Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-443/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmanətə görə faizlər, müqavilə şərtlərinin birtərəfli dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3475/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh və ya Bank) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 751 saylı klassik əmanət (depozit) hesabı müqaviləsinə əsasən (xx.xx.2018-ci il tarixədək qüvvədə olmaq şərti ilə) iddiaçı 48 ay müddətinə, illik 10,2 faiz dərəcəsi ilə 30000 ABŞ dolları məbləğində pulunu Banka müddətli depozitə qoymağı, Bank isə həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanmasını, ödənilməsini və onun tələbinə əsasən qaytarılmasını öhdəsinə götürmüşdür. Bank tərəfindən əmanətçiyə xx.xx.2017-ci il tarixədək hər ay müqaviləyə uyğun o laraq 10,2 % dərəcəsi ilə 255 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 200,33 ABŞ dolları, xx.xx.2017-ci il tarixdən müqavilənin müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixədək isə hər ay 5 % dərəcəsi ilə 50 ABŞ dolları ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmanət hesabı müqaviləsinə görə ona ödənilməli olan 1845 ABŞ dollarının, vəkil xidmətinə görə ödədiyi 100 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış əmanət hesabı müqaviləsi üzrə ona ödənilməli olan razılaşdırılmış faiz dərəcəsi Bank tərəfindən müqaviləyə birtərəfl i qaydada edilmiş dəyişikliyə əsasən aşağı salındığına görə əmanətçi kimi hüquqları pozulmuş və ona ödənilməli məbləğdə göstərdiyi qədər fərq məbləği yaranmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-6552/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilmiş, əmanət hesabı müqaviləsinə görə iddiaçıya ödənilməli olan 1489,67 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bank əmanətin illik faiz dərəcəsini 10,2 faizdən 2 faizə endirmiş, bununla da əmanət sığortalanan əmanət statusundan sığortalanmayan əmanət statusuna keçmişdir. Məhkəmə hesab etmişdir ki, əmanətin illik faiz dərəcəsinin endirilməsi iddiaçı üçün əlverişsiz nəticəyə səbəb olduğundan və cavabdeh həmin dərəcənin əsaslandırılması üçün Bankın daxili aktlarına istinad etdiyindən müqavilə müddətinin uzadılması barədə qərarın qəbul edildiyi tarixdə Bankda qüvvədə olan faizin endirilməsinin qanuniliyini sübut etmək yükü cavabdeh tərəfin üzərindədir. Lakin cavabdeh faiz dərəcəsinin dəyişdirilməsi ilə bağlı iddiaçının razılığının alınmasına və ya məlumatlandırılmasına dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçı vəkil xidmətinə görə ödədiyi 100 manat pulu tələb etsə də, həmin tələbinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübutetmə vəzifəsi onun üzərinə düşür. Məhkəmə öz mö vqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 421.1, 422.1, 423.1, 423.2, 442, 443.1-ci maddələrinə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2, 2.1.2.6, 2.1.9, 8.1.20-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3475/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, Bankın apellyasiya şikayəti təmin edilməmiş, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Ape lyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 405.1, 421.1, 421.2, 423.1, 423.2, 442, 443.1, 448.1, 946.1-ci maddələrinə istinadla hesab etmişdir ki, sözügedən bank əmanəti müqaviləsinin dəyişdirilməsi barədə nə qanunvericilikdə nəzərdə tutulmuş formada bağlanmış razılaşma, nə də bu barədə tərəflərdən birinin tələbi üzrə qəbul edilmiş məhkəmə qərarı mövcud deyil. Belə olan halda, şərtləşdirilmiş faiz dərəcəsini birtərəfli qaydada aşağı salmaqla Bank, müqavilə üzrə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin cavabdendən iddiaçının xeyrinə qətnamədə göstərilən məbləğdə pulun tutulması barədə gəldiyi qənaət əsaslıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində X3 xx.xx.2015-ci il tarixli qərarına əsasən, depozit fai zləri və bir sıra depozit məhsullarının ləğv edildiyinə və tərəflər arasında müqavilə bağlandıqdan sonra 2015-ci ildə milli valyutanın xarici valyutaya nisbətdə iki dəfə dəyərdən düşməsi nəticəsində baş vermiş fors major halla (nümayəndəsiisə izahatında: şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə) əlaqədar faiz dərəcəsini azaltmaqda haqlı olduğunu bildirmişdir. Bununla bağlı, Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən, Bankın fəaliyyəti ilə bağlı əmanətlər üzrə faizlər dəyişdikdə, yeni faiz dərəcələri yalnız müqavilə 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Bank bu barədə kütləvi informasiya vasitələrində müvafiq elan dərc etməklə əmanətçilə ri xəbərdar edir. Hazırkı işdə isə sözügedən müqavilənin yeni müddətə uzadılması, yaxud da depozit qalığına dair yeni müqavilə bağlanması faktları aşkar olunmadığından, Bankın faiz dərəcələrini dəyişməsi barədə daxili qərarının bu müqavilə üzrə müəyyənləşdirilmiş faizlərə də şamil edilməsi, müqavilənin qeyd olunan bəndinə ziddir. Digər tərəfdən cavabdeh, müqavilədə nəzərdə tutlmuş faiz dərəcəsinin aşağı salınmasını ABŞ dollarına nisbətdə manatın dəyərinin azalması ilə izah etsə də, Kollegiya, bu halı nə fors major, nə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul etməmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgü n nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi hüquq normalarının tələblərini pozmuş, səhv tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz d axil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məh kəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin aktı iddianın təmin edilmiş hissəsində yoxlanıldığından hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsi aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (maddə 405.1). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkü ndür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.1 və 421.2). Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bil səydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (maddə 422.1). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.1 və 423.2). Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (ə manətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür (maddə 944.1). Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin (maddə 946.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh e dilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2018ci il tarixli Qərarı....Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz....Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ö hdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Eyni zamanda, qeyd etmək lazımdır ki, manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən ca vabdehin apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3475/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-443/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-443/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver