Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4442/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Masallı rayonu Sığdaş Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi; icarə haqqı borcunun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə iddiaçı Masallı rayonu Sığdaş Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin, çıxarışın ləğv edilməsi və icarə haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-944/2023 nömrəli iş üzrə 19 iyul 2023-cü i l tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Masallı rayonu Sığdaş Bələdiyyəsinin 4 aprel 2006-cı il tarixli 04 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətinə aid torpaqlardan icarə predmeti olan torpaq sahəsindən Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsinin 75 il müddətinə icarəyə verilməsi qərara alınmışdır.
2. Həmin qərar əsasında Bələdiyyə ilə Cavabdeh arasında 15 aprel 2006-cı il tarixli icarə müqaviləsi bağlanmaqla, bələdiyyənin mülkiyyətində olan 0.65 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 75 il müddətə (15 aprel 2081-ci il tarixə qədər) Cavabdeh icarəyə verilmişdir. Müqavilədə icarə haqqı hər il üçün 40 manat m üəyyən edilmişdir.
3. Həmin müqavilə əsasında Masallı rayonu Sığdaş Bələdiyyəsinin 0.65 ha torpaq sahəsi üzərində Cavabdeh icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016cı il tarixdə qeydiyyata alınaraq, RX ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. 4. "xxxx" ASC-nin Masallı filialı məhkəməyə 18 noyabr 2021-ci il tarixli 5011 nömrəli məktubla Bələdiyyənin hesabından xx.xx.2010-xx.xx.2023-cü il tarixlərə aid çıxarışı göndərmiş, həmçinin bildirmişdir ki, Bələdiyyənin adına bankda xx.xx.2010-cu ildə hesab açılmışdır. 48 və 23 nömrəli qəbzlərdə tarixlər hesab açılmamışdan əvvələ aiddir və həmin məbləğlərdə vəsait Bələdiyyənin hesabına mədaxil olmamışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-xətşünaslıq, sənədlərin texniki və sənədl ərin materiallarının ekspertizasının 20 iyun 2022-ci il tarixli 5/256-4/308-5/262 saylı rəyinə görə: - ekspertizaya təqdim edilmiş, 06 iyun 2006-cı il tarixli 48 nömrəli və 11 yanvar 2010- cu il tarixli 23 nömrəli qəbzlərdə olan yazılar və “Ödəyənin imzası”, “Mühasib”, “Pulu qəbul edən xəzinədar” qrafalarında olan imzalar (1-ci qrup yazılar və imzalar) ilə 16 iyun 2006-cı il tarixli, 15 may 2006-cı il tarixli, 21 iyun 2006-cı il tarixli, 04 iyul 200--ci il tarixli, 30 may 2006-cı il tarixli, 18 dekabr 200--ci il tarixli, 13 yanvar 2010-cu il tarixli, 29 dekabr 2009-cu il tarixli, 08 yanvar 2010-cu il tarixli, 10 yanvar 2010-cu il tarixli, 18 dekabr 2009-cu il tarixli, 13 yanvar 2010-cu il tarixli qəbzlərdə olan yazılar və “Ödəyənin imzası”, “Mühasib”, “Pulu qəbul edən xəzinədar” qrafaların da olan imzalar (2-ci qrup yazılar və imzalar) –müxtəlif şəxslər tərəfindən icra olunmuşdur; - tədqiqata təqdim edilmiş 06 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli Kassa mədaxil qəbzləri elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxarma və s.) ilə çap edilmişdirlər; - təqdim edilmiş 06 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli Kassa mədaxil qəbzlərinin üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərinə bir başa vurulmuşdurlar; təqdim edilmiş 06 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli Kassa mədaxil qəbzlərinin üzərlərində olan “X3 rayon filialı Mədaxil kassası” məzmunlu möhür əksi eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər; tədqiqata t əqdim edilmiş 06 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli Kassa mədaxil qəbzlərindəki çap mətnlərinin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə elektrofotoqrafik qurğularda istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər; - həmin qəbzlərdəki əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar; - həmin qəbzlərdəki “ödəyənin imzası” yazısından sonrakı imzalar rəngləyini maddələrin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar; - həmin qəbzlərdəki möhür əkslərinin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında eynidirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məh kəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bələdiyyə ilə 15 aprel 2006-cı il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2016-cı il olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və cavabdehdən 945 manat icarə pulunun tutularaq Bələdiyyənin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Masallı Rayon Məhkəməsinin 2(050)-68/2022 nömrəli iş üzrə 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Bəhmənov) iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 aprel 2006-cı il tarixli icarə müqaviləsinin və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan daşınmaz əmlakın dövlət reyestrindən çıxar ışın ləğv edilməsi, 600 manat icarə pulunun cavabdehdən tutularaq Bələdiyyənin hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddiaçı tərəf sübut edə bilmişdir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, bələdiyyə sədrinin imzası ilə xx.xx.2021-ci il tarixdə 20 nömrəli, xx.xx.2021-ci il tarixdə 24 nömrəli məktublarla cavabdehə məktublar ünvanlanmışdır ki, icarə müqaviləsi üzrə ödəmə sənədləri Bələdiyyəyə təqdim edilsin, əks halda icarə müqaviləsinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət olunacaqdır. Cavabdehin nümayəndəsi də həmin məktubu almalarını təsdiq etmişdir. Bununla belə cavabdeh tərəf icarə haqqı ilə bağlı ödəniş sənədlərini təqdim etməmişdir. Məhkəmə qeyd etmişdi r ki, cavabdeh tərəf 2021-ci ilə qədər icarə haqqının tam ödənilməsi haqqında 6 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli kassa mədaxil qəbzlərini məhkəməyə təqdim etsə də, məhkəmə həmin qəbzləri mötəbər və təkzibolunmaz sübut kimi qəbul etməmişdir. Belə ki, məhkəmə mötəbər sübut kimi tədqiq edilmiş ekspertiza rəyində göstərilənləri əsas götürərək vurğulamışdır ki, təqdim edilmiş qəbzlərin 2006 və 2010-cu illərdə kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə yazılması və imza olunması, möhür əkslərinin ştempel boyalarının eyni olması məntiqi olaraq mümkün olmamışdır. Məhkəmə bundan başqa qeyd etmişdir ki, ekspertizaya 6 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli kassa mədaxil qəbzlərinin tarixlərinə yaxın günlər ə aid olan sərbəst əks nümunələri olan mədaxil qəbzləri təqdim edilmiş və müqayisə zamanı ekspertiza tədqiqi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş 6 iyun 2006cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli kassa mədaxil qəbzlərinin üzərlərində olan “X3 rayon filialı Mədaxil kassası” məzmunlu möhür əksi eyniməzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil etməmişlər. Belə olan halda məhkəmə cavabdeh tərəfin etirazlarını əsassız hesab etmiş və sübut kimi təqdim edilmiş kassa mədaxil qəbzlərini mötəbər hesab etməmişdir. Məhkəmə cavabdehin adına olan DƏDRX-dən çıxarışın ləğv olunması tələbinə münasibətdə qeyd etmişdir ki, icarə müqaviləsinin ləğv olunması həmin çıxarışın da ləğv olunmasına əsas olduğundan, həmin tələb də əsaslı hesab olunmalıdır. Məhkəmə 945 manat i carə haqqı tələbinə münasibətdə qeyd etmişdir ki, 2006- 2021ci illər üzrə 15 ilə görə icarə haqqı hər ilə görə 40 manat olmaqla cəmi 600 manat təşkil etmişdir. Ona görə də torpaq sahəsindən istifadə edilmiş illərə görə cavabdehin 600 manat icarə haqqı borcu yaranmışdır və həmin məbləğ cavabdehdən alınaraq Bələdiyyənin hesabına ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 241.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 66-68, 73-cü, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11, 15, 23-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birin ci icraat
10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2128/2022 nömrəli iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən icarə haqqlarının ödənilməsi ilə bağlı sənədlər bələdiyyəyə təqdim edilməmiş, bununla da icarə müqaviləsinin şərtləri pozulmuşdur ki, bu da icarə müqaviləsinin ləğv edilməsinə imkan vermişdir.
13. Məhkəmə öz mövqeyin i Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423, 713-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15, 23-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1243/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeyə görə, “... məhkəmənin qeyd olunan bank qəbzlərinin mötəbər olmaması barədə gəldiyi nəticə, həmin qəbzlərin saxtalaşdırılmasını (cinayət xarakterli əməlin törədilməsini) ehtiva edir. Bu halda məhkəmə araşdırmanı davam etdirməli, həmin qəbzlərin kim tərəfindən və harada tərtib olunması, əgər məhkəmə qəbzlərin eyni tarixdə tərtib olunması barədə qənaətə gəlmişsə, məhz hansı tarixdə tərtib olunmasını müəyyən etmək üçün sual-cavab etməli idi. Bu cür araşdırma ona görə zəruri idi ki, məhkəmələr qəbzlərdə göstərilən pul məbləğinin bələdiyyənin hesabına ödənilmədiyi barədə nəticəyə gələrkən, ilk növbədə cavablandırılmalı olan suala – yəni, həmin pulların bankın hesabına həqiqətdə ödənib ödənilmədiyini (köçürülməyibsə bank işçisi pulu alıbmı, əgər işçi pulu almayıbsa hansı mo tivlə bankın möhürü ilə təsdiqlənmiş sənəd verildiyini və s. kimi əhəmiyyətli halları) müəyyən etməli idi.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-944/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), M.Həsənov və C.İmanov) apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iddiaçı öz tələbinin faktik əsası kimi cavabdeh tərəfindən torpağın icarə haqqının ödənilməməsinə və nəticədə onun 940 manat borcunun qalmasına ona istinad etmişdir. Cavabdeh bələdiyyənin hesablaşma hesabına 06 iyun 2006-cı il tarixdə 160 manat və 11 yanvar 2010-cu il tarixdə 440 manat məbləğində icarə haqqı ödənildiyinə dair bank qəbzlərini təqdim etmişdir. Kassa mədaxil qəbzi icarə haqqının ödənilməsini təsdiq edən və qanunla nəzərdə tutulan rəsmi sənəddir. Birinci instansiya məhkəməsi iddia ərizəsinə və "xxxx" ASC-nin Masallı filialının 18 noyabr 2021-ci il tarixli 5011 nömrəli məktubuna istinadən həmin kassa mədaxil qəbzlərinin mötəbərliyini şübhə altına almışdır. Çünki adıçəkilən məktubda göstərilmişdir ki, Bələdiyyənin adına bankda xx.xx.2010-cu ildə hesab açılmış, 48 və 23 nömrəli qəbzlərdə tarixlər hesab açılmamışdan əvvələ aiddir və həmin məbləğlərdə vəsait Bələdiyyənin hesabına mədaxil olmamışdır. Halbuki, tərəflər arasında 200-cı ildə bağlanmış icarə müqaviləsi ndə (səh. 7), icarə haqqının Bələdiyyənin "xxxx" ASC- nin Masallı filialında olan **********00 nömrəli hesablaşma hesabına ödənilməli olduğu göstərilmişdir. Cavabdehin təqdim etdiyi 48 və 23 nömrəli qəbzlərdən də görünür ki, cavabdeh 06 iyun 2006-cı il tarixdə 160 manat və 11 yanvar 2010-cu il tarixdə 440 manat pulu məhz həmin hesaba ödəmişdir. Cavabdehin təqdim etdiyi həmin qəbzlərdə göstərilən məbləğlərin bələdiyyənin hesabına ödənilməsi, bələdiyyənin həmin dövrü əhatə edən hesabdan çıxarış məlumatları əsasında yoxlanıla bilərdi. Lakin məhkəmə araşdırması zamanı nə bələdiyyə, nə də "xxxx" ASC ("xxxx" ASC-nin Masallı filialı) tərəfindən göstərilən dövrləri əhatə edən hesabdan çıxarış məlumatları məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən "xxxx" ASC-yə verilmiş sorğular (məlumatların əldə edilməsi barədə qərardad) üzrə zəruri sənədlərin 10 ildən artıq müddətə saxlanılmaması əsası ilə heç bir məlumat əldə edilməsi mümkün olmamışdır. Qeyd edilən səbəblərdən də, həmin qəbzlərin mötəbərliliyinin şübhə altına alınması yolverilməzdir. Eyni zamanda, qəbzlərdəki rekvizitlərin də qanuni olmaması təsdiq edilmir. Habelə 2006-cı ildə bağlanmış icarə müqaviləsi üzrə icarə haqqının ödənilməməsi əsası ilə müqaviləyə xitam verilməsi barədə iddianın 15 ildən sonra qaldırılması hal-hazırda sübutun əldə edilməsi imkanlarını da mümkünsüz etmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsində müəyyən olunan dispozisiya şərti olan torpaq vergisi və icarə haqqının üzrlü səbəb olmadan 1 il ərzində ödənilməməsi şərti mövcud deyildir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlillərinə görə, qаnunvеriciliyin tələbinə uyğun оlаrаq cаvаbdеhin icаrə hаqqını müqаvilə şərtlərinə uyğun ödəməməsi icаrə müqаviləsinin ləğvi üçün əsаsdır. Lаkin о, icаrə hаqqını nəinki müqаvilə şərtinə uyğun, ümumiyyətlə ödəməmişdir. Həttа cаvаbdеhin təqdim еtmiş оlduğu sахtа ödəniş sənədlərini düzgün hеsаb еtsək bеlə, yеnə də icаrə hаqqını 1 il ərzində ödəmədiyindən icаrə müqаviləsinə хitаm vеrilməsi üçün əsаs yаrаnmışdır. Cаvаbdеhin məhkəmə bахışındа təqdim еtmiş оlduğu ödəniş qəbzlərinin sахtа оlmаsı məhkəmə-хətşünаslıq, sənədlərin tехniki və sənədlərin mаtеriаllаrının еkspеrtizаsının 20 iyun 2022-ci il tаriхli rəyi və Kаpitаl Bаnk АSC-nin Mаsаllı filiаlının xx.xx.2021-ci il tаriхli və xx.xx.2021-ci il tаriхli məktublаrı ilə sübutа yеtirilmişdir. Bələdiyyənin Kаpitаlbаnk АSC-nin Mаsаllı filiаlındа оlаn **********00 nömrəli hеsаblаşmа hеsаbının xx.xx.2010-cu il tаriхdə аçılmаsı bаrədə Bаnkın məktubunа tənqidi yаnаşаn аpеllyаsiyа məhkəməsi icаrə müqаviləsində də həmin hеsаblаşmа hеsаbının qеyd еdilməsini göstərmiş, lаkin müqаvilə bаğlаnаn dövrdə hеsаblаşmа hеsаbının hаnsı оlmаsını аrаşdırmаmışdır. Hаlbuki, müqаvilə bаğlаnаn dövrdə bələdiyyənn hеsаblаşmа hеsаbı tаmаmilə fərqli оlmuşdur. Bu isə cаvаbdеhin hə ttа icarə müqаviləni bеlə sахtаlаşdırmаsını göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə
423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər həmin Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; Maddə
713. Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 73.1. Torpaqd an məqsədli təyinatına görə istifadə edilməməsi, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi, torpaq vergisi və icarə haqqının üzrlü səbəb olmadan 1 il ərzində ödənilməməsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi üçün əsasdır. 26. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; Maddə
23. İcarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etməli, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etməli, icarəyə götürülmüş kənd təsərrüfatı təyi natlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməli, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəməlidir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə icl asında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi ü çün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhk əmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Az ərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, z iddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nə ticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
32. Mə hkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə iddianın rədd olunması ilə bağlı gəldiyi nəticəni cavabdehin Bələdiyyənin hesablaşma hesabına 06 iyun 2006-cı il tarixdə 160 manat və 11 yanvar 2010-cu il tarixdə 440 manat məbləğində icarə haqqı ödənildiyinə dair bank qəbzlərini təqdim etməsi, kassa mədaxil qəbzinin icarə haqqının ö dənilməsini təsdiq edən və qanunla nəzərdə tutulan rəsmi sənəd olması, həmin qəbzlərin mötəbərliliyinin şübhə altına alınmasının yolverilməzliyi, qəbzlərdəki rekvizitlərin qanuni olmamasının təsdiq edilməməsi, 2006-cı ildə bağlanmış icarə müqaviləsi üzrə icarə haqqının ödənilməməsi əsası ilə müqaviləyə xitam verilməsi barədə iddianın 15 ildən sonra qaldırılmasının hal-hazırda sübutun əldə edilməsi imkanlarını mümkünsüz etməsi ilə əsaslandırmışdır.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.
36. İlk olaraq, cavabdehin təqdim etdiyi kassa mədaxil qəbzlərinin mötəbərliyi ilə bağlı işin aşağıdakı xüsusatları müzakirə edilməli və hüquqi qiymətini almalıdır.
37. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq, sənədlərin texniki və sənədlərin materiallarının e kspertizası üzrə 20 iyun 2022-ci il tarixli rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 06 iyun 2006-cı il tarixli 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli 23 nömrəli kassa mədaxil qəbzlərinin üzərində olan “X3 rayon filialı Mədaxil kassası” məzmunlu möhür əksi eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər; qəbzlərdəki çap mətnlərinin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə elektrofotoqrafik qurğularda istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər; qəbzlərdəki əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar; qəbzlərdəki “ödəyənin imzası” yazısından sonrakı imzalar rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdur lar; qəbzlərdəki möhür əkslərinin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında eynidirlər.
38. Beləliklə, ekspert rəyinə görə, 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzlərindəki: 1. çap mətnlərinin rəngləyici maddələri eynidir; 2. əlyazıları eyni diyircəkli qələmlə icra olunmuşdurlar; 3. “ödəyənin imzası” yazısından sonrakı imzalar eyni diyircəkli qələmlə icra olunmuşdurlar; 4. möhür əkslərinin rəngləyici maddələri eynidir.
39. Göründüyü kimi, ekspert rəyi ilə 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzlərinin eyni rəngləyici maddə ilə çap olunduğu, eyni diyircəkli qələmlə doldurulduğu, eyni diyircəkli qələmlə ödəyən tərəfindən imzalandığı və qəbzlərə vurulan möhür əkslərin in rənglərinin eyni olduğu müəyyən edilmişdir.
40. Bu isə öz növbəsində o nəticəni doğurur ki, 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzlərinin mətni əlyazısı ilə eyni vaxtda doldurulmuş, eyni vaxtda imzalanmış və eyni vaxtda möhürlə təsdiq olunmuşdur. Başqa deyişlə, 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzləri eyni vaxtda əlyazısı ilə doldurulmuş, imzalanmış və möhürlə təsdiq olunmuşdur. 41. 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzlərinin eyni vaxda doldurulması, imzalanması və möhürlə təsdiq olunması isə o deməkdir ki, bu iki qəbzdən ən azı biri həqiqi və mötəbər deyil.
42. Bu kontekstdə, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərə flərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qi ymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
43. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olun muş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
44. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşdırma apararaq, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməmişdir.
45. Halbuki, prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir.
46. Odur ki, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır.
47. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, t ərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X1rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67).
48. Məhkəmə aktlarının əsasland ırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
49. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellya siya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
50. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda (§34-45) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
51. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
52. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 106)-944/2023 nömrəli iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı Masallı rayonu Sığdaş Bələdiyyəsinin kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.