Məhkəmə qərarları › İş №2(102)-4433/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4433/2020

19.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4433/2020 19.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: "XXX" X5 X4 Cəmiyyəti (əvvəlki “XXXbank” Açıq Səhmdar Cəmiyyəti) İddia tələbi: kredit və girov müqaviləsinin etibarsız hesab edilməsi Açar sözlər: girov müqaviləsinin etibarsızlığı, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12403/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xx xxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “XXXbank” Açıq Səhmdar Cəmiyyətinin XX filialı ilə (bundan sonra – Bank) İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli PB/0xx/xx/102619 saylı Kredit (borc) və Girov müqaviləsinə (bundan sonra – müqavilə) əsasən Bank tərəfindən iddiaçıya illik 24% olmaqla 48 ay müddətinə 18575 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqavilə üzrə öhdəliklərin icra olunmasına təminat olaraq iddiaçı ona məxsus 1484 ABŞ dolları qiymətləndirilmiş qızıl-zinət əşyalarını Banka ipoteka predmeti kimi təqdim etmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı "XXX" X5 X4 Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək cavabdehin hüquqi sələfi ilə aralarında imzalanan 2015-ci il tarixli PB/0xx/xx/102619 saylı Kredit (borc) Girov müqaviləsinin notarial qaydada təsdiq edilmədiyi üçün və xx.xx.2015-ci il tarixli Banka girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı səlahiyyətli şəxslər tərəfindən imzalanmadığı üçün etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3434/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-12403/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tar ixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Xəlilov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiyası məhkəmələri işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324, 337.1, 339, 354.2, 375.2-ci maddələrini tətbiq edərək qeyd etmişlər ki, kredit (borc) və girov müqaviləsi və qiymətləndirmə və təhvil-təslim aktı tərəflər arasında xx xxxxxx 2015-ci ildə bağlanıldığı halda, həmin müqavilənin etibarsızlığına dair hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə xx xxxxx 2019-cu ildə müraciət olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilələr onların bağlanmasından 3 i ldən artıq müddət keçdikdən mübahisələndirilmişdir ki, bununla da iddiaçı Mülki Məcəllənin 354-cü maddəsinə əsasən həmin əqdi mübahisələndirmək hüququnu itirmişdir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla, iddia müddətlərinə deyil və kəsici müddətlərə aiddir. Bu müddətin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur. Digər tərəfdən, məhkəmələr hesab etmişlər ki, iddiaçı girov müqaviləsinin etibarsız hesab olunmasına əsas kimi onun notarial qaydada təsdiq edilmədiyi göstərsə də, bu həmin müqavilənin etibarsızlığına əsas olan hal hesab edilmir. Eyni zamanda, iddiaçı xx.xx.2015-ci il tarixli Banka girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktının səlahiyyətli şəxslər tərəfindən imzalanmadığını bildirərək bunu aktın etibarsızlığı üçün əsas kimi gətirsə də, məhkəmə araşdırması zamanı həmin aktın səlahiyyətli şəxslər tərəfindən imzalandığı müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilinə qiymət verərək hesab etmişdir ki, ekspertizanın keçirilməsi üçün hər hansı bir əsas olmamış, kredit və girov müqaviləsi səlahiyyətli şəxslər tərəfindən imzalanmış, bunlar iş materiallaında olan sənədlərlə öz təsdiqini tapmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil)kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil ed ən kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı imza atan şəxslərin səlahiyyətli olub-olmamasını yox, imzaların saxtakarlıq yolu ilə keçmiş tarixlə imzalanmasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsini tələb etmişdir. Qətnamədə ifadə olunan nəticələr işin faktiki hallarına uyğun deyil, məhkəmə aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazı rkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə

354. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqi üzrə apelyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12403/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar