Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4434/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması, əmlakın hərracdan satılması və məhkəmə qətnamələri ilə tanınan borc məbləğinin əmlak hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, uydurma əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 0 4 aprel 2022-ci il tarixli, 2(103)2148/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 14 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cəmi 59248,4 manat pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 cəmi 6451 manat pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəyə minərək, icraya yönəldilmişdir.
2. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 1, 100 saylı mənzil üzərində C avabdeh5 mülkiyyət hüququ 19 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və o, həmin mənzili 13 oktyabr 2020-ci il tarixli müqavilə ilə oğlu Cavabdeh1 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 5 otaqlı 100 nömrəli mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh5 həmin mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, Cavabdeh5 mülkiyyətinə qaytarılmış mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına Cavabdeh5 məh kəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi, dövlət rüsumunun və ödənilən vəkil xərcinin tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh5 iddiaçıya 80000 manatadək borcu yaranmış, o, müxtəlif üsul və vasitələrdən istifadə edərək borc məbləğini ödəməkdən yayınmışdır. Cavabdeh məhkəmə aktlarının icrasına maneə törədən uydurma əqd bağlanmış və iddiaçının əmlak hüquqlarının pozulmasına növbəti cəhd edilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)6934/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 337.3, 340, 340.2, 389.1-ci maddələrinə, “A zərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, hazırki iş üzrə əqdin etibarsız hesab edilməsi ilə bağlı hər hansı əsasın olması məhkəmə tərəfindən aşkarlanmamışdır. Belə ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmış, müqavilə bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmışdır. Odur ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olmaqla rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhk əməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)-6934/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)-2148/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)6934/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mü lki Məcəllənin 340.1-ci maddəsi nəzərdən keçirilə bilər. Lakin bu işin faktiki halları Mülki Məcəllənin 337, 340.1 maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxır.
10. İkincisi, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlam aq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
11. Üçüncüsü, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən bağışlama müqaviləsi görünüş üçün bağlanan uydurma əqd hesab oluna bilməz. Mübahisələndirilən bağışlama müqaviləsinin uydurma əqd olduğunu yalnız iddiaçı iddia edir. Müqavilənin tərəfi olan şəxslər isə bu müqaviləni hansısa formada heç vaxt mübahisələndirməmişdir. Demək ki, bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, bağışlama müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur.
12. Dördüncüsü, iddiaçı ilə Cavabdeh5 arasında məhkəmə mübahisələri gedərkən, eləcə də iddiaçının istinad etdiyi icra sənədləri Bakı şəhəri Cavabdeh4 icraatında olduğu ilk dövrlərdə bağışlanan əmlak Cavabdeh5 mülkiyyətində olmamışdır. Yəni, bağışlanan mənzil özü mübahisəli olmuş, digər şəxslərlə Cavabdeh5 arasında məhkəmə mübahisəsinin predmeti olmuşdur. İddiaçının təqdim etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qətnaməsindən bəlli olur ki, həmin mübahisələr yenə də davam edir. Ona görə də qeyd olunan mənzil Cavabdeh5 adına daşınmaz əmlakın Dövl ət reyestrində 19 sentyabr 2020-ci ildə qeydə alındıqdan sonra 13 oktyabr 2020-ci ildə həmin mənzili digər cavabdeh olan oğlu Cavabdeh1 bağışlaması heç də iddiaçıya olan borcunu ödəməkdən yayınmaq məqsədilə etməsi kimi qiymətləndirilə bilməz. Buna görə də, Cavabdeh5 icra sənədi üzrə öhdəliyini yerinə yetirməkdən yayınmaq, qərəzli boyun qaçırmaq məqsədi güdməsi və bağışlama müqaviləsinin formal xarakter daşımaqla uydurma (əhəmiyyətsiz) əqd olması sübuta yetirilməlidir. Bu halları sübut etmək yükü isə iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçının gətirdiyi dəlillər mötəbər hesab edilə bilməz. Əksinə, apellyasiya baxışı zamanı Cavabdeh5 oğlu Cavabdeh1 ailə qurması ilə əlaqədar həmin mənzili oğluna bağışlamasını bildirmişdir.
13. Beşincisi, mübahisəli mənzilin bağışlanan vaxt hər hansı bir m əhkəmə aktı ilə yaxud icra sənədi üzrə üzərində hansısa məhdudiyyətin olmamasına baxmayaraq, hansısa şəxs qarşısında yaranmış yaxud yarana biləcək öhdəliyə görə Cavabdeh5 öz əmlakı üzərində sərəncam verməyi necə qadağan etmək olar. Əlbəttə ki, bu cür yanaşma şəxsin mülkiyyəti üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da konstitusion prinsipin pozulması ilə nəticələnər. Düzdür, qanuni qüvvəyə minmiş icra sənədinin icrası sözsüz və birmənalı olaraq təmin edilməlidir. Ancaq bunun təmin edilməsi icra qurumunun vəzifəsidir və borclu bundan qərəzli olaraq yayınırsa barəsində qanunvericilikdə nəzərdə tutulan məcburi icra tədbirləri, eləcə də inzibati və cinayət məsuliyyəti nəzərdə tutan ciddi tədbirlər görmək səlahiyyətləri vardır.
14. Altıncısı, işdən görün ür ki, mübahisəli mənzilə dair Cavabdeh1 mülkiyyət hüququ artıq 19 oktyabr 2020-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin mənzilin tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçı həmin mənzilin qanuni əsaslarla Cavabdeh1 aid olmadığını düşünür. Lakin apellyasiya şikayətində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və qətnamənin ləğvinə səbəb olacaq dərəcədə əhəmiyyətli təsiri ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
15. İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)-2148/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 127 v 129-cu, Mülki Məcəllənin 3.1, 5.3, 16.1, 152.5, 152.6, 337.3, 340.1, 448.1, 448.2, 560.2-ci, Mülki Prosessual Məcəllənin 9, 14, 77, 82.3, 88, 272.4-1, 380, 386, 390-cı maddələrinin tələbləri pozmuşdur.
17. Belə ki, cavabdeh məhkəmə qətnamələri əsasında iddiaçıya borclu olduğunu bilmiş, borcunu ödəməkdən yayınmaq məqsədilə, 19 sentyabr 2020-ci ildə dövlət reyestrində öz adına daşınmaz əmlakı qeydiyyatdan keçirdikdən dərhal sonra, 13 oktyabr 2020-ci ildə əmlakı oğlu Cavabdeh1 bağışlamışdır. Burada yeganə məqsəd məhkəmə qətnamələri üzrə iddiaçıya olan borclarını ödəməkdən yayınmaq üçün öz adında əmlakın olmaması görüntüsünü yaratmaq niyyətidir. İ ddia üzrə cavabdehlərin mülki hüquq münasibətlərinin subyektləri olaraq hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaqlarına baxmayaraq, mülki qanunvericiliyin tələblərinə cavab verməyən əhəmiyyətsiz əqd bağlamış, məhkəmə isə buna obyektiv hüquqi qiymət verməmişdir. Cavabdehlər bağışlama müqaviləsi imza edərkən iddiaçıya ziyan vurmaq niyyətini reallaşdırmış, bununla da hüquqdan sui-istifadə edilməsinə yol verilmişdir.
18. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Cavabdeh5 dövlətin adından qəbul olunmuş məhkəmə qərarların ın icra olunmaması məqsədi ilə (mənzili) əmlakı oğlunun adına bağışlama müqaviləsi əsasında keçirməsi yalnız borc öhdəliyindən yayınmaq üçün edilmiş hərəkətdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, cavabdeh guya oğlunu evləndirmək məqsədilə evi oğluna bağışlayıb. Bu tamamilə yanlışdır. Oğlunun adında 2011-ci ildən etibarən dövlət reyestrində qeydiyyatdan keçirilmiş əmlak ‒ ev-mülk mövcuddur. Digər tərəfdən təmir edilməmiş mənzilə guya oğlunu köçürmək kimi fikirlər tamamilə əsassızdır. Hər iki cavabdehin niyyəti dövlətin adından çıxarılmış məhkəmə qətnamələrinin icra edilməməsinə yönəlik hərəkətdir. Mənzilin 19 sentyabr 2020-ci il tarixdə 1-ci cavabdehin adına keçirildikdən sonra, 13 oktyabr 2020-ci ildə 2-ci cavabdehə bağışlamaqla adından çıxarılması faktı, dövlətin adından qəbul edilmiş m əhkəmə qətnaməsiz icra edilmədən, icra sənədinin uzun müddət hərəkətsiz qalması üçün zəmin yaradır.
19. Apellyasiya məhkəməsi belə bir mövqe bildirmişdir ki, əmlakı öz oğluna bağışlaması cavabdehin subyektiv hüququdur. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin müqavilə üzrə iddiaçı tərəf deyildir. Lakin, məhkəmə nəzərə almamışdır ki, belə bir iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun yaranma səbəbi onun xeyrinə dövlətin adından çıxarılmış cavabdehin iddiaçıdan aldığı borc məbləğini tələb etmək hüququdur. Nəzərə alınmalıdır ki, iddiaçı müqavilə üzrə tərəf olmadığını bilir, lakin cavabdeh əhəmiyyətsiz əqd bağlamaqla öhdəliyindən yayınır.
20. Həmçinin iddiaçının apellyasiya məhkəməsinə verdiyi ərizə və vəsatətlərə münasibət bildirməmiş, sübutlar düzgün qiymətləndirilməmişdir.
21. Kass asiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlə bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. 2
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin m übahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan isti fadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüq uqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtima l olunur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tə tbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən ma ddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əs aslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, habelə prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
30. Belə ki, ilk olaraq məhkəmə kollegiyası işin faktiki hallarının iddianın qanuni əsası olan Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamasına dair apellyasiya məhkəməsinin mövqeyinə münasibət bildirilməsini zəruri bilir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
32. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildir ilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
33. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
34. Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: - bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; - əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması və s. istisna olunmur.
35. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir.
36. Hazırki işdə İddiaçı1 Müzəffər oğlu Cavabdeh5 məhkəmə qətnaməsinə əsasən ona icra olunmamış pul öhdəliklərinin olmasını və cavabdehin həmin öhdəliklərin icrasından boyun qaçırmaq məqsədi ilə mülkiyyətind ə olan daşınmaz əmlakı formal olaraq doğma oğluna bağışlamasını iddia etmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi işin faktiki hallarının Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaması qənaətinə gəlsə də, iddiaçının gətirdiyi dəlilləri və həmin dəlillərə dair təqdim etdiyi sübutları maddi hüquq normasına uyğun araşdırmamışdır.
37. Bundan başqa, müqavilə azadlığı prinsipinə istinad edilərək iddianın rədd edilməsi də əsaslı hesab oluna bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, əqdin tərəfi kimi çıxış edən şəxslərin bu əqd üzrə onlar üçün hüquqi nəticələrin yaranmayacağına razılaşmaları uydurma əqdin əlamətlərin biridir. Belə əqd, razılaşan tərəflərin deyil, üçüncü şəxslərin hüquq və mənafelərinə təsir edir. Müqavilə azadlığı prinsipi belə əqdlərə tətbiq edil əcəyi təqdirdə, uydurma əqdlər institutunun mahiyyəti aradan qalxır və hər hansı əqd bu əsasla əhəmiyyətsiz əqd kimi tanına bilməz. Belə ki, əqdin tərəfləri razılaşdıqları üçün onun əhəmiyyətsizliyini təsbit etməyəcək, üçüncü şəxslərin iddiaları isə bu prinsipə istinad edilməklə təmin olunmayacaqdır.
38. Məhkəmə kollegiyası, iddiaçının tələbi üzrə çıxarılmış məhkəmə aktları üzrə icra vərəqələri verilərkən mübahisəli əmlakın Cavabdeh5 mülkiyyətində olmadığı üçün, bağışlama müqaviləsinin onun öhdəliyinin icrasından yayınmaq məqsədi ilə bağlanmamasına dair mövqeyi ilə də razılaşmır. Əksinə müəyyən olunur ki, mübahisəli daşınmaz əmlak üzərində Cavabdeh5 hüquqlarının tanınması məqsədi ilə onun mənzilin yerləşdiyi binanı inşa etmiş "xxxx" MMC və digər şəxslər arasında məhkəmə mübahisələri olmuş, son nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən onun həmin mənzil üzərində mülkiyyət hüququ 19 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan çox qısa müddət (24 gün) sonra cavabdeh həmin mənzili oğluna bağışlamışdır. Nəzərə alınmalıdır ki, cavabdehin iddiaçının qarşısında uzun müddət ərzində icra olunmamış borc öhdəliklərinin olması onun üçün aşkar olmuşdur. Lakin cavabdehin mənzil üzərində məhkəmə qaydasında hüquqlarının tanımasını tələb etdiyi və nail olduğu halda, qısa müddətdən sonra, məhkəmə aktı ilə üzərinə qoyulan öhdəliklərini icra etmədən göstərilən əmlak hesabına oğlunu zənginləşdirilməsi zərurəti nə cavabdeh tərəfindən əsaslandırılmamış, nə də ki, apellyasiya məhkəməsinin qətnaməsində həmin hal üzrə hüquqi dəyərləndi rmə aparılmamışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının icrasının məcburiliyi Konstitusiya ilə müəyyən olunmuşdur. Həmin vəzifənin icrasına mane olan hərəkətlər əsaslandırılmalıdır. Cavabdeh5 məhkəmə qətnamələrinin icrası istiqamətində könüllü hər hansı hərəkətlərin etməsi müəyyən olunmur. Eyni zamanda mübahisəli daşınmaz əmlak olmadıqda da, onun mülkiyyətində icra sənədlərinin icrasını təmin edilməsini imkan verən başqa əmlakların mövcudluğuna dair sübutlar məhkəmələrə təqdim olunmamışdır. Əksinə, iş materiallarında olan cavabdehin müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət ərizələrində onun barəsində qəbul edilən məhkəmə aktlarının qanunsuz olması, tələb olunan pul vəsaitini iddiaçıdan almaması, onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinin yalan əqd olması göstərilməklə, faktiki olaraq məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları mübahisələndirilmişdir.
40. Həmçinin nəzərə alınmalıdır ki, bağışlama müqaviləsinin digər tərəfi iddiaçı qarşısında öhdəlik daşıyan borclunun doğma oğludur. Belə olan halda, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı müqavilə əsasında hədiyyəni qəbul edən cavabdehə keçsə də, hədiyyə verənin ondan sərbəst istifadə etmək və sahiblik etmək imkanları istisna olunmur.
41. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının qanuni mənafelərinin müdafiə edilməsi məqsədi ilə qeyd olunan əqdi əhəmiyyətsiz olduğunun məhkəmə qaydasında təsbit edilməsini tələb etməklə bağlı subyektiv hüquqları mövcuddur.
42. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, mülki dövriyyə iştira kçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
43. Göründüyü kimi apellyasiya instans iyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
44. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tari xli Qərarı).
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
46. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə si yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
47. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
48. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 k assasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)-2148/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.