Məhkəmə qərarları › İş №2(102)-4416/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4416/2023

28.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4416/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1ndə Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4416/2023 (Açar sözlər: vərəsəlik, zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X14 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1594/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsindən İdd iaçı və onun vəkili Vəkil Elmar qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. JN-231 kod 50302018 saylı torpağın mülkiyyətə verilməsi haqqında dövlət aktına əsasən Tovuz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 avqust tarixli 23 nömrəli qərarı ilə X10, X19, X24, İddiaçı, X27, X43 Tovuz rayonu Azaflı kəndi ərazisində 0,33 ha pay torpaq sahəsi verilmişdir.

3. JN-162A KOD 50302018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Tovuz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 avqust tarixli 23 nömrəli qərarı ilə X10, X19, X24, İddiaçı, X27, X43, X35, X36 və X20 Tovuz rayonu Azaflı kəndi ərazisində 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X8 adına keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 340 nömrəli qeydiyyat vəsiqəsi ilə Tovuz rayonu Azaflı kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Ləğv olunmuş DT və XT tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında X8 adına ümumi birgə əsaslarla Tovuz rayonu, Azaflı kəndində JN-162A nömrəli şəhadətnamə ilə 0,3 ha həyətyanı və JN-231 nömrəli dövlət aktı ilə 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. X1 adına digər ərazi idarəsi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdi r.

5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, qeyd edilən torpaq sahəsinə dair təqdim edilmiş arxiv arayışında qeyd edilən 0,25 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün bələdiyyə tərəfindən təsdiqlənmiş yerqurluşu xəritəsindən çıxarış və əlavə 0,10 ha torpaq sahəsinə dair hüququ müəyyənedici sənəd DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.

6. Azərbaycan Respublikası ƏMDKDƏK və ÜRX-nin xx.xx.2021ci il tarixli məktubundan görünür ki, Tovuz rayonu Azaflı kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerqurluşu sənədlərində saxlanılan yuxarıda adı çəkilən siyahıda yerli aqrar isl ahat komissiyası tərəfindən X8 adı ailə üzvləri (X28, X37, İddiaçı, X44, X55) siyahıya daxil edilmiş, qanuni istifadəsində 0.25 ha zəbt kimi isə 0.80 ha həyətyanı torpaq sahəsi göstərilmişdir. Vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahəsinin onların mülkiyyətinə verilməsi ilə bağlı yerli aqrar islahatı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilmiş siyahıda X50 adı ilə ailə üzvləri (X28, X37, İddiaçı, X44, X55, X51, X52, Abbasova (Abdıyeva) Könül Məhərrəm qızı) ilə birlikdə 162-ci və 210cu sırada qeyd olunmuş və ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş bölgü layihəsində ailələrinə JN-162A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir.

7. Azərbaycan Respu blikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən qeyd edilən torpaq sahəsinin 0.12 ha olan hissəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün xidmətin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət olunması məqsədə müvafiq hesab edilmişdir.

8. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarı əsasında X10 ailə üzvləri ilə birlikdə 0.30 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında X8 və ailə üzv lərinin adına torpağa mülkiyyətə verilməsinə dair JN-162 A nömrəli şəhadətnamə tərtib edilmişdir.

9. Çıxarışdan görünür ki, X8 adına Tovuz rayonu Azaflı kəndində 0.12 ha torpaq sahəsi və üzərində 135 kv.m fərdi yaşayış evi qeydiyyata alınmışdır.

10. Tovuz rayon Dövlət Arxivinin 22 yanvar 2021-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd ZDS İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1951-1953cü il tarixli 08 saylı təsərrüfat başına kitabın 245-ci şəxsi hesabında təsərrüfatda 0.30 ha torpaq sahəsinin olması göstərilmişdir.

11. Tovuz rayon Dövlət Arxivinin 07 noyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-2000-ci il tarixli 01 saylı təsərrüfat başına kitabın 75-ci şəxsi hesab ında təsərrüfat X1 adına olmaqla ümumi sahəsi 108 kv.m o cümlədən yaşayış sahəsinin 56 kv.m olması göstərilmiş və aşağıdakı ailə üzvləri var. (X2 Həmayə Müseyib qızı, X37, İddiaçı, X44, X55, X51, X53, Abbasova (Abdıyeva) Könül Məhərrəm qızı)

12. Tovuz rayon Dövlət Arxivinin 07 noyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd ZDS İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1954-1956cİ il tarixli 11 saylı təsərrüfat başına kitabın 264-cü şəxsi hesabında təsərrüfat X8 adına olmaqla təsərrüfatda 1954-cü ildə 0.30 ha 1955-ci ildə 0.25 ha 1956-cı ildə 0.12 ha torpaq sahəsi, 1948-ci ildə tikilmiş yaşayış evinin olması qeyd olunmuşdur.

13. Tovuz rayon Dövlət Arxivinin 15 sentyabr 2021-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd ZDS İcraiyyə komitəsin in Tovuz rayon Dövlət arxivində saxlanılan 19771979-cu il tarixli 14 saylı təsərrüfatbaşına kitabın 448-ci şəxsi hesabında təsərrüfat X8 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1960-cı ildə daşdan tikilmiş yaşayış evinin olması göstərilmişdir. Azaflı kənd icra nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-cı2000-ci il tarixli 01 saylı təsərrüfatbaşına kitabın 75-ci şəxsi hesabında təsərrüfat X8 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1981-ci ildə daşdan tikilmiş yaşayış evinin ümumi sahəsinin 108 kv.m, o cümlədən yaşayış sahəsinin 56 kv.m olması göstərilmişdir. Azaflı kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 2001-2005-ci il tarixli 09 saylı təsərrüfatbaşına kitabın 704-cü şəxsi hesabında təsərrüfat X8 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1981-ci ildə daşdan tikilmiş yaşayış evinin yaşayış sahəsinin 56 kv.m olması göstərilmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin e-2(114)110/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyata düzəliş edilərək **********03-10301 reyestr nömrəli daşınmaz əmlak üzərində xx.xx.1998-ci il təvəllüdlü X29 ümumi birgə torpaq sahəsinə dair hüquqlarına dair qeydiyyatın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(114)110/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. X21 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir.

17. Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə Tovuz rayonu Azaflı kəndində vəfat etmiş X5 miras qalmış əmlaka dair 08 dekabr 2020-ci il tarixdə İddiaçı notariat ofisinə vərəsəliyin qəbuluna dair ərizə ilə müraciəti əsasında vərəsəlik işi açılmış, lakin heç bir qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdehlər Cavabdeh1ndə Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X5 və 18 aprel 2018-ci ildə vəfat etmiş X11 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə aparılan bütün notariat hərəkətlərinin xx.xx.2020-ci il V-638, V-639 istisna olmaqla etibarsız hesab edilməsi, 448-ci şəxsi hesabda qeyd edilən 0, 25 ha həyətyanı torpaq sahəsinə dair DTXK xx.xx.2005-ci il tarixli JN162A qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və onun əsasında verilmiş mülkiyyətə dair bütün sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı tələbinin həcmini artıraraq 26 aprel 2 004-cü il tarixdə vəfat etmiş X5 və 18 aprel 2018-ci ildə vəfat etmiş X11 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli JN162A qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş mülkiyyətə dair bütün sənədlərin ləğv edilməsi, xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin xəritə koordinatlarının müəyyən edilməklə coğrafi-fiziki yerləşdiyi ərazinin 448-ci şəxsi hesabla göstərilən həyətyanı torpaq sahəsi olmaması, şəhadətnamədə qeyd olunan 1960-cı ildə inşa edilmiş 44,8 kv.m yaşayış evinin 1981-ci ildə tikilmiş yaşayış evinin olmaması, X4 torpaq islahatın a qədər qanuni istifadəsində olmuş yaşayış məntəqəsinə aid həyətyanı torpaq sahələrinin və həyətyanı zəbtin, fərdi yaşayış evinin coğrafi koordinatlarla müəyyən edilməsi, bunun əsasında miras əmlakın tərkibinin yenidən müəyyən edilməsi, atası X10 aid torpaq islahatı zamanı Tovuz rayon AİK-nın və YAİK tərtib etdiyi bütün protokolların, qərarların, cədvəllərin və onların əsasında tərtib edilmiş mülkiyyət sənədlərinin ləğv edilməsi, pay torpağı almaq hüququ olan subyektlərin müəyyən edilməsi üçün ailə tərkibinin, 340 qeydiyyat 503-2/4 texniki pasportla qeyd olunan 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə qeydiyyatda olanlar və 448ci şəxsi hesabda qeyd olunan 0,25 ha həyətyanı torpaq sahəsinin üzərində, 1960-cı ildə inşa edilmiş 44,8 kv.m fərdi yaşayış evinə qeydiyyatda olanların, ilkin və so n istifadəçisinin müəyyən edilməsi, Tovuz rayon Azaflı kənd icra nümayəndəliyindən torpaq payı və əmlak payı almaq hüququ olan Azərbaycan Respublikası vətəndaşı kimi ailə başçısı o, olmaqla, o və həyat yoldaşı X15 Azərbaycan Respublikasının Torpaq islahatı haqqında Qanunun tələblərinə uyğun sovxoz və kolxozların özəlləşdirilən torpaqlardan pay torpağı və əmlak payı almaq hüququ olan subyekt kimi tanınması, onun JN-231D dövlət aktı ilə, həyat yoldaşı X15 JN-267D dövlət aktı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquqlarının ləğv edilməsi və onlara sovxoz və kolxozların özəlləşdirilərək bələdiyyə mülkiyyətinə verilmiş bir subyektə düşən 0,25 ha pay norması olmaqla 0,50 ha keyfiyyətli pay torpağının ayrılması, ********** qeydiyyat **********03-10301 reyestr nömrəli fərdi yaşa yış evində yaşayış sahəsinə qeydiyyata alınmış X16 qeydiyyata alınmasının qanunsuz hesab edilməsi, onun vəsaiti hesabına inşa edilmiş yaşayış evində onun tam mülkiyyət hüququnun tanınması, 26 aprel 2004-cü il tarixdə vəfat etmiş atası X5 və 18 aprel 2018-ci il tarixdə vəfat etmiş anası X11 miras qalmış əmlaka dair vərəsəlik işi çərçivəsində yenidən qanuna müvafiq qaydada bu qətnamə ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla notariat hərəkətlərinin aparılması, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Əraz i İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsinə, xx.xx.2005-ci il qeydiyyat nömrəli (xəritə nömrəsi 448-ci şəxsi hesabda qeyd olunan) JN-162A həyətaynı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan fərdi yaşayış evinin məhv olunmuş əmlak kimi qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası vəfat etdiyi vaxt anası həyatda olduğu üçün o, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı aidiyyəti üzrə müraciət etməmişdir. Anası vəfat etdikdən sonra müəyyən müddət ərzində müxtəlif səbəblərdən işləri olduğu üçün vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı aidiyyəti üzrə müraciət etməmişdir. xx.xx.2020-ci ildə o, DƏDRX-nin 1 saylı Ərazi İdarəsin ə müraciət edərək X4 Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmış mülkiyyətləri barədə sorğu vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi idarəsinin xx.xx.2020-ci il **********27 saylı cavab məktubunda atasının qeydiyyata alınmış mülkləri barəsində məlumat verilmişdir. Cavab məktubunda X4 340 qeydiyyat nömrəli keçmiş DTİ və MHQİ tərəfindən verilmiş texniki pasport və JN-162 nömrəli şəhadətnamə ilə 0,3 ha (faktiki 0,28 ha) JN-231 dövlət aktı ilə 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Həqiqətən də ailələrində olan sənədlər 340 qeydiyyat 503-2/04 (503-2/4 inventarla eyni məzmuna və sxematik quruluşa malik) JN-162A həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur. Lakin onlarda olan şəhadətnamə xx.xx.20 05-ci ildə Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il 23 nömrəli ümumi qərarı əsasında qeydiyyata alınmışdır. Yəni, 503-2/739 inventar ********** qeydiyyat **********-10301 reyestr nömrəli texniki pasportda və ya arxiv arayışında qeyd olunan 448-ci şəxsi hesabda göstərilmiş torpaq sahəsi və 1960-cı ildə tikilmiş 44,8 kv fərdi yaşayış evi göstərilmiş şəhadətnamə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi idarəsinin xx.xx.2020-ci il **********27 saylı cavab məktubunda keçmiş DTİ və MHQİ tərəfindən 340 nömrəli texniki pasportunun olduğunun vurğulanmasında xx.xx.2021-ci 15 saylı ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrindən təqdim etdiyi arayışda belə bir texniki pasportun olduğunu inkar etmişdir. O, 1990-cı ildən 1992-ci ilə qədər Rusiya Federasiyasın da hərbi təhsil müəssisəsində təhsil almışdır. 1992-ci ilin aprel ayından 1993-cü ilin iyun ayına qədər Azərbaycan Respublikasının hərbi təhsil müəssisəsində təhsilini davam etdirmişdir. 2000-ci ilə kimi onun qeydiyyat və yaşayış yeri Tovuz rayonu Azaflı kəndi olmuşdur. O, 1995-ci ildə ailə həyatı qurmuşdur. Arvadının da daimi yaşayış yeri 1998-ci ilədək Tovuz rayonu Azaflı kəndi olmuşdur. Bu səbəbdən də o, torpaq islahatının keçirilmə qaydası haqqında anlayışı olmamışdır. Yuxarıda qeyd etdiyi şəhadətnamə ona 2009-cu ildə qardaşı X37 tərəfindən verilmişdir. 340 qeydiyyat, 503-2/04 inventar nömrəli texniki pasport həmin pasporta da qeyd olunan yaşayış evində anası və qardaşının ailə üzvləri yaşadığına görə onda qalmışdır. O, 08 dekabr 2020-ci il tarixdə xx.xx.2005-ci ildə qeydiyyata alınmış JN-162A şəhadətnamə ilə atadan və anadan miras qalmış əmlaka dair vərəsəlik və ümumiyyətlə miras əmlakın tərkibini müəyyən etmək üçün yuxarıda qeyd olunan 1 saylı ərazi idarəsi tərəfindən verilmiş arayışla Cavabdeh1ndə notariat ofisinə müraciət etmiş, onun müraciəti əsasında V-638, V-639 nömrəli vərəsəlik şəhadətnaməsi açılmışdır. Vərəsəlik işləri çərcivəsində notariat ofisi tərəfindən miras qalmış əmlaka dair hüquq müəyyənedici sənəd alınması üçün həmin vaxt aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 15 saylı Tovuz ərazi idarəsinə müraciət ünvanlamışdır. Müraciət əsasında ona mərhum X4 adına ümumi sahəsi 0,12 ha (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid) torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 135 kv.m olan fərdi yaşayış evi barədə 15 dekabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış, ümumi sahəsi 0,2398 ha olan (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid) torpaq sahəsi barədə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış, həmin çıxarışları aldıqdan sonra nə anası, nədə ki, atası miras əmlakın tərkibi düzgün müəyyən edilmədiyi üçün o, vərəsəlik şəhadətnaməsinin ona verilməsi üçün müraciət etmişdir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif illərdə həm fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı və mülkiyyət hüququ təsdiq edən sənədlər müxtəlif olduğu üçün atasının mülkiyyət hüququna malik olduğu torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər də həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəyyən edilmişdir. O, xx.xx.2020-ci il tarixdə vərəsəl ik işinin açılması üçün müraciət etdiyi vaxt aşkar etmişdir ki, atadan qalmış miras əmlaka dair vərəsəlik işi ilə bağlı müraciət etdiyi tarixdən xeyli müddət öncə 3 mart 2005-ci il tarixdə onun məlumatı olmadan onun adına daşınmaz əmlak reyestrində sənədləşdirilmə aparılmışdır və onun müraciəti olmadan onun adına daşınmaz əmlak reyestrində mülkiyyətçi kimi qeydiyyat aparılmışdır, daşınmaz əmlak reyestrində qeydiyyata alınmış həmin sənəd xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamədir. X46 Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən tərtib edilmişdir. Həmçinin xx.xx.2005-ci ildə verilmiş JN162A saylı şəhadətnamədə mülkiyyətçi kimi atası X21 göstərilmişdir. Onu da qeyd edir ki, daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti X47 Komitə sinin hüquqi varisidir. Mülkiyyətçi olmasına dair məlumatı aldıqdan sonra başa düşdü ki, 2009-cu ildən ona qardaşı tərəfindən verilən həmin xx.xx.2005-ci il tarixli 7N-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamə onu mülkiyyətçi kimi təsdiq edirmiş, vərəsəlik işi çərçivəsində qanunvericiliyə dair məlumatlar toplayaraq, öyrənərək, müəyyən etmiş ki, 2005-ci ildə mərhum atasının adına torpağa dair mülkiyyət şəhadətnaməsi tərtib edilməsi o deməkdir ki, vəfat etmiş atanın adına hüquqmüəyyənedici sənəd verilmişdir və bu yalnız vərəsəlik işi çərçivəsində baş verə bilərdi, qanunvericiliyə görə vəfat etmiş atasının adına ölümündən sonra hüquqmüəyyənedici sənəd almaq yalnız vərəsəlik işi çərçivəsində mümkündür, bu barədə məlumatı 2020-ci ildə vərəsəlik işi açılması üçün notariusa mür aciət etdikdən sonra əldə etmişdir, həmin vaxtdan etibarən həqiqəti müəyyən etmək üçün həm sənəd toplamağa həm də qanunvericiliyi öyrənməyə başlamış, bu ərizədə qeyd etdikləri barədə həm faktiki, həm də hüquqi məlumatları araşdırma apararaq əldə etmişdir. 2020-ci ilə qədər qeyd etdikləri ilə bağlı hər hansı məlumatı və ya biliyi olmamış, həqiqəti araşdırma aparıb öyrənmişdir. Qanuna zidd əməllər nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, o vərəsəlik şəhadətnaməsi almadan mülkiyyət qeydiyyata alınmış, notariat kontoru iki dəfə eyni miras əmlaka dair hüquqmüəyyənedici sənəd almış, iki dəfə vərəsəlik işi açmışdır, ehtimal edir ki, xx.xx.2020-ci ilədək atası və anasından miras qalmış əmlaka dair anasının vəfatından sonra ayrı-ayrılıqda vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik i şi zamanı iştirakı olmadan onun adına vərəsəlik şəhadətnaməsi tərtib edilmişdir, əmlaka dair mülkiyyət hüququ onun müraciəti olmadan qeydiyyata alınmışdır. Miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almadan həmin miras əmlaka dair daşınmaz əmlak reyestrində vərəsənin adına qeydiyyat aparıla bilməz, belə olan halda, 2005-ci ildə o vərəsəlik şəhadətnaməsi üçün müraciət edib onu almadan, notariat ofisi öz təşəbbüsü ilə bunu hansı səlahiyyət əsasında edib? O 2005-ci ildə X47 Komitəsinin Tovuz rayon şöbəsinə vərəsəlik şəhadətnaməsi, ərizə və digər sənədlər təqdim etmədiyi halda onun adından öz təşəbbüsü ilə sənədləşmə işlərini necə aparmışdır ? O, mülkiyyətçi kimi necə qeydə alıblar ? Eyni zamanda əgər həmin 0.3 ha torpaq sahəsi atasından miras qalmış torpaq yox, Aqrar islahat komissiyası qərarı ilə ayrılmış pay torpağıdırsa, onun müraciəti olmadan onu mülkiyyətçi kimi qeydiyyata alınmağı necə mümkün olub ? Qeyd etdiyi faktlar onu təsdiq edir ki, xx.xx.2005-ci il tarixli 7N-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamədə göstərilən torpaq şahəsi pay torpağı deyil, həmin torpaq sahəsi mərhum atasının qanuni istifadəsində olmuş qalmış əmlakdır. Atasının qanuni istifadəsində olan torpaq sahəsini 1998-ci ildə verilməli olan pay torpağı kimi qeydiyyata alıblar. Maraqlı olan məqam ondadır ki, həmin xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamədə yazılıb ki, şəhadətnamənin bir nüsxəsi X10 verilmişdir. 2004-cü ildə vəfat etmiş insana 2005-də sənəd verilə bilməz. Yalnız vərəsəlik işi çərçivəsində hüquqmüəyyənedici sənəd alına bi lər. Arxiv sənədləri əsasında əldə etdiyi məlumatlara görə atasının təsərrüfatında, qanuni istifadəsində olan əmlakı barədə:1) 1951-1953-cü il tarixli 8 nömrəli təsərrüfatbaşına kitab 245-ci şəxsi hesabda təsərrüfat (0.30 ha torpaq sahəsi) 2) 1954-1956 tarixli 11 nömrəli təsərrüfatbaşına kitab 264-cü şəxsi hesabda təsərrüfat (0.30 ha torpaq sahəsi, 0.25 ha torpaq sahəsi, 0.12 ha torpaq sahəsi, 1946-ci ildə tikilmiş fərdi yaşayış evi ) 3) 1977-1979 tarixli 7 nömrəli təsərrüfatbaşına kitab 448-ci şəxsi hesabda təsərrüfat (0.25 ha torpaq sahəsi və üzərində 1960-cı ildə tikilmiş sahəsi 44.8 kv.m. olan fərdi 5 yaşayış evi) 4) 1980-1982 tarixli 21 nömrəli təsərrüfatbaşına kitab 593 şəxsi hesabda təsərrüfat ( 0.12 ha torpaq sahəsi), 5) 1980-1982 tarixli 14 nömrəli təsərrüfatbaşına kitab 448-ci şə xsi hesabda təsərrüfat ( 0.25 ha torpaq sahəsi və üzərində 1960-ci və 1970-ci ildə tikilmiş sahəsi 44.8 kv.m. olan fərdi yaşayış evi), 6) 19962000 tarixli 1 nömrəli təsərrüfatbaşına kitab 75-ci şəxsi hesabda təsərrüfat, (0.25 ha torpaq sahəsi və üzərində 1981-ci ildə tikilmiş fərdi yaşayış evi) 7) 2001-2005 tarixli 9 nömrəli təsərrüfatbaşına kitab 704-cü şəxsi hesabda təsərrüfat, (0.25 ha torpaq sahəsi və üzərində 1981-ci ildə tikilmiş fərdi yaşayış evi). 1996-2000 tarixli 1 nömrəli təsərrüfatbaşına kitabda qeyd olunur ki, 75-ci şəxsi hesabda təsərrüfatda (0.25 ha torpaq sahəsi və üzərində 1981-ci ildə tikilmiş fərdi yaşayış evi) yaşayış yeri üzrə qeydiyyatda olanlar: Abbasov Qələndər, Abbasova Həmayə, İddiaçı, Abbasov Razim, Abbasova Arifə, Abbasov İlqar, Abbasova Nigar, Abbasova Könül, Abbasova Nigar, Abbasova Nübardı. Göründüyü kimi, xx.xx.2005-ci ildə cavabdeh 15 saylı Tovuz ərazi idarəsi tərəfindən 1981-ci ildə tikilmiş fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olanlar eyni zamanda 1960-cı illərdə tikilmiş fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olan və ya qeydiyyat və ya istifadə hüququ olan şəxslər kimi rəsmiləşdirilib və xx.xx.2005-ci ildə pay torpağı adı ilə mərhum atasının qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır, belə olan halda həmin şəxslər 1996-cı ildən etibarən 1981-ci ildə tikilmiş fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olduğu, faktiki yaşadıqları ünvan məlum olduğu rəsmi sənədlərdə əks olunmuşdur, digər təsərrüfatda pay torpağı hansı əsasla sənədləşdirilib? Atasının 0.25 ha qanun i, 0.80 ha zəbt torpağı olmuşdur. Amma 0.30 ha həyətyanı torpaq sahəsi xx.xx.2005-ci ildə TN 162A şəhadətnaməsi ilə mülkiyyətə verilmişdir. Birincisi 0.80 ha torpaq sahəsi qeydə alındığı qədər deyil, faktiki 1.10 ha-dır. xx.xx.2005-ci il TN-162A şəhadətnaməsi ilə verilən torpaq sahəsi 0.30 ha qeyd olunsa da faktiki 0.28 hadan azdır. Aqrar islahat komissiyasının qərarı ilə onlara ümumilikdə 1.10 ha torpaq sahəsi olmalıdır. Faktiki zəbt torpaqları olduğuna görə onlara 0.33 ha 2-ci kateqoriyalı kənd təsərrüfatlı torpaq sahəsi verilmişdir. Baza xəritəsindən də görünür ki, bu torpaq sahəsi qeydiyyata alınmışdır və faktiki olaraq orada qardaşı 1966-cı ildə anadan olmuş X37 ailəsi ilə birlikdə yaşayır. Zəbt torpağı əvəzləşdirilmişsə bəs onun hüquqlarını niyə qeydiyyata almırlar? Bu faktları aşka ra çıxarmaq onun üçün uzun müddət vaxt və əmək tələb edib, xeyli məbləğdə xərc çəkməli olmuşdur. O, 2020-ci ildə vərəsəlik işi açılması və mirasa daxil olan bütün əmlakın, yəni miras əmlakın tərkibini müəyyən etmək üçün müraciət etsə də notariat ofisi tərəfindən onun tələbi üzrə bütün lazım olan hərəkətlər həyata keçirilməmişdir. Həqiqət ondadır ki, xx.xx.2021 tarixli çıxarışla rəsmiləşdirilən 0.2398 ha həyətyanı torpaq sahəsinin həqiqi ümumi sahəsi 0.3598 hektardır. 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarı əsasında pay torpağı kimi xx.xx.2005-ci ildə rəsmiləşdirilən torpaq sahəsi, 1998-ci tarixdən xeyli illər öncə mərhum atasının qanuni istifadəsində olmuşdur və həmin torpaq sahəsi üzərində atasının 1960-cı ildə tikilmiş fərdi yaşayış evi olmuşdur, bu faktı təsdiq edən rəsmi arxiv arayışı mövcuddur, həmin arxiv arayışını bu iddia ərizəsinə əlavə etmişdir. Buna görə də X47 Komitəsi tərəfindən 1960-ci ildən üzərində fərdi yaşayış evi olan torpaq sahəsinin mərhum atası ilkin istifadəsində olduğunu bildikləri halda, 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarı əsasında pay torpağı kimi 2005-ci ildə rəsmiləşdirməsi onun mülkiyyətçi kimi, atasından miras qalmış əmlakın vərəsəsi kimi mülkiyyət hüququnu pozmuşdur. 2005-ci ildə onun ərizəsi olmadığı halda onu mülkiyyətçi kimi pay torpağı barəsində şəhadətnamə ilə rəsmiləşdiriblər. Halbuki həmin torpaq sahəsi, pay torpağı deyil, atasının qanuni istifadəsində olmuş üzərində fərdi yaşayış evi tikilmiş torpaq sahəsi idi.

21. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X38 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir.

22. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi nümayəndəsi X62 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir.

23. Tovuz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 31 yanvar 2023-cü il tarixli, 2(062)-89/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hümmətov) iddia təmin edilməmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əsas tələbi vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı aparılmış bütün notariat hərəkətlərinin etibarsız hesab edilməsindən ibarətdir. Digər tələblər də əsas tələblə bağlı olduğundan, əvvəlcə vərəsəlik şəhad ətnaməsinin verilməsi ilə aparılmış bütün notariat hərəkətlərinin etibarsız hesab edilməsinə dair iddia tələbinə hüquqi qiymət verilməsi zəruridir.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə Tovuz rayonu Azaflı kəndində vəfat etmiş X5 miras qalmış əmlaka dair 08 dekabr 2020-ci il tarixdə İddiaçı notariat ofisinə vərəsəliyin qəbuluna dair ərizə ilə müraciəti əsasında vərəsəlik işi açılmışdır. Lakin heç bir qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Göründüyü kimi vərəsəlik işi açılsa da iddiaçının qeyd etdiyi əmlaklarla bağlı hər hansı vərəsəlik şəhadətnaməsi hər hansı vərəsəyə verilməmişdir. Belə olduğu halda iddiaçının aparılmış bütün notariat hər əkətlərinin etibarsız hesab edilməsinə dair iddiası əsassızdır. Vərəsəlik işinin açılması ilə bağlı hərəkət özü-özlüyündə hər hansı hüquqi nəticə yaratmadığından həmin hərəkətin etibarsız hesab edilməsi qanuna müvafiq deyildir. Həmin notariat hərəkəti o halda qanunsuz hesab edilə bilər ki, məhz həmin notariat hərəkətlərin nəticəsində qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi verilmiş olsun. Hazırki işdə də belə bir hallar müəyyən edilməmişdir.

26. Məhkəmə iddia tələbinin mərhum atanın adına mülkiyyət hüququnu təsdiq edən sənədin yalnız vərəsəlik qaydasında əldə edilməsinə, açılmış vərəsəlik işi zamanı iştirakı olmadan onun adına vərəsəlik şəhadətnaməsi tərtib edilməsi, əmlaka dair mülkiyyət hüququnun, onun müraciəti olmadan qeydiyyata alınması, miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməs i almadan həmin miras əmlaka dair daşınmaz əmlak reyestrində vərəsənin adına qeydiyyatın aparılmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 222-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

27. İddiaçının qalan tələbləri əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı aparılmış notariat hərəkətlərinin etibarsız hesa b edilməsi və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsindən asılı olduğundan, həmin tələb isə təmin edilmədiyindən məhkəmə iddia tələbinin qalan hissələri üzrə araşdırılma aparılmasını zəruri hesab etməmişdir.

28. Müəyyən edilmişdir ki, Tovuz rayon Azaflı kəndinin 1954-1956-cı illər üzrə 11 nömrəli təsərrüfatbaşına kitabın 264-cü şəxsi hesabında X8 adına təsərrüfat olmaqla, təsərrüfatda 1954-cü ildə 0,30 ha, 1955-ci ildə 0,25 ha, 1956-cı ildə 0,12 ha torpaq sahəsi, 1948-ci ildə tikilmiş yaşayış evinin olması qeyd edilmişdir. 1977-1979-cu illər üzrə 07 nömrəli təsərrüfatbaşına kitabın 448-ci şəxsi hesabında təsərrüfat X1 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1960-cı ildə daşdan tikilmiş yaşayış evi olduğu göstərilmişdir. 1980-1982-ci illər üzrə 21 nömrəli təsərrüfatbaş ına kitabın 593-cü şəxsi hesabında X6 adına ayrıca təsərrüfat qeyd edilsə də, torpaq sahəsi qeyd edilməmiş, lakin Azaflı kend XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci tarixli protokolun gündəlik məsələsində Sovetliyin ərazisində yaşamayan və uçota durmayan, lakin adlarına Sovetlikdə təsərrüfat və həyətyanı torpaq sahəsi olan vətəndaşların təsərrüfatlarının silinməsi barədə məsələ qeyd edilmiş və Azaflı kənd XDS icraiyyə komitəsinin xx.xx.1982ci il tarixli protokolun qərarında X7 0,12 ha həyətyanı torpaq sahəsinin sovxozun istifadəsinə verilməsi işinin təşkil edilməsi göstərilmişdir. X3 məxsus Tovuz rayonu, Azaflı kəndində yerləşən fərdi yaşayış evinə Dövlət Texniki inventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1988-ci il tarixdə 503-2/04 inventar nömrəli (340 re yestr nömrəli) texniki pasport verilmiş, həmin texniki faktiki torpaq sahəsinin ölçüsü 3598,00 kimi göstərilmişdir. Həmin texniki pasportdan görünür ki, arada su arxı olmaqla 12 ha və 23 ha torpaq sahəsi ayrı-ayrılıqda və fərdi yaşayış evi 12 ha torpaq sahəsində yerləşir. Tovuz rayonu, Azaflı kəndinin 1996-cı 2OOO-cı illər üzrə 01 nömrəli təsərrüfatbaşına kitabın 75-ci şəxsi hesabında X1 adına 0,25 ha torpaq sahəsi, 1981-ci ildə daşdan tıkilmiş yaşayış evi olması göstərilmiş, ailə üzvləri kimi 1929-cu il təvəllüdlü arvadı X28, xx.xx.1966-cı il təvəllüdlü oğlu X37, xx.xx.1972-ci il təvəllüdlü oğlu İddiaçı, xx.xx.1973-cü il təvəllüdlü gəlin X44, xx.xx.1993-cü il təvəllüdlü X55, xx.xx.1974-cü il təvəllüdlü gəlini X30, xx.xx.1998-ci il təvəllüdlü nəvəsi X52, xx.xx.2000-ci il təvəllüdlü nəvəsi X51 qeyd edilmişdir. Bununla belə, xx.xx.2002-ci il tarixdə razılaşdırılmış “Tovuz rayonun Azaflı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə ailə başçısı X21, ailə üzvləri sırasında X28, X37, İddiaçı, X44, X55, X30, X52, X31 adları qeyd edilmişdir. Tovuz rayonu, Azaflı kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan “Pay almaq hüququ olan subyektlərin siyahısında yerli aqrar islahatı komissiyası tərəfindən X8 və ailə üzvləri X28, X37, İddiaçı, X44 və X39 adı daxil edilmiş, qanuni istifadə 0,25 ha, zəbt kimi isə 0,80 ha həyətyanı torpaq sahəsi göstərilmişdir. Tovuz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarına əsasən X21 və ailə üzvləri - X32, X37, İ ddiaçı, X44, X12 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,33 ha torpaq sahəsi verilmiş, bu barədə 50302018 kodlu (N-231 nömrəli dövlət aktı tərtib edilmişdir. Aqrar İslahat Komissiyasının qeyd olunan qərarına əsasən X25 və ailə üzvləri-X28, X40, İddiaçı, X44, X55, X51 və X20 0,30 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 50302018 kodlu (N-62A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnaməyə əlavə edilmiş həyətyanı sahənin qaiməsi sertifikatından görünür ki, 2990,8 Kv.m həyətyanı torpaq sahəsinin 44,8 kv.m yaşayış evi, 2946,0 kv.m əkin sahəsidir. X21 xx.xx.2004-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 11 nömrə ilə qeyd aparılmışdır. X28 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqq ında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 02 nömrə ilə qeyd aparılmışdır. İddiaçı atası X1 adına Azərbaycan Respubılikası üzrə qeydiyyata alınmış əmlaklar barədə məlumatın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2020verilmiş **********27 nömrəli məktuba əsasən X9 adına keçmiş DTİ və MHQİ tərəfindən verilmiş 340 nömrəli qeydiyyat vəsiqəsi ilə Tovuz rayonu, Azaflı kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Ləğv olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilir kadastr, tam olmayan anket və elektron baza məlumatlarında X8 adına ümumi birgə əsaslarla Tovuz rayonu, Azaflı kəndində UN-162A nömrəli şəhadətnamə ilə 0,3 ha həyətyanı və /N-231 nömr əli dövlət aktı ilə 0,33 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Bundan sonra iddiaçının müraciəti əsasında xx.xx.2020-ci il tarixdə X21 barəsində Cavabdeh1ndə notariat ofisində V-638 nömrəli vərəsəlik işi açılmışdır. Tovuz rayonu Azaflı kəndində yerləşən **********92-10301 reyestr nömrəli ), 12 ha (həyət yanı yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi və fərdi yaşayış evi üzərində X8 mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həm fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixdə 503-2/4,invertar nömrəli texniki pasport tərtib edilmişdir. Texniki pasportdan görünür ki, sənəd üzrə torpaq sahəsi,12 ha, faktiki sahə 0,4405 ha, tikinti altı sahə 0,05607 ha-dır. 0,3205 ha zəbt t orpaq sahəsi olması xüsusi qeyd kimi texniki pasportda göstərilmişdir. Tovuz rayonu, Azaflı kəndində yerləşən **********83 reyestr nömrəli 0,2398 ha (həyətyanıyaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi üzərində X8 mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və X67 filialının 07.11,2020-ci il tarixli 161 nömrəli arxiv arayışı əsasında xx.xx.2021-ci il tarixdə AA seriyalı 570723 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Tovuz rayonu, Azaflı kəndində yerləşən **********03-10301 reyestr nömrəsi 0,2992 plan və ölçü sənədində o, 29908 göstərilib ) ha (həyətyanı yaşayış məntəqələri torpaqları) torpaq sahəsi üzərində İddiaçı, X8, X16, X22, X26, X39, Abbasova Nigar, Razim qızının X31 və X17 ümumi birgə, həmin torpaq sahəsində olan fərdi yaşayış evi üzərində isə İddiaçı tam mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2005-ci il tarixli JN162A nömrəli torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə əsasında AA seriyalı 570691 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Tovuz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 23 nömrəli qərarı əsasında X10 ailə üzvləri ilə birlikdə 0,30 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında X8 və ailə üzvlərinin adına “torpağın mülkiyyətə verilməsinə dair” JN-162A nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçının müraciəti əsasında həmin torpaq sahəsi onun mülkiyyətinə olan fərdi yaşayış evi ilə birlikdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X1 faktiki istifadəsində 0.3598 ha həyətyanı torpaq sahəsi və onun üzərində (təsərrüfatbaşına kitablara görə 1981-ci ildə tikilmiş) fərdi yaşayış evi olmuşdur. Hazırda həmin torpaq sahələri 0.2395 ha və 0,12 ha olmaqla, (habelə 0,12 ha torpaq sahəsi üzərində yerləşən 135 kv.m sahədən ibarət fərdi yaşayış evi) X8 adına tam pay olmaqla dövlət reyestrində qeydiyyata alınmışdır. Digər tərəfdən, aqrar islahat zamanı X10 və ailə üzvlərinə 0,3598 ha torpaq sahəsindən başqa 44.8 kv.m yaşayış evi sahəsindən və 2946,0 kv.m suvarılan sahədən ibarət olmaqla cəmi 2990,8 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evi tam olaraq İddiaçı mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınsa da, torpaq sahəsi üzər ində İddiaçı, X21, X37, X55, X44, X28, X52, X33, X29 ümum birgə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır.

29. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilə bilməz.

30. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosess ual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsinə təqdim etdiyi rəsmi sənədlərdəki məlumatlardan görünür ki, onun atası öləndə yalnız anası tərəfindən mirasın qəbulu üzrə faktiki sahiblik hərəkətləri görülüb. Yəni həmin dövrdə yeganə vərəsə onun anası idi. Buna görə də anası öldükdən sonra onun əmlakının mövcud olmaması faktiki olaraq mümkün deyil. Mütləq qeyd edir ki, onun verdiyi bütün izahatlardakı məlumatları qətnamədə təhrif olunmuş şəkildə yazıblar. Onun verdiyi məlumatlar, danışdıqları olduğu kimi qətnaməyə yazılmayıb, təhrif olunub. O məhkəməyə bildirmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının qərarını xx.xx.2022ci ildə və digər məlumatları uzun müddət davam edən tələblər nəticəsində əldə etmişdir. X4 və onun mülkiyyət hüquqları pozulub. Bu səbəbdən onun Gəncə İnzibati məhkəməsinədə müraciəti olub və haqlı olduğu halda iddiasının qismən təmin olunmuşdır. Hesab edir ki, Gəncə İnzibati məhkəməsinin qərarından cavabdehlər də məmnun deyil. Zəbt adı altında onun, anası, həyat yoldaşı, sovxoz və kolxozların pay torpaq almaqdan məhrum edilib, hüquqlarının maneçilik törədilərək vaxtında qeydiyyata alınmamasını, vərəsələrin vərəsəlik hüququndan məhrum edildiyini hesab edir. Bu səbəbdən də Tovuz rayon məhkəməsinə müraciət etmişdir. Rəsmi qurumlar məlumatları gizlədiblər, rəsmi qurumların verdiyi məlumatlarda və onun əldə etdiyi məlumatlarda qeyri müəyyənliklər olub və bu gün də qeydiyyata alınmış mülkiyyət hüquqlarında ziddiyətlər kifayət qədərdir.

33. Gəncə Apellyasiya instansiyası məhkəməsinin Mülki kollegiyasının 2(104)1594/202 3 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(062)89/2022 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbinin - xx.xx.2005-ci il tarixli JN162A qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş mülkiyyətə dair bütün sənədlərin ləğv edilməsi, xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin xəritə koordinatlarının müəyyən edilməklə coğrafi-fiziki yerləşdiyi ərazinin 448-ci şəxsi hesabla göstərilən həyətyanı torpaq sahəsi olmaması, şəhadətnamədə qeyd olunan 1960-cı ildə inşa edilmiş 44,8 kv.m yaşa yış evinin 1981-ci ldə tikilmiş yaşayış evinin olmaması, X4 torpaq islahatına qədər qanuni istifadəsində olmuş yaşayış məntəqəsinə aid həyətyanı torpaq sahələrinin və həyətyanı zəbtin, fərdi yaşayış evinin coğrafi koordinatlarla müəyyən edilməsi, bunun əsasında miras əmlakın tərkibinin yenidən müəyyən edilməsi, atası X10 aid torpaq islahatı zamanı Tovuz rayon AİK-nın və YAİK tərtib etdiyi bütün protokolların, qərarların, cədvəllərin və onların əsasında tərtib edilmiş mülkiyyət sənədlərinin ləğv edilməsi, pay torpağı almaq hüququ olan subyektlərin müəyyən edilməsi üçün ailə tərkibinin, 340 qeydiyyat 503-2/4 texniki pasportla qeyd olunan 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə qeydiyyatda olanlar və 448-ci şəxsi hesabda qeyd olunan 0,25 ha həyətyanı torpaq sahəsinin üzərində, 1960-cı ild ə inşa edilmiş 44,8 kv.m fərdi yaşayış evinə qeydiyyatda olanların, ilkin və son istifadəçisinin müəyyən edilməsi, Tovuz rayon Azaflı kənd icra nümayəndəliyindən torpaq payı və əmlak payı almaq hüququ olan Azərbaycan Respublikası vətəndaşı kimi ailə başçısı o, olmaqla, o və həyat yoldaşı X15 Azərbaycan Respublikasının Torpaq islahatı haqqında Qanunun tələblərinə uyğun sovxoz və kolxozların özəlləşdirilən torpaqlardan pay torpağı və əmlak payı almaq hüququ olan subyekt kimi tanınması, onun JN-231D dövlət aktı ilə, həyat yoldaşı X15 JN-267D dövlət aktı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquqlarının ləğv edilməsi və onlara sovxoz və kolxozların özəlləşdirilərək bələdiyyə mülkiyyətinə verilmiş bir subyektə düşən 0,25 ha pay norması olmaqla 0,50 ha keyfiyyətli pay torpağını n ayrılması, ********** qeydiyyat **********03-10301 reyestr nömrəli fərdi yaşayış evində yaşayış sahəsinə qeydiyyata alınmış X16 qeydiyyata alınmasının qanunsuz hesab edilməsi, onun vəsaiti hesabına inşa edilmiş yaşayış evində onun tam mülkiyyət hüququnun tanınması, 26 aprel 2004-cü il tarixdə vəfat etmiş atası X5 və 18 aprel 2018-ci il tarixdə vəfat etmiş anası X11 miras qalmış əmlaka dair vərəsəlik işi çərçivəsində yenidən qanuna müvafiq qaydada bu qətnamə ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla notariat hərəkətlərinin aparılması, xx.xx.2005-ci il qeydiyyat nömrəli (xəritə nömrəsi 448-ci şəxsi hesabda qeyd olunan) JN-162A həyətaynı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan fərdi yaşayış evinin məhv olunmuş əmlak kimi qeydiyyatının ləğv edilməsinə - hissə lərində ləğv edilmiş və həmin hissələr üzrə icraata, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil əsası ilə xitam verilmiş, iddiaçıya bu iddia tələbinin inzibati hüquq münasibətlərinə aid hissəsi üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.

34. Gəncə Apellyasiya instansiyası məhkəməsinin Mülki kollegiyasının 2(104)1594/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(062)-89/2022 nömrəli qətnaməsi – 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X5 və 18 aprel 2018-ci ildə vəfat etmiş X11 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bü tün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X5 və 18 aprel 2018-ci ildə vəfat etmiş X11 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və di gər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsi - hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə Tovuz rayonu Azaflı kəndində vəfat etm iş X5 miras qalmış əmlaka dair 08 dekabr 2020-ci il tarixdə İddiaçı notariat ofisinə vərəsəliyin qəbuluna dair ərizə ilə müraciəti əsasında vərəsəlik işi açılmışdır. Lakin, heç bir qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qe yri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

37. İddiaçı 08 dekabr 2020-ci il tarixdə İddiaçı notariat ofisinə vərəsəliyin qəbuluna dair ərizə ilə müraciəti əsasında vərəsəlik işi açılmış, lakin heç bir qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Göründüyü kimi, vərəsəlik işi açılsa da, iddiaçının qeyd etdiyi əmlaklarla bağlı hər hansı vərəsəlik şəhadətnaməsi hər hansı vərəsəyə verilməmişdir. Belə olduğu halda iddiaçının aparılmış bütün notarial hərəkətlərinin etibarsız hesab edilm əsinə dair tələbi əsassızdır. Vərəsəlik işinin açılması ilə bağlı hərəkət özüözlüyündə hər hansı hüquqi nəticə yaratmadığından həmin hərəkətin etibarsız hesab edilməsi qanuna müvafiq deyildir. Həmin notariat hərəkəti o halda qanunsuz hesab edilə bilər ki, məhz həmin notariat hərəkətinin nəticəsində qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi verilmiş olsun. Hazırki işdə də belə bir hallar müəyyən edilməmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi iddia tələbin həmin hissəsinə münasibətdə əsaslı hesab edir. Hazırkı iş üzrə iddiaçı tərəf cavabdehlərə maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblər irəli sürsə də, bunu təsdiq edəcək cavabdeh olan idarələrin qanunsuz aktlar qəbul etməsini, hərəkət və ya hərəkətsizliyə yol verməsini tə sdiqləyəcək mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir.

38. Məhkəmə mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarınının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X34 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.» Baxılan işdə belə hallar yoxdur.

39. Həmin Qərarın 8-ci bəndində göstə rilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.»

40. Məhkəmə kollegiyasının qənaətinə görə Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli ə laqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

41. Məhkəmə hesab etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquq larının və X23 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ümumiyyətlə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, ha belə bunun cavabdehlərin təqsiri ucbatından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Ona görə də, iddiaçıya mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını qismən düzgün tətbiq etmiş, onu qanuni və ədalətli qəbul etməklə, həmin hissədə çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, – 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X5 və 18 aprel 2018-ci ildə vəfat etmiş X11 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notar iat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsi - hissəsində gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv olunmasını xahiş etmişdir.

45. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən iş materiallarında mövcud olan faktlara düzgün hüquqi qiymət verməmişdir. xx.xx.2005-ci ildə verilmiş JN-162A saylı şəhadətnamədə göstərilən torpaq sahəsi atasının mülkiyyətində olmuş torpaq sahə si idi, bu faktı 1977-1979 tarixli 7 nömrəli təsərrüfatbaşına kitabda 448-ci şəxsi hesab (0.25 ha torpaq sahəsi və üzərində 1960-cı ildə tikilmiş sahəsi 44.8 kv.m. olan fərdi yaşayış evi) təsdiq edir. Atasının qanuni istifadəsində yəni xüsusi mülkiyyətində olan torpaq sahəsi pay torpağı kimi torpaq islahatı bəhanəsiylə qanunazidd qaydada rəsmiləşdirilmişdir. Məhz bu səbəbdən də həmin şəhadətnamə etibarsızdır (qanunauyğun deyil). X18i istifadəsində - xüsusi mülkiyyətində olan torpaq sahəsini dövlət mülkiyyətində olan kolxoz və sovxoz torpaq sahəsi kimi pay torpağı adı ilə rəsmiləşdiriblər. Əgər xx.xx.2005-ci ildə verilmiş JN-162A saylı şəhadətnamədə göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olsaydı, o halda iddiaçı inzibati icraat qaydasında müraciət edərdi. Xüsusilə qeyd etmək lazımdır ki, Torpaq islahatı çərçivəsində pay torpaqları dövlət mülkiyyətində olan sovxoz və kolxoz torpaqlarından islahat komissiyasının qərarı əsasında verilirdi. Yerli Aqrar islahat komissiyasının qərarı ümumi qayda müəyyən edib ki, Abbasov Qələndərə də pay torpağı verilməlidir. Həmin qərarda yazılmayıb ki, FİLAN coğrafi koordinatlarda yerləşən torpaq sahəsi ona pay torpağı kimi verilsin. İddiaçının atasının mülkiyyətində olan torpaq sahəsini isə dövlət mülkiyyətində olan torpaq sahəsi kimi "pay torpağı adı altında" aqrar islahat komissiyasının qərarını bəhanə edərək daşınmaz əmlakın dövlət reyestrini həyata keçirənlər rəsmiləşdiriblər. Torpaq islahatı çərçivəsində pay torpaqları dövlət mülkiyyətində olan sovxoz və kolxoz torpaqlarından islahat komissiyasının qərarı əsasında verilirdi. Yerli Aqrar islahat komissiyasının qərarı ümumi qayda müəyyən edib ki, Abbasov Qələndərə də pay torpağı verilməlidir. Həmin qərarda yazılmayıb ki, FİLAN coğrafi koordinatlarda yerləşən torpaq sahəsi ona pay torpağı kimi verilsin. İddiaçının atasının mülkiyyətində olan torpaq sahəsini isə dövlət mülkiyyətində olan torpaq sahəsi kimi "pay torpağı adı altında" aqrar islahat komissiyasının qərarını bəhanə edərək daşınmaz əmlakın dövlət reyestrini həyata keçirənlər rəsmiləşdiriblər. Nə hikmətdirsə, Həmin 1998-ci ilin Tovuz rayon Aqrar islahat komissiyasının qərarı heç yerdə tapılmır. Yoxdur. İddiaçı Dəfələrlə bütün qurumlara müraciət etmişdir, hamısı cavab verir ki, Tovuz rayon Aqrar islahat komissiyasının qərarı yoxdur. Yerli Aqrar islahat komissiyasının qərarı əsasında atasının pay torpağı almaq hüququ müəyyən edilib. İddiaçının mübahisəsi isə məhz atasının xüsusi mülkiyyətində olan torpaq sahəsini pay torpağı kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla hüquqi akt tərtib edilməsidir. Pay torpağı kimi rəsmiləşdirilmiş torpaq Abbasov Qələndərin qanuni istifadəsində olub. Qanuni istifadəsində olan torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi qeydə alınmalı idi, pay torpağı kimi deyil. Pay torpağı dövlət mülkiyyətində olan sovxoz və kolxoz torpaq sahələrindən verilirdi. İnzibati orqan olan daşınmaz əmlakın dövlət reyestrini aparan qurum, vərəsəlik şəhadətnaməsi olmadığı halda, torpaq islahatı çərçivəsində hansı torpaq sahəsinin pay torpağı kimi verilməsi müəyyən edilmədiyi halda, 1998-ci ilin Tovuz rayon Aqrar islahat komissiyasının qərarını əsas götürərək vət əndaşın qanuni istifadəsində olan torpaq sahəsini pay torpağı kimi rəsmiləşdiribsə, bu məgər mülki hüquqi delikt deyil? Apellyasiya məhkəməsi təzminat tələbini niyə təmin etmədi? İnzibati orqan xüsusi mülkiyyət hüququna müdaxilə edib, bununla bağlı məhkəmə hər hansı hüquqi qiymət verməmişdir. İddiaçı atasının və anasının varisi olduğu halda, xx.xx.2005 tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı qaydalarının pozulması nəticəsində, varis kimi ala biləcəyi miras payından daha az pay almış və ona çatası paydan məhrum qalmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

47. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs o na vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

48. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

49. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

51. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

52. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

53. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

54. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları nın (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

55. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

56. Maddə 1249. Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən ba şqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz.

57. Maddə 1267. Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.

58. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

59. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

60. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid ol an hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

61. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli dir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxı şının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

71. Ka ssasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

73. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1594/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar