Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4415/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)2015/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/6 hissədə payda İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Həmin yaşayış sahəsinin pəncərəsinin qarşısında evin digər 1/6 hissədə mülkiyyətçisi Cavabdeh istifadəsində olan tikili inşa olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə bitişik yerdə cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı övladları ilə birlikdə özünün mülkiyyətində olan ünvan 1 ünvanınd a yerləşən fərdi yaşayış evində yaşayır. Evin 1 qapısı və cəmi 1 pəncərəsi var. Həmin fərdi yaşayış evində 1/16 hissə payı olan qonşusu Cavabdeh evinin divarının yerini dəyişdirmiş, qanunsuz olaraq heç bir icazəsi olmadan həmin divarı iddiaçının pəncərəsinin qarşısında 2,20 metr hündürlüyündə inşa etmişdir. Bununla cavabdeh sözügedən evin yeganə təbii işıqlandırmasının qarşısını almışdır. Bu azmış kimi həmin divarda balaca baca yerləşdirmiş və bu pəncərə vasitəsi ilə xoşagəlməz qoxuların iddiaçının yaşayış sahəsinə dolmasına səbəb olmuşdur. Həmin bacadan iddiaçının evinin içərisi görünür ki, bu da onun şəxsi həyata olan hüquqlarını pozur. Qonşunun inşa etdiyi divar iddiaçının və uşaqlarının həyat və sağlamlığını təhlükə altına alır.
5. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 01 oktyabr 2021-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsindən 0,30 m. ara məsafəsində kərpic materialından inşa olunmuş tikilinin inşasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, talvar tikilisinin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa o lunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsindən 0,30 m. ara məsafəsində inşa olunmuş tikili ümumi istifadədə olan torpaq sahəsinin üzərində inşa olunduğu və həmin tikilinin inşası yaşayış evinin hər hansı hissəsindən istifadə etməsi üçün məhdudiyyət yaratmadığı müəyyən edilir. Lakin həmin tikilinin yaşayış evinin yaşayış otağının qarşısında inşa olunduğunu və inşa olunmuş tikilinin daxilində quraşdırılmış qaz sobasının borusunun iddiaçıya məxsus yaşayış otağının pəncərəsi istiqamətində açıldığını nəzərə alaraq (qaz sobası işləyən zaman) mənzilin yaşayış otağından istifadə etməsi üçün məhdudiyyət yaratdığı müəyyən edilir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(009)-1262/ 2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik tikilmiş və cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin (kərpic materialından inşa olunmuş tikilinin) sökülməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik tikilmiş və cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin (kərpic materialından inşa olunmuş tikili) sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Torpaq Məcəlləsinin 111-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğ ularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1-ci bəndinə istinad edərək hesab etmişdir ki, sökülməsi iddia edilən tikilinin mövcudluğu iddiaçının mülkiyyətindən sərbəst surətdə istifadə, sahiblik və sərəncam hüquqlarını pozduğu üçün iddia təmin olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(009)-1262/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2022-ci il ta rixli, 2(103)2015/2022 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Ə.Sariyevdən və İ.Ə.Kərimlidən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(009)-1262/2021 nömrəli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli ünvana aid texniki pasportun məlumatları ilə həmin ünvanın faktiki vəziyyəti müqayisə olunduğu zaman cavabdeh tərəfindən iddiaçının yaşayış evinə bitişik inşa olunmuş tikilinin Azərbaycan Res publikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa olunmadığı müəyyən edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli rəyi ilə də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsindən 0,30 m. ara məsafəsində kərpic materialından inşa olunmuş tikilinin inşasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından, talvar tikilisinin qur aşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir.
12. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin işə onun iştirakı olmadan baxılması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana (MAPS şöbəsinin arayışında qeyd edilən) məhkəmə iclası barədə bildirişlər qanunla müəyyən edilmiş qaydada göndərilmiş, bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Rayon məhkəməsi məhkəmə bildirişlərini məhkəməyə məlum olan axırıncı ünvana, hazırkı işdə MAPS şöbəsinin arayışında qeyd edilmiş ünvana göndərdiyindən, həmin şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilməlidir.
13. Apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmalar nəticəsində, eyni zamanda ekspert rəyi ilə də sökülməsi iddia edilən tikilinin mövcudluğu iddiaçının mülkiyyətindən sərbəst surətdə istifadə, sahiblik və sərəncam hüquqlarını pozması müəyyən edilmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik inşa olunmuş tikilinin (kərpic materialından inşa olunmuş t ikilinin) sökülərək əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iş üzrə düzgün nəticəyə gəldiyindən, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-2015/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 152.1, 152.6, 180-ci, Mülki Prosessual Məcəllənin 9.1, 385.1.1-ct maddələrinin pozulması ilə qəbul edilmişdir.
16. Belə ki, cavabdehin mülkiyyət hüququ pozulmuş, qanun pozuntus una yol vermədiyi halda, həmin hüququna müdaxilə edilmişdir. O, fərdi yaşayış evini 02 mart 2021-ci il tarixdə almış və evdə hər hansı dəyişiklik etməmişdir. İddiaçı özü qanunsuz olaraq öz evinin divarını təxminən 2 metr qabağa çəkərək, ara məsafəsini azaltmışdır. Apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipini pozmuş, işin faktiki hallarını araşdırmamışdır. İş üzrə ekspertiza birtərəfli keçirilmiş, cavabdehin sənədləri nəzərə alınmamışdır.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. İddiaçı kassasiya şikayətinə yazılı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Etiraz onunla əsaslandırmışdır k i, kassator şikayətində maddi və prosessual hüquq normalarına istinad etsə də, həmin normaların mülki işə hansı mənada əlaqəli olmasını əsaslandırmamışdır. Həmçinin tikildiyi zamandan və kim tərəfindən tikilməsindən asılı olmayaraq qanunsuz tikiliyə görə məsuliyyəti cavabdeh daşıyır. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad et məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük v erilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd v ə ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəy işlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
24. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəll əsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipin i təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə mü əyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.
28. Məhkəmə kollegiyası bir daha da qeyd edir ki, cavabdehin istifadəsində olan tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş Qayd alara uyğun olmaması ekspert rəyi ilə təsdiqini tapdığından və iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə mane yaratdığından, yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun iddia əsaslı olmuşdur.
29. Ekspert rəylərinin əsassız olmasına dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən ekspert tədqiqatı mübahisəli tikililərə baxış keçirilməklə və ölçü işləri aparılmaqla həyata keçirilmişdir. Cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya məhkəməsinə mübahisələndirilən tikilinin tikinti və şəhərsalma qaydalarına uyğun, müvafiq icazələr almaqla inşa olunduğunu təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.
30. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müq ayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
31. Odur ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyi əsasında cavabdehin istifadəsində olan tikilinin müvafiq qaydalara uyğun tikilmədiyi və iddiaçının hüquqlarını pozduğunu müəyyən etdiyindən, məhkəmənin həmin ekspert rəyinə əsasən nəticəyə gəlməsi Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə uyğun olmuşdur.
32. Kassasiya şikayətinin digər dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan sahədə özbaşına tikililərin olduğunu və həmin tikililərin onun hüquqlarını pozduğunu hesab etdiyi halda, müvafiq iddia ilə məhkəmə yə müraciət edə bilər. Hazırki mülki iş məhz iddiaçının iddiası üzrə başlanmışdır.
33. Tikilinin cavabdeh tərəfindən deyil, əvvəlki mülkiyyətçi tərəfindən inşa olunmasına dair kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, mübahisəli tikili hazırda cavabdehin istifadəsində olduğundan iddia əsaslı olaraq məhz ona qarşı irəli sürülmüşdür.
34. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki hallarının araşdırılması ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsin in məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassas iya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-2015/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.