Məhkəmə qərarları › İş №2(102)-4440/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4440/2022

21.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4440/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat kontoru və Cavabdeh2 Viktorovnaya qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, X17 və X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4440/2022 (Açar sözlər: vəsiyyət üzrə vərəsə kimi tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi) Bakı şəhəri 21 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsini n Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat kontoru və Cavabdeh2 Viktorovnaya qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, X17 və X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) vəsiyyət üzrə vərəsə kimi tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1922/2022 nömrəli mülki iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X12 X15 birgə nikahından xx.xx.1963-cü il tarixdə X13, 1970-ci il tarixdə bacısı X18 Bakı şəhərində anadan olmuşlar. Onlar 1978-ci ildə boşanmışlar.

2. X12 iddiaçı arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmış, nikahdan sonra ərə Zotov, arvada Zotova soyadı verilmişdir. Viktor Zotov xx.xx.1990-cı ildə ölmüşdür.

3. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 2 otaqdan ibarət 79 nömrəli mənzilinin mülkiyyətçisi X6muşdur.

4. X13 21 aprel 2014-cü il tarixdə vəfat etmişdir.

5. İddiaçı 2005-ci ildən oğulluğu X9 məxsus mənzildə qeydiyyatda olmaqla yaşamışdır.

6. X13 öldükdən sonra xx.xx.2015-ci il tarixdə İddiaçı mərhumd an miras qalmış əmlakın qəbuluna dair ərizə ilə Bakı şəhəri 9 saylı Notariat Kontoruna müraciət etmiş və həmin ərizəyə X13 tərəfindən evdə əli ilə yazmış vəsiyyətnaməni əlavə etmişdir. Lakin X13lə İddiaçı arasında qohumluq əlaqələri sənədlərlə müəyyən edilmədiyindən, habelə təqdim edilmiş vəsiyyətnamə notarius tərəfindən təsdiq edilmədiyindən xx.xx.2015-ci il tarixli məktubla vərəsəliyə dair şəhadətnamənin verilməsindən imtina edilmişdir.

7. X8 bacısı Cavabdeh2 Viktorovna (X10 X18 arasında xx.xx.1988-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Kaplan, arvada Kaplan soyadı verilmişdir) X5 miras qalmış əmlakın qəbuluna dair xx.xx.2015-ci il tarixdə ərizə ilə Bakı şəhəri 9 saylı Notariat kontorun müraciət etmiş və eyni zamanda, başqa vərəsələrin olmadığını bildirməklə gələcəkd ə hər hansı başqa vərəsələr çıxarsa onların paylarını ödəməyi və bununla əlaqədar bütün məsuliyyəti öz üzərinə götürmüşdür. X8 ailə ziddiyyətinin müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının ümumirespublika elektron məlumat bankında Bakı şəhəri üzrə xx.xx.1981 -ci il tarixdən xx.xx.2014-cü il tarixədək yoxlama aparılmış və nəticədə nikahı barədə akt qeydi aşkar edilməmişdir.

8. Cavabdeh2 Viktorovna qanun üzrə yeganə vərəsə olduğundan X8 vərəsəsi kimi tanınmış və Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən ona xx.xx.2015-ci il tarixli, 2-V-1-243 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12 a nömrəli evin, 79 saylı mənzilindən ibarətdir.

9. İddiaçı xx.xx.2 015-ci il tarixdə eyni tərəflərə qarşı, eyni predmet barədə iddia vermiş, həmin iş üzrə məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, ekspertin qarşısına 18 mart 2014-cü il tarixli iddiaçı tərəfindən təqdim edilmiş vəsiyyətnamədəki imzanın X9 aid olub-olmamasının müəyyən edilməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli, 1024 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən, ekspertizaya təqdim edilmiş X8 adından olan 18 mart 2014-cü il tarixli vəsiyyətnamənin sonunda “Zotov A.B” soyadı qarşısındakı imza - X13 tərəfindən icra olunmuşdur.

10. Həmçinin, həmin iş üzrə məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə təkrar məhkəmə-xətşünaslıq ekspertizas ının keçirilməsi qərara alınmış, xx.xx.2016-cı il tarixli, 9975 nömrəli təkrar komisyon məhkəmə-xətşünaslıq ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş X8 adından olan 18 mart 2014-cü il tarixli vəsiyyətnamənin sonunda “Zotov A.B” soyadı qarşısındakı imza - X13 tərəfindən icra olunmuşdur.

11. Bakı şəhə Nərimanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)166/2016 saylı qərardadı ilə iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə əsasən həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum X8 vəsiyyət üzrə vərəsəsi kimi tanınması və vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlaklın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsi tərəfindən verilmiş sənəddən ona məlum olmuşdur ki, 9 saylı Dovlət Notariat Kontorunun 2V-1-243 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X8 adına olan mənzil Cavabdeh2 Viktorovnanın adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Bu səbəbdən onun X8 vəsiyyət üzrə vərəsəsi kimi tanınması və Cavabdeh2 Viktorovnanın adına 9 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2V-1-243 reyestr nömrəli, xx.xx.2015-ci il tarixl i qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında Cavabdeh2 Viktorovnaya verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, mərhum vəfat etməmişdən qabaq, yəni 18 mart 2014-cü il tarixdə mənzili ona vəsiyyət etmiş və vəsiyyətnaməni mərhum onun iştirakı ilə imzalamış və ona da imza çəkdirmişdir. X3 ögey oğludur və onlar uzun müddət onunla birgə yaşamış, ona qayğı göstərmiş, sonuncunun ondan başqa heç bir vərəsəsi yoxdur. X16 vəfatından sonra miras qalmış mənzildə də hazıra kimi qeydiyyatda olmaqla yaşayır və vərəsə kimi mirası faktiki qəbul etmişdir. Vəsiyyət üzrə vərəsə kimi adına şəhadətnamə almaq məqsədi ilə maraqlı şəxs ə ərizə ilə müraciət etsə də, sonuncu 12 fevral 2015-ci il tarixli, 386 saylı cavab məktubu ilə vəsiyyətnamənin notariat qaydada təsdiq edilmədiyini, eləcə də X13 ilə qohumluq münasibətlərini müəyyən edilməməsini əsas gətirərək şəhadətnamə verməkdən imtina etmişdir.

15. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, X13 özü tərəfindən yazılaraq imza edilmiş və İddiaçı tərəfindən imzalanmış xx.xx.2014-cü il tarixli vəsiyyətnaməyə əsasən X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin, 79 saylı mənzilini İddiaçı vəsiyyət etdiyini, başqa bütün qohumlarını öz əmlakından məhrum etdiyini, həmin vəsiyyətnamənin onun tərəfindən xx.xx.2014-cü il tarixdə, evdə yazıldığını bildirmişdir.

16. Məhkəmə öz təşəbbüsü ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanın da Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-367/2018 saylı, 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev) iddia təmin edilmiş, İddiaçı 21 aprel 2014-cü il tarixdə ölmüş X8 vəsiyyət üzrə vərəsəsi kimi tanınması, İddiaçı 21 aprel 2014-cü il tarixdə ölmüş X5 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin, 79 saylı mənzilinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınması, Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən Cavabdeh2 Viktorovnaya verilmiş xx.xx.2015-ci il tarixli, 2-V-1-243 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haq qında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12 a saylı evin, 79 saylı mənzili üzərində Cavabdeh2 Viktorovnanın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi vəsiyyətnamənin notarius tərəfindən təsdiq edilməməsi ilə bağlı qeyd etmişdir ki, vəsiyyətnamənin saxlanılması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verilməsi vəsiyyət edənin vəzifəsi deyil, hüququdur. Başqa sözlə, vəsiyyət edən vəsiyyətnaməni özündə də saxlaya bilər, məhz bu vəsiyyətnaməyə ev vəsiyyətnaməsi deyilir. Sadəcə olaraq qanunverici vəsiyyətnamənin iki formasını, yəni notariat formasını və sadə yazılı formasını təsbit etmiş və hü quqi nəticə etibarı ilə notariat vəsiyyətnaməsinə sadə yazılı vəsiyyətnamə (ev vəsiyyətnaməsi) ilə müqayisədə üstünlük hüququ vermişdir. Lakin araşdırma zamanı mərhum X13 tərəfindən notariat vəsiyyətnaməsi tərtib edilməsi müəyyən eilməmişdir.

19. Birinci instansiya məhkəməsi əvvəlki mülki işin materiallarını öyrənərək və həmin iş üzrə ekspert rəylərini mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, 18 mart 2014-cü il tarixli vəsiyyətnamə 21 aprel 2014-cü il tarixdə ölmüş X13 tərəfindən imzalanmışdır və bu səbəbdən həmin vəsiyyətnamə ev vəsiyyətnaməsi kimi, yəni Mülki Məcəllənin 1186-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmiş vəsiyyətnamə kimi qəbul edilməli və həmin vəsiyyətnamənin məzmunu əsas götürülməklə, iddia tələbi vəsiyyət üzrə vərəsə kimi tanınma hissəsində təmin edi lməli, İddiaçı 21 aprel 2014-cü il tarixdə ölmüş X8 vəsiyyət üzrə vərəsəsi kimi tanınmalı və bu səbəbdən İddiaçı 21 aprel 2014-cü il tarixdə ölmüş X5 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin, 79 saylı mənzilinə vəsiyyət üzrə vərəsəlik hüquqları tanınmalıdır.

20. Məhkəmə qeyd etmişdir ki, bu hal həm də ondan irəli gəlir ki, X13 qeyd edilən vəsiyyətnamədə həmin mənzilin İddiaçı vəsiyyət etdiyini, yəni vəsiyyət edən bu vərəsəyə hansı əmlakın verildiyini konkret olaraq göstərmişdir. İddiaçı 21 aprel 2014-cü il tarixdə ölmüş X8 vəsiyyət üzrə vərəsəsi kimi tanınması hüquqi nəticə etibarı ilə X1 üzrə vərəsəsi kimi tanınmış Cavabdeh2 Viktorovnaya Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2-V-1-243 reyestr nömrəli qanun üz rə vərəsəlik hüququ haqqında şəhadətnamənin və şəhadətnaməyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin, 79 saylı mənzilinə dair onun adına aparılmış mülkiyyət hüququ barədə qeydin və bu qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsini şərtləndirir.

21. Məhkəmə onu da qeyd etmişdir ki, mərhum X13 vəsiyyətnaməsində bütün qohumlarının özünə məxsus əmlakdan mərhum etmişdir. Həmçinin, Cavabdeh2 Viktorovna ikinci növbəli vərəsə olduğundan Mülki Məcəllənin 1193-cü maddəsinin tələbləri baxımından X2mış mirasdan məcburi pay hüququna da malik deyildir. X13 öldükdən sonra onun mülkiyyətində olan mənzilə məhz İddiaçı sahiblik etməyə və eyni zamanda, həmin əmlakı idarə etməyə faktiki olaraq başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. (2005-ci il dən etibarən həmin mənzildə yaşayır).

22. Məhkəmə öz mövqeyini, 1133, 1134, 1159, 1166, 1168, 1170, 1176, 1186, 1193, 1243, 1325-ci, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh2 Viktorovna xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, işin halarında göstərilən xüsusatlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam olaraq aydınlaşdırılmamışdır. İşə baxan hakim, bildirişlərin Cavabdeh2 çatmamasını gördüyü halda onun məlumatlandırılmasını sanki istəm əmişdir. Bundan başqa, iş materiallarında olan qəbzlərlə müəyyən edilir ki, cavabdehə ünvanlanmış bildirişlər, eyni zamanda məhkəmə qətnaməsi iddiaçının özü tərəfindən qəbul edilmişdir ki, bu da cavabdehin mənzilinin mənimsənilməsinə şərait yaradan hal olmuşdur. Qətnamədə məhkəmə qeyd edir ki, iddiaçı mərhumun analığıdır və onunla birlikdə yaşamışdır. Lakin məhkəmə mərhumun doğum haqqında şəhadətnaməsini görməzdən gəlir. Belə ki, həmin sənəddə ana qrafasında iddiaçının adı yoxdur. İddiaçı mərhumun atasının arvadı olsa da, mərhumla bağlı heç bir qohumluğu yoxdur. Bundan başqa cavabdeh kimi göstərilən Cavabdeh2 isə bir başa olaraq mərhumun bacısıdır və faktiki olaraq qanuni vərəsələr sıradan birinci sıradan olan vərəsədir. Lakin nədənsə məhkəmə Cavabdeh2 ümumilikdə miras əmlaka dair hüququ olmayan şəxs kimi qəbul etmişdir. Halbuki, Cavabdeh2 əvvəldə heç bir vərəsə mövcud deyildir və Cavabdeh2 faktiki olaraq yeganə vərəsədir. Məhkəməyə təqdim edilmiş vəsiyyətnamə isə ümumilikdə şübhə doğurmalı olduğu halda məhkəmə bəlli olmayan ekspert rəylərinə istinad etmişdir ki, həmin ekspert rəyləri iş materiallarında mövcud deyildir. Notariat Ofisi haqlı olaraq iddiaçıya imtina etmişdir.

25. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Baki səhər Ərazi İdarəsindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin 79 saylı mənzil xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən X11, xx.xx.2021-ci il tarixdə isə X7 adına qeydiyyata alınmış və hazırda sonuncunun mülkiyyətindədir.

26. Apellyasiya məhkəməsi tərəfindən X17 və X14 müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb edilmişdirlər.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 20 aprel 2022-ci il tarixli, 2(103)-1922/2022 nömrəli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mənzilin İddiaçı vəsiyyət edildiyi mübahisəli vəsiyyətnamənin X13 tərəfindən imza edildiyi ekspert rəyləri ilə də təsdiq olunur. Bunun əksini təsdiq edəcək hər hansı bir sübut iş materiallarında aşkar olunmur. Cavabdeh tərəf də, öz növbəsində bu halı təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

29. Həmçinin, məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyləri kifayət qədər aydın və əsaslı olduğundan, cavabdehin vəsiyyətnamənin məzmunun mərhumun özü tərəfindən yazılmasının müəyyən edilməsi üçün kompleks linqivistik və xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinin təmin ediməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, barəsində ekspertiza keçirilməsi xahiş olunan vəsiyyətnamə hazırda iş materiallarında yoxdur. Belə ki, İddiaçı nümayəndəsi-vəkili əvvəlki mülki iş üzrə yekun akt qüvvəyə minəndən sonra ə rizə verərək vəsiyyətnamənin əslini məhkəmədən götürmüşdür.

30. Bundan başqa, hazırki mübahisələndirilən qətnamə çıxarıldıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12a saylı evin 79 saylı mənzil xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən X11, xx.xx.2021-ci il tarixdə isə X7 adına qeydiyyata alınmış və hazırda sonuncunun mülkiyyətindədir.

31. Həmçinin, kollegiya cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab etmişdir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən qanunvericiliklə müəyyən olunmuş lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

32. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133, 1134, 1145, 1146, 1159.1.1, 1163, 1243.1, 1243.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

33. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayət belə əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1168 və 1186cı maddələrinə əsasən miras qoyan vəsiyyətnaməni nəinki şəxsən imzalamalı, ən önəmlisi isə o vəsiyyətnaməni şəxsən tərtib etməlidir. Hazirki, işin xüsusiyyətləri ona ehtiva edir ki, miras qoyan şəxs sadəcə mübahisəli sənədi imzalamışdır və ekspert də bunu təsdiq etm işdir ki, imza ona məxsusdur. Bu zaman həm rayon məhkəməsi, həmçinin apellyasiya məhkəməsi sadalanan normaların tələblərinə riayət etməmiş və ekspert qarşısında vəsatət kimi verilmiş sualı qoymamışdır ki, vəsiyyətnamədəki məzmun kim tərəfindən icra edilmişdir. Bu isə ona dəlalət edir ki, məhkəmə işin bu hissədə araşdırılmasında maraqlı olmamışdır. Çünki miras qoyanın vəsiyyətnaməni şəxsən tərtib etməməsi artıq həmin vəsiyyətnamənin formasına əməl edilməməsinə və qanuni hesab edilməməsinə əsasdır.

35. Bundan başqa, iddia ərizəsində iddiaçı qeyd edir ki, mərhum 18 mart 2014cü il tarixdə mənzili ona vəsiyyət etmiş və vəsiyyətnaməni mərhum onun iştirakı ilə imzalamış və ona da imza çəkdirmişdir. Bu halın özü də Mülki Məcəllənin 1184-cü maddəsi ilə ziddiyyət təşkil edir. Yəni vərəsə vəsiyyətnam ə barədə nəinki məlumatlı olmalı deyil, heç onun tərtibində də iştirak etməli deyildir. Ancaq hazırki halda iddiaçı özü bu halı etiraf edərək iddia ərizəsində göstərmişdir. Məhkəmə Mülki Məcəllənin 1159.2.-ci maddəsinə əsasən miras qoyanın vəsiyyətnamə tərtib edilən zaman sağlamlıq vəziyyətini, vəsiyyətnamənin verilməsi halını və şəraiti, ən əsası isə miras qoyanın iradə ifadəsini şübhə altına almalı olduğu halda, sadəcə ekspert rəyi ilə imzanın təsdiq edilməsini iddia ərizəsinin təmin edilməsi üçün kifayət hesab etmişdir.

36. Digər bir hal isə iddiaçının məhkəmə iclasında iştirakı zamanı açıq-aşkar araşdırılmalı olan hal idi ki, məhkəmə miras qoyan şəxsin nə üçün sağlam olduğu halda, əgər həqiqətən də sağlam idisə, yaxınlıqdakı notariat ofisinə müraciət etmədən, sadəcə evdə vəsiyyətnaməyə imza etməsidir. Halbuki məhz iş üzrə cavabdeh kimi ilkin cəlb edilmiş 9 saylı notariat ofisi ilə miras qoyan şəxsin evinin çox yaxın yerləşməsi və notariat haqqında qanuna əsasən notariusun evdə də xidmət göstərməsi üçün səlahiyyətinin olması olduğu halda miras qoyan bu hüququndan istifadə etməmişdir. Bu hal da məhkəmədə araşdırılmamışdır.

37. Başqa bir şübhəli hal isə miras qoyanın 21 aprel 2014-cü il tarixdə vəfat etməsidir ki, o ölümündən cəmi bir ay qabaq, yəni 18 mart 2014-cü ildə guya ev şəraitində vəsiyyətnaməyə imzalatmasıdır. Bu zaman məhkəmə bu halı da diqqətdən qaçırmışdır. Bu hal onu göstərir ki, miras qoyan mübahisəli vəsiyyətnaməni nəinki özü tərtib edə bilməzdi, hətta imza etmiş olsa belə ağır xəstəlikdən əziyyət çəkdiyi üçün öz hərəkətlərinə də düzgün qiymət vermək iqtidar ında olmamışdır.

38. Məhkəmə sadəcə mübahisəli vəsiyyətnamə ilə bağlı araşdırmanın aparılmasını biruzə versə də, iddia tələblərinin eyni zamanda Cavabdeh2 münasibətdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin və mülkiyyət hüquqlarına dair Çıxarışın ləğv edilməsinə yönəlik olmasını unutmuş, qətnamədə bu barədə heç bir cümlə də işlətməmişdir. Yəni iddia tələbi şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi deyil, məhz ləğv edilməsinə yönəlmişdir. Bu zaman məhkəmə həmin hissədə iddia tələblərini hansı maddi hüquq normasına əsasən təmin etməsi, nə rayon məhkəməsinin qətnaməsində, nə də apellyasiya məhkəməsinin kollegiyası tərəfindən müəyyən edilməmişdir. Cavabdeh2 münasibətdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsini tələb etmək üçün hələ vərəsə olmayan şəxs tərəfindən tələb edilməsi, subyektiv hüquq baxımından da məhkəmədə araşdırılmalı idi. İddiaçının subyektiv hüququna məhkəmə tərəfindən hüquqi qiymət verilməli və müəyyən edilməli idi ki, o ümumilikdə Cavabdeh2 verilmiş vərəsəlik haqqında şəhadətnaməni “ləğv” etmək kimi tələb etmək hüququ vardırmı? Həm rayon məhkəməsi, həmçinin apellyasiya kollegiyası qeyd edilən mübahisəni araşdıran zaman sadalanan maddi hüquq normalarını kobudcasına pozmuşdur.

39. Məhkəmə iclası zamanı kompleks xətşünaslıq və linqvistik ekspertizanın keçirilməsi tələb edilsə də, məhkəmə həmin vəsatətin baxılmasını təxirə almış, sonra isə ekspertizanın keçirilməsi tələb edilən sənədin əslinin iş materiallarında olmaması səbəbindən ekspertizanın keçirilməsinin qeyri-mümkünlüyü səbəbindən vəsatəti təmin etməmi şdir. Lakin məhkəmə mübahisəli vəsiyyətnaməni heç bir halda iddiaçıya qaytarmalı deyildi.

40. Həmçinin, məhkəmənin cavabdehin qanunvericiliklə müəyyən olunmuş lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi barədə mövqeyi əsassızdır. Məhkəmə kollegiyası elə iş materiallarında olan Nərimanov rayon Məhkəməsinin “apellyasiya şikayətininveriməsi üçün buraxılmış müddətin bərpa edilməsin dair” qərardadı ilə müəyyən edilmiş halları görməzdən gəlmişdir. Belə ki, həmin qərardad ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən göndərilən bildirişlər, hətta məhkəmə qətnaməsiiddiaçının göstərmiş olduğu ünvana, yəni mübahisəli əmlakın olduğu ünvana göndərilmiş, bildirişlərdə iddiaçı özü cavabdehin əvəzindən imza edərək sənədləri qəbul etmiş ən əsası isə cavabdehin ünvanı ilə bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Əksinə məhkəməyə cavabdehin İsrail vətəndaşı olmasına dair pasportunun surəti əlavə edilmişdir. Lakin məhkəmə bu halları da pozuntu hesab etməmişdir. Beləliklə məhkəmə kollegiyası faktiki olaraq iddiaçı üçün qanun pozuntusuna faktiki şərait yaratmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

43. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

44. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

45. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

46. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

47. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərt ibinə yol verilmir.

48. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

49. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

50. Maddə 1186. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.

51. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir 5

2. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

53. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

57. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətir diyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

58. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütünlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

64. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.

65. Cavabdeh apellyasiya şikayətində vəsiyyətnamənin mərhumin iradəsinə zidd olduğunu mübahisələndirərək, onun mərhum tərəfindən tərtib edilib-edilməməsinin yoxlanılması üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermiş və həmin vəsatət imzanın mərhuma aid olmasının sübut edilməməsi və vəsiyyətnamənin əslinin işdə olmaması əsası ilə təmin edilməmişdir.

66. Mülki Məcəllənin 1168 və 1186-cı maddələrinə əsasən miras qoyan vəsiyyətnaməni nəinki şəxsən imzalamalı, o, vəsiyyətnaməni şəxsən tərtib etməli, öz əli ilə yazıb imzalamalıdır.

67. Məhkəmə kollegiyası hesab edir ki, vəsiyyətnamənin mərhumun özü tərəfindən yazılması ev vəsiyyatnaməsinin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hal olduğu halda, apellyasiya məhkəməsi tərəfindən bu dəl illər əsassız olaraq təmin edilməmiş, bunun vəsiyyətnamənin əslinin işdə mövcud olmaması ilə əsaslandırılması da əsaslı səbəb olmamışdır.

68. Belə ki, həmin vəsiyyətnamənin əsli birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəyə mindikdən sonra xx.xx.2018-ci il tarixdə iddiaçının nümayəndəsi M.Mustafazadəyə geri qaytarılmış, həmin vəsiyyətnamə əsasında iddiaçıya birinci instansiya məhkəməsinin qətnaməsindən sonra xx.xx.2018-ci il tarixdə vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və miras əmlak daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır.(bax iş v.74 və 75, 2 cild

69. Belə olan halda, həmin sənədin təqdim edilməsinin iddiaçıdan tələb edilməsi və ya 9 saylı notariat kontorunda olan vərəsəlik işindən götürülməsi barədə məhkəmə tərəfindən hər hansı bir tədbir görü lmədən bu əsasla vəsatətin təmin edilməməsi əsassız olmuş, apellyasiya instansiya məhkəməsində işin araşdırılması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab verməmişdir.

70. Apellyasiya instansiya məhkəməsinin işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin lazımi qaydada məlumatlandırılması və onun məhkəmə iclasında iştirak etməməsi barədə gəldiyi nəticə də iş materialları ilə təkzib edilir.

71. Belə ki, iddia ərizəsində cavabdehin ünvanı kimi iddiaçı özünün yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanı göstərmiş, məhkəmə iclası barədə yeganə bildiriş isə ünvan 2 ünvana göndərilmişdir. Cavabdeh isə İsrail vətəndaşı olmaqla, Azərbaycan Respublikasında yaşamamışdır.

72. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 38 7.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, apellyasiya məhkəməsi bu normanın tələbinə əməl etməmişdir.

73. Həmçinin məhkəmənin mübahisə predmeti olan əmlakın məhkəmə qətnaməsindən sonra satılması və hazırda başqa mülkiyyətçilərinin olmasına istinadı da əsaslı hesab edilə bilməz.

74. Belə ki, hazırki iddianın predmetini iddiaçının vəsiyyətnamə əsasında vərəsə kimi tanınması, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi təşkil edir və apellyasiya mə hkəməsi bu tələblər üzrə çıxarılmış qətnamənin qanunliyini yoxlamalıdır.

75. Həmin əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinə qiymət verilməsi, yeni mülkiyyətçilərin vicdanlı olması hazırkı məhkəmə baxışının müzakirə mövzusu deyildir.

76. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə baxışının prinsiplərinin müəyyən edən MPM-nin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

77. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə la zımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

78. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

79. Lakin qanunverici məhkəmənin prosessual fəallıq p rinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

80. Bu baxımdan, işə baxmış məhkəmələr mübahisə ilə bağlı iş materiallarını, ekspert rəyl ərini və təqdim olunan digər məlumat mənbələrini tədqiq etməli, həmin məlumatları sübut kimi qəbul etmədikdə bunu əsaslandırmalı, qəbul etdiyi halda isə MPMnin 88-ci maddəsinin tələblərinə uyğun olaraq digər sübutlarla əlaqəli təhlil edib qiymətlədirməlidir.

81. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar.

82. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları nda müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

83. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.

84. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 Viktorovnanın kassasiya şikayə ti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1922/2022 nömrəli mülki iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərisin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar