Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4439/2023 25.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə “ASAN Xidmət” mərkəzində notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X4) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4439/2023 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə “ASAN Xidmət” mərkəzində notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X4) qarşı “bağışl ama müqaviləsinin etibarsız hesab edilməsi və evin təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)1599/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümu mi sahəsi 100,4 kv.m. olan bağ evi tam mülkiyyət hüququ üzrə X8 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Gəncə şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2015-ci il tarixli, 4Ə-133 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 RX seriyalı, ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası, ümumi sahəsi 100,4 kv.m., yaşayış sahəsi 35 kv.m, yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar 135,8 kv.m., “B” köməkçi tikili 2,8 kv.m. olan bağ evini 5.000 manata İddiaçı satmışdır.
3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın dublikatına əsasən, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 100,4 kv.m olan bağ evi tam mülkiyyət hüququ üzrə X8 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Gəncə “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 4Ə-2756 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh2 RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhər, Nizami rayonu, Avtozavod yolu ünvanında yerləşən, mülkiyyətdə olan 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 100,4 kv.m. olan bağ evini hədiyyə olaraq X13 bağışlam ışdır.
5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolunda yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 100,4 kv.m. olan bağ evi tam mülkiyyət hüququ üzrə X9 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 01 fevral 2019-cu il tarixli vəsiyyətnaməyə əsasən X16 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını X7 vəsiyyət etmişdir.
7. X16 02 fevral 2019-cu il tarixdə vəfat etmiş, vərəsəsi kimi qızı – X4 müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydi yyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 100,4 kv.m. olan bağ evi tam mülkiyyət hüququ üzrə X1 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
9. Yevlax Rayon Məhkəməsinin 2(039)-1422/2019 nömrəli 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və Gəncə şəhəri 1 saylı notariat ofisi) xx.xx.2015-ci il tarixli, 4Ə-133 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin olunmuşdur.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-134/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərə findən verilmiş apellyasiya şikayəti təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-1422/2019 nömrəli, 21 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və evin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə X16 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-2756 saylı bağışlama müqaviləsinin etibars ız hesab edilməsi, Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100,4 kv.m., yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar 135,8 kv.m., “B” köməkçi tikili 2,8 kv.m. olan bağ evinin ona təhvil verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus olmuş Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında yerləşən bağ evini iddiaçıya satmışdır. Lakin o, bağ evinin hüquqlarını dövlət qeydiyyatına aldırmalı olduğunu bilmədiyi üçün, həmin evi DƏDRX-də qeydiyyata salmamışdır. Bağ evi DƏDRX-də iddiaçının adına qeydiyyata alınmamasına baxma yaraq, o, pulunu verib evi yarımçıq tikili kimi satın almış və öz pulu ilə tikinti-təmir işləri gördürmüşdür. Bağ evinin iddiaçıya satılmasına dair alğı-satqı müqaviləsi notariat kontorunda rəsmiləşdirilmiş, illərdir ki, onun istifadəsində olmuşdur. Gəncə şəhəri 1 saylı Notariat Kontorunun onun sorğusuna olan xx.xx.2018-ci il tarixli 380 saylı cavabından görünmüşdür ki, bağ evinin ona satılmasına dair xx.xx.2015-ci il tarixli 4Ə-133 reyestr nömrəli alğı-satqı müqaviləsi hal-hazırda da qüvvədə qalmışdır. Ona görə də DƏDRX-də qeydə alınmamasına baxmayaraq, bağ evi onun üçün gözlənilən mülkiyyət olmuşdur. Bağ evinə dair alğı-satqı müqaviləsi rəsmiləşdiriləndən sonra Cavabdeh2 evi ona təhvil vermişdir. Bağ evi quru divardan ibarət yarımçıq bir tikili olmuş, bu müddət ərzində evin tikinti-təmir işlərini etdirmişdir. Bağ evini satan Cavabdeh2 evi ona təhvil verəndən sonra evi nəzarətdə saxlayaraq onun, alğı-satqı müqaviləsini DƏDRX-ə təqdim edib qeydə aldırmadığını müşahidə etmiş, alğı-satqı müqaviləsinin evin sənədi olduğunu deməklə iddiaçını aldada bildiklərinə əmin olmuş, tikinti-təmir işlərinin başa çatmasına yaxın evin çıxarışının itdiyini bəyan etmiş, çıxarışın dublikatını əldə edib xx.xx.2018-ci tarixli 4Ə-2756 reyestr nömrəli bağışlanma müqaviləsi ilə Yevlaxda yaşayan yaşlı dayısı X13 bağışlamışdır. Bağışlama müqaviləsi cavabdeh Gəncə “ASAN Xidmət” Mərkəzinin notariat kontorunda rəsmiləşdirilmişdir. Mübahisəli bağ evinin ona satılmasına dair xx.xx.2015-ci il tarixli AN-İ № ******* saylı 4Ə-133 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi barədə “Elektron notaria t” informasiya sistemində məlumatın olmasına baxmayaraq, cavabdeh Gəncə “ASAN Xidmət” Mərkəzinin notariat kontoru diqqətsizlik edib həmin bağ evi barəsində bağışlanma müqaviləsini rəsmiləşdirməklə onun mülkiyyət hüququnu pozmuşdur. Diqqətli olunsaydı evin ona satıldığını müşahidə edib bağışlanma müqaviləsinin rəsmiləşdirilməsindən imtina olunardı və onun mülkiyyət hüquqları da pozulmazdı. Bundan başqa o, bu illər ərzində evin tikinti-təmir işlərini etdirmişdir. Görülən işlərə 30.000 manata qədər pul xərclənmişdir. Bu tikinti-təmir işlərini öz pulu ilə satın aldığı evində aparmışdır.
13. Birinci instansiya məhkəməsinin iclasında X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.
14. Məhkəmə iclasında üçüncü şəxs X12 izahat verərə k bildirmişdir ki, mərhum qayınatası X16 vəfat etmişdir. Mübahisə predmeti olan evi X16 onun oğluna bağışlamış və etibarnamə ilə onun adına keçirmişdir. Cavabdeh2 onun arvadının bibisi oğludur. Hazırda Elçin xəstəxanada müalicə alır. Evi o, qayınatasının köməkliyi ilə tikdirmişdir. Onun oğlu xəstə olmuş, mübahisə predmeti olan evdə yaşamış, həmin evdən başqa yerdə qala bilməmişdir. İddiaçı ilə Elçin arasında olan alğı-satqı müqaviləsi formal bağlanmışdır. Bununla bağlı onlar məhkəməyə müraciət etmişlər, hazırda da Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişlər. Samir Abdullayev iddianın təmin olunmamasını xahiş etmişdir.
15. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-61/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia təmin ed ilərək, Cavabdeh2 ilə X16 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-2756 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 üzərinə, Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100,4 kv.m., yaşayış sahəsi 35 kv.m, yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar 135,8 kv.m., “B” köməkçi tikili 2,8 kv.m. olan bağ evini iddiaçıya təhvil vermək öhdəliyinin qoyulması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ərazisində yerləşən mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 100,4 kv.m. olan bağ evi Cavabdeh2 tərəfindən Binnət Şamarova xx.xx.2018-ci il ta rixdə bağışlanmamışdan öncə xx.xx.2015-ci il tarixdə iddiaçıya satılmışdır. Həmin alğı-satqı müqaviləsi cavabdeh tərəfindən məhkəmədə mübahisələndirilmiş, lakin qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən müqavilə etibarsız hesab edilməmişdir. Deməli, Cavabdeh2 sataraq iddiaçının mülkiyyətinə verdiyi əmlakı qanunsuz olaraq Binnət Şahmarova bağışlamışdır. Belə ki, cavabdeh mübahisəli əmlakı iddiaçıya satdıqdan sonra sonuncunun həmin əmlakı öz adına dövlət reyestrində qeyd etdirməməsindən istifadə edərək dublikat çıxarışla bağışlamışdır. Halbuki həmin vaxt, artıq mübahisəli əmlak cavabdehin mülkiyyətində olmamış və onun həmin əmlaka sərəncam vermək hüququ olmamışdır.
17. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən həmin əmlak cavabdehin mülkiyyətində olmadığından və əmlaka onun sərəncam vermək hüququ olmadığına görə bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilədən yaranan hüquqi nəticələr ləğv edilməlidir.
18. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satdığı Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 100,4 kv.m. bağ evini sonuncunun mülkiyyətinə verməlidir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 337.1, 337.2, 337.4, 646.1, 648.1, 648.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən üçüncü şəxs X12 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamə sinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar evin kiməsə satılmasından xəbərsiz olmuşlar. Sonra iddiaçı X3 şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, X10 tərəfindən zəbt edilmiş Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən, tərkibinə “A” yaşayış binası olmaqla (ümumi sahəsi 100,4 kv.m. olan yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq), sahəsi 135,8 kv.m. olan 1 talvar, sahəsi 28 kv.m. olan köməkçi tikili daxil olan bağ evindən çıxarılması ilə bağlı müraciət etmiş, həmin məhkəmənin 2(044)5133/2018 nömrəli, 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin müddət ərzində m əhkəmə prosesi zamanı Əli Məhərrəmov tərəfindən qanunsuz zəbt nəticəsində sözügedən mənzildə təmir işləri və dəyişiklik edilməsinə qadağa qoyulması üçün məhkəməyə müraciət edilmiş, iddia təmin olunmuş, Gəncə şəhəri üzrə İcra İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərində Aktlar tərtib edilmiş, təmir işlərinin dayandırılması məqsədilə Əli Məhərrəmova tapşırıqlar verilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmiş, apellyasiya instansiya məhkəməsinin 2(104)-2313/19 nömrəli, 07 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X9 cavabdeh X5 qarşı mübahisəli evdən çıxarılma tələbinə dair iddiası Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-5133/ 2018 nömrəli, 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin əməkdaşları tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)2313/19 nömrəli, 07 may 2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə icra olunmuş, ev mülkiyyətçiyə təhvil verilmiş, Əli Süleymanovun bəzi əşyaları xx.xx.2019-cu il tarixdə Nizami rayon Polis Şöbəsinin əməkdaşlarının və Əli Məhərrəmovun özü və ailə üzvlərinin iştirakı ilə mülkiyyətlərində olan evdən daşınaraq özlərinə təhvil verilmiş, bununla bağlı onların iştirakı ilə akt tərtib edilmiş, imzaları ilə həmin aktı təsdiq etmişlər. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münas ibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Mübahisəli bağ evi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 1711 saylı sərəncamına əsasən Cavabdeh2 adına qeydiyyata alınmış və ona xx.xx.2015-ci il tarixində çıxarış verilmiş, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən bağ evi onun tərəfindən X13 bağışlanmış və xx.xx.2018-ci il tarixdə Binnət Şahmarovun adına çıxarış alınmışdır. Həmin mübahisəli bağ evinə dair sözügedən əqd bağlanarkən Elçin Əkbərovun adına olan xx.xx.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər həyata keçirilmiş və sonda sözügedən mülk tamlığı ilə Bərdə “ASAN Xidmət” mərkəzinin notariat kontorun 6 avqust 2019-cu il tarixli 2v-1189 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X9 adından Abdullayeva (Şahmarova) Məryam Binnət qızın adına rəsmiləşdirilmiş və Çıxarış sənədi rəsmiləşdirilərək mülkiyyəti kimi tanınmışdır. Gəncə şəhər Nizami RPİ-nin xx.xx.2018-ci il tarixli arayışdan görünmüşdür ki, Cavabdeh2, Nizami RPİ-yə ərizə ilə müraciət edərək ona məxsus olan Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən bağ evinin xx.xx.2009-cu il tarixli Çıxarış Gəncə şəhərində itirilməsini bildirmişdir. Həmin sənədlərin tapılması ilə bağlı müvafiq tədbirlər görülsə də, müsbət nəticə olmamışdır. “Ədalət” qəzetinin xx.xx.2018-ci tarixli buraxılışında Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən Cavabdeh2 məxsus bağ evinin xx.xx.2015-ci il tarixli Çıxarışının itdiyi üçün etibarsız sayılmasına dair elan yerləşdirilmişdir. xx.xx.2019-cu il tarixli vəsiyyətnamə ilə X16 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını X7 vəsiyyət etmişdir. Mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsini mümkün bilməyən məhkəmə öz qətnaməsində əsassız olaraq göstərmişdir ki, mübahisələndirilən alğı-satqı müqaviləsinin surətindən görünmüşdür ki, həmin müqavilə iddiaçının şəxsən iştirakı ilə bağlanmışdır. Müqavilənin şərtləri tərəflərə bildirilmiş və tərəflər müqaviləni öz imzaları ilə təsdiq etmiş, notarius tərəfindən tərəflərə hüquq və vəzifələri izah edilmişdir. İddiaçının arvadı da alğı-satqıya razılıq barədə notariat qaydada təsdiqlənmiş ərizə vermişdir. Arvadı razılıq vermişdirsə həmin müqavilə etibarlı olmuşdur. Bu azmış kimi işə yenidən baxmış məhkəmə öz birtərəfli mövqeyini büruzə vermişdir ki, sanki müqavilə imzalanarkən notariat kontorunda olmuş, müqavilə şərtlər inin tərəflərə bildirilməsinin, notarius tərəfindən tərəflərə hüquq və vəzifələrin izah edilməsinin şahidi olmuşdur. Ən azından qeyd olunan hal işə baxmış məhkəmənin birtərəfli mövqedə olmasını, işə qeyri-obyektiv yanaşıldığını təsdiq etmişdir. Əvvəla, istər etibarnamə vermək, istər alğı-satqı müqaviləsi bağlanması üçün iddiaçının getməsindən asılı olmayaraq iddia ərizəsində, iş üzrə toplanmış sübutlarda iddiaçı göstərmişdir ki, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanılarkən aldadılmışdır. Bundan başqa, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, iddiaçı müvafiq olaraq verdiyi iddia ərizəsində, nə də həmin iddia ərizəsi əsasında işə baxan birinci instansiya məhkəməsi sadalanan xüsusatların iddiaçı tərəfindən mübahisələndirilən tikiliyə dair bağışlama müqaviləsi bağlanarkən onun həqiqətən də xx.xx.2015-ci il tarixli çıxarışın dublikatı ilə hərəkətlər etdiyini, çıxarışın itməsi ilə bağlı polisə müraciət etməsini, qəzetdə elan yerləşdirilməsini, mübahisəli tikilinin Əli Məhərrəmov tərəfindən zəbt olunması ilə bağlı da polisə müraciət etməsini mübahisələndirilən xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığı üçün Mülki Məcəllədə qeyd edilmiş hansı əsaslara səbəb olmasını göstərməmişdir. Bu xüsusatlar o cəhətdən xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas verir ki, əgər iddiaçı mübahisələndirilən əmlakı həqiqətən də alğı-satqı müqaviləsi əsasında satmışdısa bütün bu addımların atılması əhəmiyyətsiz olur, sadalanan xüsusatlar cavabdehin əmlak almasının formallığını təsdiq edir. Əks halda cavabdeh notariat işindəki ərizəsinə əsasən 2013-cü ildən, müqaviləyə əsasən 2015-ci ildən sözügedən əmlaka sahiblik və istifadə edərdi. Dolayısı ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəf xx.xx.2015ci il tarixdə iddiaçını aldadaraq alğı-satqı müqaviləsi bağlanmasına nail olmuşdur. Bundan başqa iddiaçı 2017-ci ildən hazırkı iddia qaldırılana kimi mübahisəli əmlakın boşaldılması ilə bağlı real addımlar atmış, polis və məhkəməyə müraciət etmiş və s. Lakin, cavabdeh tərəf nədənsə buna cavab olaraq öz mülkiyyət hüquqlarını gizlətməyə çalışmış, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin ləğvi və ya etibarsızlığı ilə bağlı əvvəllər hər hansı addım atmamış, yalnız iddiaçı Cavabdeh2 tərəfindən iddia qaldırıldıqdan sonra xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsaslanmışdır. Məh kəmə qətnaməsində eləcədə qeyd olunmuşdur ki, “məhkəmə kollegiyası iddia ərizəsinin sadalanan dəlilini inandırıcı qəbul etmir, çünki alğı-satqı müqaviləsində daşınmaz əmlakın 5.000 manat alınması barədə bənd əksini tapmış, eləcədə iddiaçı bunun əksini sübut edəcək hər hansı bir sübut təqdim etməmişdir.” Müqavilənin qiyməti əqdin əsas şərtlərindən sayılır. Əgər 100.000 manat dəyərində olan əmlak alğı-satqı müqaviləsində 5.000 manat dəyərində göstərilmişdirsə, demək ki, burada qanunsuzluğun üstü ört-basdır edilmişdir. İstərsə alğısatqı müqaviləsindəki alıcı, istərsə bu əqdi təsdiq edən notariat orqanı yəqin bilmişlər ki, 5.000 manatdan yuxarı olan əqd üzrə ödəniş mötəbərlik üçün bank vasitəsilə aparılmalı idi. Lakin, bunun əksi olaraq müqavilənin qiyməti 5.000 manat göstərilmişdir. Bundan ba şqa onların mövqeləri iddiaçının yazdığı ərizə də təsdiq etməkdədir. Belə ki, xx.xx.2015ci il tarixli, AN-İN20505578 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanılarkən tərtib edilmiş notariat işində iddiaçının ərizəsi mövcud olmuşdur ki, həmin ərizədə iddiaçının qeyri-səmimiliyini, onun yalanını və ümumiyyətlə əqdin yalan üzərində qurulduğunu, formallığını təsdiq etmişdir. Həmin ərizədə iddiaçı göstərmişdir ki: “Qohumları olan Cavabdeh2 məxsus Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən 400 kv.m. torpaq sahəsini 2013-cü ildə 5.000 manata razılaşaraq, pulunu tam ödədim və torpaq sahəsini təhvil aldım, qarşılıqlı etibarımız olduğu üçün o vaxt sənədləşmə aparmadıq. Daha sonra həmin torpaq sahəsində öz maddi imkanımız hesabına ev inşa etdirdik. Xahiş edirəm alğı-satqı müqaviləmizi o vaxt razılaşaraq aldığımız qiymət göstərilməklə rəsmiləşdirəsiniz”. Lakin, cavabdeh tərəf iddiaya dair etirazında, izahatında mübahisəli tikiliyə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair iddia ərizəsində həmin hallarla bağlı hər hansı xüsusatı qeyd etməmiş, əksinə həmin hallardan fərqli hallar göstərərək bildirmişdir ki, 2015-ci ildə X6ra gələrək Gəncə qohumların ucuz qiymətə yarımçıq bir tikili satdığını bildirmiş, onlar birlikdə gedərək tikiliyə baxıb bəyənmiş, 23.000 manata razışaraq almışdır.
22. Apellyasiya baxışı zamanı X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1599/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə ( hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi üçüncü şəxs Samir Abdullayevə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı qanuni əsaslarla alğı-satqı müqavilə əsasında aldığı Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında yerləşən bağ evinə dair hüquqlarının dövlət qeydiyyatına alınması anına qədər aldığı əmlakın hüquqi əsası olan (titul) sahibi sayılır. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüqu qları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının qanuni əsaslarla əldə etdiyi ona məxsus qeyd olunan əmlakın cavabdeh tərəfindən 3-cü şəxsə bağışlanması qanunsuz olmaqla yanaşı onun mülkiyyət hüquqlarına müdaxilə olmuşdur. Həm də bu müdaxilə əsassız olmuşdur. Çünki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 4Ə-133 saylı alğı-satqı müqaviləsindən görünmüşdür ki, Cavabdeh2 mülkiyyət üzrə ona məxsus Gəncə şəhəri, Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 100,4 kv.m., yaşayış sahəsi 35 kv.m., yardımçı sahəsi 65,4 kv.m. olan 2 otaq, 1 talvar 135,8 kv.m., “B” köməkçi tikili 2,8 kv.m. olan bağ evini ailə üzvilərinin razılığı ilə 5.000 manata iddiaçıya satmışdır. Lakin, cavabd eh mübahisəli əmlakı iddiaçıya satdıqdan sonra sonuncunun həmin əmlakı öz adına dövlət reyestrində qeyd etdirməməsindən istifadə edərək dublikat çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə həmin əmlakı X13 müqavilə əsasında bağışlamış və buna görə də Binnət Şahmarova həmin bağ evinə dair çıxarış verilmişdir. X16 vəfat etdikdən sonra həmin əmlak vərəsəlik üzrə sonuncunun qızı Məryəm Abdullayevanın adına keçmiş və həmin əmlak üzərində hüquqlarını qeydə aldırmışdır. Hazırda da həmin 3-cü şəxs həmin evdə yaşamışdır. Göründüyü kimi, əmlak cavabdeh tərəfindən 3-cü şəxsə bağışlanarkən artıq mübahisəli əmlak cavabdehin mülkiyyətində olmamış və onun həmin əmlaka dair hər hansı sərəncam vermək hüququ olmamışdır. Həmçinin məlum olan səbəblərə görə iddiaçının həmin ev üzərində istifadə və sahiblik hüququ nu həyata keçirə bilməməsi onun mülkiyyət hüququnun pozulması olmuşdur.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli, 4Ə-133 saylı alğı-satqı müqaviləsi cavabdeh tərəfindən məhkəmədə mübahisələndirilmiş, lakin qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən müqavilə etibarsız hesab edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci, Mülki Məcəllənin 157, 337, 646, 648-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən üçüncü şəxs X12 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mülkiyyətində olan Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Farforis bağçılıq ərazisində mərhum qayınatasının bacısı oğlu Cavabdeh2 adına olmuş 0,04 ha torpaq sahəsində inşa edilmiş yaşayış evi onların xəbəri olmadan Gəncə şəhərinin sabiq İcra Hakimiyyətinin Başçısı olmuş Elmar Vəliyevin evində qulluqçu işləyən iddiaçıya qanunsuz olaraq satılmışdır. O dövrdə tikili ilə bağlı bəzi sənədləşmə işləri ilə əlaqədar müəyyən orqanlara getmək zərurəti yaranmış, bu zaman Elçin səhhətində yaranmış problemlərlə bağlı gedə bilməyəcəyindən, o, bu işləri görəcək yaxşı tanışının olduğunu və həmin şəxsə etibarnamə verməsini təklif etmişdir. Sənədlərin hazırlanmasını həmin döv rdə onunla yaxşı münasibəti olan Gəncə şəhəri Nizami rayonunun İcra Hakimiyyətinin başçısı işləyən Məharət Mustafayev öz üzərinə götürmüş, bununla bağlı X2 dediyi adama etibarnamə verməsini istəmişdir. O, notariat orqanına gedərək “Etibarnamə” vermiş, çıxarışın və digər sənədlərin əsillərini Məharət Mustafayevə vermiş, sonradan Binnət Şahmarov mübahisəli tikilini öz adına rəsmiləşdirmək üçün ondan sənədlərin əsillərini istədikdə, Elçin, həmin sənədləri Məharət Mustafayevə verdiyini bildirmiş, sonradan dəfələrlə sənədlərin əsillərini Məharət Mustafayevdən istəsələr də, Məharət Mustafayev sənədləri verməmək üçün bəhanələr gətirərək sənədləri itirdiyini bildirmişdir. Bu dövr Gəncədə baş vermiş məlum hadisə (Gəncə şəhər İH-nin keçmiş başçısı Elmar Vəliyevin güllələnməsi) dövrünə təsadüf etmişd ir ki, həmin vaxtlarda da onun yaxın adamı olan Məharət Mustafayev də gözə görünməməyə başlamışdır. Sənədlərin əsillərini əldə edə bilmədikdə dublikatın alınması üçün Azərbaycan Respublikası ƏMDK DƏDRX-in 3 saylı Gəncə şəhər Ərazi İdarəsinə, sənədlərin itməsi ilə bağlı Polis İdarəsinə müraciət etmiş, nəticədə sənədlərin dublikatını (Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan) “Çıxarış”ı almış, xx.xx.2018-ci il tarixdə də mübahisəli tikili bağışlama müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən dayısı X13 Mülki Məcəllənin 666-674-cü maddələrinin tələblərinə uyğun olaraq sözügedən mülkiyyət üzərində tikili olmaq şərti ilə torpaq ilə birgə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bağışlanmış, həmin müqaviləyə əsasən də Binnət Şahmarov öz adına hüquqi sənəd olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ******* olan “Çıxarış” və evin **********26-11301 reyestr nömrəli, 66022 inventar nömrəli “Texniki pasport”unu almışdır. Bir müddət sonra mübahisəli tikiliyə gedən zaman tikilinin X10 tərəfindən zəbt edildiyini görmüşdür. Əli Məhərrəmov evin ona keçmiş Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə Gəncə çayının yatağında mülkiyyətində olmuş evinin sökülməsinin əvəzində Məharət Mustafayev tərəfindən verildiyini bildirmişdir. Bununla bağlı Gəncə şəhər Nizami RPŞ-nə müraciət etmiş, sahə müvəkkili ilə birlikdə yenidən ora getmiş, həmin vaxt Əli Məhərrəmov evin iddiaçıya satıldığını bildirmiş, bununla bağlı X23 Şöbəsinə çağırılaraq dindirilmiş, bu hadisədən sonra Məha rət Mustafayev dəfələrlə ona zəng edərək, bu məsələdən əl çəkməsini tələb etmişdir. Sonradan məlum olmuşdur ki, Məharət Mustafayev etibarından istifadə edərək dələduzluq yolu ilə, etibarnamə adı altında dəyəri 40.000 manat olan həmin mülkü iddiaçıya 5.000 manat məbləğinə (həmin məbləğ belə ödənilməmişdir) satmışdır. Həmin alğı-satqı müqaviləsi aşağıda qeyd olunmuş hallara görə qanunsuz bağlanmışdır. Belə ki, əgər sözügedən ev satılmışdırsa nəyə görə həmin evin alğı-satqı müqaviləsi “ASAN Xidmətin” notarius xidmətinin vahid baza sistemində oturmamışdır? Əmlak alğı-satqı olarkən ona real vaxt ərzində bazar qiyməti qoyulmalı DƏDRX tərəfindən daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayış hazırlanmalı və həmin mülkün dəyəri orada göstərilməlidir. Satılması nəzərdə tutu lmuş ev həmin qiymətlə satılmalı və oradan Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq vergi tutulmalı və həmin məbləğ dövlət büdcəsinə keçirilməli, razılaşmış məbləğ isə alıcı tərəfindən bank vasitəsilə satıcıya verilməlidir. Ancaq bu proseslər qanuna müvafiq aparılmamış, evin real vaxt ərzində olan qiyməti gizlədilmiş, dövlət büdcəsinə keçirilməli olan məbləğ ödənilməmişdir. Alğı-satqı aparılan zaman DƏDRX-dən satılması nəzərdə tutulmuş tikiliyə Forma-4 adlanan sənəd təqdim edilir və o qeydiyyata düşür, sonradan isə həmin mülkə dair həbs, girov və digər maneələr olmadıqda satılmasına icazə verilir. Sadalanmış nüanslar var idisə, necə ola bilərdi ki DƏDRX-dən itmiş sənədin dublikatını aldıqda və ya həmin sənəd üzrə notarial əməliyyat aparıldıqda göstərilən maneələrlə üzləşməmişdir. Qanuna müvafiq qaydada bağlanmış əqdin bir nüsxəsi alıcıda, bir nüsxəsi satıcıda, bir nüsxəsi notariat kontorunda və bir nüsxəsi poçt vasitəsi ilə DƏDRX-in aidiyyəti üzrə yerli Ərazi İdarəsinə göndərilməli olduğu halda bunların heç biri həyata keçməmişdir. Saxtakarlıqla bağlanmış “Alğı-satqı” müqaviləsində nə üçün təkcə 100,4 kv.m. tikili alğısatqı olunmuş, lakin həmin tikilinin altında olan 0,04 ha həyətyanı torpaq sahəsi alğı-satqı predmeti kimi göstərilməmişdir? Çünki həmin əməliyyat aparılan zaman əmlak vergisi ilə birlikdə torpaq vergisi də tutularaq dövlət büdcəsinə ödənilməli idi. Lakin, həmin məbləğlər notarius və ozamankı yerli İcra hakimiyyəti Başçısının havadarlarının əli ilə göstərilən məbləğ gizlədilmiş, vergi ödənilmələrindən yayınma halı yaranmışdır. Əgər tikili satılmışdırsa yuxarıda göstərilən DƏDRX tərəfindən daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayış mütləq notarius xidmətinə təqdim edilməli və həmin qiymətə uyğun ev sığortalanmalı və o qiymətə uyğun alğı-satqı aparılmalı idi. Bu prosedurların heç biri sözügedən notariat əməliyyat zamanı aparılmamışdır. Əgər müqavilədə qeyd edilmiş torpaq sahəsi 5.000 manat dəyərində qiymətləndirilmişdirsə, həmin məbləğ nəyə görə verilməyib? Nə üçün sözügedən mülk məhz həmin müddət İcra Başçısı olmuş Elmar Vəliyevin evində qeyri-rəsmi qulluqçu işləyən iddiaçıya satılmalı olub? Bu və ya digər sualların cavabı onu təsdiq etmişdir ki, Məharət Mustafayev ona edilmiş etibardan sui-istifadə edərək özgənin əmlakını mənimsəmiş və qeyri-qanuni olaraq guya evi plana düşmüş in sana Əli Məhərrəmova həmin mülkü vermişdir. Həmin alğı-satqı müqaviləsi nə üçün indiyə qədər DƏDRX-dən qeydiyyatdan keçməmişdir. X20 mülkiyyətində olan ev dövlət proqramına uyğun olaraq plana düşürdüsə ona qanunda tənzimlənmiş formada kompensasiya verilməli idi, yoxsa kiminsə əmlaki yox. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
30. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
31. Maddə
72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunl a müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
36. M addə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
38. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
39. Maddə 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflə rdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.
40. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etd iyi halları sübut etməlidir.
43. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mali k olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübut larla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
62. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1599/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.