin əmlak "xxxx" MMC-nin mülkiyyətindədir. Ona görə də mübahisəli mənzilin bölüşdürülən əmlaklar siyahısından çıxarılmasını və digər miras əmlaklardan vərəsələrin payının müəyyən olunmasını xahiş etmişdir.

13. Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(062)-270/2022 n ömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia qismən təmin edilmiş, mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi - G6D88A213833, BanKMHEU41FP9A606933, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi 40620D63044224, Ban-311***-*******0, Şassi X96311050- 61330904, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobildən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payının müəyyən olunması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

14. Məhkəmə belə qənaətə gəlmişdir ki, miras əmlak olan mübah isəli mənzilin dəyəri mərhum tərəfindən tam ödənilsə də həmin mənzil dövlət reyestrində qeydə alınmamışdır. Mübahisə olunan mənzil mərhumun vərəsələri tərəfindən müvafiq qaydada mərhumun adına dövlət reyestrində qeydiyyata alındıqdan sonra bu barədə notariusa mübahisə olduqda isə məhkəməyə müraciət edə bilərlər. Hazırki iş üzrə mirasın kütləsinə 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi-G6D88A213833, Ban-KMHEU41FP9A606933, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi-40620D-63044224, Ban-311***-*******0, Şassi X96311***-*******4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobil daxildir. Hər iki avtomobil və pe nsiya məbləği İddiaçı Qəhrəman qızı və İsmayılov Arif Tahir oğlunun birgə nikah dövründə əldə etdiyindən həmin əmlaklardan iddiaçının özünün 1/2 hissədə payı var. Qeyd olunan əmlakların 1/2 hissəsi mirasın kütləsinə daxildir. Həmin 1/2 hissədən mərhumun vərəsələri olan İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 bərabər payları var. İşdə olan sənədlərdən görünür ki, iş üzrə tərəflər mirasın qəbulu ilə bağlı notariusa müraciət etmiş, mübahisə olduğundan vərəsələrə miras mülkə dair şəhadətnamə verilməkdən imtina olunmuşdur. Arifə İsmayılova isə nə qanunla müəyyən olunmuş qaydada müraciət etmiş, nə də mirasın faktiki idarə olunmasında iştirak etmişdir.

15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli Plenum qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1, 1151.1, 1159.1.1, 1274, 1291-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı Qəhrəman qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(062)-270/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisə olunan mənzilin daşınmaz əmlakın dö vlət reyestrində qeydə alınmaması səbəbindən mirasın kütləsinə daxil edilə bilməməsi qənaətinə gəlməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, mənzil-tikinti kooperativinin tikdirdiyi ev kooperativin ayrı-ayrı üzvlərinə yox, hüquqi şəxs kimi bütövlükdə kooperativin özünə məxsusdur. Buna görə də, kooperativ üzvü mülkiyyət hüququna malik deyil. Məhz bu səbəbdən vərəsəlik üzrə onun kooperativdəki paya olan hüququ keçir və mirasa daxil olur. Kooperativ payın pulla dəyərini vərəsələr ödəyir. Mənzil-Tikinti kooperativi vərəsəni payçı kimi qəbul edə bilər. Belə olan halda vərəsə kooperativə məxsus olan evdəki müəyyən mənzilə istifadə hüququ əldə edir. Həmin mənzilə olan mülkiyyət hüququ vərəsəlik qaydasında verilir və mirasa daxil edilir. Mərhum İsmayılov Arif Tahir oğlu mənzilin dəyərini ta m ödəmişdir. Ona görə də, hesab edir ki, sözügedən mübahisəli mənzil də mirasın kütləsinə daxil edilməli, hər bir vərəsənin kooperativdəki paya olan hüququ paylarına uyğun bölünməlidir.

18. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin İsmayılov Arif Tahir oğlundan miras qalmış 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobildən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə paylarının müəyyən olunması hissəsində dəyişdirilərək, avtomobillərdən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 1/4 hissədə, Cavabdeh2, Cavab deh3 və Cavabdeh1 hər birinin paylarının ¼ hissədə paylarının müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi payların bölünməsində səhvə yol vermişdir. Belə ki, mövcud qanunvericiliyə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölünür. Paylar bərabər bölünməli olduğu halda, məhkəmə bunları nəzərə almadan qətnamə qəbul etmişdir. 20.. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2(104)-1797/2022 nömrəli qətnaməsi ilə (hakimlər - Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi) Salman Hüseynov və Əlizamin Abdullayev) Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin 29 mart 2022- ci il tarixli, 2(062)-270/2022 nömrəli qətnaməsinin qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılması, iddianın tam təmin edilməsi, mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə paylarının müəyyən edilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməs i öz mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi miras əmlak olan mübahisəli mənzildən vərəsələrin paylarını müəyyən etməməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İsmayılov Arif Tahir oğlunun ölümündən sonra 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil və 2008-ci il buraxılışlı **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ31105-120” minik markalı avtomobilin miras kütləsinə daxil olması mübahisə doğurmur. Cavabdeh tərəfindən mübahisələndirilən hal həmin mirasdakı payların miqdarıdır və hesab etmişdir ki, paylar bərabər olmalıdır. Cavabdehin apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə vərəsələrin payını yuxarıda göstərilən qaydada müəyyən etməkdə haqlı olmuşdur. Çünki birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə olunmuş əmlak bərabər paylarla ər-arvada məxsus olur. Bu halda vərəsəlik bütün əmlaka yox, vəfat etmiş ərin (arvadın) payına açılır. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin birinci instansiya məhkəməsinin iddia tələbini təmin etmədiyi miras əmlakın pay haqqı mərhum İsmayılov Arif Tahir oğlu tərəfindən tam şəkildə ödənildiyindən həmin pay haqqı miras kütləsinə aid edilməlidir.

22. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1274, 12 91-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2-ci maddələrinə istinad etmişdir. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

23. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2022-ci il tarixli qətnaməsinin mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin olunmaması barədə yeni qərar çıxarılma sını xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinn qətnaməsi əsaslı deyildir. Mübahisəli məznil "xxxx" MMC-nin mülkiyyətində olduğundan mərhum Arif İsmayılovun miras aktivi hesab oluna bilməz. Həmin mənzil mərhum Arif İsmayılovun adına qeydiyyata alınmamış, ümumiyyətlə, heç bir orqanda rəsmiləşdirilməmişdir. Mübahisəli mənzilə dair pay hüququ haqqında müqavilənin belə dövlət qeydiyyatı yoxdur. Bu səbəbdən, mərhum Arif İsmayılovun adına heç bir yerdə rəsmiləşdirilməyən, dövlət qeydiyyatına alınmayan, müqaviləsi olmayan mübahisəli mənzil mərhum vərəsələr arasında paylara uyğun bölüşdürülməsinin ədalətsizlik olduğunu hesab etmişdir. Məhkəmə kollegiyası "xxxx" MMC tərəfindən verilən arayışa əsaslanmaqla doğru araşdırma aparmamış, mübahi səli mənzil üzərində hüquqların mərhum Arif İsmayılovun yox, "xxxx" MMC-nin adına qeydiyyata alınmasına baxmamış, bu sahədə daşınmaz əmlakın dövlət reyestri xidmətinə sorğu göndərməmiş, bununla da, əsası olmayan qətnamə qebul etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli 2(102)-6253/2023 nömrəli qərarı ilə (hakimlər - İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi) Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1797/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün göndərilməsi qət edilmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, İş materiallarından görünür ki, vərəsə X4 nümayəndəsi x x.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onun işə cəlb olunmasını xahiş etmişdir.

27. Lakin məhkəmə tərəfindən həmin ərizə müzakirə olunmamış, X8 işə cəlb olunmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi Arifə İsmayılovanın hüquqlarına toxunan məsələni həll etmiş, müəyyən etmişdir ki, Arifə İsmayılova nə qanunla müəyyən olunmuş qaydada müraciət etmiş nə mirasın faktiki idarə olunmasında iştirak etmişdir.

28. Arifə İsmayılovanın hüquqlarına aid məsələ həll olunmasına baxmayaraq, iş üzrə qətnamələrin surətləri də ona göndərilməmişdir.

29. Yuxarıda qeyd olunduğu kimi işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılması, şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. 30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.

31. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə gönd ərilməlidir.

32. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi, mərhum Arif İsmayılovun 10 dekabr 2008-ci il tarixli müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzili miras əmlakın kütləsinə aid etməkdə haqlı olmuşdur.

33. Belə ki, mülki işin 18-ci vərəqində olan maliyyə arayışından göründüyü kimi Arif İsmayılov tərəfindən mənzilin dəyəri tam ödənilmişdir.

34. Eyni zamanda mənzilin və avtomobillərin nikah müddətində əldə olunduğu müəyyən edildiyinə görə, apellyasiya instansiyası məhkəməsi həmin əmlaklarda iddiaçının ½ hissədə payını tanımaqda haqlı olmuşdur. d)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

35. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.Mehdiyev (s ədrlik edən və məruzəçi), Ə.Məmmədov, R.Muradov) 2(104)-696/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Tovuz Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(062)-270/2022 saylı qətnaməsinin qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddianın tam təmin edilməsi, mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cav abdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payının müəyyən edilməsi,qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

36. Məhkəmə kollegiyası qərarını belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbini və eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qərarındakı göstərişini nəzərə alaraq X8 üçüncü şəxs qisməndə işə cəlb olunmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Arifə İsmayılova nə qanunla müəyyən olunmuş qaydada müraciət etməmiş, nə də mirasın faktiki idarə olunmasında iştirak etməmişdir.

37. İşin hallarına görə İddiaçı Qəhrəman qızı ilə İsmayılov Arif Tahir oğlu 22 aprel 1978-ci ildə rəsmi qaydada evlənib ailə qurmuş, həmin nikahdan xx xxxxxx 1991-ci ildə Cavabdeh2, xx xxxxxxx 1999-cu ildə X2 Cavabdeh3 və və 01 avqust 1997-ci ildə Ca vabdeh1, xx.xx.1996-cı ildə X3 X8 adlı uşaqları anadan olmuşdur. Arif İsmayılov xx.xx.2020-ci ildə vəfat etmişdir. İsmayılov Arif Tahir oğlunun ölümündən sonra miras əmlak kimi 10 dekabr 2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzilə görə ödədiyi pay haqqı, 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi-G6D88A213833, Ban-KMHEU41FP9A60693 3, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi-40620D-63044224, Ban-311***-*******0, Şassi X96311***-*******4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120" minik markalı avtomobil qalmışdır.

38. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 10 dekabr 2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri Yasamal rayonunda yerləşən 3153-3152-ci məhəllədə yerləşən 4-cü mərtəbə, 11 nömrəli mənzilin dəyəri mərhum tərəfindən tam ödənilsə də həmin mənzil dövlət reyestrində qeydə alınmamışdır. Mübahisə olunan mənzil mərhumun vərəsələri tərəfindən müvafiq qaydada mərhumun adına dövlət reyestrində qeydiyyata alındıqdan sonra bu barədə notariusa, mübahisə olduqda isə məhkəməyə müraciət edə bilərlər. Hazırki iş üzrə mirasın kütləsinə 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi-G6D88A213833, Ban-KMHEU41FP9A606933, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxıl ışlı, qara metal rəngli, mühərrik nömrəsi-40620D-63044224, Ban-311***-*******0, Şassi X96311**********4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobil daxildir. Hər iki avtomobili və pensiya məbləği İddiaçı Qəhrəman qızı və İsmayılov Arif Tahir oğlunun birgə nikah dövründə əldə etdiyindən həmin əmlaklardan iddiaçının özünün 1/2 hissə payı var. Qeyd olunan əmlakların 1/2 hissəsi mirasın kütləsinə daxildir. Həmin 1/2 hissədən mərhumun vərəsələri olan İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 bərabər payları var.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi miras əmlak olan Bakı şəhəri Yasamal rayonunda yerləşən 3153-3152-ci məhəllədə yerləşən 4cü mərtəbə, 11 nömrəli mənzildən (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş- 1, 11 nömrəli mənzil) vərəsələrin paylarını müəyyən etməməkdə düzgün nəticəyə gəlməmişdir. Mərhumun 1-ci növbəli vərəsələri sırasına arvadı İddiaçı, uşaqları Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 daxildir.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İsmayılov Arif Tahir oğlunun ölümündən sonra 2795,87 manat məbləğində alınmamış pensiya məbləği, 2008-ci il buraxılışlı, **-BK*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil və 2008-ci il buraxılışlı **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobilin miras kütləsinə daxil olması mübahisə doğurmur.

41. Cavabdeh tərəfindən mübahisələndirilən hal həmin mirasdakı payların miqdarıdır və hesab edir ki, paylar bərabər olmalıdır. Cavabdehin apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

42. Qeyd olunan iki avtomobilin iddiaçı ilə birgə nikah dövründə əldə olunması və mərhumun alınmamış təqaüdünün iddiaçı ilə birgə nikah dövründə qazanılmış vəsait olması mübahisəsiz olduğuna görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə vərəsələrin payını yuxarıda göstərilən qaydada müəyyən etməkdə haqlı olmuşdur. Çünki birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə olunmuş əmlak bərabər paylarla ər-arvada məxsus olur. Bu halda vərəsəlik bütün əmlaka yox, vəfat etmiş ərin (arvadın) payına açılır. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

43. Birinci instansiya məhkəməsinin iddia tələbini təmin etmədiyi miras əmlak Bakı şəhəri Yasamal rayonunda 3153-3152-ci məhəllədə yerləşən 4-cü mərtəbə, 11 nömrəli mənzildən (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzil) ibarətdir. İş materiallarından göründüyü kimi həmin mənzil Mənzil Tikinti Kooperativinin binasında yerləşməklə kooperativ üzvü olan mərhum İsmayılov Arif Tahir oğlu tərəfindən pay haqqı tam şəkildə ödənilmişdir.

44. Mərhum İsmayılov Arif Tahir oğlu tərəfindən həmin mənzilə görə pay haqqı tam şəkildə ödənildiyinə həmin pay haqqı miras kütləyə aid edilməli və İddiaçı Qəhrəman qızının 5/8 hissədə, X5, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payı müəyyən edilməli və bununla da iddiaçının vəkilinin apellyasiya şikayəti təmin edilməlidir.

45. Beləliklə, işdə olan sənədlərdən görünür ki, iş üzrə tərəflər mirasın qəbulu ilə bağlı notariusa müraciət etmiş, mübahisə olduğundan vərəsələrə miras mülkə dair şəhadətnamə verilməkdən imtina olunmuşdur. Arifə İsmayılova nə qanunla müəyyən olunmuş qaydada müraciət etməmiş, nə də mirasın faktiki idarə olunmasında iştirak etməmişdir. Ona görə də iddia tələbi qismən mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış 2795,87 manat məbləğində alınmamış pensiya məbləğinin, 2008-ci il buraxılışlı, qara rəngli, mühərrik nömrəsi- G6D88A213833, Ban-KMHEU41FP9A606933, **-BK-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil, 2008-ci il buraxılışlı, qara metal rəngli, mühərrik nömrəsi-40620D-63044224, Ban-311***-**** ***0, Şassi X96311***-*******4, **-BJ-*** dövlət qeydiyyat nişanlı “QAZ-31105-120” minik markalı avtomobildən ibarət mirasdan İddiaçı Qəhrəman qızının 5/8 hissədə, X5, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payının müəyyən olunmalı, iddianın qalan hissədə təmin olunmamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2023-cü i il tarixli, 2(104)-696/2022saylı qətnaməsinin “mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu,3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı,11saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi168A, giri ş-1,11 nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cavabdeh3 vəCavabdeh1 hər birinin 1/8 hissədə payı müəyyən edilsin” hissədələğv edilərək, iddianın həmin hissədə təmin olunmaması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsaslı deyil.Məhkəmə vərəsələrin dairəsini dürüst müəyyən etməyib. Ali Məhkəmənin 21 dekabr 2022-ci il tarixli,2(102)- 6253/2023saylı qərarı ilə əvvəlki qətnamə- Gəncə Apellyasiya Məhkəməsinin 10 avqustn 2022-ci il tarixli qətnaməsi ləğv edilmişdir və ləğv etməsinə əsas səbəb mərhumun, yəni muiras qoyanın övlad X4 məhkəmə iclaslarına cəlb edilməməsi və ya onun xəbərdar edilməməsi olmuşdur. Deməli əgər cavabdeh (tək şikayətçi) Cavabdeh1 vaxtında kassasiya şikayəti verməsəydi, Gəncə Apellyasiya Məhkəməsinin 10 avqust 2022-ci il tarixli əsassız qətnaməsi qüvvədə qalmış olacaqdı, beləliklə də, hüquqi müstəviyə zərbə vuralacaqdı. Lakin yenə də ürək açan hal olmayıb. Belə ki, Ali Məhkəmənin 21 dekabr 2022-ci il tarixli,2(102)-6253/2023 saylı qərarı X6 üçüncü şəxs kimi tanımağı tələb etməmişdir. Buna baxmayaraq Gəncə Apellyasiya Məhkəməsinin 10 may 2023-cü il tarixli qətnaməsi ilə X8 üçüncü şəxs kimi cəlb etmişdir.Cavabdeh kimi verdiyim apelyasiya şikayətim təmin edilməmişdir.

48. Hesab edir ki, Ali Məhkəmə işə baxmalıdır və baxan zaman həqiqətən miras əmlak və miras pay anlayışlarının mənalarına aydınlıq gətirməlidir.Şəxs əgər mülkiyyət hüququ əsasında əmlak əldə edə bilmirsə, sadəcə ondan istifadə edə bilirsə və sahiblik edirsə, bu pay vərəsələr arasında eyni mah iyyətdəmi bölünməlidir? Avropa dəyərlərinə doğru gedən Azərbaycanın hüquq müstəvisində bunun açıqlanması labüddür. Pay öncə miras qoyanının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındqdan sonra paylara bölünəcək. Çünki birbaşa müqavilə əsasında bölgü sonrakı problemə şərait yaradır. Bəs belə olan halda məhkəmə qərarının çıxarış alınmadan icra olunması mümkün olmayacaq. 49. "xxxx" MMC-nin mülkiyyətində olam əmlak mərhum İsmayılovArif Tahir oğlunun miras aktivi sayıla bilməz. Təəssüf ki, bu əmlak da bölünmüşüdür. Hüquqların qeydiyyata alınmaması kimi göstərilən əmlak miras aktivi deyil.

50. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Bakışəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi168A, giriş-1,11 nö mrəlimənzil heç bir dövlət qeydiyyatına alınmayıb, onun barəsində olan müqavilənin belə dövlət qeydiyyatı yoxdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. İddiaçı Qəhrəman qızı Cavabdeh1 kassasiya şikayətinə etiraz edərək kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli 2(104)696/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

52. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

53. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

54. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

55. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

56. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

57. Maddə 1159.1 və 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşa q, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

58. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

59. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

60. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

61. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğ un bölüşdürülür.

62. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

63. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

64. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığın cağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.

65. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

66. Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248. 1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

68. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 88 məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır.

73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

74. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.

75. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, X5, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payının müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. Yoxlanılan hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

77. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işə əvvəllər kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstə rişləri icra edilmiş, tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 78. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

79. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

81. Məhkəmə kollegiyas ı qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki,Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli 2(104)-696/2023 nömrəli qətnaməsi mərhum İsmayılov Arif Tahir oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152-ci məhəllədə yerləşən 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı 11 saylı mənzildəki pay haqqından ibarət mirasa (Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 168 A, giriş-1, 11 nömrəli mənzil) İddiaçı Qəhrəman qızının 5/8 hissədə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinin 1/8 hissədə payının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar