Məhkəmə qərarları › İş №2(102)-4435/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4435/2020

19.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4435/2020 19.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: XXX Cavabdehlər: Cavabdeh1 X2 Açıq Səhmdar Cəmiyyəti (yeni adı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti) və Cavabdeh2 Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikasının XXX X3 və X7 İddia tələbi: müqavilənin etibarsız hesab edilməsi və pulun ödənilməsi Açar sözlər: məhkəmə aktının əsaslandırılmaması, prosessual pozuntu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh “xxxxxxxxx” ASC-nin vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3152/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları XXXnın (bundan sonra – iddiaçı) atası X1 (bundan sonra - Əmanətçi) xx.xx.2008-ci il tarixli, ƏN-İ seriyalı, 144623 nömrəli etibarnaməyə əsasən bütün əmlakını idarə etmək və üzərində sərəncam vermək səlahiyyətlərini on il müddətinə oğlu (iddiaçının qardaşı) Cavabdeh2 etibar etmişdir. Əmanətçi ilə "Cavabdeh1” X2 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) 5 saylı filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən, Bank Ə manətçidən daxil olan (əmanət hesabı 15-83478-10141220; əmanətin adı “Cavabdeh1 Prestij”) 50000 ABŞ dolları məbləğində əmanəti (bundan sonra – birinci əmanət) faiz dərəcəsi 13% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə qəbul etmiş, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğini qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanətçi ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən Bank Əmanətçidən daxil olan (əmanət hesabı 1583478-110-41220; əmanətin adı “Cavabdeh1 Sabit”) 28500 ABŞ dolları məbləğində əmanəti (bundan sonra – ikinci əmanət) faiz dərəcəsi 12,5% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə qəbul etmiş, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğini qaytarmağı və on un üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Bankla Cavabdeh2 arvadı X7 (bundan sonra – Borclan) arasında bağlanmış 15-D-10-158-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Borcalana 21 ay müddətinə illik 16 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 45000 ABŞ dolları məbləğində kredit vermişdir. Bank, Borcalan və girov qoyan qismində Əmanətçinin adından etibarnaməyə əsasən iştirak edən Cavabdeh2 arasında imzalanmış eyni tarixli girov müqaviləsinə əsasən birinci əmanət kredit müqaviləsinin təminatı kimi Bank qarşısında girovla yüklü edilmişdir. Bankla Borcalan arasında bağlanmış 15-D-2-0-180-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən isə Bank Borcalana 21 ay müddətinə illik 17,5 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 25650 ABŞ dolları məbləğində kredit vermişdir. Bank, Borcalan və girov qoyan qismində Əmanətçinin adından etibarnaməyə əsasən iştirak edən Cavabdeh2 arasında imzalanmış eyni tarixli girov müqaviləsinə əsasən ikinci əmanət kredit müqaviləsinin təminatı kimi Bank qarşısında girovla yüklü edilmişdir. Girov müqavilələrinin 5.1.1-ci maddəsinə əsasən girov qoyan bu müqavilə və müqavilənin 2.1-ci bəndində qeyd olunan kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikdə və ya vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə girov saxlayan öz tələbini (borc məbləğini) bu müqavilə üzrə girov qoyulan əmanət hesabından akseptsiz qaydada silmək hüququna malikdir. xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş (reyestr 2V/1-119) vəsiyyətnaməyə əsasən Əmanətçi ölən günədək ona məxsus olan bir neçə əmlakı, o cümlədən Banka qoyduğu əmanətləri iddiaçıya vəsiyyət etmişdir. Əmanətçi xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. xx xxxxx 2017-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş (reyestr 2V-71) vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş Əmanətçinin 2V-119 reyestr nömrə ilə qeyd olunan vəsiyyətnamədə göstərilən bir neçə əmlakı, o cümlədən birinci əmanət üzrə 50000 ABŞ dolları və faizindən, ikinci əmanət üzrə 28500 ABŞ dolları və faizindən ibarət olan əmlakın vərəsəsi XXXdır. xx.xx.2016-cı il tarixində birinci əmanət üzrə 45000 ABŞ dolları kreditin vaxtı bitdiyi üçün əmanətçinin adından Cavabdeh2 tərəfindən yazılan xx.xx.2016-cı il tarixli ərizəyə və girov müqaviləsinin 5.1-ci bəndinə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixində ikinci əmanət üzrə 25650 ABŞ dolları məbləğində kreditin vaxtı bitdiyi üçün əmanətçinin adından Cavabdeh2 tərəfindən yazılan xx.xx.2017-ci il tarixli ərizəyə və girov müqaviləsinin 5.1-ci bəndinə əsasən girov qoyulmuş əmanətdən kredit borcu silinmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Banka və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankla Əmanətçi arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli müddətli əmanət müqaviləsinə əsasən Bankın 15-83478-101-41220 nömrəli bank hesabında olan 50000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair Bankla Əmanətçi arasında bağlanmış əmanə tin girov müqaviləsinin etibarsız hesab edilməsi, Bankla Əmanətçi arasında bağlanmış xx.xx.2014-cü il tarixli, D14/023 nömrəli müddətli əmanət müqaviləsinə əsasən Bankın 15-83478-110-41220 nömrəli bank hesabında olan 28500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair Bankla Əmnətçi arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, 50000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və 28500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin cavabdeh Bank tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hər iki əmanət pul iddiaçının mərhum atası tərəfindən ona vəsiyyət edilmişdir. İddiaçının atasına məxsus olan əmanət pul məbləğlərinin girov qoyulma sına dair Bankla Əmanətçi arasında bağlanmış müqavilələr etibarsız müqavilələrdir. Belə ki, iddiaçının atası sözügedən əmanət məbləğlərinin girovla yüklü edilməsinə dair Bankın 5 saylı filialı ilə hər hansı müqavilə bağlamamış, ümumiyyətlə onun bu əmanət pulu nə Borcalanın, nə də digər üçüncü şəxsin kredit borcuna görə girov qoymaq niyyəti olmamışdır. İddiaçının atası sağlığında həmin əmanət pulları iddiaçıya vəsiyyət elmək istəmiş, lakin səhhəti ilə əlaqədar olaraq vəsiyyətnamənin verilməsi üçün notariusa gedə bilməmişdir. Hətta səhhəti tamamilə pisləşdiyi üçün ömrünün son günlərində vəsiyyətnamənin tərtib edilməsi üçün notariusu evə dəvət etmək məcburiyyətində qalmışlar. xx.xx.2016-cı il tarixdə tərtib edilmiş vəsiyyətnamədəki qeyddən də görünür ki, bütün əməliyyatlar mərhumun yaşadığı ü nvanda, yəni ünvan 1 ünvanında yerləşən 26 nömrəli mənzildə aparılaraq şahidlərin iştirakı ilə vəsiyyətnamə tərtib olunmuş və bir çox əmlaklarla yanaşı, sözügedən əmanət pul məbləğləri də iddiaçıya vəsiyyət edilmişdir. Odur ki, nə iddiaçının atasının, nə də iddiaçının sözügedən kredit müqavilələrindən, o cümlədən iddiaçının qardaşı Cavabdeh2 iddiaçının atasının adından çıxış edərək Bankla bağladığı girov müqavilələrindən xəbəri olmamışdır. Əmanətçi banklara qoyduğu əmanət pullarının üzərinə hesablanmış faizlərin Bankdan götürülərək ona verilməsi üçün Cavabdeh2 etibarnamə vermişdir. Əgər Əmanətçinin bu pulu girov qoymaq niyyəti olsa idi, o, ümumiyyətlə həmin əmlaklara dair iddiaçıya vəsiyyətnamə qoymazdı. Görünür ki, 28500 ABŞ dolları və 50000 ABŞ dolları məbləğində olan əmanət pulların Bor calanın kredit borcuna görə girovla yüklü edilməsi zamanı iddiaçının atasının iradəsi ifadə olmamışdır. Bankdan Borcalanın adına kredit götürülməsini və bunun müqabilində sözügedən əmanətlərin Əmanətçinin razılığı və xəbəri olmadan Bankda girovla yüklü edilməsini Borcalanla Cavabdeh2 əmlak əldə etmək məqsədi ilə öncədən planlamışdır. Belə ki, onlar ər-arvaddır və 2005-ci ilin sentyabr ayından rəsmi nikahdadırlar. Sözügedən girov müqavilələri bağlanarkən Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh2 arvadının adına kredit müqaviləsi bağlayaraq kredit götürmək üçün Əmanətçinin verdiyi etibarnamədən çıxış edərək sonuncuya məxsus əmlak barəsində arvadı olan Borcalanın, dolayısı ilə özü barəsində əqd bağlamışdır. xx.xx.2016-cı il tarixdə və xx.xx.2017-ci il tari xdə Cavabdeh2 tərəfindən ərizə ilə Banka müraciət edilərkən onun həmin ərizələri imzalamağa və pul vəsaitləri üzərində sərəncam verməyə səlahiyyəti olmamışdır. Çünki sözügedən bank hesabında olan əmanətlər Əmanətçiyə məxsus olmuş və o, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və vəfat etdiyi andan xx.xx.2008-ci il tarixli etibarnamənin qüvvəsinə də xitam verilmişdir. Ərizə Bank tərəfindən qəbul edilib, pul silinərkən Bank əməkdaşları tərəfindən Cavabdeh2 verilən etibarnamənin qüvvədə olub-olmaması və onun ərizə verməyə səlahiyyətinin olması yoxlanılmamış, əsassız və qanunsuz olaraq silinmə əməliyyatı həyata keçirilmişdir. Bankın nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisələndirilən girov müqavilələri əmanət qoyan şəxsin verdiyi etibarnamə əsasında onun nümayən dəsi tərəfindən imzalanmışdır. Bu zaman Bank tərəfindən hər hansı qanun pozuntusu halına yol verilməmişdir. Etibarnamə verən şəxsin öldüyü tarixdən sonra həmin etibarnamə əsasında nümayəndənin ərizə ilə müraciət etməsi və digər hərəkətlər etməsində Bankın təqsiri yoxdur, şəxsin ölümü barəsində Banka məlumat verilməmişdir və Bank bu barədə məlumatı bilməli deyildir. Etibarnamə təqdim edilib və etibarnamə əsasında müvafiq hərəkətlər edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3183/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, Cavabdeh2 ilə Borcalanın birgə nikahda olduğu nəzərə alınarsa, onlardan birinin g ötürdüyü kredit məbləği onların ümumi birgə mülkiyyəti (və ya ümumi borcları) hesab edilir. Cavabdeh2 ona verilmiş etibarnamə əsasında Əmanətçiyə məxsus əmanət məbləğlərini birgə nikahda olduğu şəxsin götürdüyü kredit məbləğinə girov qoyması barədə imzaladığı mübahisələndirilən əmanətin girov müqavilələri şəxsən özü barəsində bağlanmış əqd hesab olunur. Cavabdeh2 ona verilmiş etibarnamədən etibarnamə vermiş şəxsin – Əmanətçinin maraqları baxımından deyil, öz maraqları üçün istifadə etmişdir. Cavabdeh2 Mülki Məcəllənin 359.3-cı maddəsinin tələbləri baxımından mübahisələndirilən əmanətin girov müqavilələrini bağlaya bilməzdi. Bundan başqa, Əmanətçi hələ sağlığında, xx xxxxxx 2016-cı il tarixdə (ölümündən bir neçə gün əvvəl) ona məxsus olan bir neçə əmlakı, o cümlədən sözügedən depozitləri id diaçıya vəsiyyət etmişdir, xx.xx.2016-cı il tarixdə ölmüş Əmanətçinin bir neçə əmlakı, o cümlədən sözügedən əmanət və onun faizindən ibarət olan əmlakın vərəsəsi iddiaçı hesab edilmişdir və bununla bağlı xx xxxxx 2017-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli ərizələrinə əsasən Əmanətçiyə məxsus mübahisələndirilən əmanət məbləğlərindən kredit borcunun silinməsinə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin həm iddiaçıya, həm də Cavabdeh2 xx.xx.2017-ci il tarixdə verilməsinə baxmayaraq, Cavabdeh2 bu barədə iddiaçıya məlumat belə verməmişdir. Yəni əmanət məbləğləri iddiaçıya vərəsəlik üzrə keçərkən həmin əmanət məbləğləri Cavabdeh2 arvadı olan Borcala nın kredit borcunun girovu olaraq artıq silinmişdir və Cavabdeh2 bu barədə məlumatı iddiaçıya bildirməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Əmanətçi xx.xx.2016-cı il tarixdə ölmüşdür, Cavabdeh2 isə girov qoyulmuş əmanətdən kredit borcunun silinməsinə dair ərizələrlə xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh2 etibarnamə əsasında ərizə ilə müraciət edərkən etibarnaməni vermiş şəxs – Əmanətçi artıq ölmüşdür. Yəni Cavabdeh2 etibarnamə əsasında hərəkət edərkən artıq etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxsin ölməsi nəticəsində xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-3152/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Tal ışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Əliyev) Bankın apelyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlanıldığını qeyd edib, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-354, 362-366-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadla hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına zidd çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır, apelyasiya şikayəti və onun sübutedi ci dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, müqavilələrin bağlandığı anda etibarsızlığına dəlalət edən və Bankın cavabdehlik daşımasına dair hallar müəyyən edilmir. Hazırkı mülki münasibətlər üzrə mülki məsuliyyəti (iddiaçının düçar olduğu zərər həddində) mərhumun verdiyi etibarnamə ilə hərəkətlər edən təmsilçisi (delikt sübuta yetirildiyi təqdirdə) daşıya bilər. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddianın rəd d edilməsi qənaətinə gəlsə də, nəyə görə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmadığını və iddianı təmin etmədiyini açıqlamamış, qətnaməsini əsaslandırmamış, sadəcə olaraq ümumi şəkildə Mülki Məcəllənin maddələrinə istinad etmişdir. Məhkəmə Mülki Məcəllənin mübahisəyə tətbiq edilməli olan 366 və 957.4-cü maddələrinin tələblərini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bankın vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyas ı məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəli llərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıql ı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu q anunlar. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin olunmamışdır. MPM-ə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yar atmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında məhkəmə nəticəyə gəlməsi barədə mo tivləri və rəhbər tutduğu qanunlar göstərməli, hansı dəlillərə əsasən qətnaməni ləğv etdiyini və iddianı rədd etdiyini əsaslandırmalıdır. Lakin hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, sadəcə bir sıra qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsassız olması barədə qənaəti əks etdirən bir cümlədən ibarət olan məhkəmə aktı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yeku n aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübu tları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifad ə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxxxx 2007-ci il tarixli qərar). Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarıldığı üçün ləğv edilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi, həm də müəyyən olunmuş işin hallarına tətbi q edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X6 XXXqızının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3152/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar