Məhkəmə qərarları › İş №2(102)-4441/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4441/2023

13.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4441/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Salyan şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı ilk iddia tələbinə, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə, İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və İddiaçı qarşı iddia tələbinə dair birləşdirilmiş işlər üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququnun tanınması, vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xı dırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Salyan 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-313/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarına əsasən 0,38 ha həyətyanı torpaq sahəsi Salyan rayonu Şikarlı kənd sakinləri X6, Rzayev Ayaz Babaş oğlu və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmişdir.

2. X6 xx.xx.2010-cu ildə vəfat etmişdir.

3. Rzayev Ayaz Babaş oğlu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnaməyə əsasən o, özünə məxsus olan Salyan rayonunun Şəkərli kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsini, üzərində tikilən fərdi yaşayış evini, həyətyanı bütün tikililəri, pay torpaq sahəsini və bütün əmlakını qardaşı oğlu İddiaçı vəsiyyət etmişdir.

4. Rzayev Ayaz Babaş oğlu xx.xx.2019-cu ildə vəfat etmişdir.

5. Onun ölümündən sonra qanun üzrə birinci növbə vərəsələri arvadı - X4 və oğlu Rzayev Cavabdeh1 olmuşdur.

6. X4 xx.xx.2021-ci il tarixli Notariat orqanına verdiyi ərizədə mərhum ərindən miras qalmış əmlakdan imtina etdiyini qeyd etmişdir.

7. Hüquqların dövlət qediyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Salyan rayonu, Şəkərli kəndində yerləşən ümumi sahəsi 51 kv.m olan fərdi yaşayış evi X2 mülkiyyətinə, 0,38004 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə xx.xx.2020-ci ildə X2, Rzayev Ayaz Babaş oğlunun və Cavabdeh1 ümumi birgə mülkiyyətlərinə qeydə alınmışdır.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa Salyan rayonu, Yenikənd kəndində yerləşən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1, X2 və Rzayev Ayaz Babaş oğlunun ümumi birgə mülkiyyətlərinə qeydə alınmışdır.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Salyan rayonu, Yenikənd kəndində yerləşən 0,1585 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh1, Rzayev Ayaz Babaş oğlunun və X2 ümumi birgə mülkiyyətlərinə qeydə alınmışdır.

10. Qanun üzrə vərəsəlik hüququ haqqında 01,02.2021-ci il tarixli şəhadətnamələrə əsasən Cavabdeh1 miras qoyanlar Rzayev Ayaz Babaş oğlundan və X1 miras qalmış Salyan rayonu, Yenikənd kəndində yerləşən 0,1585 ha torpaq sahəsi, 0,98 ha torpaq sahəsi və Salyan rayonu, Şəkərli kəndində yerləşən ümumi sahəsi 51 kv.m, həyətyanı sahəsi 0,38004 ha olan torpaq sahəsini miras əmlak kimi almışdır.

11. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmət i tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışlara əsasən Salyan rayonu, Şəkərli kəndində yerləşən ümumi sahəsi 51 kv.m. olan fərdi yaşayış evi həyətyanı sahəsi 0,38004 ha olan torpaq sahəsi ilə birlikdə) və Salyan rayonu, Yenikənd kəndində yerləşən 0,1585 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə, Salyan rayonu, Yenikənd kəndində yerləşən 0,98 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1 və Salyan 2 saylı notariat kontoruna qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əmisi Rzayev Ayaz Babaş oğlunun xx.xx.2019-cu il tarixli vəsiy yətnaməsi əsasında miras qalmış Salyan rayonu, Şəkərli kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsinə, üzərində tikilən fərdi yaşayış evinə, həyətyanı bütün tikililərə, pay torpaq sahəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh1 qarşılıqlı iddia üzrə İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu ildə mərhum atası Rzayev Ayaz Babaş oğlu tərəfindən verilmiş Salyan rayon Yenikənd kəndində inzibati ərazi nümayəndəliyində yazdığı vəsiyyətnamənin etibarsız hesab edilməsi, xüsusi mülkiyyətində olan 0,035004 ha, 0,098 ha və 0,1585 ha pay torpaq sahələrindən cavabdeh İddiaçı çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir.

14. İddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehlər Cavabdeh1 və Salyan 2 saylı notariat kontoruna qarşı “vərəsəlik hüququnun tanınmasına dair” iddia ərizəsi üzrə iddia tələbinin, cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu M.M.Hüseynov tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun adına vəsiyyətnamə üzrə vərəsə kimi tanınmaqla ona vərəsəlik şəhadətnaməsinin verilməsi hissəsində artırılması və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh1 cavabdehlər Cavabdeh4 və İddiaçı qarşı özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan Salyan rayonu Yenikənd kəndində 0,98 ha və 0,1585 ha kənd təsərrüfatı t əyinatlı torpaq sahələri və Salyan rayonu, Şəkərli kəndində 0,90 ha həyətyanı torpaq sahəsinin Cavabdeh4 və İddiaçı qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Salyan Rayon Məhkəməsinin 2(057)-809/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Salyan 2 saylı notariat kontoruna qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddiaları üzrə 2(057)-809/2021 saylı mülki işlə, Cavabdeh1 cavabdehlər Cavabdeh4 və İddiaçı qarşı özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması tələbi üzrə 2(057)-967/2021 saylı mülki işlər birlikdə baxılmaları üçün bir i craatda birləşdirilmişdir.

17. İddiaçı iddia tələbinin həcmini artıraraq, tələbini cavabdehlər Cavabdeh1, Salyan 2 saylı notariat kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı yönəldərək, “cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamənin əsasında əldə edilmiş bütün sənədlərin, o cümlədən cavabdeh DƏDRX-nın ********** nömrəli, xx.xx.2020-ci il tarixli, ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlarının ləğv edilməsi və İddiaçı vəsiyyətnamə üzrə vərəsə kimi tanınması, ona vəsiyyətnamə üzrə vərəsə olaraq pay ayrıl ması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyan əmisi Rzayev Ayaz Babaş oğlu xəstə olmuşdur və onun qulluğunda özü durmuşdur. Miras qoyanın doğma övladları onu atmış və ona baxmamışdır. O əmisinə təmənnasız baxmış və qulluq etmişdir, heç vaxt ondan bir şey ummamışdır. Bu səbəbdən əmisi vəfat etməsinə az qalmış icra nümayəndəliyinə getmiş və orada onun adına əmlaklara dair vəsiyyətnamə vermişdir. Əmisinin doğma övladları heç vaxt atalarına baxmamış, onu atıb getdikləri üçün və ona biganə münasibət bildirdikləri üçün onları vərəsəlikdən məhrum etmək istəmişdir. Əmisinin oğlu Pərviz ümumiyyətlə Bakıda yaşayır. Bakıda yaşayanda anasını yanına aparmışdır. Pərviz 15 il, arvadı Elmira isə 11 i ldir ki, əmisini atıb getmişlər. Əmisi rəhmətə getdikdən sonra oğlu dəfn mərasiminə gəlməmiş və yalnız 40 mərasiminə gəlib çıxmışdır. Pərvizin 15 ildir ki, nə evdən, nə də torpaq sahəsindən xəbəri yoxdur. Hətta halallıq üçün Pərvizə 10000 manat pul təklif etmişdir. Lakin Pərviz əmisinin vəfatından sonra miras qalmış əmlaka vərəsəlik hüquqlarının tanınması üçün notariusa ərizə vermişdir. Notarius vəsiyyətnamənin olmasını nəzərə almadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və bununla da qanunsuzluq etmişdir Rayonda hamı bilir ki, Pərviz heç vaxt atasına xəstə vaxtı baxmamış və qulluq etməmişdir. Əmisi sağlığında 80 sot torpaq sahəsini verib ki, onu əkib becərsin.

19. Cavabdeh1 qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, atası 2019-cu ildə vəfat etmiş, ondan mi ras əmlak kimi ev, həyətyanı torpaq sahəsi, pay torpaq sahəsi, Şəkərli kəndində yerləşən 0,38 ha pay torpağı, 0,98 ha torpaq sahəsi və 0,15 ha torpaq sahəsi qalmışdır. Atası və anası ilə birlikdə yaşamışlar. Atası öləndən sonra yas mərasimini özü, anası və əmisi Əlirza yola vermişlər. 2013-cü ildən Bakı şəhərində kirayədə qalmaqla SOCAR-ın qaz paylayıcı stansiyasında operator vəzifəsində işləyir. Bütün əmlakları evdə qalmış, Bakı şəhərində işləyərkən anasını yanına aparmışdır. Ətrafda əmiləri Valeh, Əlirza və Hümmət yaşadıqlarından onlar evə göz-qulaq olmuşlar. Miras əmlak əvvəlcə X2 adına olmuş, daha sonra isə Sarıgüldən keçib Əlirza, Valeh, Adilənin adına, onlar imtina etdikdən sonra özünün adına sənədləşdirilmişdir. Atası və nənəsi öldükdən sonra əmlak adına keçmişdir. Özü qanun üzrə və rəsəlik haqqında şəhadətnamə almış, əmlakı adına keçirmişdir. Ev, torpaq və pay torpaq sahələri öz adınadır. xx.xx.2020-ci ildə qeydiyyat vəsiqələri almış, vəsiyyətnamə haqqında məlumatı olmamışdır. Atası xəstə olduğu üçün ondan vəsiyyətnamə almışlar. Atası vəfat etdikdən sonra torpağı və evi zəbt etmişlər. İddiaçı torpaq sahələrini 2019-cu ildən əkir. Özünün vaxtı olmadığı üçün torpağı əkib becərə bilməmişdir. Amma Müşavirə torpaqdan istifadə etməməsini demişdir. İddiaçı ona vəsiyyətnamə olduğunu, Cavabdeh4 isə torpağı aldığını bildirmişdir. X14 içki içdiyi üçün xəstə olmuşdur.

20. Məhkəmədə şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Ayaz Rzayevi və iş üzrə hər iki tərəfi kənd adamı kimi tanımışdır. Tarix yadında qalmamışdır, Ayaz onlara gələrək mülkünü qardaşı oğlu Müsavir ə vəsiyyət etməsini demişdir. Bunun üçün icra nümayəndəliyinə getməyin lazım olduğunu bildirmişdir. Ayaz ona iki nəfər şahidin lazım olduğunu demişdir. Onunla razılaşıb icra nümayəndəliyinə getmişdir. Vəsiyyətnamə yazılmış, oxunmuş, Ayaz torpağı və mülkünü Müsavir ə vəsiyyət etdiyini demişdir. Digər şahid Aynur olmuşdur. Orada 4 nəfər olmuşdur. İcra nümayəndəsinin iş otağına Aynurla birlikdə gəlmiş və orada olmuşlar. Müqəddəs və Müsavir lə qohumluğu yoxdur. Ayaz xəstə adam olmamış, o anlaqlı şəxs olmuşdur. Aynur Yenikənd kəndində yaşayır. Vəsiyyətnamənin imzalanması mərasimində icra nümayəndəsi, müavini, özü və Ayaz olmuşlar. Aynur onunla icra nümayəndəliyinə gəlmiş, sonra otağa girib, özü isə çıxmışdır.

21. Digər şahid X5 izahat verərək bildirmişdir ki, Vətənin evində olduğu vaxt Ayaz ora gəlmiş, m ülkünü Müsavir ə vermək barədə vəsiyyətnamə tərtib etmək istədiyini demiş və ona şahidlik etmək lazım olduğunu xahiş etmişdir. Ona görə icra nümayəndəliyinə getmiş, vəsiyyətnamə oxunmuş və imza etmişlər. Ayazın ailəli olduğunu bilməmişdir. Ona Müsavir baxmışdır. Ayazın yas mərasimi Müsavir gilin həyətində olmuşdur. İcra nümayəndəliyinə günortadan sonra əvvəlcə Vətən, sonra isə özü getmişdir. İcra nümayəndəliyində hansı otaqda olmaları yadında qalmamışdır. İçəridə Müsavir, Pirverdi, Ayaz və özü olmuşlar. Vəsiyyətnamə oxunmuş özü də imza etmişdir. Vətən vəsiyyətnaməni imza edəndə özü otaqda olmamışdır. Ayazı tanımamış, Müsavir lə qohumluğu yoxdur. Ayazın yas mərasimi keçirilən həyəti Hümmət kişinin həyəti olduğunu bilmişdir.

22. Məhkəmə iclasında digər şahid Rzayev Əlirza Babaş oğlu izahat verərək bildirmişdir ki, qardaşı Ayaz ömrünün son gününə kimi tək yaşamışdır. Ayaz spirtli içkiyə qurşanmış, lakin bir neçə dəfə onu müalicə etdirmək istəsələr belə nəticəsi olmamışdır. Müsavir ona baxmamış, vəsiyyətnamədən məlumatı olmamış, eşitdiyinə görə iki şahidin iştirakı ilə vəsiyyətnaməyə imza etdirmişlər. Vətən Müşavirin bacanağının kürəkənidir, Aynur isə xalasının qaynı oğludur. Pərviz isə Bakıda olur.

23. Şahid qismində izahat verən Quliyeva Adilə Babaş qızı bildirmişdir ki, qardaşı Ayaza özü baxmış, onun arvadı və oğlu Bakı şəhərində olmuşlar. Qardaşı Ayaz içki alüdəçisi olmuş, o Müsavir ə vəsiyyətnamə verməməli idi, hansı səbəb görə verib məlumatı yoxdur.

24. Salyan Rayon Məhkəməsinin 2(057)-809/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia qismən təm in edilərək, X6, Rzayev Ayaz Babaş oğlu və Cavabdeh1 ümumi birgə mülkiyyətdə olan Salyan rayonu Şəkərli kəndində ümumi sahəsi 51 kv.m olan, 0,38004 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¾ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində yerləşən Cavabdeh1, X6 və Rzayev Ayaz Babaş oğlunun ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,98 ha torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində Cavabdeh1, X6 və Rzayev Ayaz Babaş oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,1585 ha torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¾ hissəsinə İddiaçı mülkiyyət hüququ tan ınmış, X6, Rzayev Ayaz Babaş oğlu və Cavabdeh1 ümumi birgə mülkiyyətdə olan Salyan rayonu Şəkərli kəndində ümumi sahəsi 51 kv.m olan, 0,38004 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin 1/4 hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində yerləşən Cavabdeh1, X6 və Rzayev Ayaz Babaş oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,98 ha torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində Cavabdeh1, X6 və Rzayev Ayaz Babaş oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,1585 ha torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¼ hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmış, Sal yan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş, 2V-71 və 2V-73 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən ləğv edilmiş, Cavabdeh1 yuxarıda qeyd olunan qaydada, yəni Rzayev Ayaz Babaş oğlundan miras qalmış əmlakdan məcburi pay kimi ¼ hissədə miras əmlakda payı müəyyənləşdirilmiş, İddiaçı və Cavabdeh4 Cavabdeh1 verilmiş və mülkiyyətində olan torpaq sahələrindən çıxarılmaları, ona aid olan torpaq sahələrinin İddiaçı və Cavabdeh4 alınaraq Cavabdeh1 verilməsi, Salyan rayonu Şəkərli kəndində Cavabdeh1 adına ümumi sahəsi 51 kv.m olan, 0,38004 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması barədə, Sal yan rayonu Yenikənd kəndində Cavabdeh1 adına kənd təsərrüfatı təyinatlı 0,1585 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması və Salyan rayonu Yenikənd kəndində Cavabdeh1 adına olan kənd təsərrüfatı təyinatlı 0,98 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların qismən, o cümlədən **********7 nömrəli, xx.xx.2020-ci il tarixli, ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışların Cavabdeh1 dair hissədə ləğv edilməsi, hər iki iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

25. Məhk əmənin mövqeyi ondan ibarət olmuşdur ki, Rzayev Ayaz Babaş oğlu özünə məxsus olan Salyan rayonunun Şəkərli kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsini, üzərində tikilən fərdi yaşayış evini, həyətyanı bütün tiklilərini, pay torpaq sahəsini və bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi X6, Cavabdeh1 və Rzayev Ayaz Babaş oğlunun adına olmuşdur. İddiaçı tələb etdiyi əmlaklar ümumiyyətlə birgə ümumi mülkiyyətdə olmuşdur. Vəsiyyət edən yalnız özünə aid olan əmlakı vəsiyyət etməkdə haqlı olmuşdur. Vəsiyyət üzrə vərəsə İddiaçı və məcburi pay almaq hüququ olan Cavabdeh1 mirası qəbul etmişlər. Miras əmlak üzrə vəsiyyətnamə olmasına baxmayaraq birinci növbə vərəslərin miras əmlakdan məcburi pay almaq hüquqları vardır.

26. Məhkəmə qeyd etmşdir k i, miras qoyanın 2 vərəsəsi olmuş, həmin vərəsələrdən biri miras əmlakı qəbul etməkdən imtina etmişdir. Ona görə də onlara vərəsə kimi pay verilməsi mümkün deyildir. Digər vərəsə Cavabdeh1 isə mirası qəbul etdiyi üçün onun miras əmlakdan məcburi payı müəyyən olunmalıdır. İddiaçı miras qoyan tərəfindən vəsiyyətnamə qoyulduğu üçün ona vəsiyyət üzrə miras əmlakdan pay verilməli, digər vərəsəyə isə məcburi pay formasında payları müəyyən olunmalıdır.

27. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 atasının qoymuş olduğu vəsiyyətnamənin etibarsız hesab olunması üçün qanunda nəzərdə tutulmuş hallar barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Vəsiyyətnamə 03 avqust 2019-cu ildə verilmiş, miras qoyan Rzayev Ayaz Babaş oğlu isə xx.xx.2019-cu ildə vəfat etsə belə həmin vaxtdan artıq bir ildən artıq müddət keçmiş, Cavabdeh1 isə əhəmiyyətsiz hesab etdiyi əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia ilə məhkəməyə müraciət etməmişdir.

28. Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə məhkəmə icasında irəli sürdüyü vəsiyyətnamənin tərtibi zamanı qanunvericiliyin tələbləri, yəni “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, vəsiyyətnamə tərtib olunarkən qanunvericiliyin hərfi mənasında bəzi nöqsanlara yol verilmiş olsa belə, bu hal miras qoyanın iradəsinin həyata keçirilməsinə maneə ola bilməz. Verilmiş vəsiyyətnamənin etibarsızlığına səbəb olan hallar mövcud olmamışdır. Vəsiyyətnamənin etibarsızlığı əqdlərin etibarsızlığı kimi təfsir olunmalı və bu hal Azərbaycan Respublikası Mülki Məcə lləsinin normaları ilə nizama salınmışdır.

29. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 339, 343, 346, 354, 667, 1166, 1170, 1180, 1194, 1195, 1196, 1202, 1243, 1246, 1247, 1256, 1274, 1275, 1276, 1193 və 1200-cü maddələrinə, “Notariat haqqında” Qanunun 47-ci maddəsinə, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 60, 61, 62, 63 və 64-cü bəndlərinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 88-ci maddələrinə, istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

30. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəsiyyətnamə əmlakın xeyrinə vəsiyyət olunduğu şəxsin evində və iştirakı ilə tərtib olunmuş, vəsiyyətnamənin təsdiq olunduğu yer və saat göstərilməmiş, vəsiyyətnamə şahidlərin yanında tərtib edilməmiş və vəsiyyət edən onu şahidlərin yanında imzalamamış, vəsiyyətnamənin kim tərəfindən yazıldığı və kim tərəfindən oxunduğu göstərilməmiş, vəsiyyət edilmiş fərdi yaşayış evi vəsiyyət edənin mülkiyyətində olmamışdır.

32. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Samir Mayılov sədrlik edən və məruzəçi, İlham Əsədov və Nüsrət Mirzəyev) 2 mart 2022-ci il tarixli, 2(106)-486/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk İddiaçı cavabdehlər Cavabdeh1, Salyan rayon 2 sa ylı notariat kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı “mərhum əmisi Rzayev Ayaz Babaş oğlunun xx.xx.2019-cu il tarixli vəsiyyətnaməsi əsasında miras qalmış Salyan rayonu, Şəkərli kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsinə, üzərində tikilən fərdi yaşayış evinə, həyətyanı bütün tikililərinə, pay torpaq sahəsinə vərəsəlik hüququnun tanınması, cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu M.M.Hüseynov tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun adına vəsiyyətnamə üzrə vərəsə kimi tanınmaqla ona vərəsəlik şəhadətnaməsinin verilməsi, cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tər əfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamənin əsasında əldə edilmiş bütün sənədlərin, o cümlədən ********** nömrəli, xx.xx.2020-ci il tarixli, ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışların ləğv edilməsi və İddiaçı vəsiyyətnamə üzrə vərəsə kimi tanınması, ona vəsiyyətnamə üzrə vərəsə olaraq pay ayrılması barədə” ilk iddia tələbi rədd edilmişdir.

33. Qətnamə ilə qarşılıqlı iddia tələbi təmin edilərək xx.xx.2019-cu ildə mərhum Rzayev Ayaz Babaş oğlu tərəfindən verilmiş Salyan rayon Yenikənd kəndində inzibati ərazi nümayəndəliyində yazılmış vəsiyyətnamə etibarsız hesab edilmiş, cavabdehlər İddiaçı və Cavabdeh4 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan Salyan rayonu Yenikənd kəndind ə yerləşən 0,98 ha və 0,1585 ha torpaq sahələrindən, Salyan rayonunun Şəkərli kəndində yerləşən 0,38004 ha torpaq sahəsindən çıxarılmaqla, həmin torpaq sahələrinin qarşılıqlı iddia üzrə cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq Cavabdeh1 sahibliyinə qaytarılması qət edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisəli fərdi yaşayış evinin X6, Cavabdeh1 və Rzayev Ayaz Babaş oğlunun adına olması barədə qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, qarşılıqlı iddiaçı miras əmlakdan məcburi payının müəyyən olunmasını tələb etmədiyindən, qətnamə miras əmlakdan məcburi payının müəyyən olunması hissəsində iddia tələblərindən kənara çıxmaqla çıxarılmışdır.

35. Birinci instansiya məhkəməsi nət icəsini, vəsiyyətnamə tərtib olunarkən qanunvericiliyin hərfi mənasında bəzi nöqsanlara yol verilmiş olsa belə, bu halın miras qoyanın iradəsinin həyata keçirilməsinə maneə ola bilməyəcəyi, verilmiş vəsiyyətnamənin etibarsızlığına səbəb olan halların mövcud olmaması ilə əsaslandırsa da, yol verilmiş “bəzi nöqsanlar”ın nədə ifadə olunduğunu qeyd etməmiş, bu halların həqiqətən də miras qoyanın iradəsinin həyata keçirilməsinə maneə olmadığına dair nəticəsini əsaslandırmamışdır.

36. Məhkəmə hesab etmişdir ki, Salyan rayonu, Şəkərli kəndində yerləşən ümumi sahəsi 51 kv.m kv.metr olan fərdi yaşayış evi X2 mülkiyyətində olduğundan, Rzayev Ayaz Babaş oğlunun həmin əmlakı vəsiyyət etmək səlahiyyəti olmamışdır.

37. Qarşılıqlı iddiaçı, atasının içki içdiyi üçün xəstə olduğunu bildirmiş, ilk iddiaçı d a, apellyasiya şikayətinə yazılı etirazında Ayaz Rzayevin xəstə və köməksiz olduğunu qeyd etmiş, lakin sonuncunun hansı xəstəlikdən əziyyət çəkdiyini bildirməmişdir. Birinci instansiya məhkəməsində ifadələri dinlənilmiş şahidlərdən Əlirza Rzayev qardaşı Ayazın spirtli içkiyə qurşandığını, bir neçə dəfə müalicə etdirmək istəsələr belə nəticəsinin olmadığını, Adilə Quliyeva isə qardaşı Ayazın araq aludəçisi olduğunu bildirmişlər. Bununla da, Ayaz Rzayevin ölüm qabağı dövrdə xəstə və köməksiz olması işin mübahisəsiz halıdır. Texniki vasitədən istifadə edilməklə tərtib olunmuş vəsiyyətnamə tərtib və təsdiq edilərkən vəsiyyət edən Ayaz Rzayev ölüm qabağı fəaliyyət qabiliyyətli olsa da, vəsiyyətnamə tərtib və təsdiq edilən zaman öz hərəkətlərinin mənasını başa düşməsi və ya onlara rəhbərlik edə bilməsi halı təsdiq edilməmişdir.

38. Bundan başqa, şahidlərdən Pirverdi Cəfərov vəsiyyətnaməni şahidlərin yanında açıq şəkildə yazıldığını, həmin vaxt Müsavir in orada olmadığını, vəsiyyətnamə yazılan zaman şahidlərin Vətən və Aynur olduğunu bildirmiş, Aynur Süleymanov isə, icra nümayəndəliyinə əvvəlcə Vətənin, sonra isə özünün getdiyini, vəsiyyətnamənin oxunduğunu və imza etdiyini, Pirverdi, Ayaz və özü ilə yanaşı Müsavir in də icra nümayəndəliyində olduğunu qeyd etmişdir. Vətən Həsənov vəsiyyətnamənin imzalanması mərasimində icra nümayəndəsi, müavini, özü və Ayazın olduğunu, Aynurun onunla icra nümayəndəliyinə getdiyini, otağa sonra girdiyini, özünün isə çıxdığını bildirmişdir.

39. Apellyasiya instansiya məhkəməsi vəsiyyətnamənin təsdiq etmiş şahid Pirverdi Cəfərovun mübahisənin həllind ə maraqlı olmasını, eləcə də şahid Aynur Süleymanovun vəsiyyətnamənin yanında açıq şəkildə yazılması halını təsdiq etmədiyini, Vətən Həsənovun da Aynur Süleymanovun otağa sonra girdiyini, özünün isə çıxdığını qeyd etməsini, bununla da şahidlərin vəsiyyətnamənin tərtib olunması zamanı eyni vaxtda otaqda olmamalarını, vəsiyyət edənin isə eyni sənədi otaqda müxtəlif vaxtlarda olmuş hər iki şahidin yanında imzalamasının mümkün olmadığını nəzərə alaraq, vəsiyyətnamənin iki şahidin deyil yalnız Vətən Həsənovun yanında tərtib olunmasını, vəsiyyət edənin vəsiyyətnaməni yalnız şahidlərdən birinin yanında imzalamasını işin hallarına uyğun saymışdır.

40. Məhkəmə kollegiyası habelə Aynur Süleymanovun otağa daxil olduqdan sonra, icra nümayəndəliyindən çıxmış Vətən Həsənovun özündən sonra ora kimin gə lib getdiyini görməməsinin mümkün olduğunu nəzərə alaraq, o, otaqda olduğu vaxt Müsavir in də orada olduğuna dair Aynur Süleymanovun bildirdiklərini işin hallarına uyğun sayır. Belə ki, X8 Həsənovun bildirdiklərinin əksinə olaraq otaqda olduğu vaxt icra nümayəndəsinin müavinini görməmişdir.

41. Bundan başqa, birinci vəsiyyətnamə, sonra isə şahidlərin imzalarının həqiqiliyi təsdiq edilmişdir. Vəsiyyətnamə təsdiq olunan saat göstərilməmiş, vəsiyyətnamədə onun kim tərəfindən yazıldığı və kim tərəfindən oxunduğu qeyd edilməmiş, bu qeyd şahidlər tərəfindən imzalanmamış və icra nümayəndəsi tərəfindən təsdiq edilməmiş, yaşayış yerləri şahidlər tərəfindən göstərilməmişdir. Eyni zamanda şahidlər vəsiyyətnaməyə, onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunduğunu təsdiqlədikləri bar ədə qeyd yazmamışlar.

42. Ümumiyyətlə, vəsiyyətnaməyə “vəsiyyətnamə mənim sözlərimlə yazıldı, mənə ucadan oxundu, sözlərimə əlavələr, dəyişikliklər və ixtisarlar edilməmişdir" qeydinin edilməsi ilə Ayaz Rzayevin vəsiyyətnaməni oxumadığı, savadsız olduğu təsdiq edilsə də, vəsiyyətnamə bir şahidin yanında tərtib edilmiş, onu iki şahid imzalamışdır. Vəsiyyət edən vəsiyyətnaməni şahidlərdən yalnız birinin yanında imzalamışdır.

43. Qarşılıqlı iddia üzrə məhkəmə qeyd etmişdir ki, qanunvericilik vəsiyyətnamənin texniki vasitədən istifadə etməklə tərtib olunması və imzalanması zamanı vəsiyyət edənin iradə ifadəsinin, vəsiyyətnamənin qanunauyğunluğunun təsdiqi üçün sağlam və savadlı vəsiyyət edənə münasibətdə iki şahidin, savadsız vəsiyyət edənə münasibətdə isə üç şahidin iştirakını zəruri saysa da, mübahisəli vəsiyyətnamə bir şahidin yanında tərtib edildiyindən və vəsiyyət edən tərəfindən bir şahidin yanında imzalandığından, vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edənin fəaliyyət qabiliyyəti yoxlanılmadığından, birinci vəsiyyətnamə, sonra isə şahidlərin imzalarının həqiqiliyi təsdiq edildiyindən, vəsiyyətnamə təsdiq olunan saat göstərilmədiyindən, vəsiyyətnaməyə onun kim tərəfindən yazıldığı və kim tərəfindən oxunduğu qeyd edilmədiyindən və bu qeyd şahidlər tərəfindən imzalanmadığından və icra nümayəndəsi tərəfindən təsdiq edilmədiyindən, eyni zamanda şahidlər vəsiyyətnaməyə, onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunduğunu təsdiqlədikləri barədə qeyd yazmadıqlarından, xeyrinə əmlakın vəsiyyət olunduğu şəxs vəsiyyətnamə təsdiq olunarkən iştirak etdiyindən, mübah isəli vəsiyyətnamə MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla tərtib edilmiş və etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmamış, imzalandığı andan etibarsız olmuşdur.

44. Apellyasiya instansiya məhkəməsi iş üzrə sübutlarla qarşılıqlı iddia üzrə cavabdehlərin qarşılıqlı iddiaçının mülkiyyətində olan torpaq sahələrinə və fərdi yaşayış evinə hüquqi və ya müqavilə əsasında sahiblənmələrinin təsdiq olunmadığını nəzərə alaraq, həmin əmlakların qarşılıqlı iddia üzrə cavabdehlərin qanunsuz sahibliyində olmaları nəticəsinə gəlmişdir.

45. Məhkəmə ilk iddianın cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu M.M.Hüseynov tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi hissəsi üzrə qeyd etmişdir ki, ilk iddiaçı tələbinin həmin h issəsini qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrdəki əmlakların ona vəsiyyət edilməsi ilə əsaslandırsa da, sadalanan hallar, şəhadətnamənin etibarsız sayılmasına əsas ola biləcək hal olsa da, ilk iddiaçı iştirakçısı olmadığı həmin sənədin ləğv edilməsini tələb edir.

46. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iş üzrə sübutlarla mübahisəli vəsiyyətnamənin etibarsız olması təsdiq olunduğundan, qarşılıqlı iddiaçının ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, xx.xx.2019-cu il tarixli vəsiyyətnamə etibarsız hesab edilməli, qarşılıqlı iddia üzrə cavabdehlər qarşılıq lı iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrindən və fərdi yaşayış evindən çıxarılmalı, həmin əmlaklar qarşılıqlı iddia üzrə cavabdehlərin. qanunsuz sahibliyindən geri alınaraq qarşılıqlı iddiaçının sahibliyinə qaytarılmalıdır.

47. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152, 157, 337, 334, 346, 1159, 1166, 1188, 1183-ci maddələri, “Notariat haqqında” Qanunun 2-ci maddəsi, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 19, 57, 60, 62, 64, 65 və 66-cı maddələrinə istinad etmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

48. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qayt arılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi vəsiyyətnamənin etibarsız əqd olması qənaətinə gəlsə də, Mülki Məcəllənin tələblərinə zidd olan hər hansı halı müəyyən etməmişdir. Müəyyən olunan pozuntular yalnız formal pozuntular olmuşdur və təlimatın pozulmasına əsaslanmışdır. Miras qoyanın iradəsinə zidd olan hər hansı hal müəyyən edilməmiş, vəsiyyətnamə tərtib edilərkən Mülki Məcəllənin tələbləri pozulmamış, eyni zamanda bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Miras qoyan tərəfindən verilmiş vəsiyyətnamə forma və məzmununa əsasən tam olaraq Mülki Məcəlləni n tələblərinə cavab verir. Vəsiyyətnamədən görünür ki, Mülki Məcəllənin 1179.1 -ci maddəsinin tələblərinə riayət olunmuş, yəni miras qoyan özü icra nümayəndəliyinə gəlmiş, orada vəsiyyətnamə vermək istəyini və arzusunu bildirmiş və bununla bağlı rəsmiləşdirmə aparılmışdır. Həmçinin vəsiyyətnamədən görünür ki, Mülki Məcəllənin 1180.1 -ci maddəsinə əməl olunaraq onun tərtibində iki şahid iştirak edərək onu imzalamışlar. Apellyasiya instansiyası məhkəməsi həmin halları və tərtib edilmiş vəsiyyətnamənin miras qoyanın iradəsinə zidd olaraq tərtib edilməsini yoxlamaq əvəzinə, iş üçün əhəmiyyət kəsb etməyən, formal əsaslara və mülahizələrə əsaslana dəlilləri əsas tutaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2022ci il tar ixli 2(102)-4706/2022 nömrəli (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) qərarı ilə kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(106)-486/2022 nömrəli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

51. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

52. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbini rədd edib qarşılıqlı iddia tələbini təmin edərkən iş üzrə sübutlarla mübahisəli vəsiyyətnamənin etibarsız olması təsdiq olunduğundan, qarşılıqlı iddiaçının ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğuna istinad etmişdir.

53. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, qətnamə işin həmin hallarına və sübutlara düzgün qiymət verilmədən çıxarıldığından qanuni və əsaslı sayıla bilməz.

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə yeni qətnamə qəbul etmiş və ilk iddia tələbi üzrə belə qənaətə gəlmişdir ki, vəsiyyətnamə verilərkən bununla bağlı qanunvericiliyin tələbləri pozulmuşdur.

55. Qeyd olunmalıdır ki, əqdin etibarlı olub-olmamasının əsasları Mü lki Məcəllənin müvafiq müddəaları ilə tənzimlənir.

56. Miras qoyanın öz əmlakı barədə iradəsini rəsmiləşdirən notariat orqanı, yaxud həmin orqana bərabər olan digər şəxslər vəsiyyətnaməni Mülki Məcəllənin tələblərinə uyğun tərtib etməli, yalnız Mülki Məcəllənin tələblərini pozan və miras qoyanın iradəsini zədələyən əqd etibarsız hesab edilməlidir.

57. Eyni zamanda qeyd olunmalıdır ki, qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı iddianın əsas dəlili kimi atasının iddiaçı tərəfindən aldadılaraq ağır xəstəlik zamanı vəsiyyətnamə imzalatdırılmasını göstərmişdir. Yəni Cavabdeh1 yalnız X14in iradə ifadəsinin zədələnməsinin əsası ilə vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir.

58. Apellyasiya instansiyası məhkəməsi vəsiyyətnamənin etibarsız əqd olması qənaətinə gəlsə də, vəsiyyətnamə t ərtib edilərkən və imzalanarkən miras qoyanın iradəsinə zidd olan hər hansı hala istinad etməmişdir.

59. İş materiallarından müəyyən olunur ki, miras qoyan tərəfindən verilmiş vəsiyyətnamə məzmunca Mülki Məcəllənin tələblərinə uyğun olmuş, miras qoyan özü icra orqanına gələrək orada vəsiyyətnamə vermək arzusunu və iradəsini bildirmiş və icra orqanı bununla bağlı rəsmiləşdirmə aparmışdır.

60. Həmçinin işin hallarına görə miras qoyanı həm uşaqları, həm həyat yoldaşı tərk edərək yaşamaq üçün Bakı şəhərinə getmiş, miras qoyan 10 ilə yaxın müddət ərzində Salyan rayonunun Şəkərli kəndində tək yaşamışdır.

61. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, miras qoyan vəsiyyətnamənin tərtib edilməsi üçün özü icra nümayəndəliyinə gəlmiş, orada əmlakını qardaşı oğlu olan ilk iddiaçıya vəsiyyət etm ək barədə vəsiyyətnamə yazmaq arzusunu bildirmiş və onun bu iradəsi icra nümayəndəliyi tərəfindən həyata keçirilmişdir. Məhkəməyə göstərilən bu halı təkzib edən hər hansı sübut təqdim edilməmişdir.

62. Vəsiyyət edən özü icra nümayəndəliyinə gedərək iradəsini aydın şəkildə ifadə edərək vəsiyyətnamə verdiyindən və bu halları təkzib edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda məhz bu hallara istinad etməklə vəsiyyətnamə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə məhz bu əsaslara istinad etməklə araşdırma aparmalı və müəyyən etdiyi hallara qiymət verməli idi.

63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxılarkən kassas iya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq irəli sürülən tələblərə baxmalı, tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməklə mübahisəni həll etməlidir. ç)Apellyasiya instansiya məhkəməsində ikinci icraat:

64. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermişdir. Belə ki, o, göstərmişdir ki, atası Rzayev Ayaz Babaş oğlu 2019-cu ildə vəfat etmiş, ondan miras əmlak olaraq ev, həyətyanı torpaq sahəsi, pay torpaq sahəsi, Şəkərdli kəndində yerləşən 0,38 ha pay torpağı, 0,98 ha torpaq sahəsi və 0,15 ha torpaq sahəsi olmuşdur. Bakı şəhərində işlədiyi üçün anasını öz yanına aparmış, əmiləri Valeh, Əlir za və Hümmət yaxında yaşadıqlarından onlar evə “göz-qulaq olmuşlar”. Miras əmlak əvvəlcə X2 adına olmuş, daha sonra isə Sarıgüldən keçib Əlirza, Valeh, Adilənin adına, onlar imtina etdikdən sonra özünün adına sənədləşdirilmişdir. Atası və nənəsi vəfat etdikdən sonra əmlak adına keçmişdir. Özü qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış və əmlakı adına keçirmişdir. Ev, torpaq və pay torpaq sahələri öz adınadır. 11 dekabr 2020-ci ildə qeydiyyat vəsiqələri almış, vəsiyyətnamə haqqında məlumatı olmamışdır. Atası xəstə olduğu üçün vəsiyyətnamə ondan almışlar. Atası vəfat etdikdən sonra yəqin ki, torpağı və evi zəbt etmişlər. Torpaq sahələrini 2019-cu ildən əkir. Özünün vaxtı olmadığı üçün torpağı əkib becərə bilməmişdir. Amma Müsavir ə torpaqdan istifadə etməməsini demişdir. Ona vəsiyyətn amə olduğunu, Müqəddəs isə torpağı aldığını demişdir. Atası içki içdiyi üçün xəstə olmuşdur. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

65. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı verilmiş vəsiyyətnamə qanunsuz olmuşdur. Belə ki, vəsiyyətnamə tərtib olunarkən qanunvericiliyin tələbləri, yəni “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 60,61,64 və 66-cı bəndlərinin tələbləri pozulmuşdur. Bu səbəbdən, o apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

66. Məhkəmə kollegiyasının iclasında İ lk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bildirmişdir ki, əmisi Rzayev Ayaz Babaş oğlu 13 avqust 2019-cu ildə ona vəsiyyətnamə vermişdir. Əmisi öləndən sonra icra nümayəndəsi onu çağıraraq, əmisinin ona vəsiyyətnamə qoyduğunu demişdir. Vəsiyyətnamə onda bir müddət qaldıqdan sonra notariusa getmiş və notarius ona Pərvizi və Elmiranı çağırmasını demişdir.Onları çağıra bilmədiyini dedikdə sonuncu məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Artıq 8 ildir əmisinə məxsus həyətyanı torpaq sahəsinin yarısını və pay torpağını əkir. Əmisi ona öz sağlığında 80 sot torpaq sahəsini vermiş, orada yonca və taxıl əkmiş, əmisinə sahəyə görə 100 manat məbləğində pul vəsaiti vermişdir. Əmisini özü saxlamışdır. Oğlu Pərviz 15 il, arvadı Elmira isə 11 ildir ki, onu atıb getmişlər. Pərviz atasının yasının 40-cü günü gəlmişdir. Pərviz atasının adından istifadə edir, hətta halallıq üçün Pərvizə 10000 manat məbləğdə pul vəsaiti də vermək istəmişdir. Həmçinin Pərvizin 40 sot torpağını da almaq istəmişdir. Pərvizin 15 ildir ki, torpaq və evdən məlumatı yoxdur. O, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

67. Məhkəmə kollegiyasının iclasında birləşdirilmiş iş üzrə Cavabdeh4 məhkəmədə qardaşı İddiaçı ilə eyni məzmunda izahat vermişdir.

68. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Tale Kərimov) 2(106)-313/2023 nömrəli, 11 aprel 2023-ci il tarixli qətnaməsi ilə İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, birləşdirilmiş iş üzrə iddi açı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(057)809/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında ehtiva olunan məcburi göstərişlərə uyğun olaraq hərtərəfli hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsində iş üzrə təqdim edilmiş və araşdırılmış sübutlara əsasən Rzayev Ayaz Babaş oğlu özünə məxsus olan və Salyan rayonunun Şəkərli kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsini, üzərində tikilən fərdi yaşayış evini, həyətyanı bütün tiklilərini, pay torpaq sahəsini və bütün əmlakını qardaşı oğlu İddiaçı vəsiyy ət etmişdir. Mübahisəli fərdi yaşayış evi X6, Cavabdeh1 və Rzayev Ayaz Babaş oğlunun adına olmuşdur. Vəsiyyət üzrə vərəsə İddiaçı və məcburi pay almaq hüququ olan Cavabdeh1 mirası qəbul etmişlər. Məhkəmə bu barədə heç bir ziddiyyət görmür. Miras əmlak üzrə vəsiyyətnamə olmasına baxmayaraq, birinci növbə vərəslərin miras əmlakdan məcburi pay almaq hüquqları vardır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilir ki, miras qoyanın - Rzayev Ayaz Babaş oğlunun iki vərəsəsi, X4 və Cavabdeh1 olmuş, həmin vərəsələrdən biri – X4 miras əmlakı qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən də, ona vərəsə kimi pay verilməsi mümkün deyildir. Digər vərəsə Cavabdeh1 isə mirası qəbul etdiyi üçün onun miras əmlakdan məcburi payı müəyyən olunmalıdır. Belə ki, işdə olan 01 fevral 2021-ci il tarixli ərizədən gör ünür ki, X4 mərhum əri Rzayev Ayaz Babaş oğlundan miras əmlakı qəbul etməmiş və imtina etmişdir. Beləcə, İddiaçı miras qoyan tərəfindən vəsiyyətnamə qoyulduğu üçün ona vəsiyyət üzrə miras əmlakdan pay verilməli, digər vərəsəyə isə məcburi pay formasında payları müəyyən olunmalıdır. İddiaçı və Cavabdeh4 Cavabdeh1 verilmiş və mülkiyyətində olan torpaq sahələrindən çıxarılmalı, ona aid olan torpaq sahələri İddiaçı və Cavabdeh4 alınaraq Cavabdeh1 verilməlidir. Salyan rayonu Şəkərli kəndində Cavabdeh1 adına ümumi sahəsi 51 kvm olan, 0,38004 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması barədə, Salyan rayonu Yenikənd kəndində Cavabdeh1 adına kəndtəsərrüfatı təyinatlı 0,1585 ha torpaq sahəsinin tam mülkiyyət hüq uqu ilə xx.xx.2021ci ildə ********** nömrə ilə qeydə alınması və Salyan rayonu Yenikənd kəndində Cavabdeh1 adına olan kənd təsərrüfatı təyinatlı 0,98 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması barədə Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar qismən, o cümlədən **********7 nömrəli, xx.xx.2020-ci il tarixli, ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2021-ci il tarixli Cavabdeh1 dair hissədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar ləğv edilməli, hər iki iddia qala n hissədə təmin edilməməlidir. Habelə, Vəsiyyətnamə tərtib olunarkən qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar qeyd edilməlidir ki, miras qoyanın iradəsinin həyata keçirilməsinə zidd hər hansı hala yol verilməmişdir. Habelə, həmin vəsiyyətnamənin etibarsızlığına səbəb olan hallar mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, Cavabdeh1 qarşılıqlı iddiasının əsas dəlili atası Rzayev Ayaz Babaş oğlunun İddiaçı tərəfindən aldadılaraq ağır xəstəlik zamanı vəsiyyətnamə imzalatdırılması və bu səbəbdən də, vəsiyyətnamənin onun iradə ifadəsinin zədələnməsi əsası ilə etibarsız hesab edilməsi xahiş edilmişdir. Ancaq mübahisəli vəsiyyətnamənin etibarsız əqd olması barədə dəlili təsdiq edən hər hansı hal iş üzrə sübutlarla təsdiq edilmir. Eləcə də, şahid ifadələri Vəsiyyətnamə tərtib edilərkən q anunun (Mülki Məcəllənin və “Notariat haqqında” Qanunun) tələblərinin gözlənilməsini təsdiqləyir. Beləcə, Rzayev Ayaz Babaş oğlunun vəsiyyətnaməsi məzmun etibarı ilə Mülki Məcəllənin tələblərinə uyğun olmuşdur. Belə ki, miras qoyan özü şəxsən Kənd İcra Nümayəndəliyinə gəlmiş, orada vəsiyyətnamə vermək arzusunu və iradəsini bildirmişdir. Nümayəndəlikdə müvafiq hüquqi prosedur aparılmışdır.

70. Qeyd edilməlidir ki, Salyan RİHB-nin X9 Ərazi Dairəsi üzrə nümayəndəliyinin Notariat hərəkətlərinin qeydiyyatı kitabından əldə edilmiş çıxarışa əsasən Rzayev Ayaz Babaş oğlu tərəfindən 03 avqust 2019-cu il tarixdə nümayəndəlikdə vəsiyyətnaməni təsdiq etdirdiyi aşkar olur.

71. Bundan əlavə, Salyan 2 saylı xüsusi notariat ofisinin 01 mart 2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş daxil olmuş s ənədlərin siyahısından görünür ki, İddiaçı verilmiş 03 avqust 2019-cu il tarixli vəsiyyətnamə həmin notariat ofisinə 08 noyabr 2020-ci il tarixdə daxil olmuş və 1722 sıra sayı ilə müvafiq (15 saylı reyestr) qeydiyyat aparılmışdır. Bu fakt Salyan 2 saylı xüsusi notariat ofisi tərəfindən 23 iyun 2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuş məktubda da öz əksini tapmışdır (iş materialları, İ cild, səh 104-106).

72. Qeyd edilənlərə əsasən nəzərə alınmalıdır ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, atası Rzayev Ayaz Babaş oğlu 2019-cu ildə vəfat etmiş, özü isə 11 dekabr 2020-ci ildə qeydiyyat vəsiqələri almış və mübahisəli vəsiyyətnamə haqqında heç bir məlumatı olmamışdır. Ancaq iş materiallarına görə atası Rzayev Ayaz Babaş oğlu Vəsiyyətnaməni 03 avqust 2019-cu il tarixdə Salyan RİHB-nin X9 Ərazi Dairəsi üzrə nümayəndəliyində təsdiq etdirmiş, İddiaçı isə 03 avqust 2019-cu il tarixli vəsiyyətnamənin icrası ilə əlaqədar Salyan 2 saylı xüsusi notariat ofisinə müraciət etmiş və həmin müraciət Cavabdeh1 adıçəkilən sənədlər verilməmişdən əvvəl - 08 noyabr 2020-ci il tarixdə notariat ofisində qeydiyyata alınmışdır. 73. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin tələbinə görə notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. X15 Babaş oğlunun müvafiq vəsiyyətnaməsi mövcud olduğu halda və notariat ofisində bu barədə məlumatlı olduğu təqdirdə Cavabdeh1 vərəsəlik şədatnamələri ve rilmişdir. 74. “Notariat haqqında” Qanununun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin qanunun 60-cı maddəsinə görə isə notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.

75. Eyni zamanda, işin müəyyən edilmiş hallarından, habelə şahid ifadələrindən aşkar görünür ki, görə miras qoyan Rzayev Ayaz Babaş oğlunu həm oğlu Cavabdeh1, həm də arvadı X4 tərk edərək yaşamaq üçün Bakı şəhərinə getmiş, miras qoyan 10 ildən artıq müddət ərzində Salyan rayonunun Şəkərli kəndində tək yaşamış və ona İddiaçı qulluq etmişdir.

76. Beləliklə, iş üzrə sübutlardan görünür ki, Rzayev Ayaz Babaş oğlu tərəfindən qoyulmuş 03 avqust 2019-cu il tarixli vəsiyyətnamənin etibarsızlığı üçün əsas olan və qanunda nəzərdə tu tulmuş hallar aşkar edilmir və buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

77. Beləliklə də, qanunvericiliyin qüvvədə olan normalarına əsasən fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxs lərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.

78. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

79. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab etmişdir ki, Salyan Rayon Məhkəməsinin hazırkı 28 oktyabr 2021-ci il tarixli 2(057)-809/2021 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri yetərli deyildir, həmin dəlillər əsaslı sayıla bilməz və bunun üçün məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir.

80. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir.

81. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir.Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya də yişdirilməsi üçün əsas ola bilməz. d)Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:

82. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)313/2023 qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

83. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xüsusi Mülkiyyət hüququn açıq aşkar şəkildə məhkəmə tərəfindən pozulmuşdur. Mülkiyyətində olan evə və torpaq sahəsinə müdaxilə edilməsi yolverilməzdir. İddiada göstərilən hallara fikir verək:Artıq 9 ilə yaxındır mərhum əmisinin həyətyanı torp aq sahəsinin yarısın və pay torpaq sahəsini əkir. Amma vəsiyyətnamə xx.xx.2019-cu ildə X13in ölümündən yəni xx.xx.2019-cu il tarixdən bir ay əvvəl tərtib olunmuşdur. Məhkəmə iradə ifadəsini niyə 9 ildə deyil son bir ayda ortaya qoyulduğuna fikir vermir. Qanunvericiliyin tələbləri iradə ifadəsi deyilən anlayışı deyil, normanı əsas götürür.

84. Əsassız vəsiyyətnamə verilən zaman evin reyestrdə qeydiyyatı olmamışdır və vəsiyytnamənin predmeti ola bilməz.Mülkiyyətindən öz istədiyi kimi istifadə edə bilmir. Ümumi birgə mülkiyyətə əsassız olaraq qanunvericiliyin birbaşa tələblərini və əsaslarını pozmaqla vəsiyyətnamə ortaya çıxarmaqla müdaxilə etməyə çalışırlar. İddiaçı vəsiyyətnaməni X9 ərazi nümayəndəsi tərəfindən öldükdən sonra verildiyini qeyd etsə də nədənsə nümayəndə hər iki tərəfin iştira k etdiyi iclaslara gətirilməsi təmin edilməmişdir.

85. Kassator Azərbaycan Respublikasının mülki Məcəlləsinin 1188-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, norma hamılıqla qəbul edilmiş qanunvericiliyin tələbidir. Burada qeyd edilməmişdir ki, şəxsin iradə ifadəsi vacibdir. Göstərilmişdir ki, vəsiyyətnamə hansı qaydada təsdiq edilərək tərtib edilməlidir. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Bu normanı konkret əsas tutmaq lazım olduğu halda iradə ifadəsinin hansı norma ilə əsas tutulması heç bir qanunvericilik aktında olduğu müəyyən edilməmişdir. Bu barədə heç bir normaya istinad edərək göstərilməmişdir.

86. Qanunvericiliyin tələb lərinə uyğun sözünə diqqət edilsə bu vəsiyyətnamə tamamilə qanunvericilikdə göstərilən normaları pozmaqla tərtib edilmişdir. Qanunun aliliyinə gəldikdə iradə ifadəsi deyil qanunun aliliyi və qanunvericiliyin tələbi əsas götürülməlidir. İradə ifadəsinin müəyyən edilməsi ilə xüsusi mülkiyyətin kiməsə verilməsi Konstitusiya ilə qorunan hüququn birbaşa pozulmasıdır. X13 mülkiyyətində olmayan və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini təkcə qərarla kiməsə vəsiyyət edə bilməzdi və həmin torpaq sahəsinin mülkiyyətçilərinin miras və xüsusi mülkiyyət hüquqlarına hörmətlə yanaşmalı idi. Eyni zamanda vəsiyyətnaməni tərtib edən X9 ərazi nümayəndəsi Pirverdi Cəfərov və onun müavini Müşfiq Hüseynov çoxsaylı vəsatətlərin verilməsinə baxmayaraq iclasa cəlb edilərək Cavabdeh1 və nümayəndəsinin iştir akı ilə dindirilməli olduqları halda bütün məhkəmə instansiyalarında bu təmin edilməmişdir. Təkcə notariusdan sənədlərin toplanılması ilə kifayətlənmişlər

87. Hazırki iş üzrə iki şahidin fərqli ifadələrinin olması vəsiyyətnamənin şübhəli olduğuna əsas verir. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Müsafir də vəsiyyətnamə yazılan zaman özü orada iştirak etmişdir. Bunu özü ilk dəfə ifadəsində bildirmiş və Süleymanov Aynur da ifadəsində bildirmişdir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir. Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. V əsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin tərtib edildiyi yer və saatı yoxdur. Şahidlər isə ayrı ayrı vaxtlarda nümayəndənin otağına girərək imza etdiklərini bildirmişlər. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyət onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunmuşdur. Vəsiyyətnaməni şahidlər ifadə verən zaman nümayəndə vasitəsilə yazıldığını və onun tərəfindən oxunduğunu bildirmişlər. Bu barədə vəsiyyətnamədə qeyd olunmamışdır. Vəsiyyət edən vəsiyyəti imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətdə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsi ilə vəsiyyəti təsdiqləməlidirlər. Bu normaya qəti riayət olunmamış və pozuntuya yol verilmişdir. Vəsiyyət qoyulan zaman mərhum Rzayev Ayaz Babaş oğlunun mülkiyy ətində hansı əmlakın olduğu aydınlaşdırılmamışdır. Eyni zamanda məhkəmə prosesləri zamanı Cavabdeh4 bu torpağın müqabilində pul təklif etməsi əslində işin mahiyyətinin alqı-satqı olduğu anlamına gəldiyini sübut edir. Belə ki, İddiaçı və Cavabdeh4 mübahisəli torpaq sahəsi mərhum Rzayev Ayaz Babaş oğlu tərəfindən satılmış və həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan və digər vərəsələriun razılığı tələb edildiyin notarial qaydada sənədləşdirilə bilməyəcəklərini düşünərək belə saxta yolla vəsiyyətnamə yazılması ilə çıxış yolu tapılmışdır.

88. Məhkəmə sözə istinad edərək heç bir əsaslandırma olmadan qətnamə qəbul etmişdir. Torpağı özlüklərində alqı-satqı etmiş Müsavir və Cavabdeh4lər yalnız saxta vəsiyyətnamə ilə xüsusi mülkiyyətə yiylənməyə çalışmalarına dair əsaslı sübut təqdim e də bilməzlər. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İradə ifadəsi heç vaxt qanunun tələbindən əsas hesab edilə bilməz. 9 il mərhum Ayaz Rzayevə baxan Müsafiq Rzayev ölümündən bir ay əvvəl vəsiyyətnamə əldə etməsi heç bir əsaslı sübutla əsaslı olma barədə sübut təqdim edə bilməz. Ölüm ayağında olan şəxsdən 1 ay əvvəl vəsiyyətnaməyə imza etdirib xüsusi mülkiyyətə yiyələnmək üçün heç bir sübut əsaslı sayıla bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

89. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

90. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

91. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

92. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

93. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

94. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alı nanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

95. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

96. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törəd ildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

97. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5- ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

98. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

99. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

100. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş z orakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

101. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

102. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

103. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəy yənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

104. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

105. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

106. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 10

7. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

108. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

109. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.

110. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşd irilmiş vaxt ərzində həyata keçirilməlidir.

111. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

112. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

113. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

114. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. “Notariat haqqında” Qanun Maddə

47. Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

115. Bənd

60. Vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır.

116. Bənd

61. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər.

117. Bənd

62. Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbə də hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.

118. Bənd 63 Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.

119. Bənd 64 Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir. Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Mülki Prosessual Məcəllə

120. Maddə 14.2 Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

121. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

122. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

123. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araş dırma aparmır və onlara qiymət vermir.

124. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

125. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

126. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddianın təmin, qarşılıqlı iddianın və birləşdirilmiş iş üzrə iddianın təmin edilməyən hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

127. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.

128. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür və yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

129. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apelyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən edir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (Konstitusiya Məhkəməsi Plenumunun " M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair " 12 iyun 2017-ci il tarixli qərarına əsasən).

130. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən yoxlanılan hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

131. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin, qarşılıqlı iddianın və birləşdirilmiş iş üzrə iddianın təmin edilməyən hissələr ində dəyişdirilmədən saxlanılmalıdır.

132. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli 2(106)-313/2023 nömrəli qətnaməsi ilk iddianın təmin, qarşılıqlı iddianın və birləşdirilmiş iş üzrə iddianın təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar