Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4443/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı Notariat Kontoruna, X6, Cavabdeh2na və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4443/21 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin, etibarnamənin və çıxarışın ləğv edilməsi) Bakı şəhəri, 17 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1 və cavabdeh X 3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1581/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı notariat kontoruna, Bakı şəhəri 13 saylı dövlət notariat kontoruna, X6 və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2n tərəfindən verilmiş 16.09.2016-cı il tarixli etibarnamənin ləğv olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 7E-4652 reyestr nömrəsi ilə qeydə alınmış X26 tərəfindən X6 verilmiş 16.09.2016-cı il tarixli etibarnamənin etibarsız hesab olunması, onun əsasında aparılmış 24 saylı Notariat Kontorunda 04.10.2016-cı il tarixdə X13 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən X13 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilərək ləğv olunması və onun Pnın əmlakının onun payına düşən hissəsinə vərəsə tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 24 saylı Notariat Kontoruna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda anadan olmuş və halhazırda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Həyətyanı torpaq sahəsi 10-12 sotdan ibarətdir. Həmin həyətyani torpaq sahəsində 3 ev inşa edilmişdir. Küçə qapısından içəri daxil olan sol tərəfdə yerləşən tikilidə o, ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı tikili 2 otaq və 1 eyvandan ibarətdir. Bu tikilidə onun atası yaşamış və rəhmətə gedəndən sonra o, ailəsi ilə birlikdə yaşayır. Digər tikililər isə sökülmüş vəziyyətdədir və orada heç kim yaşamır. ünvan 2 ünvanı qeydiyyat vəsiqəsinə əsasən ½ hissədə Subiyyə Nəsrulah qızına və ½ hissədə Xəndan Kərim qızına məxsusdur. P onun ulu nənəsidir. Pnın ulu babası Hacı ilə nikahdan 4 oğlu və 1 qızı olmuşdur. Böyük oğulları, X21 1900-cü ildə anadan olmuşdur, 2-ci oğlu X14 1906-cı il tarixdə anadan olmuşdur, 3-cü oğlu X22 1918-ci il tarixdə anad an olmuşdur, 4-cü oğlu X26 1923-cü il tarixdə anadan olmuşdur, qızları X23 1920-ci il tarixdə anadan olmuşdur. O, X9 nəvəsidir və X26 onun babası X9 doğma qardaşıdır. X26 ulu nənəsinin Pna məxsus E saylı evi öz adına 2016-cı il tarixdə Bakı şəhəri, 24 saylı notariat kontorunda vərəsəlik hüququ haqqında şəhadətnamə almış və sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən evə dair Seriya RX ******* saylı çıxarış almışdır. Daha sonra evi onun bibisi oğlu X6 vəsiyyət etmiş və o, da evi öz adına sənədləşdirmişdir. X26 vərəsəlik əməliyyatını Bakı şəhəri 24 saylı notariat kontorunda aparmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 04 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri, 24 saylı no tariat kontorunda tərtib olunduğu zaman digər vərəsələrin sağ olmasına baxmayaraq onlar vərəsələr dairəsinə salınmamış və yalnız X13 vərəsəlik hüququ tanınmışdır. X26 onun mübahisəli mülkdə yaşadığını bilirdi. Evin ulu nənəsi Pnın adına olduğunu bildirmiş və evin sənədlərini ona verəcəyini bildirmişdir. O, 24 saylı notariat kontorunda aparılmış vərəsəlik hüququ haqqında şəhadətnamənin tərtib olunma sənədlərini nəzərdən keçirmiş və o, sənədlərin arasında X13 vərəsəliyi qəbul etməsinə dair ərizəsi olmadığını aşkar etmişdir. Bundan əlavə Bakı şəhəri 13 saylı dövlət notariat Kontorunda aparılmış əməliyyatlarda X13 əvəzinə digər şəxslər imza etmişlər. Bakı şəhəri, 13 saylı Notariat Kontorunda aparılan əməliyyat nəticəsində X1 Eynal Hacı oğlunun adına etibarnamə əldə edərək Pna məxsus evi öz adı na keçirmişdir. Pnın böyük oğlu X21 onun babasıdır. X21 ilə X26 qardaşıdırlar. X21 1924-cü il tarixdə X ilə evlənmiş və onların birgə nikahından iki oğlu X16 1933-cü il təvəllüdlü və X24 1941-ci il təvəllüdlü və iki qızları X4 1926-cı il təvəllüdlü və X10 1928-ci il təvəllüdlü anadan olmuşlar. X2 1957-ci il tarixdə X11 ilə evlənmişdir. Birgə nikahdan onların üç övladı, özü İddiaçı Soltan oğlu 1958-ci il təvəllüdlü, bacısı X7 1960-cı il təvəllüdlü və X12 1965-ci il təvəllüdlü anadan olmuşlar. X7 uzun müddətdir ki, Almaniyada yaşayır və Azərbaycan Respublikasına qayıtmaq fikri yoxdur. O, öz vərəsəlik payından onun (iddiaçının) xeyrinə imtina etmişdir. Bakı şəhəri, 24 saylı notariat kotorunda vərəsəlik hüququ haqqında aparılan notariat əməliyyatı etibarsız hesab edilərək ləğv olunmalıdır. Dig ər vərəsələr cəlb olunmaqla notariat əməliyyatı təzələnməli və vərəsələrin dairəsi müəyyən edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 oktyabr 2020-ci il tarixli 2(010)-2512/2020 nömrəli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbinin təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, keçmiş mülkiyyətçi X26 cavabdeh X6 etibarnamə vermiş və həmin etibarnamə əsasında mübahisəli mənzili anası Subiyə Nəsrulla qızından miras əmlak kimi qəbul etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X8 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 25.10.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsi, 2 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Xəndan Kərim qızının və X13 adına hüquqi qeydiyyatdan keçirilmişdir. Sonradan o 08.10.2016-cı il tarixdə X6 vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı ona vəsiyyət etmişdir. X26 İddiaçı münasibətdə onun atasının əmisi və cavabdeh X6 münasibətdə isə onun anasının əmisidir. Məhkəmə hesab edir ki, X26 tərəfindən sənədləşmənin aparılması üçün etibarnamə verilibverilməməsi mübahisə obyekti ola bilməz, belə ki, etibarnamə verilməsəydi belə ümumi birgə mülkiyyətçinin qanun üzrə vərəsəsi yalnız X26 olmuş və o miras əmlakı qəbul edərək sonradan qohumu X6 vəsiyyət etmişdir. Məhkəmə m üəyyən etmişdir ki, mülkiyyətçi Subiyə Nəsrulla qızı 11.05.1973-cü ildə vəfat etmiş və İddiaçı atası X17 mirasın açıldığı vaxt sağ olmuş, miras əmlakı qəbul etməmiş və 10.11.2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, mülkiyyətçi Subiyə Nəsrulla qızının yeganə vərəsəsi, yəni oğlu X26 olduğundan və əvvəlki növbənin vərəsələrindən birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməsi qəvbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1159.1.1, 1159.1.3, 1160, 1243.2, 1243.3, 1255-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmış dır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 2(103)-1581/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2512/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X26 tərəfindən sənədləşmənin aparılması üçün etibarnamə verilib-verilməməsi mübah isə obyekti ola bilməz, belə ki, etibarnamə verilməsəydi belə ümumi birgə mülkiyyətçinin qanun üzrə vərəsəsi yalnız X26 olmuş və o miras əmlakı qəbul edərək sonradan qohumu X6 vəsiyyət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçi Subiyə Nəsrulla qızının yeganə vərəsəsi, yəni oğlu X26 olduğundan və əvvəlki növbənin vərəsələrindən birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia tələbi təmin oluna bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 24 saylı Kontorunda vərəsəlik hüququ haqqında aparılan notariat əməliyyatı etibarsız hesab edilərərk ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan 16 sentyabr 2016-cı il tarixli Bakı şəhəri, 13 saylı Notariat Kontorunda qeydiyatı aparılmış etibarnamə saxtadır. X5 həmin etibarnaməni imza etməmişdir. Həmin etibarnamə saxtalaşdırılaraq onun əvəzindən başqa şəxs imza etmişdir. Çünki o, X13 imzasını tanıyır. O, belə bir imza etməmişdir. Uzun illər Dövlət orqanlarında, yəni Respublika Prokurorluğunda yüksək vəzifələrdə işləmişdir. Məhkəmə iclasında etibarnamədəki imzanın X26 tərəfindən imzalanmadığını əsas gətirərək xətşünaslıq ekspertizası keçirilməsini tələb etmişlər. Baxmayaraq ki, tələblərinin əsaslarından biri etibarnamənin etibarsız hesab olunmasıdır. Lakin məhkəmə ekspertiza təyin etməyək prosessual pozuntu etmişdir. İstər çıxarışın alınması və istərsə də Eynal Əliyevin adına vərəsəlik hüqııqu haqqında şəhadətnamənin alınmasında Eynal Əliyevin adından məhz bu saxta etibarnamə ilə X18 çıxış etmiş, həmin etibarnamədən istifadə etmişdir. Göründüyü kimi bir nömrəli tələb etibarnamənin etibarsız hesab olunması olduğundan məhkəmə etibarnaməyə hüquqi qiymət verməli olduğu halda buna əməl etməmişdir. İş materiallarına əlavə edilmiş 08.10.2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X26 fiziki qüsurlu olduğu üçün vəsiyyətnaməni onun istəyi ilə digər şəxs imzalamışdır. Buradan görünür ki, etibarnamə ilə vəsiyyətnamə arasında e lədə uzun bir müddət yoxdur. Necə ola bilər ki, etibarnaməyə 16.09.2016cı il tarixdə Eynal Əliyev imza edir, lakin vəsiyyətnamədə artıq onun fiziki qüsurlu olduğu üçün əvəzindən başqa şəxs imza edir. Həmin etibarnamənin saxta olması sübut olsa idi, ondan sonra əmələ gələn hüquqi məsələlər ləğv olunmalı idi. X15 ilə o, eyni hüquqlu vərəsədir. O, həmin əmlakda hazırda da yaşayır. Mirasın açıldığı gün də o, orada yaşamış, demək olar ki, faktiki olaraq miras əmlakı o, qəbul etmişdir. X36 saxta yollarla əmlakı X13 adına keçirmiş və bundan sonra Miras əmlakı Eynal Hacıyevin iradəsinə zidd olaraq vəsiyətnamə tərtib etdirərək öz adına qeydiyyata aldırmışdır. Məhkəmə tərəfindən əmlakın Eynal Hacıyevin adına hansı yolla və hansı sənəd əsasında keçirilməsini araşdırsa idi, o zaman bu hüquqi nəticələr in əsasız olduğu məlum olacaqdı və iddinın əsasslılığı öz təsdiqini tapmalı idi. Lakin cavabdeh İlyas Qasımovun vəsiyyətnaməyə əsas olmuş əmlakı X13 adına əsassız və qanunsuz yolla keçirildiyi üçün həmin vəsiyyətnamə qanunsuzdur. Çünki əmlak qeyri-qanuni yolla İlyas Qasımovun qanunsuz hərəkətləri ilə Eynal Əliyevin adına keçirilmişdir. Göründüyü kimi iddiaçı hələ miras açılmamışdan, Eynal Əliyev vəfat etməmişdən əvvəl orada yaşamış. O, ümumiyyətlə Pnın mirasını faktiki qəbul etmiş. Lakin onun hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən iddianın etibarnamənin etibarsız hesab olunması ilə bağlı tələbi araşdırılmamış və ona ümumiyyətlə qiymət verilməmişdir. Yəni məhkəmə etibarnaməyə qiymət versə idi, etibarnamə etibarsız sayılsa idi, onun əsasında verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarışlar da etibarsız sayıla bilərdi və o, qanun üzrə vərəsə kimi hüquqlarından istifadə edə bilərdi. Lakin hazırki qətnamə onun hüquqlarını məhdudlaşdırmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh X15 məhkəməyə kasasiya şikayətinə yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, iddiaçı öz evini kirayə vermiş, onun mülkiyyətində olan Əmircan qəsəbəsi, Ə.Sumbatzadə 2 ünvanında yerləşən evdə qeyri-qanuni yaşayır və evdən çıxmamaq üçün cürbəcür oyunlardan çıxır. Belə ki, iddiaçı beşinci dəfə vərəsəliyin ləğvi barədə iddia qaldırmışdır. Bütün bu oyunlar artıq 3 ildir ki, davam edir. Məqsədi hər vasitə ilə onun evindən çıxmamaqdır. İşdə iddiaçının özünün vərəsə olması barədə heç bir sənəd yoxdur. Digər tərəfdən babası X21 anası Sübiyə Nəsrullah qızından ə vvəl (1969-cu il) rəhmətə getdiyi üçün vərəsəliyi qəbul etməmiş və bu səbəbdən onun vərəsələri yalnız onun Bakı şəhəri, Rəsul Rza 80 ünvanda yerləşən evə iddia edə bilərlər. İddiaçının məqsədi evdən çıxmamaq üçün vaxt uzatmaqdan başqa bir şey deyil. daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehlər Bakı şəhəri 13 saylı Notariat Ofisi və ünvan 4 ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh X15 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasınd a tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlillər ilə eynilik təşkil etmiş, apelyasiya şikayətində olduğu kimi, iddiaçı kasasiya şikayətində də etibarnamədə olan imzanın saxta olmasına, miras əmlakın qeyriqanuni yolla əldə edilməsinə istinad etmişdir. Lakin kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, keçmiş mülkiyyətçi X26 cavabdeh X6 etibarnamə vermiş və həmin etibarnamə əsasında mübahisəli mənzili anası Subiyə Nəsrulla qızından miras əmlak kimi qəbul etmiş və Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X8 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 25.10.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsi, 2 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Xəndan Kərim qızının və X13 adına hüquqi qeydiyyatdan keçirilmişdir. Sonradan o 08.10.2016-cı il tarixdə X6 vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı ona vəsiyyət etmişdir. X26 İddiaçı münasibətdə onun atasının əmisi və cavabdeh X6 münasibətdə isə onun anasının əmisidir. Mülkiyyətçi Subiyə Nəsrulla qızının yeganə vərəsəsi, yəni oğlu X26 olduğundan və əvvəlki növbənin vərəsələrindən birinin mövcud luğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1581/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.