Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4432/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh xxx ızına qarşı xmüstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin və müqavilənin etibarsızlığı) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili xoğlunun, Cavabdeh xxx ızının vəkili xoğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh xxx ızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 51 nömrəli ev iddiaçının xalası Mina Aslanovaya məxsus olmuşdur. O, xx xxxxxx 2011-ci il tarixdə Bakı şəhər notariusu E.Kərimov tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ilə mənzili iddiaçıya vəsiyyət etmişdir. Mina Aslanova uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və xx xxxxxxx 2019-cu il tarixdə saat 7:45-də ölmüşdür.
2. İddiaçı bildirir ki, M.Aslanova səhhətinə görə ağır vəziyyətdə olan zaman Şəhla İslamova 18 saylı notariat kontorunun notariusunu evə dəvət edərək xx xxxxxxx 2019-cu il tarixdə etibarnamələrə imza etdirmişdir. Bundan sonra, xx.xx.2019-cu il tarixli müqavilə ilə mübahisəli mənzil Ş.İslamovaya bağ ışlanmışdır. Etibarnamə verilən gün M.Aslanova ağır vəziyyətdə olduğundan, onun iradəsinə zidd olaraq imzalandığından, həmin müqavilə etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.
3. Cavabdeh isə bildirir ki, mənzilin bağışlanması üçün notariat kontoruna xx.xx.2019-cu il tarixdə müraciət olunmuşdur. Bununla bağlı müvafiq notariat hərəkətləri aparılmışdır, müqavilə isə onlara xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. Həmin müqavilənin 2-ci səhifəsində müqavilənin bağlanması barədə notariat ofisində fotoşəkillərin çəkilməsi hissəsində olan tarixlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 18:55-də çəkilmişdir. Notariat kontorunun müqavilənin təqdim və təsdiq edilməsi bir gün gecikdirilmişdir, bu isə cavabdehin təqsiri deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin bağışlanmasına dair mərhum X4 ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx xxxxxx 2019-cu il tarixli, 2(004)-6892/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli mənzilin bağışlanması səlahiyyətini də nəzərdə tutan etibarnamə X1 ölümü ilə qüvvədən düşmüşdür. Bağışlama müqaviləsi də həmin etibarnamə əsasında ölüm anından sonra bağlandığı üçün etibarlı sayıla bilməz. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) xx xxxx 2020-ci il tarixli, 2(103)-3060/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsasla ndırılmışdır ki, hədiyyə alan xx xxxxxxx 2019-cu il tarixdə hədiyyəni qəbul etməklə iradə ifadəsini göstərmiş və artıq faktiki olaraq öz özlüyündə müqavilə öhədliyini icra etmişdir. Lakin notariat ofisinin formal olaraq rəsmiləşdirməsi işlərini bir gün sonra yekunlaşdırması həmin müqavilənin etibarsız hesab edilməsinə əsas vermir. Bununla yanaşı xx xxxxxxx 2019-cu il tarixdə həmin mübahisəli əmlaka dair sərəncam verilərək digər şəxsin mülkiyyətinə keçirilməsi hərəkətləri edilmişdir. X7 sağ olarkən onun əmlakı iradə ifadəsinə uyğun olaraq barədə sərəncam verilmişdir. O, ölən zaman isə onun əmlakına dair sərəncam verilmiş və artıq faktiki olaraq onun əmlakı olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində həmin sənədin qeydiyyat tarixinin sonrakı günlərə aid edilməsi və yaxud da notariat ofis ində müqavilənin bir gün sonra rəsmiləşdirilməsinin yekunlaşdırlması o demək deyil ki, həmin hərəkət elə həmin gün edilmişdir. Formal rəsmiləşdirilmə işlərinin günlərlə uzadılması tərəfin hüquqların pozmamalı və cavabdeh olaraq tərəfin vaxtında müraciət etməsi və iradə ifadəsini nümayiş etdirməsi hüquqi əhəmiyyət daşımalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdeh xxx ızının vəkili xoğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili xoğlu kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı ba rədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
16. Maddə 365.1.7. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.
17. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma tə yin edilməsin.
18. Maddə
407. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
19. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəm əsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
26. Mübahisəli mənzil iddiaçının xalası, cavabdehin isə bibisi X2 məxsus olmuşdur. Sonuncu xx.xx.2019-cu il tarixdə saat 08:45-də mədə xərçəngi xəstəliyindən ölmüşdür.
27. Mina Aslanova xx.xx.2011-ci il tarixli notariat qaydada təsdiq olunmuş vəsiyyətnamə ilə mübahisəli mənzili iddiaçıya vəsiyyət etmişdir. 28. 09.10.2019-cu i l tarixli etibarnamə ilə X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə etmək və s. haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X3 (cavabdehin bacısı qızı) etibar etmişdir. Etibarnamə xx.xx.2020-ci il tarixədək verilmişdir. 29. xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi ilə X5 həmin etibarnamə əsasında müba hisəli mənzili cavabdehə bağışlamış, müqavilə əsasında mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır. Bağışlama müqaviləsi üzrə notariat işinin təsdiq olunmuş surəti əsasında, həmçinin müəyyən edilir ki, bağışlama müqaviləsini imzalayan şəxslərin fotoşəkilləri xx.xx.2019-cu il tarixdə axşam saat 18:55 radələrində çəkilib, müqavilə xx.xx.2019-cu il tarixdə saat 10:35-də çap edilib.
30. Apelyyasiya məhkəməsi yuxarıda sadalanan hüquq normalarının tələblərinə istinad edərək bildirmişdir ki, etibarnamə vermiş şəxsin ölümü etibarnamənin qüvvəsinə xitam verir. Eyni zamanda tərəflər arasında etibarlı bağışlama müqaviləsinin bağlanması üçün tərəflər arasında yazılı müqavilə imzalanmalı və həmin müqavilə notariat qaydasında təsdiqlənməlidir.
31. İş ma teriallarında göründüyü kimi mübahisəli bağışlama müqaviləsi xx.xx.2019-cu il tarixdə saat 10:35-də çap edilib. Yazılı müqavilənin imzalanması üçün onun ilk növbədə çap edilməli olduğu şübhəsizdir. Beləliklə, Mina Aslanovanın adından bağışlama müqaviləsi bağlanarkən sonuncu artıq öldüyündən onun verdiyi etibarnamənin qüvvəsi olmamışdır.
32. Bu baxımdan təmsilçinin də onun adından bağışlama müqaviləsini imzalamaq (bağlamaq) səlahiyyəti olmamışdır. Qanunda yazılı müqavilənin bağlanması üçün ilk növbədə onun imzalanması tələb edildiyindən təmsil edənin bağışlama əqdinin rəsmiləşməsi üçün notariat orqanına müraciət etməsi, əqdin rəsmiləşməsi üçün zəruri sənədlərin toplanması və texniki prosedurların həyata keçirilməsi (müqavilə formasının tərtib olunması, bunun üçün müqavilədə əks olunacaq məl umat və fotoşəkillərin götürülməsi) əqdin bağlanmasına bərabər tutula və ya etibarlı əqdin bağlanmış hesab edilməsi üçün əsas ola bilməz.
33. İş üzrə bağışlama müqaviləsinin imzalandığı anda təmsil olunanın artıq öldüyü müəyyən edildiyi üçün etibarlı bağışlama müqaviləsi bağlanmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi bağışlama müqaviləsini etibarsız hesab etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
34. Kollegiya nəzərə alır ki, Mülki Məcəlləyə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni ver miş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir (maddə 366.1, 366.2).
35. Baxılan iş üzrə cavabdeh əqdin ona bağışlanması üçün verilmiş etibarnamənin etibar edənin ölümü ilə xitam verildiyini bilməli idi. Çünki etibar edən cavabdehin bibisidir. Aşkardır ki, etibarnamə üzrə səlahiyyətlər məhz cavabdehin təşəbbüsü ilə onun bacısı qızı X3 verilmişdir. Mübahisəli bağışlama müqaviləsinin bağlandığı t arixdən 3 gün əvvəl etibarnamənin verildiyi tarixdə cavabdehin bibisi olan Mina Aslanova mədə xərçəngindən əziyyət çəkmişdir. Apellyasiya baxışı zamanı cavabdeh bibisinə özünün baxdığını bildirmişdir. Belə olan halda onun bibisinin ölümünü bilirdi, yaxud bilməli idi. Bu baxımdan Mülki Məcəllənin 366-cı maddəsi hazırkı mübahisəyə tətbiq oluna bilməz.
36. Kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni məzmunlu olduğundan kassasiya məhkəməsi həmin dəlillərə dair apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: xxx ızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.